O vaxt atamın dəbdə olan Sony Walkman-i ilə 5 saata HOST-un mahnısını yükləyib əlimdəki gitaramla akkordları tutmağa çalışırdım, anam ordan "dur dərs oxu!"deyərdi, mən isə bu ifaçılarla dueti xəyal edərdim, illər sonra arzunun reallaşması və indi dostumuz Orxana bütün bu xatirələri canlandırdığı üçün təşəkkür edirəm. İllər öncə Eurovision seçimlərində gördüyüm çıkqılı Aynişana da illər sonra xatirələri canlandırdığı üçün təşəkkürlər. İştirak edən hər kəs bizə illər öncəni yaşatdı💫 konsertə az qaldı 🎉
Darıxıram ata.Sıxılıram hər şeydən.Bəzən sadəcə uşaqlığıma qayıtmaq istəyirəm,bəzən də tez böyüyüb xəyallarımı gerçəkləşdirmək(yada indi ki həyatımdan uzaqlaşmaq).Bilirsən ata əslində indidə çox gülürəm ama sanki ürəkdən yox yada güldüyümə görə sonradan peşman oluram.Evimiz sənsiz qəribə gəlir.Hələdə sənin yoxluğuna inana bilməmək hissidə qəribədir.Yeni rəhmətə getdiyin günlər qapıdan bayra baxıb gözləyirdim ki bəlkə gələrsən.Ama gəlmirdin.Qəbrüstünə ziyarətə gələndə də ağlaya bilmirəm.Çünki o yerdə sənin yatdığına hələ də inanmıram.Birdə təklik istəyirəm.Bir gün tək başıma gəlim yanına.Hərşeyi danışım sən mənə səs verə bilməsəndə.Bəlkə də danışmağıma ehtiyac da yoxdu.Ümid edirəm ki bizi daima izləyirsən.Ata bax sənə söz verirəm universitetə girdiyim gün sənin yanına gəlib sevincimi bölüşəcəm.Çünki ən çox sən görmək istəyirdin o günü.İndi görürəm ki səndən başqa mənə çoxda dəstək olan yoxdu.Maddi yox mənəvi baxımdan.Sənin mənə "sən oxu ,ata həmişə arxandadı"deməyin məni elə qürurlandırır,mənə güvən hissi verirdi ki...Eh kaş kaş kaş.Kaş dediyimiz o qədər şey var ki.Allah yerini cənnət eləsin atam.(15042024).
Qəribədi,bu yorumu ilk oxuyanda elə bildim mən yazmışam.. eyni duyğuları yaşayırıq. Amma unutma atamız həmişə bizlə fəxr edir və hərzaman bizim yanimizdadi)
Həqiqətən deməy istədiyim hər cümləni bura yazibsiziniz, eyni hissləri yaşayıram sizinlə, ciddən çox çətin bir hissdi atasizlik, hər dəfə qəbir üstünə gedende danışıram ağlıyıram bəlkə səsimi eşidə ağladığımı görə gəlib qucaqlayıb qızım mən sənə deməmişəm ağlama papan hər zaman yanındadı desin, səsini eşitmək isdiyib eşidə bilməmək qucaglamag isdiyib qucagliya bilməmək, üzünü görmək isdiyib görə bilməməy yandırır insanı) Allah rəhmət eləsin hər bir rəhmətə getmiş valideyinlərə 🖤
Şərhlər balaca uşaqların ruhu doludur . Və gün gələcək bu mahnının altındakı şərhlər bizim Xatirə dəftərimiz olacaq . Nəvələrimiz girib qarşılaşar bəlkə gələcəkdə 🌱
Bu cür səviyyəli mahnılara qulaq asan bizik, xanım.İldən-ilə korlanan zövq nəticəsində nəvələrimiz Damla və Şəbnəmin davamçılarını dinləyəcəklər. Çətin ki, bura girib rəyləri oxusunlar.
@@rubabaazizbeyli5717Hər keçən il müsiqi zövqümüzü korlayırlar.Biz dedik Z nəsli bizdən aqıllı olarlar,amma baxıram ki,bizlər kiçik imkanlarla daha çox işlər görmüşük.
Nə qəribə mahnısan sən. Həm 90lar həm 2000-lərin başı kimisən. İllər heç keçməmiş kimi. Uşaqlığımız kimisən. Sanki yeniyetməyikmiş kimi hələ də. Safıq, gözəlik, toz-duman altında qalmamışıqmış kimi sanki. Nə qəribə mahnısan sən. Ən gözəl illərim kimisən...
3 deyqelik gozelik safiq usagiq😔 oki elleriyle ekrani baglayir yuxudan ayilirig gozlerimiz acilir problemler,bu zamane,qorxularimiz ve biz.....hecne ne deyek.....her sey Allahdan xeyirde ondan serde ondan min sukur deyek Bismillah deyek gune baslayaq Allah her kesin isini avand elesin gununuz ugurlu olsun😇
Klipə baxa baxa qayıtdım uşağlığıma məktəb illəri ta ki bu günki 30yaşıma qədərki həyatım keçdi gözümün önünnən, 3dəqiqəlik trek kövrəltdidə güldürdüdə xülasə bir ifaya sığan 30il Təşəkkürlər trekə klipə görə təşəkkürlər
Xatırlayıram 40-cı paraleli ilk dəfə dinləyəndə Bakıda yaşayan, balaca xəyalları olan biri idim. İllər sonra yenə dinlədim, bu dəfə Ottavadan. Məğzini, mənasını başa düşərək həm də. İndi də "İllər sonra"nı dinləyirəm. Yenə həmin heyranlıq və həyəcanla. Hamınıza sevgilərlə, mənim qardaş və bacılarım.❤❤♥️
Eyni şeyləri yazacaqdım ki gördüm artıb yazılıb. Hətta Bakıda 40 cı paraleli dinləyəndə belə bu vaxtların gələcəyini və birgün qürbətdə olacağıma əmin idim.
Klipə baxdıqdan sonra öz keçmişini yadına salan nə qədər insan gördüm şərhlərdə. Bunu bacardı Orxan.. Hər günümüzü doya-doya yaşayaq. Bu gün gələcəyin xatirəsidir nə də olsa. Xatirələr də yaddaşlarda yaxşı qalsın gərək... Çox sağol Orxan... Necə deyərlər "Ömrü bizim ömrümüzdən uzun bəstələrin var"
Canım ATA'm bugun artıq 8 gündür yoxsan. Çox şanslıyam ki senin qizin oldum. Dünyanin en gozəl hissini yaşatdın bizə, bu 20 ildə ata sevgisini iliyimə qədər hiss etdim. Sənə doymasam da, o hissə dibinə qədər doydum. Nə qədər uzaqda da olsan qəlbimizdəsən nəfəs qədər yaxınsan mənə. Mən sənin qızınam ona görə də güclü olacam. Cənnətdə görüşməyimiz ümidilə...🙏🏻🖤
"40-ci paralel" vətənindən didərgin düşmüş minlərlə azərbaycanlının himnidirsə, "illər sonra" isə, adamı öldürüb və dirildən möhtəşəm bir repidir. Orxan və Aynişan, vətənindən didərgin düşmüş kimi sizə təşəkkür edirəm! Allah valideynlərimizə can sağlığı versin. Rəhmətə gedənlərə isə, Allah rəhmət etsin...
Bunu ilk dəfə dinliyirəm hal-hazırda kiçik bir rayonun bir küncündə olan bir tullantı kimi. Hər şeyi uduzan əldə var 0 olan bir insanam. Lakin böyük xəyallarım var... Bitməyən ümidim var.. Bu misraları yazanda gözlərim dolur... Bir gün qaçaram xəyallarımın ardınca... İllər sonra xəyallarımı həyata keçirib dinləmək ümidi ilə...
Hec neden umudunuzu uzmeyin. Heyat bize gozlemediyimiz anda ele mocuzeler gosterir sadece inanin. Bir sabah her sey basqa olacag ve isildayan gunes sizincun dogacag 💗
Bu klip və mahnı, nəinki ordaki məşhurların kövrəlib baxdığı xatirələr və duyğular toplusu, bütün Aid dinləyicilərinin kövrəldiyi və özünü tapdığı bir işdi. Belə işləri görmək həqiqətən sevindirir❤
Hardaasa, 7-ci sinifdən HOST-a qulaq asmağa başladım. Yadımdadır dayım oğlunun köhnə Nokiyasnda kəşf etmişdim bu qrupu. Sonradan mütəmadi olaraq dinləməyə başladım . Bu idealoqiya məni univerə qirmək, dərs oxumaq və özümü dərk etməyə çox kömək etdi zamanla. Ən çoxu isə kitablara olan marağımı artırdı. Bəlkə elə bu sevgi ilə 5 yaşımdan məşğul olduğum musiqi ilə indi də davam edirəm. Düzdür, Qaraqanın da konsert verməyini istəsəm də ancaq illər sonra Orxanın da yeri olduğu kimi qalır. HOST-dan kimi dinləsəm.kohnə xatirələr yada düşür........
Gəncliyimiz, xatirələrimiz canlandı gözümüz önündə. Bir HOST fanatı olaraq həm bu səs,, həm bu sözlər apardı o illərə. Çox qəribə hisslər yaşadıq. Təşəkkürlər Orxan Zeynalllı...
Özün də bilmirsən, nostalji sənə zövqmü verir yoxsa əzab ?! Bu ikisinin harmoniyasında bir şey... Təşəkkürlər belə bir trek üçün,Orxan. Eyni dili yox , eyni duyğuları paylaşan insanlar anlaşa bilərlər. Kommentari eyni duyğuları paylaşan insanlarla doludur.
Рік тому+114
Daima keyfiyyət qoxan sətirlərdə görüşmək necə də böyük mədəniyyətdir.✨ İllər sonra da dinlənəcəyini bilmək necə də böyük və şirin həqiqətdir.🎶🌃
90-cı illərin gəncləri və uşaqları bu mahnı/kliplə necə şirin və acı hisslər keçirdik… Təəssüf ki, o gözəl dövrləri birgə keçirdiyimiz bir çox əzizimiz artıq yanımızda olmadan dinləyirik bu mahnını indi, bir gözü yaşlı digəri gülümsəyərək!
Bəzən illər öncəyə qayıtmaq istər insan-itirdiklərini tapmaq üçün, Bəzən də gələcəyə getmək istər insan-tapdıqlarını itirmək üçün. Diləyirəm hər kəs tapdıqlarını gələcəyə aparmaq istəyəcək qədər xoşbəxt olsun🍀
Səsini eşidəndə sözlər nə olursa- olsun gözləyim dolur. Bu səsin doğmalığı, bu səsin yaşatdıqları, bu səslə olan xatirələr… İllər keçsə belə yenə eyni hiss. Düşünürəm ki, bu ömrümün sonuna qədər belə olacaq. 🖤
O qədər özəl,o qədər gözəl idiki. Yenə UA-cam da, ürəyimizdə əbədi xatirə qalacaq bu mahnı. Heç vaxt köhnəlməyəcək, heç vaxt dilimizdən düşməyəcək. Və sadəcə baxış sayındaki rəqəmlər birdə həyatımız dəyişəcək.yaxşı ki ölkənin belə sənətçisi var. Bizi yenə qoyub getmə,Orxan🫀
İllər sonra nələr dəyişmədiki... Uşaqlığımız idi Orxan ,Host , İlkin Həsənli ,Atv kanalı ,yeni ulduz .... Nə gözəl günlər idi. Xatırlayıram uşaq idik və ailəmlə hər axşam ATV-də yeni ulduza baxırdıq , hər il yay tətilini gözləyib aztv kanalında saat 12:00da uşaq saatında filmləri izləmək ən böyük xoşbəxtliyim idi - " Narmiya Səlnamaləri " , " Harry Potter " , Barby serisi , " Onuncu krallıq " və daha hansı filmlər. Həftə sonları spacedə hind filmləri izləyirdik. Həftə sonları ATV-də Vüsalənin təqdimatında Şou magazine verlişi... Nə gözəl uşaqlığımız olub. Klipdə məni ən çox ilkin Həsəni gördüyüm yer duygulandırdı oda qocalmışdı məndə illər sonra . Artıq 30a çatır yaşım və illər öncə nə gözəl günlər idi. 10 il bundan öncə məktəbi bitirmeyim ,abituriyent həyəcanı , sinif yoldaşlarından ayrılmanın verdiyi qorxu hissi ... Anamin atamın saçlarına dən düşməyən illər öncə... Nələr itirdik bu illərdə nələr qazandiq müqasiyə edilməməlidir məncə. Çünki qazandiqlarimiz gözəl ola bilər amma itirdiklərimizdə gözəl idi... İllər sonra nə olacaq bəs? 1 yaşında qızım bəlkə illər sonra böyüyəcək və mən onun indiki bu körpə halları üçün darıxacamm....
Birinci sakit dinləyirsən sonra hansısa misrada dirəncin qırılır və gözündən yaş sel olur… Orxan bizə bizi xatırlatdığın üçün çox sağol “ illər sonra”..❤️
Bu mahnini dinləyəndə gözlərim dolmuşdu. Nəsə mənə həqiqətəndə təsir etmişdi bu mahninin sözləri. Təəsüf olsun ki 14 may saat 03:02 həmin zəng və atam dunyasini dəyişmişdi. İndi isə uzulərəkdən bir daha dinləyirəm. Hər dəfəsində həmin an yadıma düşür.
33 yaşı biri kimi deyirəm. Hələ də ruhum 10-12 il əvvəldə qalıb. Hələ də 21-22 yaşlı gənc kimi hiss edirəm özümü. Amma geriyə dönüb baxanda heç də qısa olmayan bir yol görürəm. Uşaqlıq vaxtı çətinliklər, məktəb vaxtı uşaqlarnan səbəbsiz gülməklər, qardaşımnan məktəb geyimində məktəbə çatana kimi şişkaynan paslaşmaq. Universitet xatirələri, iş axtarmaq, ailə qurmaq və ata olmaq. Bu qədər gözəl xatirələr toplamışam. Amma yenə də keçmişdə yaşadığım gözəl günləri hər zaman axtarıram. Eh deməyə söz çoxdu...
Biz də böyüdük,dəyişdik,yaşlandıq onlarla bir yerdə.Gözəl zamanda yaşamışıq əslində.Bütün gözəl xatirələrim üçün keçmişimə təşəkkür edirəm.Bunları xatırlatdığınız üçün sizə də təşəkkürlər Orxan bəy.
Təşəkkür edirəm.İllər sonra yəni 30 - il sonra ilk məhəbbətimə qovuşdum. Nağıl kimi bir, həyat.30 il ərzində isə çox əzablardan keçmişəm,üzü ağ .İtirdiyim həyatı,ALLAH yenidən özümə qaytardı.
Bu sözlərim sənədir, ata.. Bilirəm, sən bu yazıları görməyəcəksən və bunun üçün də rahat-rahat yazıram (yanında ola bilməyəcəyim qədər rahat). Hiss etdiklərimi kağıza yaza bilmərəm çünki, yazsam mütləq bir gün oxuyardız və mənə heç vaxt bunları sizə danışa bilməyəcək qədər soyuq davrandız. Mən ruhu ac, iyirmi 'yaşlı' 'gənc' bir qız 'uşağı'. Amma xoşbəxtliyə ac.. Bilirsən? mən 9 yaşıma qədər hər gün səni gözlədim. Hər gün sənin xəyalını qurdum, sənin evimizə gələcəyin günü düşündüm. Heç unuda bilmirəm. Birinci sinifə getdiyim ilk gün, məktəbin həyətində sıra ilə qızlara qırmızı, oğlanlara mavi çanta paylanmışdı. Qırmızı çantalardan biri əskik gəlmişdi, sona isə mənlə digər qız qalmışdı. Əslində o çanta mənim olacaqdı, məndən arxadakı qızın atası və babası yanında olduğu üçün ona almışdılar. Mənə isə oğlanların mavi və zamoku qırılmış çanta verildi. Sinifə girdiyimdə bütün uşaqlar valideynlərinin yanında sevinc içində idi. Anam yanımda idi amma, mən yenə də tək hiss edirdim. Heç bir qız mənimlə oynamadı qırmızı çantam olmadığı üçün. Anam məni o qədər çox sevirdi ki, anlayırdı üzüldüyümü. Mənim üçün yeni çəhrayı çanta alacağını desə də, pulumuz yox idi. Hər gün o çanta ilə utanaraq məktəbə getdim, utanaraq döndüm. Düşünürdüm ki, sən gəlib o uşaqların dərsini verəcəksən və mənim qəhrəmanım olacaqsan. Hamı mənə "atan hardadı?", "niyə səni bir dəfə belə görməyə gəlmir?" deyəndə, "işləyir" deyə fəxrlə sənin tərəfini tuturdum. Yaş 8, evimizdəki qonaqlar, anamın sevinci, açılmış süfrələr, mənim gecəni yatmadan səni gözləməyim, xəyalını quraraq yatıb qalmağım və.s. 11 iyul, 2011. Sən gəldin. Oyandığımda dizində oturmuşdum və məni öpüb-əzizləyirdin. Bilirsən? həmin günün səhərisi mən evə qalxarkən pilləkənlərdə gördüyüm hər q*n ləkəsini, süfrə üçün toyuq kəsdiyinizi düşünüb sevinmişdim. Hansı ki, evə girib mamanı o halda görənə qədər. İllər sonra bir xəyalım gerçəkləşmişdi. O gün, "kaş elə hər şey xəyalımda qalsaydı" dedim. Məgərsə mənim ən böyük qəhrəmanım anam imiş. Sən hər hirsləndiyində mənə "axmaq" dediyin zaman xətrimə dəyərdi amma indi düşündüyümdə dəymir. Bilirsən niyə? Heç bilirsən illərdir axmaq kimi inandığım yalanları ilk dəfədir bu il öyrəndim? bilirsən nələri öyrəndim? Məsələn sənin illərdir, məgərsə işlədiyin üçün Rusiyada olduğunu yox, əslində həbsxanada olduğunu.(Amma nə üçün, nə səbəbə onu belə bilmirəm). Mənim hirsim sizə deyil, özümədir. axxx axxxx mən necə bir dəfə də olsun düşünmədim ki, iş üçün səkkiz il qızını görməyən ata, illər sonra sadəcə pijama dolu sumkası ilə gəlmir gəlsə belə, sonrakı həyat kasıblıq ilə keçmir. Allah şahiddir, bir dəfə belə bunları düşünməmişdim. Hər şey kaset kimi beynimdə döndükcə ayılıram. Həm də heç kimə soruşmadan. İllərdir məni necə gözəl ayaqda uyutduz əhsən sizə.. Sonra nəyi öyrəndim bilirsən? Məgərsə anam keçmişdə öz sevdiyinə nişanlı imiş və nişanı qaytararaq anamı sənə veriblərmiş. Mən isə hər dəfə "mama, yer üzündə adam tapmamışdın evlənməyə?" sualını verərək kim bilir neçə yerdən parçalamışam yazıq anamın ürəyini..Onsuz da heç vaxt cavab verməzdi bu sualıma. Heç vaxt görməmişəm həmin nişanlısını amma, onu səndən çox sevəcək qədər kimsəsiz buraxdın məni. Bu həyatda ən sevdiyim şəxs atammış kimi düşünürəm, amma sən yox, xəyalımdakı ATA. Sən də yaralı imişsən. Rusiyada sevdiyin qız olub və babam buna icazə vermədiyi üçün anamı sənə yar ediblər. Kaş sevdiyin üçün deyil də, heç deyilsə doğmaca xalanqızı olduğu üçün yaxşı davransaydın anama.. Hər nəysə. Bizlər sevgisiz əkilmiş ağacın, bar verməmiş budaqlarıyıq. Amma bir gün çiçək açacağıma inanıram. Bax qızın aşiq olub. Bilirsən kimə? xəyalındakı ata obrazında düşündüyü bütün xarakterləri daşıyan bir adama.. O qədər yaxşı biridir ki, işdir mən onunla qovuşmasam belə, eşqi onda tapdığım üçün hər zaman razı qalacam həyatımdan. Kaş qarşılıqlı oturub danışa bilərdim bunu səninlə ata. Eybi yox. Bugün olmasa da, illər sonra həyatımın istədiyim kimi olacağına əminəm. Bir gün çox varlı olacam. İstədiyim evim, işim olacaq. Ən çox istəyib də qazana bilmədiyim Universiteti qazanacam, sırf sən qadınlara maşın sürməyi yaraşdırmadığın, bir gün maşın alacağımı deyəndə hirsləndiyin üçün maşın alacam, səni də bağışlayacam, etmək istəyib də edə bilmədiyim hər şeyi edəcəm. Ən çox xəyalını qurduğum şeylərdən biridir sevdiyim adamla bir yay axşamının sərin mehində, dəniz kənarında oturub uzun-uzun söhbət etmək. O danışsın mən dinləyim, onun səsi dalğaların çırpınışları ilə qarışsın.. Bura həyatda ən çox zövq aldığım, etmək istəyib də edə bilmədiyim şeyləri yazacam. Heç vaxt dənizə getməmişəm. Bunu sevdiyim adamla etməyənə qədər, heç vaxt da getməyəcəm. (Həyatımda bir dəfə ailəmlə getmişdim, o zaman da uşaq idim, 4-cü sinifi bitirmişdim). Sırf bir gün kimisə sevərsəm, onunla dans edəcəm deyə heç kimlə rəqs(vals) etməmişəm. Heç vaxt kiminləsə uşaqlar evinə, kitabxanaya, muzeyə, konsertə, kinoteatra, coffee içməyə, film izləməyə, birliktə pişik sevməyə, velosiped sürməyə getməmişəm. Heç kimlə yağışın altında islanmamışam. Sevdiyim adamla evlənib yaşlanım, təkcə onunla.. İki formada evim olsun istəyirəm. Biri məhz övladlarımın rahat yaşayacağı, onların gələcəyi üçün, villa sayılacaq qədər lüks və şəraitli bir ev. Digəri isə hansısa kəndin sakit bir yerində, bol çiçəkli-bitkili həyəti olan, yaşıllıq içində daxma sayılacaq qədər balaca, taxtadan bir ev. Həyətində biraz tərəvəz əkim, hər tərəfi gül ilə bəzəyim, yaz-yay aylarında günlərimiz orda keçsin. İçində üç-beş köhnə əşyası olsun, hüzurumuz, sevgimiz başqa da heçnə. Ora sadəcə mən və yaşlanacağım adama aid olsun. Başqa kimsə yaşamasın, sadəcə ikimizin evi. Gənc ikən orada xatirələrimiz olsun, tamamən yaşlanıb haldan düşdüyümüz zamanlarda orada oturub gənclik illərimizi danışıb həm dərdləşək, həm gülək istəyirəm. :) Bir gün ana olacam. İgid və ya Həsən adında oğlum, Günəş adında qızım olsun istəyirəm. Adı kimi istilik, işıq saçsın deyə.. Oğluma və qızıma ən gözəl həyatı yaşadıb onları xoşbəxt böyüdəcəm. Onlara insanlığı, qayğını, sevgini öyrədəcəm. Bir gün yaşayacam bu gözəl anıları.. Həyatda nə qədər çətinlik yaşayıramsa yaşayım, mərhəmətimi, vicdanımı və insanlığımı itirmədim, itirməyəcəm. İllər sonra, çox gözəl həyatım olacaq. Özünə yaxşı bax.🍃
Oxudugum en gozel rey ola bilerdi. Reaksiya vermeden keçmek istemedim. Heqiqeten tesirlendim,her misra bu qedermi derin menali olar. InşAllahki xeyalinizdaki biri ile o xeyallari gerçeye çevireceksiniz❤ heqiqeten çox tesirlendim..
İndi nə deyir uzaqda səslənən Azan, Deyir bundan belə bu giley nədi?! İstər Tanrı yazan, istər sən yazan, Hər iki romanın sonu eynidi. Amma sona gedən yolları başqa. Öləndə Tanrıya üzünü tut de, DE ey böyük Romançı ,məni bağışla. R.Rövşən...
Mənim evim yoxdu çünki 4-cü divar sənsən demişdin mənə. Anlamamışdım lağa qoymuşdum. Sonra 02:09 saniyəni mənə atdın anladım dərinliyini. Sonra məni anidən tərk etdin. Bunu görsən Fərid insan evi tərk edərmiş,bunu öyrətdin mənə , təşəkkürlər.
İllər sonra saçlarının rəngi dəyişsə də,dən düşsədə,zaman sənin ən əzizini səndən alsa da,dəyişməyən sadəcə xalqın sevgisidir.Bu sanki gələcək nəsillərə miras kimi keçir.Bu sevginin mənbəyi səmimiyyət və təbiilikdir.Sən bizim heç tanımadığımız amma hər zaman dərd ortağımız olan dostumuzsan.Bu şəhərdə çox fərd sənin dərdlərinlə böyüyür.
Hər mahnı ilk dəfə dinləyəndə hisslərə dərindən toxunub gözləri yaşla doldurmağı bacarmır. Siz illərdi bunu etməyi bacarırsınız Orxan bəy. İllər sonra da bacaracağınıza əminəm. Bizə bu gözəl musiqiləri bəxş etdiyiniz üçün və köhnə xatirələrimizi yada salıb insanlığı xatırlatdığınız üçün sizə minnətdaram. Yaşadıqca yaratmaq diləyi ilə...
“Mən sadəcə istədim hansısa şəhərə aid olmaq)” bu həyatda ən çox nail olmaq istədiyim şey budur.Özümü harasa aid hiss etmək, sadəcə belə xoşbəxtliyi tapacağıma inanıram
İllər əvvəl məktəb illəri,H.O.S.T trekləri,bezmədən,yorulmadan qulaq asırdıq.O illərə qayıtdım ən birinci sonra isə uşaqlıq vaxtları…Mükəmməl alınıb,zəhmət çəkən hər kəsə təşəkkürlər.
Mahnı başlayır və hərənin öz klipi gəlir gözünün önünə görüntülər fərqli olsa da mahnının yaşatdığı hisslər eynidir... Gözüm dolaraq qayıtdım keçmişə gözəl günlərə. Həmişəki kimi möhtəşəm alınıb əməyinizə sağlıq❤️
Yaxşı ki varsan Orxan. Həqiqətən sizin misiqiləriniz də bir dünya var. Kimilərinin itirdiyi dünyası, kimisinin yaşamaq uğrunda mübarizə apardığı dünyası.
Buna qulaq asanda sevdiyi qiza qovuwmayan , heyati puc olmuw , oten il heyatini deyiwmiw qardawim ve ardinca onun derdine dozmeyib rehmete geden xanim anam duwur.. Goz yawlarimi tuta bilmirem.. Oz gencliyim, 20 il onceki xowbext heyatim.. Hamisi gozumun onunde canlanir. O vaxt 20 yawlarinda, anam, qardawim sag, butov aile idik. Cox pis oldum.. Coxx
xoşbəxt idik :) nə kredit dərdimiz vardı nədə başqa bir şey) məhlədə futbol oynayıb tək səbr kurtlar vadisi falan gözləmək idi dərdimiz) qonşumuzda tv yox idi eyni evdə böyüdük uşaqlarla bir süfrə başında eyni qonşularla) böyüdük doğmalar əclaflaşdı əclaflaşdıq hirs daha yaxşı yaşamaq valla o ağ qara göstərən televizor daha maraqlı idi..Həyatımız rəngli idi televizorumuz ağ qara olsada...Hal hazırda ömrümün sezon finalındayam ama peşman deyiləm gözəl günləri mənə yaşatdığın üçün sonsuz təşəkkür uşaqlıq❤
İnsanlar gedir və boş yer qalır. Kədərlidir.
Sizi unutmayan bir nəsildə var🤌🫂
Yenidən birləşin😢😢😢
Həmdə çox kədərli
Həmdə çox kədərli
Həmdə çox kədərli
Ansızın bir gece biri gəlib bəyənsə, məndə gəlib dinləsəm ❤
Kaşki senin ne demey istediyni hami başa duserdi 😊
Beyendim commenti guldum bilmirem niye) inwallah gelib dinleyer
dinləye qardaş.bu adam dinlənməyə laiqdi
Gəl dinlə əziz qardaş,Orxan Zeynallı bir dərin fəlsəfədir.Dinləmədiyim gün yoxdur…Hörmətlə Bob Lazım
Belke gündüz bəyəndik )
O vaxt atamın dəbdə olan Sony Walkman-i ilə 5 saata HOST-un mahnısını yükləyib əlimdəki gitaramla akkordları tutmağa çalışırdım, anam ordan "dur dərs oxu!"deyərdi, mən isə bu ifaçılarla dueti xəyal edərdim, illər sonra arzunun reallaşması və indi dostumuz Orxana bütün bu xatirələri canlandırdığı üçün təşəkkür edirəm. İllər öncə Eurovision seçimlərində gördüyüm çıkqılı Aynişana da illər sonra xatirələri canlandırdığı üçün təşəkkürlər. İştirak edən hər kəs bizə illər öncəni yaşatdı💫 konsertə az qaldı 🎉
Sizin də Orxanla duetinizi görmək istəyərik
Siz də möhdəşəmsiniz❤
@@ahmadakbarov Atalar və oğullar tracki düetdi baxa bilərsiniz
@@ahmadakbarov ua-cam.com/video/2wwjy2fRLfA/v-deo.html
@@orxanyusifov2605hə düZdü unutmuşdum
Darıxıram ata.Sıxılıram hər şeydən.Bəzən sadəcə uşaqlığıma qayıtmaq istəyirəm,bəzən də tez böyüyüb xəyallarımı gerçəkləşdirmək(yada indi ki həyatımdan uzaqlaşmaq).Bilirsən ata əslində indidə çox gülürəm ama sanki ürəkdən yox yada güldüyümə görə sonradan peşman oluram.Evimiz sənsiz qəribə gəlir.Hələdə sənin yoxluğuna inana bilməmək hissidə qəribədir.Yeni rəhmətə getdiyin günlər qapıdan bayra baxıb gözləyirdim ki bəlkə gələrsən.Ama gəlmirdin.Qəbrüstünə ziyarətə gələndə də ağlaya bilmirəm.Çünki o yerdə sənin yatdığına hələ də inanmıram.Birdə təklik istəyirəm.Bir gün tək başıma gəlim yanına.Hərşeyi danışım sən mənə səs verə bilməsəndə.Bəlkə də danışmağıma ehtiyac da yoxdu.Ümid edirəm ki bizi daima izləyirsən.Ata bax sənə söz verirəm universitetə girdiyim gün sənin yanına gəlib sevincimi bölüşəcəm.Çünki ən çox sən görmək istəyirdin o günü.İndi görürəm ki səndən başqa mənə çoxda dəstək olan yoxdu.Maddi yox mənəvi baxımdan.Sənin mənə "sən oxu ,ata həmişə arxandadı"deməyin məni elə qürurlandırır,mənə güvən hissi verirdi ki...Eh kaş kaş kaş.Kaş dediyimiz o qədər şey var ki.Allah yerini cənnət eləsin atam.(15042024).
Eyni hiss eyni duyğu)Allah rehmet eləsin17.02.2024
İçimdə saxladığım bütün sözləri burda görmək...
Qəribədi,bu yorumu ilk oxuyanda elə bildim mən yazmışam.. eyni duyğuları yaşayırıq. Amma unutma atamız həmişə bizlə fəxr edir və hərzaman bizim yanimizdadi)
Həqiqətən deməy istədiyim hər cümləni bura yazibsiziniz, eyni hissləri yaşayıram sizinlə, ciddən çox çətin bir hissdi atasizlik, hər dəfə qəbir üstünə gedende danışıram ağlıyıram bəlkə səsimi eşidə ağladığımı görə gəlib qucaqlayıb qızım mən sənə deməmişəm ağlama papan hər zaman yanındadı desin, səsini eşitmək isdiyib eşidə bilməmək qucaglamag isdiyib qucagliya bilməmək, üzünü görmək isdiyib görə bilməməy yandırır insanı) Allah rəhmət eləsin hər bir rəhmətə getmiş valideyinlərə 🖤
Allah rəhmət eləsin...
90-nın uşağları bu mahnıya kövrəldi ❤
90lar uje usaq deyil😞😞😞😞😞😞
əmilər xalalar bibilər dayılar olmuşuq artıq. çox təsirli imiş yaşlanmaq
@@serxanmusa1926 25yasim olacaq ne xala ne bibiyem😂🥱
Təssüflər qocalırıq 🙂 “ bu smalik yegane smalikdiki ne dediyini bilmək olmur”
Doğurdan da o illərdə uşaqlıq çağlarını yaşayanlar üçün daha duyğulu oldu. Məncə bu kövrəlmə də yaşlandığımızı hiss etdiyimiz üçün yarandı. 🥲🥲🥲
Şərhlər balaca uşaqların ruhu doludur . Və gün gələcək bu mahnının altındakı şərhlər bizim Xatirə dəftərimiz olacaq . Nəvələrimiz girib qarşılaşar bəlkə gələcəkdə 🌱
😢😢😢
👍👍👍👍
Sizin serhiniz aglatdi meni xanim
Bu cür səviyyəli mahnılara qulaq asan bizik, xanım.İldən-ilə korlanan zövq nəticəsində nəvələrimiz Damla və Şəbnəmin davamçılarını dinləyəcəklər. Çətin ki, bura girib rəyləri oxusunlar.
@@rubabaazizbeyli5717Hər keçən il müsiqi zövqümüzü korlayırlar.Biz dedik Z nəsli bizdən aqıllı olarlar,amma baxıram ki,bizlər kiçik imkanlarla daha çox işlər görmüşük.
Necə də gözəl mahnıdır bu 🌟 gözlərim doldu. Mesajı görsəz əgər istərsəz sə bəyənin də birdə gəlib birgə dinləyim sayənizdə. Təşəkkürlər.❤
Gəl... Leyla...
Dinlə..
Bu vaxti dinle
Gəl birlikdə dinləyək😊
@@denizbayramova1417 gəldim.🤍
Nə qəribə mahnısan sən. Həm 90lar həm 2000-lərin başı kimisən. İllər heç keçməmiş kimi. Uşaqlığımız kimisən. Sanki yeniyetməyikmiş kimi hələ də. Safıq, gözəlik, toz-duman altında qalmamışıqmış kimi sanki. Nə qəribə mahnısan sən. Ən gözəl illərim kimisən...
Bu rəyi başqa mahnının rəylərində görmüşəm ))
3 deyqelik gozelik safiq usagiq😔 oki elleriyle ekrani baglayir yuxudan ayilirig gozlerimiz acilir problemler,bu zamane,qorxularimiz ve biz.....hecne ne deyek.....her sey Allahdan xeyirde ondan serde ondan min sukur deyek Bismillah deyek gune baslayaq Allah her kesin isini avand elesin gununuz ugurlu olsun😇
@@Xalid_veli. məndə onu yazacaqdım😂 dəqiqlışdirmək üçün baxdım bir az oxşarlıq var amma ayrı adamlardı 😅😅
@@khayalapoladova Tomrisin mahnısında?
Dahada gözəl illərin hələ qabaqdadı🖤
Bu mənə 40 - cı paraleli xatırlatdı. 3, 4 il geriyə qayıtdım. Yaxşı ki, varsan Orxan. ❤
"Öz aramızdır" "Yaraşır" sənə "Günbatımları" "İllər sonra"
👍👍👍👍👍
🎉❤
şarkıyı dinledikçe keşke büyümeseydik de hep çocuk kalsaydık hayat o yıllara göre çok daha güzeldi.
Türkiye'den hürmetler.
Gel dinleyek
@@nurlanmmd eyvallah babalar yorum gelir de dinlemezsek ayıp olur
Dinleyin😁
1 il sonra burda imtahanlarını uğurla vermiş tələbə olaraq bu mahnını yenidən dinləmək ümidi ilə..)
Gence Dovlet Universitetine qebul oldum😍
:))
İnsAllah hamımız arzumuza çatariq
ümid edirəm tələbə adı ilə yenidən bura gəlib bu commentdə görüşərik:)
İnşallah🙏🏻💜
İnşallah uğurlar
Hər dəfə "Orxan bundan o yana nə edə bilər?!" deyəndə bizi təəccübləndirirsən, sevindirirsən. MÖHTƏŞƏM❤
her defe teze trek cixanda senin reylerivi axtariram bro
@@mahammadnabizade9408 mən də sənin cavab yazmağını gözləyirəm 😂❤️
Klipə baxa baxa qayıtdım uşağlığıma məktəb illəri ta ki bu günki 30yaşıma qədərki həyatım keçdi gözümün önünnən, 3dəqiqəlik trek kövrəltdidə güldürdüdə xülasə bir ifaya sığan 30il
Təşəkkürlər trekə klipə görə təşəkkürlər
Dinləyən olsa xeber etsin
Gəl gəl
@32pervin 🤗
Gəl🥲
@Elcinoglu_ geldim
Gəl ha gəldi))
Bura şərh buraxıram bəlkə biri bəyənər nə vaxtsa gəlib təkrar dinləyərəm 🫤
Gel dinleyek 😢
Gell
Gəl 01:40
.
2:07😢
Xatırlayıram 40-cı paraleli ilk dəfə dinləyəndə Bakıda yaşayan, balaca xəyalları olan biri idim. İllər sonra yenə dinlədim, bu dəfə Ottavadan. Məğzini, mənasını başa düşərək həm də. İndi də "İllər sonra"nı dinləyirəm. Yenə həmin heyranlıq və həyəcanla. Hamınıza sevgilərlə, mənim qardaş və bacılarım.❤❤♥️
men de bele isteyirem
Sen bunu bacardin bizde calisiriq iller sonra
@@osmanfrhadov8032 bacaracaqsınız!!! Heç vaxt inanmaqdan geri durmayın!❤
Eyni şeyləri yazacaqdım ki gördüm artıb yazılıb. Hətta Bakıda 40 cı paraleli dinləyəndə belə bu vaxtların gələcəyini və birgün qürbətdə olacağıma əmin idim.
@@vusalahumbatzade6079qürbətdə olmaq çox qəribə bir hissdir. Amma artıq buradayıq və vətən ünsürünü qəlbimizdə yaşatmalıyıq. Bir gün əlbət!❤
HOSTun yaradıcılarından olduğunuz üçün,Azərbaycan repinə yeni nəbz verdiyiniz üçün,öyrətdiyiniz hər şey üçün sonsuz təşəkkürlər!❤
Klipə baxdıqdan sonra öz keçmişini yadına salan nə qədər insan gördüm şərhlərdə. Bunu bacardı Orxan.. Hər günümüzü doya-doya yaşayaq. Bu gün gələcəyin xatirəsidir nə də olsa. Xatirələr də yaddaşlarda yaxşı qalsın gərək... Çox sağol Orxan... Necə deyərlər "Ömrü bizim ömrümüzdən uzun bəstələrin var"
Canım ATA'm bugun artıq 8 gündür yoxsan. Çox şanslıyam ki senin qizin oldum. Dünyanin en gozəl hissini yaşatdın bizə, bu 20 ildə ata sevgisini iliyimə qədər hiss etdim. Sənə doymasam da, o hissə dibinə qədər doydum. Nə qədər uzaqda da olsan qəlbimizdəsən nəfəs qədər yaxınsan mənə. Mən sənin qızınam ona görə də güclü olacam. Cənnətdə görüşməyimiz ümidilə...🙏🏻🖤
İnsan heç nə ilə gəlir. Hər şeyin arxasınca gedir, sonra hər şeyi tərk edir və heç nə ilə geri qayıdır
Allah rəhmət eyləsin 😢
allah rehmet elesin
Başınız sağ olsun, Allahdan sizlərə və Atanızı sevən insanlara səbir diləyirəm.
😢
Tarixdə bir gənclik dönəmi ölə bilər, amma Orkhan Zeynallı və musiqiləri daima o gəncliyi yaşadacaq❤
Evett!!
Elxani da unutmaq olmaz...
Orxan və Elxan
@@mukuhesenov1817Qaraqan əfsanə idi gəldi getdi
Gözlərim doldu.Zaman necə keçir,İlahi...
Təşəkkürlər,uşaqlığımın yadigarı.
Təssüfki keçir beli
"40-ci paralel" vətənindən didərgin düşmüş minlərlə azərbaycanlının himnidirsə, "illər sonra" isə, adamı öldürüb və dirildən möhtəşəm bir repidir.
Orxan və Aynişan, vətənindən didərgin düşmüş kimi sizə təşəkkür edirəm!
Allah valideynlərimizə can sağlığı versin.
Rəhmətə gedənlərə isə, Allah rəhmət etsin...
Amin
"Gedir üzlər,qalır izlər,illər sonra"
Eyni dönəmin uşaqlarıydıq. İndi eyni dönəmin insanları. Mübarizə içində keçən gəncliyimə qaytardız, təşəkkürlər😊
Burda duyğularını bölüşən hər kəs eyni dövrü insanlarıdır 90 ların uşaqlıq çağını yaşayanlar ❤❤❤
Ehtiyac olan bu idi bizim üçün. Yaxşı ki, döndün, Orxan ! 🤍
Bunu ilk dəfə dinliyirəm hal-hazırda kiçik bir rayonun bir küncündə olan bir tullantı kimi. Hər şeyi uduzan əldə var 0 olan bir insanam. Lakin böyük xəyallarım var... Bitməyən ümidim var.. Bu misraları yazanda gözlərim dolur... Bir gün qaçaram xəyallarımın ardınca... İllər sonra xəyallarımı həyata keçirib dinləmək ümidi ilə...
Hec neden umudunuzu uzmeyin. Heyat bize gozlemediyimiz anda ele mocuzeler gosterir sadece inanin. Bir sabah her sey basqa olacag ve isildayan gunes sizincun dogacag 💗
@@MY-cg3hhTanımadığın insanların bir insana yazdığı içdən gələn sözləri...💜 Musiqi bizi birləşdirir. Hər kəsin ayrı həyat hekayələri olsada...
@@marcuss_21 dogrudur 😊
Teki İnsanligin zengin olsun o xeyallari yasamadan ruhuvu alib getmeyeceksen bu dunyadan buna emin ol
@@eminquluyev2297 ruh yaralıdır:/ nə qədərin qaldırar bilmirəm.. ümid edirəm xoşbəxtliyi yaşamadan getməz...
Mən sadəcə istədim hansısa şəhərə aid olmaq..🪐
Bu klip və mahnı, nəinki ordaki məşhurların kövrəlib baxdığı xatirələr və duyğular toplusu, bütün Aid dinləyicilərinin kövrəldiyi və özünü tapdığı bir işdi. Belə işləri görmək həqiqətən sevindirir❤
Bu şərhi bura qoyuram. Görək biz nağılı açanda kim qalacaq,kim yox(:
Şerhlerdeki insanları yıgıb bir dünya yaradmaq lazımdır. Sagol Orxan herşey üçün
👍
Bu dünya çox müqəddəs olar...
Belii cox gozel dediz
doğurdan e. həm də Orxanin hər iki konsertində olanları da. başqa ürəyin fərqli qəlbin sahibləri doğurdan da.
Düz deyirsiniz çox maraqlı olardı bu
Orxan Zeynallı elə bir əsər yaradıbki, bəlkədə nə vavtsa nəvələrimizə bu mahnının tarixi haqqında danışacayıq.
Mən əminəm ki, illər ötsədə bu trek dəyərini heç bir zaman itirməyəcək, hər zaman ürəyimizdə izi olacaq.❤
💯
Musiqinin kütləsi nə gözəl düşüncəli insanlarla doludur.Həqiqətən insan sevinir ki,bu sətirlər belə insanları yığır bir araya ❤
🤝🏻🙂🖤
Hardaasa, 7-ci sinifdən HOST-a qulaq asmağa başladım. Yadımdadır dayım oğlunun köhnə Nokiyasnda kəşf etmişdim bu qrupu. Sonradan mütəmadi olaraq dinləməyə başladım . Bu idealoqiya məni univerə qirmək, dərs oxumaq və özümü dərk etməyə çox kömək etdi zamanla. Ən çoxu isə kitablara olan marağımı artırdı. Bəlkə elə bu sevgi ilə 5 yaşımdan məşğul olduğum musiqi ilə indi də davam edirəm. Düzdür, Qaraqanın da konsert verməyini istəsəm də ancaq illər sonra Orxanın da yeri olduğu kimi qalır. HOST-dan kimi dinləsəm.kohnə xatirələr yada düşür........
👍
Qardaşım, bu gün sensiz keçən 2 ci bayramdı. İllər sonranı belə arzulamırdın. Çox darıxıram nolar qayıt. Keçən hər gün ürəyimdən parça qoparır💔
Gəncliyimiz, xatirələrimiz canlandı gözümüz önündə. Bir HOST fanatı olaraq həm bu səs,, həm bu sözlər apardı o illərə. Çox qəribə hisslər yaşadıq. Təşəkkürlər Orxan Zeynalllı...
Eynen
AZAD HOSTÇULAR ARZUSU ILƏ BÖYÜDÜK AMMA AZADLIĞA KÖLƏ OLDUQ
Özün də bilmirsən, nostalji sənə zövqmü verir yoxsa əzab ?! Bu ikisinin harmoniyasında bir şey...
Təşəkkürlər belə bir trek üçün,Orxan.
Eyni dili yox , eyni duyğuları paylaşan insanlar anlaşa bilərlər.
Kommentari eyni duyğuları paylaşan insanlarla doludur.
Daima keyfiyyət qoxan sətirlərdə görüşmək necə də böyük mədəniyyətdir.✨
İllər sonra da dinlənəcəyini bilmək necə də böyük və şirin həqiqətdir.🎶🌃
Bir gün bu mesajı övladlarımız oxuyacaq bura bizim xatirə dəftərimizdir.Kaş heç böyüməsəydik uşaq qalsaydıq.17.03.2024
Ürəyimizi titrədən bir mahnı daha..❤️🩹
90-cı illərin gəncləri və uşaqları bu mahnı/kliplə necə şirin və acı hisslər keçirdik… Təəssüf ki, o gözəl dövrləri birgə keçirdiyimiz bir çox əzizimiz artıq yanımızda olmadan dinləyirik bu mahnını indi, bir gözü yaşlı digəri gülümsəyərək!
20əsrin son möhtəşəm onilliyini yaşadığımız, gördüyümüz üçün çox şansliyiq..90li uşaqlar deyə bir fərqlilik var...
Bəzən illər öncəyə qayıtmaq istər insan-itirdiklərini tapmaq üçün,
Bəzən də gələcəyə getmək istər insan-tapdıqlarını itirmək üçün.
Diləyirəm hər kəs tapdıqlarını gələcəyə aparmaq istəyəcək qədər xoşbəxt olsun🍀
"Mənim evim yoxdu,çünki dördüncü divar sənsən"
Cümləyə qəlbimi qoydum❤
Səsini eşidəndə sözlər nə olursa- olsun gözləyim dolur. Bu səsin doğmalığı, bu səsin yaşatdıqları, bu səslə olan xatirələr… İllər keçsə belə yenə eyni hiss. Düşünürəm ki, bu ömrümün sonuna qədər belə olacaq. 🖤
O qədər özəl,o qədər gözəl idiki. Yenə UA-cam da, ürəyimizdə əbədi xatirə qalacaq bu mahnı. Heç vaxt köhnəlməyəcək, heç vaxt dilimizdən düşməyəcək. Və sadəcə baxış sayındaki rəqəmlər birdə həyatımız dəyişəcək.yaxşı ki ölkənin belə sənətçisi var. Bizi yenə qoyub getmə,Orxan🫀
İllər sonra nələr dəyişmədiki... Uşaqlığımız idi Orxan ,Host , İlkin Həsənli ,Atv kanalı ,yeni ulduz .... Nə gözəl günlər idi. Xatırlayıram uşaq idik və ailəmlə hər axşam ATV-də yeni ulduza baxırdıq , hər il yay tətilini gözləyib aztv kanalında saat 12:00da uşaq saatında filmləri izləmək ən böyük xoşbəxtliyim idi - " Narmiya Səlnamaləri " , " Harry Potter " , Barby serisi , " Onuncu krallıq " və daha hansı filmlər. Həftə sonları spacedə hind filmləri izləyirdik. Həftə sonları ATV-də Vüsalənin təqdimatında Şou magazine verlişi... Nə gözəl uşaqlığımız olub. Klipdə məni ən çox ilkin Həsəni gördüyüm yer duygulandırdı oda qocalmışdı məndə illər sonra . Artıq 30a çatır yaşım və illər öncə nə gözəl günlər idi. 10 il bundan öncə məktəbi bitirmeyim ,abituriyent həyəcanı , sinif yoldaşlarından ayrılmanın verdiyi qorxu hissi ... Anamin atamın saçlarına dən düşməyən illər öncə... Nələr itirdik bu illərdə nələr qazandiq müqasiyə edilməməlidir məncə. Çünki qazandiqlarimiz gözəl ola bilər amma itirdiklərimizdə gözəl idi... İllər sonra nə olacaq bəs? 1 yaşında qızım bəlkə illər sonra böyüyəcək və mən onun indiki bu körpə halları üçün darıxacamm....
Salam Rəhimə xanım. Siz neçə təvəllüdsüz?
illər sonra. vay bə uni dövrüm 6230i ilə dinləyərdim hostu indi 🤔
Bu mahniya ilk defe suvelan turmesinde qulaq asmisdim cox xosuma gelir
Birinci sakit dinləyirsən sonra hansısa misrada dirəncin qırılır və gözündən yaş sel olur… Orxan bizə bizi xatırlatdığın üçün çox sağol “ illər sonra”..❤️
Valideynimin biri var idi biri yox...
😢 duyunlenen deye bilmədiyim gizletdiyim hisleri, sozleri bir cumlede dediyin üçün tesekkur edirem
İstər acı olsun istər şirin, xatirələr hər zaman əzab verir.....
"Sən və mən"lə başladığım hekayədən İllər də keçdi...
4cü divar'sız qalan gənclər...🍂
🙏
İllər sonra bu gözəl mahnını biri bəyənsədə yenidən dinləsəm
"Biz əslində gənc yaşımızda ölmüşük, amma illər sonra dəfn olunacağıq" 😢
Bəlkə illər sonra biz bu musiqinin bizim vaxtımızda yarandığını deyib qürrələnəcəyik. Təşəkkürlər əməyi keçən çox dəyərli heyyətə❤️
H.O.S.T-u hələ də yaşatdığın üçün təşəkkürlər Orxan❤️🩹
Bu mahnini dinləyəndə gözlərim dolmuşdu. Nəsə mənə həqiqətəndə təsir etmişdi bu mahninin sözləri. Təəsüf olsun ki 14 may saat 03:02 həmin zəng və atam dunyasini dəyişmişdi. İndi isə uzulərəkdən bir daha dinləyirəm. Hər dəfəsində həmin an yadıma düşür.
😢
33 yaşı biri kimi deyirəm. Hələ də ruhum 10-12 il əvvəldə qalıb. Hələ də 21-22 yaşlı gənc kimi hiss edirəm özümü. Amma geriyə dönüb baxanda heç də qısa olmayan bir yol görürəm. Uşaqlıq vaxtı çətinliklər, məktəb vaxtı uşaqlarnan səbəbsiz gülməklər, qardaşımnan məktəb geyimində məktəbə çatana kimi şişkaynan paslaşmaq. Universitet xatirələri, iş axtarmaq, ailə qurmaq və ata olmaq. Bu qədər gözəl xatirələr toplamışam. Amma yenə də keçmişdə yaşadığım gözəl günləri hər zaman axtarıram. Eh deməyə söz çoxdu...
Yenə AİD,yenə qəlblərə toxunan musiqi,sözlər ❤
Biz də böyüdük,dəyişdik,yaşlandıq onlarla bir yerdə.Gözəl zamanda yaşamışıq əslində.Bütün gözəl xatirələrim üçün keçmişimə təşəkkür edirəm.Bunları xatırlatdığınız üçün sizə də təşəkkürlər Orxan bəy.
'Bu sonuncu dəfədir' deyərək artıq 15-ci dəfədir qulaq asıram. Atam yadıma düşür. Gedir üzlər qalır üzlər illər sonra! Zaman qəddarcasına uçur!
Dinleyen hamının öz illeri keçdi gözlerinin önünden.. respect orxan
Yaşa dolmaq, yaşla dolan gözlər kimi.. 💜
Təşəkkür edirəm.İllər sonra yəni 30 - il sonra ilk məhəbbətimə qovuşdum. Nağıl kimi bir, həyat.30 il ərzində isə çox əzablardan keçmişəm,üzü ağ .İtirdiyim həyatı,ALLAH yenidən özümə qaytardı.
Bu sözlərim sənədir, ata..
Bilirəm, sən bu yazıları görməyəcəksən və bunun üçün də rahat-rahat yazıram (yanında ola bilməyəcəyim qədər rahat).
Hiss etdiklərimi kağıza yaza bilmərəm çünki, yazsam mütləq bir gün oxuyardız və mənə heç vaxt bunları sizə danışa bilməyəcək qədər soyuq davrandız.
Mən ruhu ac, iyirmi 'yaşlı' 'gənc' bir qız 'uşağı'.
Amma xoşbəxtliyə ac..
Bilirsən? mən 9 yaşıma qədər hər gün səni gözlədim. Hər gün sənin xəyalını qurdum, sənin evimizə gələcəyin günü düşündüm.
Heç unuda bilmirəm.
Birinci sinifə getdiyim ilk gün, məktəbin həyətində sıra ilə qızlara qırmızı, oğlanlara mavi çanta paylanmışdı. Qırmızı çantalardan biri əskik gəlmişdi, sona isə mənlə digər qız qalmışdı. Əslində o çanta mənim olacaqdı, məndən arxadakı qızın atası və babası yanında olduğu üçün ona almışdılar. Mənə isə oğlanların mavi və zamoku qırılmış çanta verildi.
Sinifə girdiyimdə bütün uşaqlar valideynlərinin yanında sevinc içində idi. Anam yanımda idi amma, mən yenə də tək hiss edirdim.
Heç bir qız mənimlə oynamadı qırmızı çantam olmadığı üçün.
Anam məni o qədər çox sevirdi ki, anlayırdı üzüldüyümü. Mənim üçün yeni çəhrayı çanta alacağını desə də, pulumuz yox idi.
Hər gün o çanta ilə utanaraq məktəbə getdim, utanaraq döndüm. Düşünürdüm ki, sən gəlib o uşaqların dərsini verəcəksən və mənim qəhrəmanım olacaqsan. Hamı mənə "atan hardadı?", "niyə səni bir dəfə belə görməyə gəlmir?" deyəndə, "işləyir" deyə fəxrlə sənin tərəfini tuturdum.
Yaş 8, evimizdəki qonaqlar, anamın sevinci, açılmış süfrələr, mənim gecəni yatmadan səni gözləməyim, xəyalını quraraq yatıb qalmağım və.s.
11 iyul, 2011.
Sən gəldin.
Oyandığımda dizində oturmuşdum və məni öpüb-əzizləyirdin.
Bilirsən? həmin günün səhərisi mən evə qalxarkən pilləkənlərdə gördüyüm hər q*n ləkəsini, süfrə üçün toyuq kəsdiyinizi düşünüb sevinmişdim.
Hansı ki, evə girib mamanı o halda görənə qədər. İllər sonra bir xəyalım gerçəkləşmişdi. O gün, "kaş elə hər şey xəyalımda qalsaydı" dedim. Məgərsə mənim ən böyük qəhrəmanım anam imiş.
Sən hər hirsləndiyində mənə "axmaq" dediyin zaman xətrimə dəyərdi amma indi düşündüyümdə dəymir.
Bilirsən niyə?
Heç bilirsən illərdir axmaq kimi inandığım yalanları ilk dəfədir bu il öyrəndim? bilirsən nələri öyrəndim?
Məsələn sənin illərdir, məgərsə işlədiyin üçün Rusiyada olduğunu yox, əslində həbsxanada olduğunu.(Amma nə üçün, nə səbəbə onu belə bilmirəm).
Mənim hirsim sizə deyil, özümədir. axxx axxxx mən necə bir dəfə də olsun düşünmədim ki, iş üçün səkkiz il qızını görməyən ata, illər sonra sadəcə pijama dolu sumkası ilə gəlmir gəlsə belə, sonrakı həyat kasıblıq ilə keçmir.
Allah şahiddir, bir dəfə belə bunları düşünməmişdim.
Hər şey kaset kimi beynimdə döndükcə ayılıram. Həm də heç kimə soruşmadan.
İllərdir məni necə gözəl ayaqda uyutduz əhsən sizə..
Sonra nəyi öyrəndim bilirsən?
Məgərsə anam keçmişdə öz sevdiyinə nişanlı imiş və nişanı qaytararaq anamı sənə veriblərmiş. Mən isə hər dəfə "mama, yer üzündə adam tapmamışdın evlənməyə?" sualını verərək kim bilir neçə yerdən parçalamışam yazıq anamın ürəyini..Onsuz da heç vaxt cavab verməzdi bu sualıma.
Heç vaxt görməmişəm həmin nişanlısını amma, onu səndən çox sevəcək qədər kimsəsiz buraxdın məni.
Bu həyatda ən sevdiyim şəxs atammış kimi düşünürəm, amma sən yox, xəyalımdakı ATA.
Sən də yaralı imişsən. Rusiyada sevdiyin qız olub və babam buna icazə vermədiyi üçün anamı sənə yar ediblər. Kaş sevdiyin üçün deyil də, heç deyilsə doğmaca xalanqızı olduğu üçün yaxşı davransaydın anama..
Hər nəysə.
Bizlər sevgisiz əkilmiş ağacın, bar verməmiş budaqlarıyıq.
Amma bir gün çiçək açacağıma inanıram.
Bax qızın aşiq olub.
Bilirsən kimə? xəyalındakı ata obrazında düşündüyü bütün xarakterləri daşıyan bir adama..
O qədər yaxşı biridir ki, işdir mən onunla qovuşmasam belə, eşqi onda tapdığım üçün hər zaman razı qalacam həyatımdan.
Kaş qarşılıqlı oturub danışa bilərdim bunu səninlə ata.
Eybi yox.
Bugün olmasa da, illər sonra həyatımın istədiyim kimi olacağına əminəm.
Bir gün çox varlı olacam. İstədiyim evim, işim olacaq.
Ən çox istəyib də qazana bilmədiyim Universiteti qazanacam,
sırf sən qadınlara maşın sürməyi yaraşdırmadığın, bir gün maşın alacağımı deyəndə hirsləndiyin üçün maşın alacam, səni də bağışlayacam, etmək istəyib də edə bilmədiyim hər şeyi edəcəm.
Ən çox xəyalını qurduğum şeylərdən biridir sevdiyim adamla bir yay axşamının sərin mehində, dəniz kənarında oturub uzun-uzun söhbət etmək. O danışsın mən dinləyim, onun səsi dalğaların çırpınışları ilə qarışsın..
Bura həyatda ən çox zövq aldığım, etmək istəyib də edə bilmədiyim şeyləri yazacam.
Heç vaxt dənizə getməmişəm.
Bunu sevdiyim adamla etməyənə qədər, heç vaxt da getməyəcəm.
(Həyatımda bir dəfə ailəmlə getmişdim, o zaman da uşaq idim, 4-cü sinifi bitirmişdim).
Sırf bir gün kimisə sevərsəm, onunla dans edəcəm deyə heç kimlə rəqs(vals) etməmişəm.
Heç vaxt kiminləsə uşaqlar evinə, kitabxanaya, muzeyə, konsertə, kinoteatra, coffee içməyə, film izləməyə, birliktə pişik sevməyə, velosiped sürməyə getməmişəm.
Heç kimlə yağışın altında islanmamışam.
Sevdiyim adamla evlənib yaşlanım, təkcə onunla..
İki formada evim olsun istəyirəm. Biri məhz övladlarımın rahat yaşayacağı, onların gələcəyi üçün, villa sayılacaq qədər lüks və şəraitli bir ev.
Digəri isə hansısa kəndin sakit bir yerində, bol çiçəkli-bitkili həyəti olan, yaşıllıq içində daxma sayılacaq qədər balaca, taxtadan bir ev. Həyətində biraz tərəvəz əkim, hər tərəfi gül ilə bəzəyim, yaz-yay aylarında günlərimiz orda keçsin. İçində üç-beş köhnə əşyası olsun, hüzurumuz, sevgimiz başqa da heçnə. Ora sadəcə mən və yaşlanacağım adama aid olsun. Başqa kimsə yaşamasın, sadəcə ikimizin evi. Gənc ikən orada xatirələrimiz olsun, tamamən yaşlanıb haldan düşdüyümüz zamanlarda orada oturub gənclik illərimizi danışıb həm dərdləşək, həm gülək istəyirəm. :)
Bir gün ana olacam. İgid və ya Həsən adında oğlum, Günəş adında qızım olsun istəyirəm. Adı kimi istilik, işıq saçsın deyə..
Oğluma və qızıma ən gözəl həyatı yaşadıb onları xoşbəxt böyüdəcəm. Onlara insanlığı, qayğını, sevgini öyrədəcəm.
Bir gün yaşayacam bu gözəl anıları..
Həyatda nə qədər çətinlik yaşayıramsa yaşayım, mərhəmətimi, vicdanımı və insanlığımı itirmədim, itirməyəcəm.
İllər sonra, çox gözəl həyatım olacaq.
Özünə yaxşı bax.🍃
Oxudugum en gozel rey ola bilerdi. Reaksiya vermeden keçmek istemedim. Heqiqeten tesirlendim,her misra bu qedermi derin menali olar.
InşAllahki xeyalinizdaki biri ile o xeyallari gerçeye çevireceksiniz❤ heqiqeten çox tesirlendim..
İnşAllah bir gün bütün keçmişi xatırlayıb sadəcə fəxr hissi ilə, başardımm deyib gülümsəyərsiz 💜🤗
Çox tesirləndim🤍. Heç zaman qelbindeki vicdani ve arzunlarini oldurmemeyin dileyi💜🌿
İndi nə deyir uzaqda səslənən Azan,
Deyir bundan belə bu giley nədi?!
İstər Tanrı yazan, istər sən yazan,
Hər iki romanın sonu eynidi.
Amma sona gedən yolları başqa.
Öləndə Tanrıya üzünü tut de,
DE ey böyük Romançı ,məni bağışla.
R.Rövşən...
Arzularından heç vaz keçməməyin bir gün hamısının gerçəyini doya doya yaşamağın diləyilə Amin.😐
İlk dəqiqədən gözlərim doldu, oturub saatlarca hönkür hönkür ağlaya bilərəm, təşəkkürlər :')
Var idi biri yox...
Nostalji hislər yaşadan bir əsər ✨
❤
İlk dəfədir youtube-da hər hansısa bir şeyə rəy yazıram. Amma bu hər hansısa bir şey deyil...
Orxan Zeynallı öz işinin peşəkarıdır. Dinləyicilər onun sözləri ilə paralel olaraq öz həyatına baxır. Bu istedaddır. Bravo, Orxan bəy ! 👏
"Mənim evim yoxdur çünki 4-cü divar sənsən" hər bir sətrin hər bir sözün ağırlığı, çəkisi var! Əhsən Sizlərə! həm musiqi, həm də çarx möhtəşəm alınıb!
Çox gözəl əməyi keçən hər kəsə təşəkkürlər . Kaş dahada uzun olardı bitməsini heç istemedim mahnının klipin ❤🎉
Mənim evim yoxdu çünki 4-cü divar sənsən demişdin mənə. Anlamamışdım lağa qoymuşdum. Sonra 02:09 saniyəni mənə atdın anladım dərinliyini. Sonra məni anidən tərk etdin. Bunu görsən Fərid insan evi tərk edərmiş,bunu öyrətdin mənə , təşəkkürlər.
Neçənci təkrardır dinləyirəm sayını itirdim.... Hər şey üçün çox sağ ol Orxan. Bizim tanıdığımız AİD ❤️
"İllər sonra" dinləyib, illər əvvəli xatırlamaq...🍃
• " Nağıl açdım ki, valideynimin bir var idi, biri yox "
• " Gedəndə Anam mesaj yazdı - 'Hər şey yaxşı olacaq.' "🥀
Harda eşitsen bu mahnini oturub ağlıyııram sadəcə bu musiqidə qəribədir...
mən sadəcə istədim hansısa şəhərə Aid olmaq 🖤
Atasını anidən itirib, vidalaşa bilməyən bir qız kimi bu mahnı mənə hədsiz təsir etdi😔 Təşəkkürlər, Orxan!
İllər sonra saçlarının rəngi dəyişsə də,dən düşsədə,zaman sənin ən əzizini səndən alsa da,dəyişməyən sadəcə xalqın sevgisidir.Bu sanki gələcək nəsillərə miras kimi keçir.Bu sevginin mənbəyi səmimiyyət və təbiilikdir.Sən bizim heç tanımadığımız amma hər zaman dərd ortağımız olan dostumuzsan.Bu şəhərdə çox fərd sənin dərdlərinlə böyüyür.
Səni başqa sahildə görməy ürəyimi incitdi illər sonra).. Çox sevirəm səni mənim olmayanim❤️
Gedir üzlər ,qalır izlər...
Hər kəliməsində bir məna olan "İllər sonra"
iller sonra senide bele mahnilarla gormek sevindiricidir, ugurlar Orxan ❤
Uşaqlığım, yetkinliyim, gəncliyim, xatirələrim hamısı Orxanın treklərində gizlidi. Sən çox başqasan! Eşq!❤️
İllər necədə su kimi axıb gedir...Vaxt gəlir ayılırıqki artıq ömrü yarılamışıq...Ata və ana olmuşuq
Hər mahnı ilk dəfə dinləyəndə hisslərə dərindən toxunub gözləri yaşla doldurmağı bacarmır. Siz illərdi bunu etməyi bacarırsınız Orxan bəy. İllər sonra da bacaracağınıza əminəm. Bizə bu gözəl musiqiləri bəxş etdiyiniz üçün və köhnə xatirələrimizi yada salıb insanlığı xatırlatdığınız üçün sizə minnətdaram. Yaşadıqca yaratmaq diləyi ilə...
İnanırsan dinləyərəkən ağlamışam 😢😢. Hərkəsin öz klibi gəlir gözünün qarşısına həqiqətən bu işin zirvəsi Orxandir və Qarandir elədə qalacaq.
Mənim evim yoxdu, çünki dördüncü divar sənsən.
Yenə ruhumuzu hiss eletdirən bir mahnı🖤 Sən bir başqasan….
Gedir üzlər qalır izlər İllər sonra ❤❤
gedir üzlər qalır izlər illər sonra.
İllər sonra...Düşdü dənlər saçlarıma illər sonra
👏🏻bravo
Uşaqkən 'nə gündə düşmüşük' dediyimiz şəkillərə indi həsrətlə baxanda bildim böyüdüyümüzü💔
Bu comment meni bitirdi🥹 heqiqeten eledi heyif uşaqlığım
Çox dərin, çox dərin.. İllər keçəcək nə vaxtsa bu mahnını dinləyəcəyik, amma keçən tək illər olmayacaq..
(Xatirələr qəmdən başqa nə verir ki?)
Musiqi insanın istəmədiyi xatirələri xatırladır.
“Mən sadəcə istədim hansısa şəhərə aid olmaq)” bu həyatda ən çox nail olmaq istədiyim şey budur.Özümü harasa aid hiss etmək, sadəcə belə xoşbəxtliyi tapacağıma inanıram
Və budur. İllər sonra həvəslə qulaq asacağımız mahnı. Var olun!!!
İllər əvvəl məktəb illəri,H.O.S.T trekləri,bezmədən,yorulmadan qulaq asırdıq.O illərə qayıtdım ən birinci sonra isə uşaqlıq vaxtları…Mükəmməl alınıb,zəhmət çəkən hər kəsə təşəkkürlər.
O isdedi deyə Orxanın bütün mahnılarına qulaq asıram artıq əzberlədim (((
Mahnı başlayır və hərənin öz klipi gəlir gözünün önünə görüntülər fərqli olsa da mahnının yaşatdığı hisslər eynidir... Gözüm dolaraq qayıtdım keçmişə gözəl günlərə. Həmişəki kimi möhtəşəm alınıb əməyinizə sağlıq❤️
Yaxşı ki varsan Orxan. Həqiqətən sizin misiqiləriniz də bir dünya var. Kimilərinin itirdiyi dünyası, kimisinin yaşamaq uğrunda mübarizə apardığı dünyası.
*İllər sonra ümid edirəmki peşman Olacagimiz Şeyləri etdikdən sonra bu mahniya Qulaq asib keçmişi yadimiza salmarıq...*
İnsallah . İllər əvvəl etdiyim bütün səhvləri xatirlayaraq yaziram
@@CinaraNovruzova-f3c inşallah hər şey düzələr Allah Yaninizdadır
Yaxşi arzu istəkdir
Buna qulaq asanda sevdiyi qiza qovuwmayan , heyati puc olmuw , oten il heyatini deyiwmiw qardawim ve ardinca onun derdine dozmeyib rehmete geden xanim anam duwur.. Goz yawlarimi tuta bilmirem.. Oz gencliyim, 20 il onceki xowbext heyatim.. Hamisi gozumun onunde canlanir. O vaxt 20 yawlarinda, anam, qardawim sag, butov aile idik. Cox pis oldum.. Coxx
Allah səbr versin.

idik :)
:(