Orkhan Zeynalli ft. AISEL - Səma (Rəsmi Musiqi Videosu)

Поділитися
Вставка
  • Опубліковано 11 лют 2024
  • Orkhan Zeynalli-nın AISEL ilə birgə ifa etdiyi “Səma” treki artıq onlayndır.
    Orkhan Zeynalli-ya UA-cam-da abunə ol: mikpro.az/ozeynalliyt
    “Səma”-nı rəqəmsal platformalarda dinlə: bfan.link/sema-
    Musiqi: AISEL, Clavis
    Söz: Orkhan Zeynalli
    Aranjiman: Clavis
    Rejissor: Bəhruz Qurbanlı
    Ssenari: Səbinə Rüstəmli
    Rollarda: Həcər Baxşəlizadə
    Nicat İsgəndər
    Kover: Elszad
    Miksinq və masterinq: Drek
    Orkhan Zeynalli sosial şəbəkələrdə:
    Facebook: mikpro.az/ozeynallifb
    Instagram: mikpro.az/ozeynalliig
    Genius: mikpro.az/ozeynallign
    Orkhan Zeynalli rəqəmsal platformalarda:
    Keçid: mikpro.az/ozeynallidinle
    Sözlər:
    [Bənd 1]
    Sən bir ömürlük dərssən
    Sən ayrılıq qədərsən
    Əlini ver, tələsmə
    Bir az ayrılaq, gedərsən
    Gözə görünməz fəza
    Sən beş vaxt qəza
    Məni mürəkkəb edib yazan
    Bu geştalt əzabdır
    Dünən yox idin, indi varmısan?
    Yerdə qarmısan?
    Bulud, briz, Romeo
    Sətirlərində gizli intiharmısan?
    İndi haradasa
    Axtar özünü, bu qədər sən
    Başlıqlı cümlələrin içində
    Arzu çindir, sənsə həmin o sədd, divarmısan?
    Və hər məqamı
    Çətin edən sualmısan?
    Gecələr şeytan toxunuşu
    Səhərlər duammısan
    Ki bitməsin bu sehr?
    Guya kim bir ömür sevir?
    Gəl başlayaq sıfırdan
    Qalaq əbədi ürəyimin
    Hasarına asılan qıfıldan
    [Nəqərat]
    Mən səmada
    Sən dəryada
    Qəlbimin qapılarını
    Açmadım hər yada
    Mən səmada
    Sən dəryada
    Qəlbimin qapılarını
    Açmadım hər yada
    [Bənd 2]
    Duyğularını borc verib çiçək kimi solan
    Mənfilərimi xaç edib ürək kimi asan
    Bu qədər qəm, bu qədər kədər
    Musiqidə kimə asan?
    Sən həzin üzüntü verdin
    Oldum xəstəlik, azar
    Sən əlacsan
    Saçlarımda tacsan
    Buludlar ağlar, əgər ki göyə
    Baxıb əl açsan
    Qulağımda səs
    Sən bir ömürlük bəssən
    Danışdıqca batıram
    Əlimi tut və sözümü kəs sən
    [Keçid]
    Dərin izlər
    Yenə dizdən
    Dənizlər, okeanlar
    İstəmir, biz üzək
    Dərin hisslər
    Yenə bizdə
    Dənizlər, okeanlar
    İstəmir, biz üzək
    [Nəqərat]
    Mən səmada
    Sən dəryada
    Qəlbimin qapılarını
    Açmadım hər yada
    Mən səmada
    Sən dəryada
    Qəlbimin qapılarını
    Açmadım hər yada
    Orkhan Zeynalli tərəfindən AISEL-in iştirakı ilə ifa olunan “Səma” parçasının rəsmi audiosu. Bu videonun bütün hüquqları "mikpro” MMC tərəfindən qorunur. © 2024
    Etiketlər:
    #OrkhanZeynalli #Səma #mikpro

КОМЕНТАРІ • 738

  • @royasettarova7687
    @royasettarova7687 4 місяці тому +392

    Sən bir ömürlük dərssən.Orxan bağırmaq istədiklərimizi sakit oxumağı öyrədir bizə.Əslində bütün gücümlə bağırırmış kimi hiss elətdirir..

    • @tahirtahirzade5051
      @tahirtahirzade5051 4 місяці тому +4

      Eslinde evde vermeshilli ketchup yediyimizi gosterir

  • @pervizseferov1728
    @pervizseferov1728 4 місяці тому +218

    Dinləyəndə şərhi bəyənin gəlib bir yerdə qulaq asaq

  • @imrandavudov9533
    @imrandavudov9533 4 місяці тому +150

    Eyni talehin insanıyığ, bunu dinləyənlər....

  • @ayselt4giyeva
    @ayselt4giyeva 4 місяці тому +125

    Aicel və Orxan = cappuccino qoxusu kimi bir şey olub ❤

  • @_moon_crown_
    @_moon_crown_ 4 місяці тому +112

    Həyat elə bir nöqtəyə gətirir ki insanı bir vaxtlar "heç bitməsin" dediyin günlərə, "kaş ki, heç yaşamasaydım" deyirsən.....❤️‍🩹
    12.02.2024

    • @qarayevaelmira3003
      @qarayevaelmira3003 4 місяці тому

      İnsanı yaralı buraxan elə o xoş günləridir. Bitdikdən sonra yaşanmamasını insan istəyir

  • @mdinvasalova9178
    @mdinvasalova9178 4 місяці тому +109

    Vaxt var idi nauşnikdə host mahnıları ilə dərsə gedirdim,sonra işə gedərkən Orxanın mahnıları ilə, bu gün də 9 aylıq qızımla qulaq asıram, qoy o da gözəl mahnılarla böyüsün 🤗 Çox sağ olun host ailəsi, gəncliyimi rəngləndirdiz ❤

    • @orxandemokrat942
      @orxandemokrat942 3 місяці тому +2

      Elədir ki, var..

    • @ferzeliyevazer527
      @ferzeliyevazer527 2 місяці тому +2

      Mende 6 ayliqdir 😊

    • @mdinvasalova9178
      @mdinvasalova9178 2 місяці тому +1

      @@ferzeliyevazer527 Allah saxlasın

    • @ferzeliyevazer527
      @ferzeliyevazer527 2 місяці тому

      @@mdinvasalova9178 cox sagolun sizinde balanizi Allah saxlasin

    • @leylamamedova5255
      @leylamamedova5255 21 день тому +1

      Mende de 1yas 4 ayliqdir))) Evvel usagliqda men hostcu idim. Indi qizima dinledirem. Bunlardan mehrum olmasini istemirem…

  • @orkhanzeynalli
    @orkhanzeynalli  4 місяці тому +277

    “SƏMA” albomdan ikinci singledır. Klip və mahnı haqqında nə düşünürsünüz?

  • @semavahidli
    @semavahidli 4 місяці тому +82

    Bu mahnını “Sevgililər günü” hədiyyəsi kimi özümə bəxş edirəm…🤍

  • @sabinahuseinovna
    @sabinahuseinovna 4 місяці тому +155

    Guya kim bir ömür sevir?❤️‍🩹
    Yenə yaratmısan!

  • @turanhuseynof1896
    @turanhuseynof1896 4 місяці тому +69

    Mən səmada,
    Sən dəryada.
    Qəlbimin qapılarını,
    Açmadım hər yada...

  • @Skkyyeedd
    @Skkyyeedd 4 місяці тому +100

    Köhnə sevgilimin ən sevdiyi musiqiçi Orxan Zeynallıdı. Adımın Səma olmağı və mahnının adının "Səma" olmağı ona cəza olar ümid varam🥰

    • @lq9823
      @lq9823 2 місяці тому +5

      İnanın ki, ayrılıq səbəbini bilmirəm amma qarşı tərəf səbəbdirsə dərk etməyəcək heç vaxt.

    • @Skkyyeedd
      @Skkyyeedd 2 місяці тому

      @@lq9823 çox peşman olub, hər gün yazır amma bağışlaya bilmərəm🙂(+mahnını da görüb🥲)

  • @hedeff24
    @hedeff24 4 місяці тому +49

    Orxanın, Elxanın dəyərinin bilindiyi bir Azərbaycan xəyalı..

    • @QAFQAZ199
      @QAFQAZ199 4 місяці тому

      Salam aleykum...

  • @guler5555
    @guler5555 4 місяці тому +78

    bu bildirimlər adi ola bilər. amma inanın ki bu musiqilər hamısıı miras qalır. heç kimə qalmasa belə musiqilər özümüzə miras qalır❤. necə ki Karusel, Torpaqdan Ev, 40cı paralel. yaxşı ki keçən il qayıtdın.konsertlərdə oxumaq ümidi ilə, Təşəkkürlər, Orxan. mahnılarının bağışladığı hislər, miraslar və bütün xatirələr üçün❤

  • @samirahmadov7874
    @samirahmadov7874 4 місяці тому +37

    Fidan bilirəm ki dinəyirsən, sənən mənən danışır bu track🤎

  • @esmerjamal
    @esmerjamal 4 місяці тому +71

    "sən həzin üzüntü verdin,
    oldum xəstəlik, azar.."

  • @K.Salayev
    @K.Salayev 4 місяці тому +18

    Düşün ki, bir gün olmayacam. Ətrimi, səsimi, baxışımı, gülüşümü unudacaqsan. Bir gün boş oturacaglarin birində tək oturanda düşəcəm yadına. Yaxınlıqda, hansısa bir kafedən, dinlədiyimiz bir mahnı eşidəcəksən. Gözlərin dolmayacaq bəlkə, amma canın yanacaq. Boğazın düyümlənəcək. O qadər darıxacaqsan ki, gözündən bir damla yaş belə düşmüyəcək. Qəhərin ən kəskin biçaği dirənəcak boğazına. Bir ev görəcəksən, sənə danisdiğim ev kimi. Dəqiqələrcə donub qalacaqsan yerində. Külək əsəcək saçlarina, elə biləcəksan manam, əllərimdi sığal çəkən. Gözün məni axtaracaq. Olmuyacam mən baxdığın heç bir yerdə. Hər səhər telefon zanginə oyanıb, mən sanacaqsan. Yemək yeyəndə, çay içəndə, yanından biri keçəndə düşəcəm yadına. Payiz gələcək, qış ötəcək, yaz keçəcək, yay olacaq, fəsillər gətirmiyəcək məni sənə. Birinin səsini, birinin yerişini, birinin ətrini bənzədəcəksən. Heçnə əvvəlki kimi hüzür verməyəcək sənə. Əlbət tutacaqlar yerimi, əllərin tutulacaq, gözlərin seviləcək, hec sevilməyəsi kimi deyilsən cünki, bəlkə də gözəl baxılacaq sənə ama heç kim mən olmayacaq..

  • @Sabina.m7
    @Sabina.m7 4 місяці тому +72

    Dinləyicilərin hər zaman səninlədir Orxan!

  • @Aysuq917
    @Aysuq917 4 місяці тому +49

    "Sən beş vaxt qəza.."❤

  • @yasincelilov8497
    @yasincelilov8497 4 місяці тому +59

    Bəyən Orxan və Orxan sevənlər üçün❤

  • @imranxelilov89
    @imranxelilov89 4 місяці тому +4

    Dünən ilk aşiq olduğum xanıma "Mavi qızılgül" aldım çünki orxan demişdi "..rəqs etməli yağışda mənə mavi qızılgül bağışla" epic vəziyyət o idi ki,yağış da yağmağa başladı..💙

  • @nicat_yusifi5163
    @nicat_yusifi5163 4 місяці тому +23

    Orxan dinləyənlərin həyatına nəzər yetirsək, fərq tapılmaz

  • @panahyusibov
    @panahyusibov 4 місяці тому +33

    Aisel ən gözəl səsi olan Azərbaycanda hal hazırda gələn ilklərdəndir. Hər zaman sevilirsiz. İkinizi bir arada görmək çoz gözəl oldu.

  • @thebookmindofmovies1286
    @thebookmindofmovies1286 4 місяці тому +47

    Sevgi əvəssizdir, o günə ki, qarşılıqlı hörmətimiz bitənə kimi.

    • @tahirtahirzade5051
      @tahirtahirzade5051 4 місяці тому

      Sevirəm evesizdir,o gune ki, yemek pishirmek novbesi bitene kimi

  • @onceqarabag6861
    @onceqarabag6861 4 місяці тому +7

    Adım Səma- ancaq adım kimi səmada deyil bu dünyada yerin altında bu dünyaya aid deyiləm...

  • @gunay9339
    @gunay9339 4 місяці тому +8

    Səni sevən o qədər insan varkən sən sadəcə birinin sevməsi üçün ömrünü fəda edərsən…

  • @adilaaliyeva3472
    @adilaaliyeva3472 4 місяці тому +23

    Aiselin səsi və gözəlliyi deyib susuram ❤

  • @rasimoglu
    @rasimoglu 4 місяці тому +7

    Xatırlatan sevdiyinə qovuşsun inşallah..

  • @Lamiy002
    @Lamiy002 4 місяці тому +6

    Qəlbimin qapılarını
    Açmadım hər yada...
    Bəlkə bir gün, amma bu gün deyil 🤍

    • @QAFQAZ199
      @QAFQAZ199 4 місяці тому

      Xoşbəxt deyilsiz???

  • @aytekinkazimova
    @aytekinkazimova 4 місяці тому +6

    Trend 1 olsun. Qoy millət zövqlü musiqi görsün

  • @khudashzada
    @khudashzada Місяць тому +3

    Qəlbimin qapılarını açmadım hər yada...

  • @yusifmamedov7079
    @yusifmamedov7079 4 місяці тому +7

    Əslində klip və sözlər Orxanın öz həyatında baş verenlerdi.Diqqətlə baxsanız və sözləri dinləsəz başa düşeceksiz.Çünki hələdə onu sevir və ümidi var gözləyir.Əgər doğru düşünürəmsə bu doğrudursa Mütləq qəlb qırılsa bele sevenler yeniden qovuşar və Səni hər zaman xoşbəxt görmək ümidi ile Aid!

  • @turiancamila
    @turiancamila 4 місяці тому +7

    Orxanıma söz yoxdur, amma Aisel və Clavis konkret əsəri əsər ediblər.. Absolutely fkin awesome A to Z!

  • @SemaHesenzade41.13
    @SemaHesenzade41.13 4 місяці тому +5

    Düz ad günüm də gəldi adıma 😂❤)

  • @kovakadini88
    @kovakadini88 4 місяці тому +24

    Qədri bilinən !! Bütün sevilməyə layiq olanlar SEVİR !! ...😉✌

  • @sabinamehdiyeva400
    @sabinamehdiyeva400 23 дні тому +1

    Bu gün yazmaq istədim bura...Mən səmadayam həmişə də orda qalacam❤

  • @resadcahangirov2175
    @resadcahangirov2175 4 місяці тому +9

    Ne komment yazasan ki 2008-ci ilden bu yana hisslerivi oz musiqileri ile dile getiren insana tewekkur ismarıcı olsun ?!

  • @LyamanAbbasli
    @LyamanAbbasli 4 місяці тому +21

    Qəlbimin qapılarını
    Açmadım hər yada
    Oldum xəstəlik, azar
    Sən əlacsan
    Saçlarımda tacsan
    Buludlar ağlar, əgər ki göyə
    Baxıb əl açsan…🖤

  • @elshadaskerli
    @elshadaskerli 4 місяці тому +9

    ' gələn bildiriş mesaj kimi göründü gözümə.✨

  • @mmmdova1981
    @mmmdova1981 4 місяці тому +13

    Gecələr şeytan toxunuşu,səhərlər duammısan?!❤🌒🔐

  • @SmaNrimanova
    @SmaNrimanova 4 місяці тому +14

    Mahnının adı ilə adımın eyni olması nəticəsində gələn o gözəl hiss🥹❤
    Çoox qəşəng mahnıdı❤

    • @good86neba
      @good86neba Місяць тому +1

      Menimde adım Sema beli çox qəşəng mahnidi❤

    • @SmaNrimanova
      @SmaNrimanova Місяць тому

      @@good86neba 👍❤️🫠

  • @gulka604
    @gulka604 4 місяці тому +11

    Əlini ver, tələsmə
    Bir az ayrılaq, gedərsən
    Gözə görünməz fəza
    Sən beş vaxt qəza...❤

  • @criistianooduubrat
    @criistianooduubrat 4 місяці тому +10

    Sevgisindən ölənlərin sevgisi bir ömürlük olur, Orxan. Çox əla mahnıdır. Sən getmə musiqidən. Biz səndən əsl rap yox, "Səviyyəli Musiqi" istəyirik. Bunu bizə verdiyin üçün, Çox sağol.

  • @nicathesenli3382
    @nicathesenli3382 4 місяці тому +58

    “Guya kim bir ömür sevir ?”🤌🏻

  • @tuqayjabbarov9653
    @tuqayjabbarov9653 4 місяці тому +17

    Bitməsin sehir
    Guya kim bir ömür Sevir.. ❤️‍🩹

  • @pervizseferov1728
    @pervizseferov1728 4 місяці тому +5

    Deyir sən səmasan geridə qalan hər şey isə hava şəraiti💫

  • @shahmarqehremanov8880
    @shahmarqehremanov8880 3 місяці тому +4

    Aisel mahniya gözəl rəng qatır

  • @sahilmemmedov2567
    @sahilmemmedov2567 4 місяці тому +6

    İki möhtəşəm insan birləşəndə belə bir əsər meydana gəlir Çox sağolun 🙏🇦🇿 Azərbaycan sizinlə qürur duyur Aisel və Orxan 🖤

  • @sevinj02
    @sevinj02 4 місяці тому +5

    Bitməsin bu sehr,
    Guya kim bir ömür sevir?
    Gəl başlayaq sıfırdan... 💌
    14.02.2024

  • @ichbinayssun
    @ichbinayssun 4 місяці тому +20

    Guya kim bir ömür sevir?☁️

  • @nigarguliyeva7670
    @nigarguliyeva7670 4 місяці тому +4

    Baş roldakı oğlan Orxanın prototipidi sanki,xarici görünüşünə görə də bənzəyir.Bulud,briz , mahnılarına göndərmə var,müdhiş! Orxanın az-az sırf sevgiyə aid treklerindədi.Və sevdiyi bilmirəm,bəlkə də qovuşmadığı insanın adı məhz bu mahnılardadı.Biz sizi belə sevirik, Orxan,içdən,dərin,sadə səmimi, və sevdiyi birinə sanki qovuşmayan kimi...
    dərin və içdən bir trekdi.Super❤

  • @tahirtahirzade5051
    @tahirtahirzade5051 4 місяці тому +70

    Yemekden bilinirki bu oqlan tekdir, ketchupli vermesil yeyir.

  • @semaaxundzada
    @semaaxundzada 4 місяці тому +5

    Mən "Səma"-da, Sən "Dərya"-da...❤️🧚

  • @khanimackerman
    @khanimackerman 4 місяці тому +4

    “Sən bir ömürlük dərssən”

  • @suadazeynalova3127
    @suadazeynalova3127 4 місяці тому +4

    Minlərcə kəz gecən xeyrə, Romeo indi və sonsuzadək

  • @Tumka20002
    @Tumka20002 4 місяці тому +7

    İlk dəfədir adım keçən mahnı görürəm.Təşəkkürlər Orxan Zeynallı özəlliklədə sizin kanalınızda adıma aid mahnı görmək məni sevindirdi.💙💫

  • @AzRapMusic
    @AzRapMusic 2 місяці тому +4

    Onunla birlikde geleceydim konserte amma feley ele getirdiki ayrildiq ve oğlumda anasinan qaldı. 4il yawadiq sonu ayriliq oldu. Oğlum üçün çox darixiram. Amma onun üçün darixsamda demərəm

  • @AISEL
    @AISEL 4 місяці тому +20

    🤍

  • @rafiqsoltanov
    @rafiqsoltanov 4 місяці тому +3

    Aisel manifest etdi.
    Qaradan Qara deyə-deyə Qaraqanın qanqardaşı Aidlə duet oxudu 😅

  • @mychannel-fg6ro
    @mychannel-fg6ro 4 місяці тому +3

    Ən pisidə odurki bu mahnı... əslində düşünəndə yaxşısıda yoxdurki hansısa bir pisini seçək

  • @lalamammad3122
    @lalamammad3122 4 місяці тому +3

    Sen mənim günəşimsən,ancaq mənim semamda dogmursan zülmətlərdəyəm❤️‍🩹❤️‍🩹❤️‍🩹🥺

  • @cavidgurbanov
    @cavidgurbanov 3 місяці тому +2

    Sənə qulaq asan bir gənclik var idi Orxan, artıq o nəsil qocalır (

  • @aydanosmanova3866
    @aydanosmanova3866 4 місяці тому +20

    Səsin doğmalığı bu olsa...Hər zamankı kimi möhtəşəmdir...

  • @TukezbanHuseynova24
    @TukezbanHuseynova24 4 місяці тому +10

    “Gecələr şeytan toxunuşu, səhərlər duammısan?” Just amazing!🤍🫠

  • @isa_ab25
    @isa_ab25 3 місяці тому +2

    "yaşayırıq?!......" bir kəlməlik cümlədə nə boyda məna var.....

  • @ulviallahverdi7299
    @ulviallahverdi7299 4 місяці тому +2

    Orxanın mahnıları ilə böyüdük. Gəncliyimizi bu mahnılar ilə yaşadıq və həyatımız bu yaradıcılıq ilə addımlayır üzü ahıllığa doğru...

  • @yunis.isgenderli
    @yunis.isgenderli 4 місяці тому +4

    Güya kim bir ömür sevir?)

  • @CheffSahin
    @CheffSahin 4 місяці тому +4

    ✈️✈️✈️✈️✈️yənə yelləndik😊

  • @raisamammedova
    @raisamammedova 4 місяці тому +2

    Ay Allah… Bu Aisel necə istedadlıdır.
    Allah hərtərəfli istedad verib.
    İnşallah 2024 ESC gedər ❤

  • @sambv8367
    @sambv8367 4 місяці тому +12

    Mən səmada, Sən dəryada
    Qəlbimin qapılarını açmadım hər Yad’a…✨

  • @aygulceferova912
    @aygulceferova912 4 місяці тому +1

    Hara kimi gedəcək ? Məzara kimi gedecek . Mən bağışlamıram , haqqımıda halal etmirəm qoy Allahda bağışlamasın …

  • @turkanh461
    @turkanh461 4 місяці тому +3

    28 yaşı doldurdum. İlk gənclikdəki o dad, o keyfiyyət eynilə və daha təkmil. Təbriklər Orxan)

  • @orkhanali374
    @orkhanali374 4 місяці тому +2

    Birdə ölmüş insanlara həsr edərsən bu tracki...Məzar daşına baxıb əzbərə oxuyarsan.

  • @cavidabbaszade9887
    @cavidabbaszade9887 4 місяці тому +3

    Maşına oturdum bildiriş geldi ve təbiiki kofedə alasi oldum👍 Orxan yenə yaratmısan👍

  • @nerminnerminzade5977
    @nerminnerminzade5977 4 місяці тому +3

    IKI EJDAHA !!! SOZLERLE IFADE ELEMEK OLMUR COX TESIRLIDI

  • @epiqraaf
    @epiqraaf 4 місяці тому +6

    Yaşıyırıq da..

  • @Ilyasazizov.
    @Ilyasazizov. 4 місяці тому +3

    Bitdi dediyim anda,yeni bir mahnıyla məni təklikdən xilas edən şairim🤍

  • @kadimoff
    @kadimoff 4 місяці тому +2

    Dinlədiyimin sayını unutdum bu musiqidə,
    ``Ən çox mən sevirəm, bir ömür də sevəcəm``, hisslər ilə deyilmiş cümlənilərində də bir ömrü var imiş.
    Kiçik yürüyüşlərimiz, uzun yollara, sonra böyük səfərlərə çevrilir.
    Kiçik hekayələrdə həmçinin, adi biryerdən başlayır, sonu bitməyən dastanlara çevrilir.Biz də gənc yaşımızda yaşamın necə olduğunu tam anlamadıq, balaca çiyinlərimizə yük götürüb yola düşdük, məsafələri ola bildikcə kiçiltdik. O gənc yaşında balaca çiyinlərin götürdüyü yük qorxutmur insanı. Hələ hərşeyin başlanğıcı olduğunun fərqində olursan, uzun yollar qət edirsən o balaca çiyinlərinlə. Bir baxırsan, aylar illərə dönür artıq, yola çıxdığın insan yorulur.
    - bizdə hər zaman belə olacaq?
    -Hərşey hazır olsaydı ətraf saxta insanların saxta hisslərinə bürünərdi, gedəcəyin yerdə özün çalışıb qurmalısan, bunu birlikdə etsək "O" yerə çatacayıq.
    -Bəs... birdən.. biz ayrı düşsək?
    -Bunu nəqədər çox istədiyin önəmlidi, asan olan heçnə əvvəl asan olmayıb,
    -mən yorulmuşam nə taqətim qalıb,nə ümidim..
    -hərkəs zamanın bu hissəsini yaşayır, çox az bir zaman qaldı, son 1 il. Hərşey düşündüyündəndə daha yaxşı olacaq, inan, mən buna inanıram.
    4 fəsilin dəyişəcəyi zaman gəlir çatır, sənə bir dünya vəd edən Payız, ilk o alır səndən hərşeyini, sonra da digərləri.
    Döndüyün zaman keçmiş olur artıq sənin gələcəyin üçün çalışdıqların...🥬

  • @whoseynzeynaloff8591
    @whoseynzeynaloff8591 4 місяці тому +4

    Mahnının ,Sözləri chox gozeldi ve mohteşemdi möhteshemsiz ikinizdə ,Orxan Zeynallını tebrik edirem ki bir daha ,chox mohteshem musiqi ile hemişe ki kimi ,böyük uğürlara imza atdı ve atacaq buna inanıram , Hemişe ki kimi yənə yaratıb ,Çox bəyəndim ,musiqi ve sözleri insanı sakitləşdirir rahatlashdırır ,Çox beyenirem bu insanı çox əla trekler çıxartır ,Birdeki əsasən nəqaret çox bəyəndim ,bir daha deyim ,#buzuşağı n 4 gözle gözlüyürəm...

  • @cavidanabbasov5967
    @cavidanabbasov5967 3 місяці тому +2

    Səviyyəli iş başqa şeydi əhsən sizlərə !! Orxan Aysel

  • @Haydo2017
    @Haydo2017 4 місяці тому +3

    Sən uşaqlığım, Sən gəncliyimin ən gözəl çağlarısan..

  • @zaminshahmarli6195
    @zaminshahmarli6195 4 місяці тому +10

    İç səsimizi mahnı ilə ifadə edən insan❤

  • @smd4430
    @smd4430 4 місяці тому +2

    Qalaq əbədi ürəyimin hasarına asılan qıfıldan..

  • @necmeddincraqov2736
    @necmeddincraqov2736 3 місяці тому +2

    Qəlbimin qapılarını açmadım hər yada
    BİLESİN

  • @HecerBaxselizade
    @HecerBaxselizade 4 місяці тому +4

    Mən səmada🦋

  • @gulchinz227
    @gulchinz227 4 місяці тому +6

    UA-camden bildirimin gelme sevinci 😻🫶🏻

  • @Jabbrvh
    @Jabbrvh 4 місяці тому +2

    İlk dəfə sənnən öyrənmişdim Orxanı,sən getdin Orxan qaldı 🚬

  • @hsnova1327
    @hsnova1327 4 місяці тому +4

    Qulağımda səs,
    Sən bir ömürlük bəs’sən..
    Danışdığca batıram,
    Əlimi tut və sözümü kəs sən🤍

  • @elibaxselizade305
    @elibaxselizade305 4 місяці тому +3

    Həcər sənə uğurlar daima hər zaman zirvələrdə olasan❤

  • @user-oq3xy6iy8r
    @user-oq3xy6iy8r 4 місяці тому +3

    Rep deyə bir şey var. Onu düşməyə qoymayan reperlerimizden biri. Hər kəs rep deye biler . Ancaq sevdire bilməz.

  • @siriussss4971
    @siriussss4971 4 місяці тому +2

    Orxanı dinləyəndə özümü, əslində kim olduğumu və haradan gəldiyimi xatırlayıram. Hardaydım və indi hardayam.

  • @cavidgozalov
    @cavidgozalov 4 місяці тому +2

    Yeniyetməlik dövrümdən Səni dinlədiyim üçün çox şanslıyam, bəy. 90’ların uşaqları eyni hissləri yaşayıb, 15-20 il sonra eyni ifaçıdan ədəbi dildə eşidir, hiss edir. Sən ürəyimə toxunan tək rep ifaçısısan və yaxşı ki varsan 💙

  • @lema.serinsehrind8083
    @lema.serinsehrind8083 3 місяці тому +1

    Ne istedadli genclerimiz var.Qurur duyuram.Ugurlar dileyirem.Vetenimin genclerini ancaq sevgi haqqinda oxuyan gormek isteyirem,ayriliq olsa bele.Şehid kimi ayrılmasınlar yox😢❤

  • @royalsemedov4819
    @royalsemedov4819 4 місяці тому +3

    Ne xos mene ki,musiqi zovgum ust seviyye oldugu ucun,bu cur deyerli insanlari dinleyirem.Mohtesemsen usagligimin,gencliyim musiqi adami.Daim.ugurlar size

  • @faridaaliyeva24
    @faridaaliyeva24 2 місяці тому +1

    Niyə belə az dinlənmə var bu sözlər, musiqi❤ bunu ancaq zövq sahibləri dinləyir❤ Orxan Zeynallı sən 1 nömrəsən. Mən uşaq idim səni dinləyəndə... İndi isə böyüdüm.. Sən yenə də sənsən. Səsin hər zaman gəlsin

  • @eyvazmeherremov1012
    @eyvazmeherremov1012 4 місяці тому +1

    Qaraqan dönmədən öncə Qaraqanı daha çox bəyənirdim. Ama artığ Aidi daha çox bəyənirəm. Aid 🌌

  • @gozely1006
    @gozely1006 3 місяці тому +1

    Danışdıqca batıram, elimden tut ve sözümü kes sen …

  • @turkanabbasova5517
    @turkanabbasova5517 3 місяці тому +2

    Biletimizi aldıq, gəldik konsertə hazırlaşmağa:d

  • @ch.aliyeva
    @ch.aliyeva 4 місяці тому +3

    Qəlbimin qapılarını açmadım hər yada🤍

  • @Mr.AdrianFoster
    @Mr.AdrianFoster 4 місяці тому +4

    O "Sema"da,o "Derya"da getdi,Orxan.Ruhumuzdan getdi,içimizdən keçdi.

  • @Alvinsalim93
    @Alvinsalim93 4 місяці тому +6

    Orxan Zeynallı şəxsiyyətdi, 14 ildi qulağımdadı...