Orkhan Zeynalli ft. Röya Miri - Bir Də Gəlsəm (Rəsmi Musiqi Videosu)

Поділитися
Вставка
  • Опубліковано 8 лют 2025
  • Orxan Zeynallının Röya Miri ilə birgə ifa etdiyi “Bir Də Gəlsəm” treki artıq onlayndır. Bu musiqi videosu "Azercell" və Azərbaycan Cüdo Federasiyasının #DoğruYolBudur kampaniyası çərçivəsində hazırlanmışdır. Gənclərin narkotik vasitələrdən yayınması üçün ən yaxşı üsullardan biri məhz idmandır. İnsanın həm özünə, həm də ətrafına fayda verməsini təmsil edən cüdo idman növü buna yaxşı misaldır.
    Bu kampaniya ilə hər kəsi pis vərdişlərdən uzaq qalmağa, sağlam vərdişlərə yiyələnməyə çağırırıq. Çünki narkomaniya həyatınızı məhv edə, cüdo isə onu müsbətə doğru dəyişə bilər.
    Odur ki vaxtında doğru yolu seçin, çünki yalnız bu zaman getdiyiniz yol sizi uçuruma aparmayacaq.
    Orkhan Zeynalli-ya "UA-cam"da abunə ol: mikpro.az/ozey...
    Musiqi: Clavis
    Söz: Orxan Zeynallı
    Prodüser: Clavis
    Miks və masterinq: Shamkhal Novruzlu
    Agentlik: ‪@EndorphinBaku‬
    Prodakşn: @artfilmbaku
    Rejissor: Emil Quliyev
    Operator: Məhəmməd Osman
    Quruluşçu rəssam: Aytən Şirzad
    Prodüser: Kənan Nadirli
    Geyim rəssamı: Ləman Süleymanlı
    Qrim: Sevochka Zeynalova
    İşıqçı: Samsor Manqal
    İsmayıl Nəsibov
    İkinci rejissorlar: Nicat Muxtarov, Nicat Qulam
    Fokus-puller: Asif Shiraliyev
    İl: 2024
    Orkhan Zeynalli sosial şəbəkələrdə:
    Facebook: mikpro.az/ozey...
    Instagram: mikpro.az/ozey...
    Genius: mikpro.az/ozey...
    Orkhan Zeynalli rəqəmsal platformalarda:
    Keçid: mikpro.az/ozey...
    Sözlər:
    [Bənd 1]
    Dedilər, pis yaşıdır indi, gözünüz üstündə olsun
    İstəyir, hamıdan güclü, hamıdan üstün bəy olsun
    Pis vərdişlər gəlir zəif insanın iyinə hər an
    Bir də ayılırsan ki, ailən olub iynə, dərman
    İki dostun xəyalları, o yaş belə idi
    Mən də doğru yolları onun kimi kaş biləydim
    İlk öpüş qədər şirin ilk dəfə dadına baxmaq
    Səhv yolun cazibəsi əyə bilər daş biləyi də
    Çox heyif...
    Dostumda özümü görürdüm, qızlar mənə baxmırdı
    Mən baxıb gözümü döyürdüm
    Dostum doğru yolu seçdi: idman, döyüş və yarışlar
    Mən isə iradəsizlik medalıyla özümü döyürdüm
    Yumruq sıxmaq belə bu gün çətin gəlir mənə
    Azıb qalmışam haramın yollarında
    Bədənim yalvarır ruhuma ondan əl çəkim deyə
    Son dəfə yuxuya getmək anamın qollarında
    (Haradasan?)
    [Nəqərat]
    Mən bir də gəlsəm dünyaya
    Saf gözlərinə doymaram
    Səhvim oldu, denən, harada?
    Gəlim bir də, qalım orada
    Gəl doğru yoldan boylanaq
    [Bənd 2]
    Gözümün içinə bax, ana, çəkinmə məndən
    Bilirəm, solub üzüm, azalıb çəkim bədəndə
    Sən məni belə böyütməmişdin, üzülmə, nə olar
    Çalış, görə biləsən oğlunu üzümdə, nə olar
    Yadına gəlir, iki körpə dost qalırdıq evdə?
    ‘’Böyüyəndə kim olacaqsan?’’ sualına dalırdıq hərdən
    Yenidən doğuluram deyib boğuldum öz qanımda
    Hamı sevsin, istəyirdim, indi sevmir öz anam da
    Əlimdən tut, bax, həmin o balaca uşağam
    Qaranlıqda səni qorumaq üçün yanacaq o şamam
    ‘’İnanıram sənə’’ deyib sığallamağın idi qızıl anım
    Mənsə inamını satıb oğurladım qızılların
    Halbuki bu səhv yolu seçəndə axı özümdə idim
    ‘’Gözəl övladım’’ deyirdin, bəlkə, gözün dəydi
    Hər şeyini aldım əlindən, bağışlamağa heç nə qalmayıb
    ‘’Bağışla, ana’’ deməyə belə artıq üzüm gəlmir
    [Nəqərat]
    Mən bir də gəlsəm dünyaya
    Saf gözlərinə doymaram
    Səhvim oldu, denən, harada?
    Gəlim bir də, qalım orada
    Gəl doğru yoldan boylanaq
    Mən bir də gəlsəm dünyaya
    Saf gözlərinə doymaram
    Səhvim oldu, denən, harada?
    Gəlim bir də, qalım orada
    Gəl doğru yoldan boylanaq
    Orkhan Zeynalli tərəfindən Röya Mirinin iştirakı ilə ifa olunan “Bir Də Gəlsəm” parçasının rəsmi videosu. Bu videonun bütün hüquqları "mikpro” MMC tərəfindən qorunur. © 2024
    Etiketlər:
    #OrkhanZeynalli #BirDəGəlsəm #mikpro

КОМЕНТАРІ • 2,3 тис.

  • @orkhanzeynalli
    @orkhanzeynalli  9 місяців тому +1996

    Bu asılılıqdan əziyyət çəkib özünü və ətrafındakıları incidənlərə qarşı aqressiv ya neqativ yanaşmanın faydasız olduğunu hesab edirik. Bu klipdə çalışdıq ki, hələ yol ayrıcında olan ya artıq yanlış istiqamətdə addımlayanlara göstərək ki, ən doğma insanlar necə əziyyət çəkə bilir. Emil klassik filmə çox dəqiq göndərməyə öz dəsti xəttinə uyğun detallar da əlavə edib. Aktyorlarımıza isə möhtəşəm performansa görə təşəkkür edirəm! Təəssüf ki, bu cür səhnələr real evlərdə, real insanların həyatında baş verir. Özümüzü və doğmalarımızı qoruyaq, biganə qalmayaq ki, “bir də gəlsəm” deməyə ehtiyac qalmasın🙏🏻❤️

  • @user3ekitabxana
    @user3ekitabxana 9 місяців тому +4665

    Atam narkotikə qurşananda və ailəmiz dağılanda 11 yaşım var idi. Uşaq vaxtı kimi ən çox istəyirsən sualına içdən içə "atamı" deyib, anası pis olmasın deyə "hər ikinizi" deyən uşaq idim. 15 il boyunca sevgi, nifrət və vicdan üçbucağı arasında qalan bir gəncə döndüm. Mənim atam heç vaxt doğru yolda olmadı, doğru yoldan dəfələrlə dönüb hərşeyini itirdi, biz də onunla birlikdə itirdik. Atam gözümün qarşısında xəstə oldu, əzildi, kiçildi sonra yox oldu. Onu sevən qız uşağı böyüyüb, ama hər belə mahnıda boğazı düyünlənir, yarası təzələnir.

    • @cahoaliyev1033
      @cahoaliyev1033 9 місяців тому +3

      Son cumlen....

    • @AideZeynalova
      @AideZeynalova 9 місяців тому +106

      😢can,Allah gələcək ailənizi gözəl eləsin

    • @adalatbayramov7810
      @adalatbayramov7810 9 місяців тому +56

      Allah her bir halda ataniza rehmet etsin. Insan valideyinlerini seche bilmir. Gelecek heyatiniz gozel olsun

    • @AliSalmanov-yq6cy
      @AliSalmanov-yq6cy 9 місяців тому +40

      tək deyilsən...

    • @fzt.cafarovasiman
      @fzt.cafarovasiman 9 місяців тому +79

      İlk dəfədi bir yoruma bu qədər pis oldum🥲bir də heçnəyə görə pis olma yaxşı insanlar ulduzlar kimidir,uzaqda olsa da parıldayırlar sənin parıltını görürəm mən😊

  • @nopicture2740
    @nopicture2740 9 місяців тому +1049

    Orxanın və Elxanın cəmiyyəti uçurama aparan mövzulara toxunmaları alqışa layiqdir. Hər birinə #respect

    • @elminhuseynov8607
      @elminhuseynov8607 9 місяців тому +2

    • @xuramanaliyeva3415
      @xuramanaliyeva3415 9 місяців тому +2

      👏👏👏👏👏👏👏👏👏

    • @ulviabbasov8523
      @ulviabbasov8523 8 місяців тому +1

      Eynən! 👍🏻 Qaraqan - "Bəyaz duman" // Eyni mövzuya fərqli şəkildə toxunulub // AiD & Qaraqan // hər ikisi də respect! 👑

  • @Javid1
    @Javid1 9 місяців тому +1196

    Hər şey bir yana, klip çox təsirlidi. Təkcə narkotik yox, bütün bağımlılıqlar həyatımızı məhv edir. Geriyə yalnız vaxt itkisi və özümüzdən verdiklərimiz qalır.

    • @elminhuseynov8607
      @elminhuseynov8607 9 місяців тому +5

    • @İsgenderlishh
      @İsgenderlishh 9 місяців тому +7

      Ele bizi bu hala getiren bağlılığıarımızdı belkə əl çəksək yaxşı olar.Bəlkələri əkiblər bitməyib 🥲

    • @elxanelekberli4907
      @elxanelekberli4907 8 місяців тому +9

      o qeder gozel mentiqli metn yazmisanki tekve narkotik yox butun yersiz baqimliqlar heyatimizi mehv edir

  • @emilguliev
    @emilguliev 9 місяців тому +1165

    Şərhləri oxuyub belə qərara gəldim ki, bu bəla, gördüyümüzdən daha böyükdür.

    • @CH3ST3R94
      @CH3ST3R94 9 місяців тому

      Belii…

    • @CH3ST3R94
      @CH3ST3R94 9 місяців тому +2

      Gor nece blyukdukii men bakida bacarmadim hindii kemerdeee bawqa olledee eziyyet cekib suxoyy cixiram adawim

    • @CH3ST3R94
      @CH3ST3R94 9 місяців тому

      Bacarmadim ordaa….bacarmadimm…((;

    • @afganhasan4521
      @afganhasan4521 9 місяців тому +1

      Emil, belə gözəl işlərə görə Sizə minnətdaram. Uşaqlarımızı bayağı filmlərdən uzaq tutmaq yolunda çəkdiyiniz zəhmətlər əvəzsizdir.

    • @Fal_Rituallar
      @Fal_Rituallar 5 місяців тому

      O ortamda mumkun deyil , yaxsiki getmisiz . Guc sebr arzu edirem size , sagalin , mukemmel olacaq 🙏​@@CH3ST3R94

  • @jalacalalova
    @jalacalalova 9 місяців тому +448

    “Son dəfə yuxuya getmək anamın qollarında” 🍂🍃

  • @ReshoZal
    @ReshoZal 9 місяців тому +971

    bu ƏSƏR orta məktəb və ali təhsil müəssisələrində məcburən dinlədilməlidir.. 6-7 dəqiqəyə bu boyda böyük iş sığışdırmısız. Əvəzsiz bir layihədir. Əməyi küçən hərkəsin önündə baş əyirəm!!!

    • @elminhuseynov8607
      @elminhuseynov8607 9 місяців тому +5

    • @tabriz0234
      @tabriz0234 9 місяців тому +7

      Helede menasız kitablıqlar derc olunur hey ele

    • @ursulolito
      @ursulolito 8 місяців тому +13

      Bu gün məktəbimizə polislər gəldi,bizlə danışdılar bu mövzu haqda. Sonra isə buna baxdıq.

    • @IlqarEhmedli
      @IlqarEhmedli 7 місяців тому +3

      👍🏻👏🏻

  • @HafizVali
    @HafizVali 9 місяців тому +712

    İllərlə böyüdüyümüz dostların narkotikin qurbanı olmasının necə bir hiss olduğunu bizim nəsil çox yaxşı başa düşür. Təsirlidir. Çox sağol, Orxan.

  • @nihadehedov7051
    @nihadehedov7051 9 місяців тому +698

    Göz yaşı içində izlədim. Allah heç bir valideyni belə sınaqla üz üzə qoymasın. Allah bütün övladları bu yola düşməkdən qorusun.

    • @liyevElnur-dp5pp
      @liyevElnur-dp5pp 9 місяців тому +3

      Amin

    • @elsnmanafov6882
      @elsnmanafov6882 9 місяців тому +3

      Amin insheAllah

    • @IntheFootstepsofHistory-All
      @IntheFootstepsofHistory-All 9 місяців тому +1

      Kişi adam ağlamaz deyərlər…ağlama…bədənim yerə doğru dartınır…ruhum göyə doğru…qocalıram desəm nə xeyri…yaşayıram ilk gün kimi….birgün son günüm olacağını bilə-bilə…

    • @filmizleaz
      @filmizleaz 9 місяців тому +1

      Amin

    • @user-xx6mx3mj2g
      @user-xx6mx3mj2g 9 місяців тому +1

      AMİN

  • @Samayiia
    @Samayiia 9 місяців тому +301

    Belə kliplər çəkilməli, mahnılar yazılmalıdır ki, hər kəs maariflənsin. İki dost, iki fərqli dünya... Təşəkkürlər.🖤

  • @elshadsafarov653
    @elshadsafarov653 7 місяців тому +620

    5 il istfade eledim 4 defe 21 gun muailce aldim.24 yasimda ecemideki evimi 30 minlik masinimi hamisi bu yola qurban verdim .1 kelme bacima gore 1 soze gore atdim.Cox sukur hecne istfade etmirem.Allah bu yolda olanlar Irade versin

    • @Bayramovasss
      @Bayramovasss 6 місяців тому +27

      Cənab bacınızın dediyi söz nə oımuşdurki? Sadəcə marağlı gəldi🫠

    • @Sumqayıtfk-nin2014leri
      @Sumqayıtfk-nin2014leri 6 місяців тому +2

      Şükür....❤

    • @JaguarPower
      @JaguarPower 6 місяців тому +25

      Böyük ehtimal mən sənin başıvı aşağı elmedim sən başımızı çox əydin

    • @Bayramovasss
      @Bayramovasss 6 місяців тому

      @@JaguarPower ola bilər 🥲

    • @Ədilzadə
      @Ədilzadə 5 місяців тому

      🤝🏻halal olsun

  • @resadmehdiyev2043
    @resadmehdiyev2043 9 місяців тому +374

    Orxan senin kimi insanlara Azerbaycan xalqinin etiyyaci var.

  • @iamasimaskeroff
    @iamasimaskeroff 9 місяців тому +884

    Orxan Zeynallı (AİD) və Elxan Zeynallı (Qaraqan) hələ də eyni ünvana gedirlər, ancaq fərqli yollarla. əhsən 👏

    • @hes5nl184
      @hes5nl184 9 місяців тому +6

      Həqiqətən fərqli yollarla ehh

    • @My_art_is_my_life
      @My_art_is_my_life 9 місяців тому +34

      Orxan daha sentimental yanaşır problemlərə, Elxan sərt. Amma eyni ünvana.🖤🤍

    • @iamasimaskeroff
      @iamasimaskeroff 9 місяців тому +25

      @@My_art_is_my_life ümid edirəm bir gün Azərbaycan elə bir yer olar ki, ikisinin də yazmağa mövzusu qalmaz 🙏

    • @ErlikCrazyİceberg
      @ErlikCrazyİceberg 9 місяців тому +12

      Fərq Orxan Zeynallı hələdə Rap edir Qaraqan nağıl danışır qayıdannan sonra və QQ nın elədiyi Rap deyil.

    • @exdeots
      @exdeots 9 місяців тому

      Hər nədi əsas odur ki edir.​@@ErlikCrazyİceberg

  • @rashadmammadov2820
    @rashadmammadov2820 9 місяців тому +115

    Bakıdan çıxıb rayona indi çatıram 311 km.-lik məsafə. Bəlkə 50 dəfə dinləmişəm yol boyu. Klipə baxdıqca, narkomaniyadan əziyyət çəkən, hazırda həbsdə olan bibim oğlunu, onun xəstə valideynlərini düşünüb kövrəlmişəm. Heç bir övladın bu yola düşməsini, heç bir valideynin əzab çəkməsini arzulamıram.
    Belə möhtəşəm əsər ortaya çıxardığınız üçün hər birinizə təşəkkür edirəm. Möhtəşəmsiz uşaqlar!

  • @ravanrustamov4704
    @ravanrustamov4704 9 місяців тому +76

    Analoji mənzərəni məndə yaşamışam. Uşaq vaxtı mən idmanla məşğul olanda yaxın dostum qurşandı bu yola. 2-3 il öncə peredozdan cavan yaşında öldü. Çox təsirli lahiyədir. Əməyi keçən hər kəsə minnətdaram.

  • @m.senyorita594
    @m.senyorita594 9 місяців тому +239

    Ananın çarəsizliyi çox tesr etdi. Hemin kadrda ağladım. 😢

    • @damlanezerli2876
      @damlanezerli2876 9 місяців тому

      Var olun ,Allah analarimizi bu beladan qorusun.Analar aglamasin

    • @MustecebMelikzade
      @MustecebMelikzade 9 місяців тому

      Hələ məni demirsən Sumqayıtdan 20yanvara gələndə menide eynək arxasında bərk doluxsulanmaq tutdu gizlincə ağladım

    • @ofeliaazimzadeh7622
      @ofeliaazimzadeh7622 9 місяців тому +1

      Məndəəə😭😭😭

    • @MustecebMelikzade
      @MustecebMelikzade 9 місяців тому

      @@ofeliaazimzadeh7622 səndə sumqayıtda qalırsan?

    • @syyadmansurov6949
      @syyadmansurov6949 8 місяців тому

      men de

  • @person-mm6nw
    @person-mm6nw 9 місяців тому +261

    Əməyi keçən hər kəsə təşəkkürlər. Mən inanıram ki Orxan Və Qaraqanın gələcək nəsilin düzgün formalaşmasında böyük rolu olacaq❤

    • @elminhuseynov8607
      @elminhuseynov8607 9 місяців тому +3

    • @parviz4110
      @parviz4110 9 місяців тому

      Qaraqan ve orxan elecede old Scholl rep dinleyen her kes düzgün sade ve ağıllı bir toplumdur Ne vorzakonluq edirler ne de ki Aue deyib avaraliq edirler gorduylerim budur rep dinleyen etraf cevremden Bu yolda olanı gormemişem , o yolda olan insanlara da sual verende ki Qaraqan kimdir, orxan kimidir paster kimdir Heç birini tanimirlar trecklerini dinlederken ise Bu ne deyir ne menasizdir deyirler çünki sozlerini anlamirlar o qədər savadsizdilar ki))

    • @FarganaSamadova
      @FarganaSamadova 8 місяців тому +3

      Amin

  • @Sheenaizz
    @Sheenaizz 9 місяців тому +356

    Ümid edirəm, həmin gənclərin duyğuları yerindədir bu mesajı hiss etmək üçün..

    • @elminhuseynov8607
      @elminhuseynov8607 9 місяців тому +3

    • @cavidkusarli3734
      @cavidkusarli3734 3 місяці тому +4

      Ümid etmek yaxşıdı ancaq o insanlar öz hisslerini tanımırlar. Onlar öz hisslerinin xestesidirler. Her halda Allah şefa versin...

  • @aliverdysabina
    @aliverdysabina 9 місяців тому +69

    Qaraqanın "Bəyaz duman" trekindən sonra AİD'in "Bir də gəlsəm" treki...Qəlbləri uzaqlarda da olsa vətən, millət üçün yanan iki əmioğlu...Bu millətin sizə çox ehtiyacı var❤

  • @afganhasan4521
    @afganhasan4521 9 місяців тому +34

    Oy daaaaaaa... O iki qardaşın dirəşməsi nə idi?! Gözlərim doldu. Klipin ərsəyə gəlməsində zəhməti keçən hər bir kəsə təşəkkür edirəm.

  • @orkhanzeynalli
    @orkhanzeynalli  9 місяців тому +351

    Böyük konsertdə birgə oxuyacağımız daha bir mahnı❤️
    Mahnıda və klipdə ən bəyəndiyiniz misra va ya kadr hansı oldu?

    • @АрзуХ
      @АрзуХ 9 місяців тому +19

      Ananın çarəsizliyi,dostun kədərli baxışları, musiqi məni çox mütəəssir etdi

    • @ЕминАлиев-у5ы
      @ЕминАлиев-у5ы 9 місяців тому +4

      Əladır ancaq film epizodları heç o deildə həmdə çox uzundu

    • @n.c7987
      @n.c7987 9 місяців тому +24

      Anasının boynunnan sepi açıb qaçanda ve onda neqaretin girişi meni menden aldi.

    • @NihadQQ
      @NihadQQ 9 місяців тому +9

      Qapı bağlanan yerdə nəqarətin başlaması..

    • @pervinabdullayev8015
      @pervinabdullayev8015 9 місяців тому +6

      Qəlbimə toxundun. insallah kansertdə gorusərik. qismət olsa səklim olar səninlə . səbirsizliklə gozduyurəm .🤲

  • @elshanaxmedov6776
    @elshanaxmedov6776 9 місяців тому +147

    Narkotikdən heç vaxt istifadə etməmişəm amma bu videçarx məni çox duyğulandırdı. Ey gənclər gələcəyinizi düşünün tanrı gənclərimizi bu bəladan xilas etsin əlimizdən başqa heçnə gəlmir yazmağdan başqa ...

  • @İbrahimməmmədli23
    @İbrahimməmmədli23 9 місяців тому +86

    Dinləyib özümdən asılı olmayaraq kövrəldim. Allah bu vəziyyətdə olanlara güclü iradə nəsib etsin. 🙏

  • @fuadqulambyli9749
    @fuadqulambyli9749 9 місяців тому +43

    Bu bir əsərdir.hər dəfə izləyəndə eyni emosiyalar yaşanır.sadəcə möhtəşəm.Allah heç kəsin ağlını əlindən almasın.

    • @MilaMelahet
      @MilaMelahet 5 місяців тому +1

      Amin.aile terbiyesi ve örnek ata cox boyuk rol oynayir hemde

  • @isgndrovaayan
    @isgndrovaayan 9 місяців тому +64

    “Etiraf edilməmiş hər duyğu qəlbə yükdür,
    Üzləşilməmiş hər şey ruhu çürüdür,
    Gedilməmiş hər yer gözəl gəlir,
    Çıxılmamış hər səfərdə ağlı qalar kapitanın,
    Yarım qalan yuxu hər zaman zehnində yer tutur və
    Deyilməmiş hər söz insanı yaşlandırır…
    Hər şey vaxtında yaşanmalıdı”💜

    • @sukranqedirli8411
      @sukranqedirli8411 5 місяців тому +2

      Nə gözəl sözdür .etiraf edilməmiş hər duygu qəlbə yükdür

  • @ekremmelikov8972
    @ekremmelikov8972 9 місяців тому +122

    çox gözel ve mariflendirici bir mahnı idi.. Kaş xalqımızda narkotik maddələrə qarşı daha çox mübarizə aparılaydı..

  • @1adamliq
    @1adamliq 9 місяців тому +286

    "Sənin ağzının üstündən bir dənə qoyaram" dedikdən sonra dostunu qucaqlaması❤

    • @amz9251
      @amz9251 9 місяців тому +3

      İki qardaş olduğun düşünmüşdüm

    • @ulvikerem7796
      @ulvikerem7796 9 місяців тому +13

      Ne dostudur ne qardaşı özünün keçmişi

    • @muradsdv
      @muradsdv 9 місяців тому +5

      Mence videoda ozunun muxtelif yaslardaki versiyalari

    • @mustesnaninkecileri
      @mustesnaninkecileri 8 місяців тому

      @@ulvikerem7796 dostudur

  • @sehhetgojayev
    @sehhetgojayev 9 місяців тому +227

    Əməyi keçən hərkəsə təşəkkürlər!

  • @EliyevRamin-d3q
    @EliyevRamin-d3q 3 місяці тому +15

    Göz yaşı ilə izlədim, 5 il sevdiyim insanın bu yolda olduğunu öyrəndim, hər gün ölürəm

  • @handemmww
    @handemmww 5 днів тому +2

    Bu gün məktəbimizdə elə bil ki, çağırdılar bütün 8'ləri akt zalına zərərli vərdişlərdən danışdılar falan sonra bu videonu qoydular baxdıq o qədər yəni təsiredici idi ki, ağladım hətta heç kim ağlamadı amma həqiqətən video çoox duyğusal olub və mahnıda mükəmməl) 🫠

  • @ar2102
    @ar2102 9 місяців тому +81

    Bu insanın beynində nələr baş verirki belə gözəl əsərlər yazır❤

  • @magomedmamedov4813
    @magomedmamedov4813 9 місяців тому +53

    İndiyə qədər gördüyüm ən gözəl,ən mənalı,ən təsiredici klipdir...

  • @abbaselekberov9033
    @abbaselekberov9033 9 місяців тому +697

    Kövrələrək baxanlar?(

    • @AzeUsa92
      @AzeUsa92 9 місяців тому

      😢

    • @farruxmovsumov2346
      @farruxmovsumov2346 9 місяців тому +8

      Yadimnan 4ixib uje ne4enci defedi qulag asiram..kovrelmirem, agliyiram

    • @Saleh_karimli
      @Saleh_karimli 9 місяців тому +6

      Anası ağlayanda kövrəldim😢

    • @Narmin04
      @Narmin04 9 місяців тому +3

      Ağladım😭

    • @CeyhunAhmed
      @CeyhunAhmed 9 місяців тому

      😢

  • @faqansafarov6837
    @faqansafarov6837 9 місяців тому +40

    Çox hörmət etdiyim insan Orxan. 90ları uşaqları hələdə sənin dərinliyində üzürlər...

  • @ramizaqali8886
    @ramizaqali8886 Місяць тому +9

    Bəlkədə ölkədə yeganə musiqidiki kliplə bu qədər bir birinə uyğun gəlir👍

  • @ilham.novruz
    @ilham.novruz 9 місяців тому +49

    Yəqinki Orxan kimi biri birdə gəlməz dünyaya. Sadəcə mükəmməl 🩶

  • @nijatkamilzade2105
    @nijatkamilzade2105 9 місяців тому +16

    Uzun müddət idi ki, heç bir soundtrack məni içdən kövrəltmirdi. Orxan, sənin kimi insanlara bu ölkənin ehtiyacı var.

  • @faridavyeffa
    @faridavyeffa 9 місяців тому +16

    İlahi, necə təsirlidir. Lənət olsun bu zəhəri satanlara da, həyatını buna görə korlayanlara da...

  • @aysuilyasova034
    @aysuilyasova034 5 місяців тому +20

    Bu mahnıya ilk dəfə mayda qulaq asmışdım. Həmin vaxt anam ürəyindən əməliyyat olunacaqdı. Çox narahat idim,hər gün ağlıyırdım. "Mən bir də gəlsəm dünyaya" cümləsi çox təsir edirdi mənə. İndi çox şükür hər şey yaxşıdı. Amma bu mahnını hər dinləyəndə həmin günlər yadıma gəlir.
    Bir mahnını həyatının hansı dönəmində dinləyirsənsə,yenidən dinləyəndə həmin dönəm canlanır gözündə🥲

    • @lemanwirinova1189
      @lemanwirinova1189 5 місяців тому +3

      Allah köməyi olsun ananın. Şükür indi yaxşıdı ?

    • @aysuilyasova034
      @aysuilyasova034 5 місяців тому +3

      ​@@lemanwirinova1189çox sağolun. Bəli çox şükür indi yaxşıdı

    • @lemanwirinova1189
      @lemanwirinova1189 5 місяців тому +2

      @@aysuilyasova034 lap yaxşı

  • @esmiraldaglecvmi5291
    @esmiraldaglecvmi5291 8 місяців тому +23

    Klipə baxırıma və göz yaşlarımı tuta bilmirəm. Oyuncular o qədər möhtəşəm oynuyurlar ki çox təsirləndim, halaldı bir sözlə🙏🏻🤍

  • @My_art_is_my_life
    @My_art_is_my_life 9 місяців тому +88

    "The basketball diaries"dən kadr mükəmməl idi😢❤

  • @agaevraimov
    @agaevraimov 9 місяців тому +149

    "Azıb qalmışam haramın yollarında.." 🪴

  • @MusaRehmov
    @MusaRehmov 9 місяців тому +367

    O qapı səhnəsi çox aqir çəkilib Allah heç bir valideyni öz övladı ilə sınaqa cekmesin😔

    • @kitchenbynargis
      @kitchenbynargis 8 місяців тому +3

      Amin😢😢

    • @movlacim
      @movlacim 7 місяців тому +15

      Di Caprionun Basketbolcunun gundeliyi filminden plagiatdir. Orijinala baxsaz bu sehne cox bayagi gelecek

    • @saidailyasova2957
      @saidailyasova2957 7 місяців тому +1

      @@movlacimhe orjinali dehsetdi

    • @nglishbar4356
      @nglishbar4356 3 місяці тому

      Plagiatdır, baxdım amma mənə elə gəldi bizimkilər də haqqını veribləf, hələ bu klipdəki ana rolundakı qadın daha canlı oynayıb

    • @elmirqurbanov7438
      @elmirqurbanov7438 15 днів тому

      😢😢😢😢😢

  • @A.Ayka1989
    @A.Ayka1989 5 місяців тому +3

    Rəbbim övladlarımızı qorusun belə yoldan. Amin İlahi

  • @musicianV10
    @musicianV10 9 місяців тому +4

    Heç bir trekdətəkrar nəqarətlər burdakı kimi gözəl verilməyib. Çox insan sonuncu verse-dən treki dəyişir amma bu trekin hər saniyəsi yeni bir hissdir. Respect

  • @Miran_music
    @Miran_music 9 місяців тому +9

    Bu qədər gözəl iş, hal hazırda Azərbaycanda yoxdur! Mükəmməl iş görmüsüz. Aktyor işi, sözlər, rejissor işi mükəmməllik abidəsidir. Azərbaycanda sənət və mədəniyyət öz yerini tapacaq. Nəfəslər, Damlalar, Vəfalar gedəcək. Lazım olan sənətçilər öz yerini alacaq.
    Çox sağolun bu gözəl iş üçün.

  • @_xanqz_6153
    @_xanqz_6153 9 місяців тому +52

    Bir oğul anası olaraq çox pis oldum..Çox kövrəldim..Allah doğru yoldan heç vaxt ayırmasın,Allah mərdimazarlardan uzaq eləsin😢

  • @NarminHasanovaa
    @NarminHasanovaa 9 місяців тому +67

    Allah bütün səhv yolun cazibəsinə aldananlara kömək olsun.

  • @letafetabbasova8580
    @letafetabbasova8580 7 місяців тому +6

    Çox təsiredici söz, musiqi, ifa, rollar möhtəşəm. Kövrəlmədim yalan demiş olaram, çox kövrəldim, göz yaşlarımı saxlaya bilmədim. Ərsəyə gətirənlərə çox təşəkkür edirəm. Allah o yolda olanları tezliklə düZ yola qaytarsın. Amin.

  • @cabir-talibli
    @cabir-talibli 2 місяці тому +3

    Azerbaycanda gorduyum en mohtesem klip + sozler, cox derin ..sadece ehsen ...

  • @x.y.t.f3884
    @x.y.t.f3884 9 місяців тому +23

    Çox gözəl maarifləndirici mövzu. Gənclərin sevimli musiqi janrının gənclər üçün ən təhlükəli mövzuda, cəmiyyətin tərbiyələnməsinə həsr olunması alqışlanmalı haldır. MÜƏLLİFLƏRƏ UĞURLAR...

  • @seymurmustafayev1171
    @seymurmustafayev1171 9 місяців тому +22

    Əjdaha klip, əjdaha ifa . Təşəkkürlər Emil Quliyev ,Təşəkkürlər Orxan Zeynallı və təşəkkürlər əməyi keçən hər kəsə.

  • @turanememmedova7231
    @turanememmedova7231 9 місяців тому +42

    Birdə gəlsəm dünyaya.....
    Bu sualı özümə o qədər verirəm ki.

  • @sehlacerkezli5228
    @sehlacerkezli5228 9 місяців тому +4

    Nece mohdesem insansan Orxan ZEYNALLI. Allah bu yolda olanlara komek olsun . Allah hec bir anaya gosdermesin. Allah komek olsun bu derdden eziyyet cekenləre .

  • @elsenorucov7272
    @elsenorucov7272 9 місяців тому +4

    Ehsen bucur layihe sadece mohtesemdir rebbim bizi duz yoldan ayirmasin

  • @qurbanalihuseynov6762
    @qurbanalihuseynov6762 9 місяців тому +15

    Səsinə avazina bəd nəzər deymesin.Daima zirvelere.Helede istanbuldaki konsert yadimdan cixmir,yene gel Orxan qardaş.O qeder istanbulda sevenlerin var ki, Qapidan iceri daxil ola bilmeyen Azerbaycan usaqlarini aglayan gördüm.. səbəb yaşları çatmırdı içəri girməyə yəni bu qeder sevilirsiz Allah sizleri qorusun.

  • @Jeyhun_Mammadov
    @Jeyhun_Mammadov 9 місяців тому +22

    Emin Quliyev 3:20 o nə kadr idi elə qurban sənə məhv etdin bizi bu ölkə üçün çox underrated adamsan həqiqətən

  • @tahirmhrrmova3483
    @tahirmhrrmova3483 9 місяців тому +58

    Tüklərim biz biz oldu. Sadəcə dəhşət ❤

  • @RamizHuseynli-x3x
    @RamizHuseynli-x3x 8 місяців тому +2

    . Allah hec bir anaya bu derdi qismet elemesin. Orxan tewekkur emeyi kecen her kese tewekkur. Ela alinib uwaqlar. Ehsen.

  • @shrbb8840
    @shrbb8840 3 місяці тому +6

    Qizin oxudugu yerriii ayricaaa mahniiii edinnnn superdirrrrr.Neceee mesum mahni olar ondaaaa😢😢😢❤❤❤

  • @AbasovAyaz
    @AbasovAyaz 9 місяців тому +7

    Cox sagol Orxan, cox derin sujet xettine malik bir klipdi. Allah hec bir valideyni ovladina gore utandirmasin!!! Gozel gencliyimiz narkomaniyadan uzaq olaq.

  • @a.ekdj_
    @a.ekdj_ 9 місяців тому +11

    Nece gozel klip inşallah bu zillətdən əziyyət ceken her kes sagalar 🤲

  • @LiliRemmi
    @LiliRemmi 9 місяців тому +35

    Yəqin, ancaq oxşar hadisələri şəxsən yaşamış insanlar klipin necə güzgü kimi olduğunu bütün dərinliyi ilə hiss edəcəklər... Bütün ruhum sancdı... 😔

  • @leylanerimanli6240
    @leylanerimanli6240 8 місяців тому +6

    Bu mahnını ilk dinləyəndə hönkür-hönkür ağladım. İndi də çox az dinləyirəm, çox zaman yarıda dayandırıram çünki ruhum əzilir sanki. Çox heyf bəzi gənclərə…

  • @menzer23
    @menzer23 8 місяців тому +16

    bu klip televiziyada reklam evezine verilmelidi. her yerde gosterilmelidi

  • @eyyubhebilli1220
    @eyyubhebilli1220 9 місяців тому +54

    Anası ilə olan səhnə🥺. Allah heç kəsi doğru yoldan ayırmasın🤲. Əməyi keçən hərkəsə təşəkkürlər!

    • @ehmyass
      @ehmyass 9 місяців тому +2

      o hissə basketball diaries filmindəndir

    • @eyyubhebilli1220
      @eyyubhebilli1220 9 місяців тому

      @@ehmyass həəə, izləməmişəm. Çox sağ olun

  • @АгарзаАгарзаев
    @АгарзаАгарзаев 8 місяців тому +14

    Mən bu klipə baxanda, orda bir fraqment var, nifrət edirəm bu klipə, cünki o balkon mənim bacımın evinə aparırdı, bacım oğlu da narkotika istifadəçisi idi. Bacım dünyasını dəyişdi, fikirdən və stresdən pis xəstəliyə yoluxub. Hər dəfə bu klipə baxanda pis oluram, göz yaşlarımı saxlaya bilmirəm

  • @ANN_ft-123
    @ANN_ft-123 9 місяців тому +11

    Cüdo güc, cəsarət, iradə deməkdir. Rəbbim gənclərimizi qorusun amin

  • @amilmeherrem3049
    @amilmeherrem3049 9 місяців тому +3

    Bu qədər möhtəşəmlik ancaq sizdən çıxardı. Əsl komanda işi,musiqi,klip,nəqarət, sözlər,operator işi, aktyorlar. Sadəcə super

  • @ОдноглазыйСкорпион
    @ОдноглазыйСкорпион 4 місяці тому +6

    17 yaşim variydi pis vərdişlərə öyrəşəndə, ən yaxın dostumla bir yerdə sinaga cəkildik, bu dəhşətiydi... zaman kecdi 20 il sonra mən bu vərdişləri atdim, dostum isə hələ də o yoldadi, 10 ildi ki bu iyrənc şeydən aralanmişam, ən əziz dostuma bu yoldan cıkilməsi üçün əlimdən gələni etmişəm və də sonacan arxasindayam yetər ki yoluna qayitsin,
    Sözüm gəncləridi etmiyin bu zibili ,bu yolda olanlara demək istiyirəm ki güclü olun siz istəsəz bacaracaqsiz yetər ki özünüzə inanin Addim atin tək bir addima baxar

  • @ruslanasgerov3268
    @ruslanasgerov3268 9 місяців тому +14

    Gözlərin doldu hamının ətrafında yəqin ki belə bir dostu var😢

  • @KamranMarifov
    @KamranMarifov 9 місяців тому +3

    Her bir saniyesi kelimesi efsanedir. Narkaman rolunu oynayan qardaşı xüsusi tebrik edirem aktyorluq seviyyesi mükəmməl

  • @qurbanqurbanli2538
    @qurbanqurbanli2538 9 місяців тому +36

    Orxan Zeynalli başda olmaqla, əməui keçən hər kəsə təşəkkürlər

  • @nurlan.semedov2604
    @nurlan.semedov2604 8 днів тому

    Birde hec vaxt Azerbaycana Orxan Zeynalli kimi dahi gelemeyecek. O sozleri ile yazdiqlari ile bir dunyadir!!!

  • @aygunqocayeva8260
    @aygunqocayeva8260 9 місяців тому +5

    Məncə hər bir yeniyetmənin izləməli olduğu klipdir .Təşəkkür

  • @Najhev
    @Najhev 9 місяців тому +67

    Her defe Spotify de Orxanın köhne mahnılarını tapmaq, Xezine tapmam kimi idi

  • @musicallife041
    @musicallife041 9 місяців тому +7

    Çox sağ ol Orxan. Sən həmişə treklərində bu xalqın ağrılarına toxunmağı bacarırsan. Maarifləndirici klipə görə də bütün əməyi keçənlərə hər kəs adından təşəkkür edirəm.
    Və mümkünsə sadəcə mahı formasını da yükləyin

  • @Mister-Yusif
    @Mister-Yusif 9 місяців тому +5

    Video həqiqətən çox təsirlidir..Allah bütün gənclərimizi qorusun 🙏heç bir valideyn də çarəsiz qalmasın Allahı.

  • @ilkineliyev5656
    @ilkineliyev5656 9 місяців тому +2

    Ölkəmizdə belə işlər görən insanları görmək fəxr hissi verir bizə. Çox gözəl klip,gözəl sözlər, insanın öz həyatı film kimi keçir,gözlərinin önündən ki, Şükür Allahım. UĞURLARINIZ BOL OLSUN. BELƏDƏ DAVAM.

  • @gulcinguliyeva1629
    @gulcinguliyeva1629 9 місяців тому +2

    Goz yaslari icinde dinledim… coxsagolun Orxan Allah hec bir valideyni ovladi ucun caresiz buraxmasin….

  • @Select.iCar.
    @Select.iCar. 7 місяців тому +7

    2019-ci ildən qumar asılılığından əziyyət çəkirəm tam 5 ildi həyatımda nələri itirdim hər şeyi sevgi hörmət dostluq hər şeyi bu klipi gördüm çox pis oldum həqiqətən Allah valideynlərimizin canını sağ eləsin ölənlərə də Allah Rəhmət eləsin, bir şey deyə bilərəm ki insanın her vezyetinde ailəsi olması ve senin onlara qarşı elədiyin hərəkətlər yaş dolduqca anlayırsan kaşki belə olmazdı ...🚬

  • @Jabarov
    @Jabarov 9 місяців тому +15

    Klip kövrəltdi məni həqiqətən. Uşaqlıq dostların arasından bir çoxumuz kimlərisə itirmişik. Sırf şirin başlayıb, həyatı zəhər edən narkotikin ucbatından.
    Gəl, doğru yoldan boylanaq 👏♥️

  • @ElmarQuliyev_
    @ElmarQuliyev_ 9 місяців тому +7

    Boyunbağını alıb qaçma səhnəsi çox təsir edici idi. Günümüz reallığın çox gözəl əks etdiriblər. Hörmətlər🖤

  • @velimam3179
    @velimam3179 9 місяців тому +1

    Halal olsun bu gencelere gozel eser yaradiblar.baxsin butun gencler ibret gotursun.muqayise etsinler iki eyni yasda gencin heyatini😢analarini ,sevinclerini.yasam terzlerini

  • @canmurat-r2b
    @canmurat-r2b 9 місяців тому +1

    Abi bu ne nasıl bir klip ağladım kaç yaşında adamım. sokağı bu kadar iyi anlatmak helal olsun kardeşime iyi ki varsınız iyiki böyle bir klip şarkı yapmışsınız.

  • @ramin_rzayev
    @ramin_rzayev 9 місяців тому +29

    Bu mahnının hər gün bütün ictimai yerlərdə paylaşılmasını çox istəyərdim. Narkomaniyaya qarşı çəkilmiş ən möhtəşəm işdir. 6:30 dəqiqəlik qısa metrajlı film kimidir. Ölkə trendində belə keyfiyyətli işləri görmək ümidilə…

    • @7ayhan7
      @7ayhan7 9 місяців тому

      Qaraqanın Bəyaz Dumanını unutdunuz.

    • @ramin_rzayev
      @ramin_rzayev 9 місяців тому +2

      @@7ayhan7 Qaraqan’ın Bəyaz Duman mahnısında sözlər çox möhtəşəmdir. Amma burda sözlərdən əlavə klip də çox möhtəşəm alınıb.
      P.S Qaraqan’ın Yarasa’sı həm söz, həm klip olaraq möhtəşəm idi 👍🏻

    • @7ayhan7
      @7ayhan7 9 місяців тому +2

      ​@@ramin_rzayev bəli. Hər biridə mədəni-mənəvi inkişafa səsləyir. )

    • @ramin_rzayev
      @ramin_rzayev 9 місяців тому

      ⁠@@7ayhan7hamını sağlam həyata dəvət edirlər )) #since2007 😉

  • @Muraddidaala
    @Muraddidaala 9 місяців тому +16

    Ehh. Həmişəki kimi, sənin kimi heç kim ifadə edə bilməz bu duyğuları ❤️

  • @Thekamala
    @Thekamala 9 місяців тому +4

    İki yol ayrıcında qalan fərqli insanların görüşməsi ancaq bu qədər təsirli ola bilərdi ✨

  • @MUSAABIDOV-b9r
    @MUSAABIDOV-b9r 3 місяці тому

    Gözüm doldu..Allah gənclərimizi qorusun pis verdişlərdən.

  • @IsmayilCebrayilli-mx9xk
    @IsmayilCebrayilli-mx9xk 9 місяців тому +1

    Təsirli ve Maarifləndiricii bir klip alınıb. Əməyi keçən hər kəsə təşəkkürlər 👍

  • @menzilpark
    @menzilpark 9 місяців тому +6

    Musiqi öz yerində sözsüz möhtəşəmdir. Klip isə tam başqa bir təsir qatıb. Afərin zəhməti keçən hər kəsə. 👏👏👏

  • @AytacQuliyeva-uo8wt
    @AytacQuliyeva-uo8wt 8 місяців тому +3

    Bu zibile gore emim nece defe hebse grb gozmu qabaxinda ailem cokurdu ne hallara qaldi ALLAH hec bir valdeyni ovladi ile sinaga cekmesin ve ALLAH heckesin agln elinden almasin:)🤲

  • @tamerlanismayilzad2847
    @tamerlanismayilzad2847 9 місяців тому +20

    Bu mahnı mənə köhnə dosumu xatırlatdı. Bir an olsun ayrı qalmırdıq. Elə olsu əlaqəmiz pozuldu. Mən əsgər getdim, o qaldı. Əsgərlikdən qayıtdıqdan sonra küçədən yanından keçdim. Tanımadım. onu. Saxladı məni, dedi tanımadın məıni? Mənəm də. Tural... Hərdən onun o cür olmasında özümü gunahkar bilirəm. Buraxmasaydım onu, elə olmazdı deyə düşünürəm.

    • @sabinamustafayeva8181
      @sabinamustafayeva8181 8 місяців тому +3

      Hər kəs öz yolunu özü seçir.Nə olursa olsun axırda son qərarı biz veririk.Siz olsaydınız da əgər içində marağı istəyi varsa edəcəkdi heç kəs saxlaya bilməzdi

  • @Sumqayıtfk-nin2014leri
    @Sumqayıtfk-nin2014leri 6 місяців тому +2

    Bu son illərdə bu acınacaqlı mənzərələr çox olur..biz valideynlər övladların dostu, dərd ortağı,ana,ata olmalıyıq... çox təsirli qısa metrajlı filmdir.. ellerinize sağlıq..

  • @almazhacibalayeva4959
    @almazhacibalayeva4959 9 місяців тому +2

    Cox gozel iş coxiarmisiz. Baxdiqca dinledikce gozlerim doldu. Bu asilliq xesteliyinden eziyet cekenlere mohkem irade sebr ve saglam dusunce dileyirem

  • @ShriyarKrimov-cl7wk
    @ShriyarKrimov-cl7wk 6 місяців тому +8

    Ən yaxın dostum, böyük qardaşım saydığım oğlan bu zəhrimarın üzündən düşə biləcəyi ən pis yollara düşdü. O da cüdoçu idi. İndi neçə ildi həbsdədi və mən buna qulağ asanda indi gözümün qabağından 2015-18 hamısı keçdi. Bəlkə də mən pis dostam onu qoruya bilmədim, amma həyatdı deyib keçməkdən başqa heç nə gəlmir əlimdən

  • @ruslanismayilzade8833
    @ruslanismayilzade8833 6 місяців тому +7

    5:30 hər dəfə bu hissəyə baxanda gözlərim dolur...

  • @creativeplustv
    @creativeplustv 9 місяців тому +4

    Təsirli klipdir. Ümid edirəm ki, bu ibrətamiz videolardan özünü pis vəziyyətdən çıxaracaq oğullarımız olacaq. İnşallah! Allah hamımızın köməyi olsun inşallah! Klipə gəldikdə isə əməyi olan hər kəsə təşəkkür edirəm. Həqiqətən də bu gözəl çəkilişdə əməyi olan aktyorların, rejissorların, operatorların və ideal şəkildə hazırlanmış ssenaristin bu ssenariyə görə dərin təşəkkürümü bildirirəm.

  • @nazimaliyev6498
    @nazimaliyev6498 9 місяців тому +1

    Təkrar baxdım..Orxan və Röya xanıma təşəkkür edirəm.Uğurlar..

  • @theilman4019
    @theilman4019 9 місяців тому +2

    Cemiyyete verilen EN GOZEL , ŞİDDƏTLİ BİR MAARİFLENDİRME PROJESİDİ BU , EHSEN SENE .