Qaraqan və Nazryn - Səhraların Ulduzu

Поділитися
Вставка
  • Опубліковано 27 тра 2024
  • Birinci Dərəcəyə Qoşul - İntibah səndən başlayır!
    qaraqan.org/birinci-derece/
    Nazryn
    UA-cam: ‪@NazrynMusic‬
    Instagram: / nazrynmusic
    Facebook: / nazrynmusic
    Instagram
    / qaraqanmusic
    Spotify
    open.spotify.com/artist/6913K...
    X
    / qvrvqvn
    İş birliyi və layihələrlə bağlı təkliflərinizi buraya göndərin
    qaraqan.org/elaqe
    Rəsmi saytımız:
    qaraqan.org
    ***
    Sənə xidmət eləməyə gəldim
    Amma içindəki şeytana yox, insana
    Tutan ipucularından açar sözlərin uçacaq asimana
    Əlbət, məndə açması - niyə gölün adı Xəzər, dağın adı Tərtər
    Amma gözlərində zümrüdü “Sonalar” baleti, otuzüç ipək pərdə
    Qarşında diz çökməyə gəldim
    Yapışıb ayaqlarından
    Tullayım səmaya səni
    İstərəm ucala göylərə səsin
    Səni ucaltmağa gəldim
    İçindəki uşağı oyatmağa gəldim
    Bilirəm işin, gücün, dərdin
    Amma içini yeyənləri parçalayıb atmağa gəldim
    Görəcən nədir saxta, nədir düz, nədir atəş, nədir buz
    Görəcən kimlər gizlədir, ağbirçəklərində buynuz
    Səni öpməyə gəldim, gözlərindən ki, ola aydın
    Yalan bağlamış yaralar laxta bitəcək acın, ağrın
    Gətirdiyim bir ümman kasanın ölçüsü qədər alacaqsan
    Ya sən, sən olacaqsan, ya da bir ömür sərsəm qalacaqsan
    Sənin ayaqlarını yumağa gəldim
    Bir yerdə girəcəyik məbədə
    Hansı? Əlbət, bir gün açılar sandıq, tökülər pambıq
    Görünər cənnət
    Səhraların ulduzu
    Kirpiklərin yuxusu
    Karvan ola uzana
    Çoban sayır quzusun
    Vadilərin quyusu durulsun
    Fəryadım səmalara duyulsun
    Ayinlərim vəsfi-xuda
    Oxur adın hər gül-budaq
    Gördüm onun əksin suda
    Mən səhraların ulduzu, səhralaşan ürəklərin səsi
    Qoy başını çiynimə, baxaq ulduzlara, axı deyilik özgəsi
    Gör necə dəyişir gürzə dərisin, elə bil tikir əynini dərzi
    Həzin əsər külək, qumsallar bizə söylər əsər ürək dolusu
    Fitrəm iki balıq, beş çörək, nə fərqi nə görsən
    Xallar necə çiynimdəki bənzər dolça bürcünə
    Ötər bitər səhra örtər hər kəsi sümüklərini tüpürər
    Geriyə səndən məndən qalacaq bir ovuc kül
    Saçlara dən, göz yaşı qəm bir neçə il
    Qırx ilə dörd şəbi-cümə, halva-şəkər, abu-çiçək
    Bir gün əkən bizi biçər
    Səni görməyə gəldim, sənini bulmağa gəldim
    Kəndirin olmağa gəldim, heyvanxanadan qaçan aslan
    Üç gecə yollarda nəfəsi təngi, çatdı ormana ərdi
    Sənin gözlərindəki əksim
    Göz bəbəklərindəki kainatlar
    Partlar bir gün, güllərin açar bir gün
    Ollam qəlbinə açar bir gün
    Bəlkə də bənövşələrini dərdim
    Səhraların ulduzu
    Kirpiklərin yuxusu
    Karvan ola uzana
    Çoban sayır quzusun
    Vadilərin quyusu durulsun
    Fəryadım səmalara duyulsun
    Ayinlərim vəsfi-xuda
    Oxur adın hər gül-budaq
    Gördüm onun əksin suda

КОМЕНТАРІ • 1,1 тис.

  • @Lobritytb
    @Lobritytb Місяць тому +863

    Köhnə HOSTCULARDAN kimler var sayımızı bilek

  • @7eykemiya
    @7eykemiya Місяць тому +851

    Qaraqan’ı dinləyəndə sadəcə illərin keçdiyini, amma bizim hələ də, eyni hisslərlə yaşlandığımızı fərqində oldum.

  • @Ayselsoul
    @Ayselsoul Місяць тому +80

    Nəzrini diqqətdən kənar qoymadığınız üçün çox sevindim

  • @sahileeliyeva1326
    @sahileeliyeva1326 Місяць тому +144

    Qaraqan və Nazryn bu ikilinin yarada biləcəyi çox gözəl əsərlər var... "Səhraların ulduzu" Qütb ulduzudu və bu ulduz qaranlığda karvanlara doğru yolu göstərir necə ki, bizlərin aydınlanmağı üçün yaradılan belə əsərlər...

    • @suqraaa9034
      @suqraaa9034 Місяць тому +3

      Qatılıram

    • @the_poems_
      @the_poems_ Місяць тому +3

      Eynən, çox gözəl vurğuladınız...👏🏻👏🏻

  • @IQBILIK-Riyaziyyat
    @IQBILIK-Riyaziyyat Місяць тому +51

    *QARAQAN bir dəryadır...*

  • @ayselmammadova1221
    @ayselmammadova1221 Місяць тому +79

    Nazryn' nın olması iki planetin birləşməsi kimi hiss etdirdi.

  • @buzbaltasi
    @buzbaltasi Місяць тому +38

    Məncə mahnının 28 Mayda buraxılması həm də Cumhuriyyətimizin və Cumhuriyyət dəyərlərimizin başımızın üstündə bizə yol göstərən həmin ulduzumuzun olduğunu bildirmək üçündü. Təsvirdəki ulduz da bayrağımızdakı kimi 8 guşəlidir.

  • @ayxanbeydiyev5194
    @ayxanbeydiyev5194 Місяць тому +42

    Nəzrin xanımla daha çox ruhumuzu oxşayacaq mahnılar gözləyirikk🫠

  • @elmyolunda
    @elmyolunda Місяць тому +170

    Hər bəyənidə gəlib yenə qulaq asacam

  • @IQBILIK-Riyaziyyat
    @IQBILIK-Riyaziyyat Місяць тому +193

    Çoxunun rəyini bəyənirəm,bəyənin bütün rəyləri,aktivlik düşməsin. Biz də belə dəstək olaq. Əlimdən bu gəlir,təəssüf ki...

  • @IQBILIK-Riyaziyyat
    @IQBILIK-Riyaziyyat Місяць тому +108

    Mən "fanat" deyiləm,zəhləm də gedir yalandan tərifdən. Amma... Bu insanın qələmi var da,heç kimin şübhəsi ola bilməz. Mən də ən çox qələmə dəyər verən biriyəm,ona görə də QARAQANı çox sevirəm.
    #QQ

  • @nicatveliev1984
    @nicatveliev1984 Місяць тому +37

    Nazryn səsi adamı məst eləyir

  • @kaennmusic
    @kaennmusic Місяць тому +105

    Bir vaxtlar heç sevmədiyim bir sənətçiyə indi necə bağlı qalmışam özümdə bilmirəm. Sən bir dəryasan, biz ordan axan axıntı. Yaz yarat şair

  • @gurbanabbasov
    @gurbanabbasov Місяць тому +83

    28 May 1918! ❤️🇦🇿
    O Aydınlar bizə miras bir Dövlət qoydu. Dövlətsizlərdən heçvaxt olmamaq istəyi ilə!

  • @revanepashayeva6768
    @revanepashayeva6768 Місяць тому +23

    Nəzrin bizim sahib olduğumuz nadir incilərdəndi

  • @PandoraSB
    @PandoraSB Місяць тому +46

    İçimdəki şeytan mı? insan mı? Yeyib-çoxalan, ölüb gedən digər canlılardan heç bir fərqimiz yoxdur. Niyə gəlmişik biz bu dünyaya? Axı məğzi nədir bu qədər böyük yaradılışın və gedişatın səbəbi və sonu? Cənnət və cəhənnəm nağılını danışacaqsansa qarnım toxdur ona. Çünki 3-4 kitabda yazılan şey bu yaradılışın qarşısında səhrada qum zərrəsi belə olmur. Və sadəcə yaxşını-pisdən ayırmaq üçün bu boyda səltənət yaratmaq heç anlamlı gəlmir mənə. Əylənmək üçün gəlməmişik buna əminəm. Ama bəs niyə gəlmişik? İnsanlıq çox böyük bir şeyi bu günə kimi gözdən qaçırıb hiss edirəm, bu gün belə qaçırmağa davam edir. Ama nədir bu gözdən qaçırılan? nədir bu məna? anlamış deyiləm

    • @nergizgiyayi
      @nergizgiyayi Місяць тому +2

      Sen varsan çünki Varolan terefinden yaradilmisan.. Niye? Cünki Öz Mehebbetini seninle paylashmaq isteyirdi.. Mehebbet bollugundan yaranmisan. Allah səni çox sevir. Cavab Onun məhəbbətindədir

    • @adilmamedov01
      @adilmamedov01 Місяць тому +2

      Bu gözdən qaçan böyük bir şey insanın özüdür. İnsan elə unutqan varlıqdır ki, çox vaxt bütün ömrü boyu özünü xatırlaya bilmir və beləcə də dünyadan köçür. Bu faciədir, insanın mənliyi insanın özünü xatırlamağına imkan vermir və insan özü ömrü boyu öz mənliyi ilə üz-üzə qalır. Bütün məsələ budur. Bu gizli mənanı anlayan insan öz mənliyini bir kənara qoyub özünü xatırlamaqla, öyrənməklə məşğul olur. Özünü öyrənmiş insan isə öz "mənini" unudur, əvəzində isə məna aləmini, yəni özünü xatırlayır🙂

    • @nicatmammadli7532
      @nicatmammadli7532 26 днів тому +1

      Yashadigimiz shey sadece Tanrinin oz yaratdigi oyunda hem oyunchu,hem de ssenari muellifi olmagidir,yeni her shey sadece eksperimentdi.Hech bir sheyin menasi yoxdur,eyni zamanda her sheyin menasi var

  • @jasmin5461
    @jasmin5461 Місяць тому +35

    Qaraqan bir markadir heyf olur Azerbaycanda

  • @elgizhesenli4743
    @elgizhesenli4743 Місяць тому +169

    Nazrnlə qaraqan nəvaxtsa oxuyacagi hec aglima gəlməzdi.. Əla alinib..

  • @ysfzdaa
    @ysfzdaa Місяць тому +41

    İçindəki Uşağı oyatmağa gəldim 🌷
    #intibah
    #birincidərəcə
    #qaraqan
    #səhrəlarınulduzu

  • @Cavabdeh
    @Cavabdeh Місяць тому +64

    *Ayinlərim vəsfi-xuda
    Oxur adın hər gül-budaq
    Gördüm onun əksin suda*

  • @em6663
    @em6663 Місяць тому +35

    "Mən səhraların ulduzu, səhralaşan ürəklərin səsi
    Qoy başını çiynimə, baxaq ulduzlara, axı deyilik özgəsi..."

  • @aliakper
    @aliakper Місяць тому +56

    Yenə hər sətrində dərin məna yükü…
    Yenə mən , yenə sən , yenə qan , yenə Qaraqan…!

    • @IremKanak
      @IremKanak Місяць тому

      #birincidərəcə ⚡

  • @N.e.z.r.i.n_06
    @N.e.z.r.i.n_06 Місяць тому +14

    Dəyərli, həmvətənlərim, Qaraqan, Nəzrin sevənlər,xariqüladə şərhlərinizi bəyənməkdən barmaqlarım ağrıdı, nədəndir bu mükəmməllik ?!

  • @aidanan7_
    @aidanan7_ Місяць тому +46

    Qaraqan özünəməxsus mahnıları ilə qəlblərimizi fəth edir.Kaş daha öncədən tanısaydım dediklərimdən biri..Gənclərin həyatında, öz yollarını tapmasında rol oynayırsan,dan ulduzumuz💜💫

  • @nazimhesenov6682
    @nazimhesenov6682 Місяць тому +60

    "1.Ayinlərim vəsfi - xuda
    2.Oxur adın hər gül - budaq
    3.Gördüm onun əksin suda"
    1.Ayinlərim Allahı vəsf edir.
    2.Hər gül budaq Allahı zikr edir.
    3. İnsan suya baxdıqda öz əksini görür. Özündə Allahı görür.
    Bəlkə də çoxunuz bilirsiniz. Demək istədiyim odurki çox möhtəşəm mənalar var.

  • @anarmisirxanoff
    @anarmisirxanoff Місяць тому +64

    Tutan ipuclarından açar sözlerin uçacaq asimana🤌🤌🤌🤌🤌👍

  • @My_art_is_my_life
    @My_art_is_my_life Місяць тому +18

    Bu insan bu dünyadan ola bilməz.

  • @elvinzeynalov3936
    @elvinzeynalov3936 Місяць тому +49

    Qaraqan fəlsəfəsi deyilən bir mövhum var. Amma ,, Sevilsin isteyirdik sözümüz amma sevildi səsimiz,, deməklə düz dedi.

  • @ibrahimnamazov1967
    @ibrahimnamazov1967 Місяць тому +42

    Yenə dinləmək istəyirəm

  • @ibrah4mm
    @ibrah4mm Місяць тому +26

    Qaraqan , Qaraqan ,Qaraqan yenə Qaraqan 🖤

  • @gagokhuliyef
    @gagokhuliyef Місяць тому +12

    Izlenme nie bele azdi axi artig 100000 olsun

  • @ilqarbeydullayev8273
    @ilqarbeydullayev8273 Місяць тому +56

    qoy başını çiynimə baxaq ulduzlara , axı deyilik özgəsi ...

  • @blackblood1999
    @blackblood1999 Місяць тому +31

    2007 dən bu günə qədər, hər track’də, hər misrada, hər kitabında, hər sətrində bizlərə yeni baxış bucağı gətirməyin, yeni nəsli formalaşdırmağın hər birimizdə bugün öz əksini tapır. Yaxşı ki varsan üstad, çox gözəl track idi, çox gözəl sözlər idi, yeni track’ləri səbrsizliklə gözləyirik.

  • @nami_k2750
    @nami_k2750 Місяць тому +52

    Hörmətlər Qaraqan...❤

  • @Saidaalisova
    @Saidaalisova Місяць тому +280

    Dinləyə-dinləyə baxış sayının artması çox gözəl hiss verir

  • @Qiyas¹³
    @Qiyas¹³ Місяць тому +25

    Superdii ee.🫠 Səhərdən dəfələrlə dinləmişəm, doymuram dinləməkdən...🫀

  • @ismayilss
    @ismayilss Місяць тому +39

    Geriyə səndən məndən qalacaq bir ovuc kül…

  • @sevincebilova4264
    @sevincebilova4264 Місяць тому +46

    Bu yeni yorumum olsun, deyəsən hər dinləyəndə başqa hislərlə dinləyib, ürəyimi boşaltmaq istəyəcəm bu trackdə) bu dəfə keçmişdəki HO.S.T.cularımızla yaz ayında olan görüşlərimiz yadıma düşdü yaz aylarında...🖤

  • @QdmFfa
    @QdmFfa Місяць тому +35

    *Digərlərini olduğu kimi bunuda təkrar-təkrar dinləyəcəm🤍*

  • @blackberry_185
    @blackberry_185 Місяць тому +31

    Qaraqan anlayana bir kitabdır ən qiymətli olanından❤

  • @SiriusA_1
    @SiriusA_1 Місяць тому +11

    Verdiyin mesajlar o qədər aydındır ki, eyni zamanda çoxları üçün anlamayacaqları qədər dərin. Azlıq çoxluğa qalib gələ bilmir. Millət olaraq sıfırdan başlamalıyıq...

  • @AsiCavadzade-yw7zl
    @AsiCavadzade-yw7zl Місяць тому +34

    Neye göre Qaraqan adı gelen kimi içimdə qəribə nesə hisller olur dillə başa salmaq olmur hissləri sanki içimdəki uşaq oyanır gedirem keçmişə ürəyim titrəyir bir başka sevgidir bu

  • @safajalil
    @safajalil Місяць тому +45

    Bir gün əkən bizi biçər...

  • @limustafayev8641
    @limustafayev8641 Місяць тому +27

    Birinci dərəcəyə xoş gəldin Nazryn ! 🔥🔥🔥

  • @kenanjafarof
    @kenanjafarof Місяць тому +42

    Hər bir track bir kitab kimi dəyərlidir.

  • @the.alixan
    @the.alixan Місяць тому +69

    "Çoban sayır quzusun..." Çox dərindir

    • @lostingtv
      @lostingtv 29 днів тому +4

      Xristianlıqda qoyun cənnətə gedənləri işarə edirdi.İsa peyğəmbər də özünü çobana bənzədərək qoyunları və keçiləri ayırar kimi cənnətlə cəhənnəmi ayırmağı işarə edirdi

  • @rylbbyv
    @rylbbyv Місяць тому +25

    Səni ucaltmağa gəldim
    İçindəki uşağı oyatmağa gəldim
    Bilirəm işin, gücün, dərdin
    Amma içini yeyənləri parçalayıb atmağa gəldim

  • @gulsumnovruzlu4431
    @gulsumnovruzlu4431 Місяць тому +45

    Mən səhraların ulduzu səhralaşan ürəklərin səsi🖤

  • @ravilcobanzad5852
    @ravilcobanzad5852 Місяць тому +100

    Dedin xalqa "birləşək", dedilər "sən Nəsimi ol!"

  • @sonawkabagrova7444
    @sonawkabagrova7444 Місяць тому +20

    Ruhum sakitləşir ❤

  • @Azearmy073
    @Azearmy073 Місяць тому +39

    Azğınlaşmış Cəmiyyətə Host şilləsi❤

  • @themostridiculousvideos
    @themostridiculousvideos Місяць тому +73

    1 aylıq fasilədən sonra qəlbləri oxşayan musiqi❤

  • @habilismayilov838
    @habilismayilov838 Місяць тому +34

    ölməyib sadəcə uzaqda olanlar idik halbuki... möhtəşəm!!

  • @alshanabdullayev
    @alshanabdullayev Місяць тому +64

    "İçindəki uşağı oyatmağa gəldim.. "

  • @cefferov_05
    @cefferov_05 Місяць тому +57

    Nazryn ayrı bir dünya Qaraqan ayri bir dünya hər ikiside musiqilərinde başqa bir alem var ,səsləri insani sanki başqa bir aləmə aparır 🫠🫠 ikisini bir arada görmək çok gözəl oldu

  • @ramoaga2677
    @ramoaga2677 Місяць тому +25

    Həm musiqi ifası ,həm sözlər çox möhtəşəm 🚬

  • @Abdulyv
    @Abdulyv Місяць тому +120

    İnsan tək qalanda ən yaxın dostunu tapır. Yəni, özünü...

  • @babaabdullazade5650
    @babaabdullazade5650 Місяць тому +29

    Nə möhtəşəmlikdir bu.Çox fərqli...Ən fərqli...

  • @nazimhesenov6682
    @nazimhesenov6682 Місяць тому +22

    Elxan sayəndə oyanışım başlayıb. Öz içimdə ❤️. Təşəkkürlər

  • @merays1115
    @merays1115 Місяць тому +30

    Bu iller erzinde bir birini itirenler, ayrılanlar bir ortaq nöqtede- Qaraqanda görüşürük, düşünün😢bir birimizden xebersiz❤

  • @My_art_is_my_life
    @My_art_is_my_life Місяць тому +36

    Görəcən kimlər gizlədir, ağ birçəklərində buynuz...

  • @gunelcabbarova2001
    @gunelcabbarova2001 Місяць тому +23

    bu necə möhtəşəm bir əsərdir..
    ən sevdiyim iki səs🖤

  • @lale1351
    @lale1351 Місяць тому +30

    Bu adamı həqiqətən sevirəm

  • @user-rn7kf9pg9f
    @user-rn7kf9pg9f Місяць тому +26

    Musiqinin həzzi, sözlərin ahəngi ilə birlikdə həzin nəğmə və ən saf duyğuların rəqsi...🤍

  • @Aydin_Gurbanli_
    @Aydin_Gurbanli_ Місяць тому +17

    Bu ikilidən gözlənti yüksəkdi

  • @nigaribrahimova9062
    @nigaribrahimova9062 Місяць тому +10

    🩷 her icimdeki susqunlugum icime atdigim butun ic sesim bu sesde bu musigilerde ♾️

  • @Y.Nurlan
    @Y.Nurlan Місяць тому +30

    Bu dəfə çox gözlədik amma yenə dəydi gözləməyə👍👍👍

  • @zeynalkhalilov6774
    @zeynalkhalilov6774 Місяць тому +14

    Çox qəşəngdi həqiqətən, çox içdəndir, çox toxunandır.🖤

  • @vusalmahmudov2777
    @vusalmahmudov2777 Місяць тому +57

    Bu mahnıya qulağ asmırsansa çox şey itirmisən. Qulağ asırsansa hərşey )

    • @burcler2025
      @burcler2025 Місяць тому +5

      Məsələn nə itirmisən?

    • @_ezgi7
      @_ezgi7 26 днів тому +3

      Men deyesen qelbimi itirmiwem:)

  • @JustAlmila
    @JustAlmila Місяць тому +22

    Gözümüzün kökü saraldı,Ustad!Bir daha xoş gəldin

  • @zulyasareyu3009
    @zulyasareyu3009 Місяць тому +21

    Yeniden 17-18 yaşinda hiss etdirdiyin təşəkkür, ustad

  • @copteraviator
    @copteraviator Місяць тому +17

    Bəlkə də bənövşələrini dərdim.. 🪻

  • @ilaheniftalyeva
    @ilaheniftalyeva Місяць тому +22

    Fərqli musiqilər, eyni hisslər...🖤

  • @N.e.z.r.i.n_06
    @N.e.z.r.i.n_06 Місяць тому +29

    Qaraqanın köhnə fanatlarından deyiləm, son zamanlarda diqqət etməyə başlamışam.Reperdir,amma qələmi şair qələmi kimidir.Onun track'lərini çoxumuz adətən zövq üçün yox,yeni bir şeylər öyrənmək,yeni hisslər yaşamaq üçün dinləyirik.Belə möhtəşəm əsərlər yaratdığı üçün nə qədər təşəkkür etsək azdır,Nəzrinsə son zamanların ən yaxşılarındandır, fikirlərini, tərzini çox sevirəm.

    • @alshanabdullayev
      @alshanabdullayev 27 днів тому +3

      Kitablarını da oxumağı tövsiyə edirəm.

  • @yusifova.a7612
    @yusifova.a7612 Місяць тому +13

    Hostun replərindən sonra ruhuma bu qədər toxunacaq bir əsər olmuyacaq sanmışdım. Keçmişim və gələcəyim qulaqlarıma pıçıldadı sanki..... Təşəkkürlər...

  • @hamidaliosmanov4702
    @hamidaliosmanov4702 Місяць тому +30

    Həmin o vibe ancaq səndə var və həmişə onu axtarırıq.

  • @BlackFa1con
    @BlackFa1con Місяць тому +11

    Möhtəşəm əsər yaratmış ustad yenə 🤌

  • @lale-0409
    @lale-0409 Місяць тому +17

    1:01 İçindəki uşağı oyatmağa gəldim🎶🌝

  • @cavid5051
    @cavid5051 Місяць тому +30

    Artıq Qaraqanı dinləyəndə başqa bir insanda yadıma düşür heyif ki alınmadı kitabları musiqiləri fikirləri barədə uzun sohbətlər edə bilərdik N..... 214

  • @murad92memmedli10
    @murad92memmedli10 Місяць тому +17

    uzun məsafədən sora yenə bildiriş gəldi gözümüz yollardaydı mahnıyada söz yox çox möhtəşəm 👏👏

  • @RahilNsirli
    @RahilNsirli Місяць тому +35

    17 il və hələ neçə 17 illər seviləcək tək sənətçi 👑

  • @aidanan7_
    @aidanan7_ Місяць тому +27

    "Qoy başını çiynimə,baxaq ulduzlara,axı deyilik özgəsi".

  • @fnagiyev
    @fnagiyev Місяць тому +113

    Bir Bakı konsertində bir araya gəlmək diləyi ilə🖤

  • @_ezgi7
    @_ezgi7 Місяць тому +11

    Dolca burcu dediyi üçün bir ayri sevdim)

  • @Fatimasi006
    @Fatimasi006 Місяць тому +11

    Qaraqan və Nazryn-in birləşməsi... Möhtəşəm 😍

  • @zeyral
    @zeyral Місяць тому +15

    Mənə elə gəlirki sırf bu üç mahnını(Bənövşə, Mərcan ağacı, Səhraların ulduzu) sevmək üçün sözləri anlamağa belə gərək yoxdur. Mənasını anlamadan bir başa təsir göstərir insanın ruhuna. Qaraqanla Nazrynin səsini birlikdə o qədər bəyəndimki. Mənim üçün əsas önəmli olan sözlər olmuş olsa belə bu səslər həmçinin laylay kimi gəldi ruhumu didib məni narahat edən düşüncələrimə.

  • @User-fi2br
    @User-fi2br Місяць тому +10

    1:30 Sadəcə möhtəşəm...
    #birincidərəcə
    #intibah
    #Qaraqan

  • @sahilnizamzade5355
    @sahilnizamzade5355 Місяць тому +36

    Bəlkə də tək səsdir məni aparır keçmişə uşaqlığıma ən xoş atam yanımda olan xatirələrimə.🚬

  • @CayrudFkLerik
    @CayrudFkLerik Місяць тому +23

    Bayaqdan bildiriş gözləyirəm,axırki Qaraqan

  • @ruslanzeynall7662
    @ruslanzeynall7662 Місяць тому +42

    Qoy başını çiynimə, baxaq ulduzlara, axı deyilik özgəsi

  • @pegasusazerbaijan
    @pegasusazerbaijan Місяць тому +62

    Bu qədər dərd,problemin içində nə gözəlsən sən 🙂

  • @yunis.isgenderli
    @yunis.isgenderli Місяць тому +11

    Dərzidən sonra ikinci ən yaxşı trekindi bəlkə də ustad. Səsinə qüvvət.

  • @sevgiiii.
    @sevgiiii. Місяць тому +30

    Qoy başını baxaq ulduzlara axı deyilik özgesi❤

  • @faridabdullayev4365
    @faridabdullayev4365 Місяць тому +19

    “Heçkim” olduğumuzu təkrar anladan track

  • @universemapper4556
    @universemapper4556 Місяць тому +19

    Sözlər elə dərin, gözəl və zərifdir ki..

  • @OrkhanAsgerov-jd4te
    @OrkhanAsgerov-jd4te Місяць тому +12

    Tək sözlə mükəmməldi🔥🔥🔥

  • @qazi_mustafayeff
    @qazi_mustafayeff Місяць тому +13

    Çox gözəl alınıb. Qaraqan dinləyəndə sözləri təkcə qulağlarımda yox, həmdə beynimdə qəlbimdə ruhumda hiss edirəm.🖤

  • @ayxanbeydiyev5194
    @ayxanbeydiyev5194 Місяць тому +13

    Qaraqan necə edirsən axı bunu
    Mahnı çox qəribədiye hər yönlə əlaqəlidi sevgi də var içərisində, fəlsəfə də, intibah da dinlədikcə hər dəfə yeni nəsə anlayır adam 🤯

  • @aidanan7_
    @aidanan7_ Місяць тому +14

    Mahnının sözlərindəki dərin məna,səsləri insanın ruhunu oxşayır.Yayınlanma tarixi və səkkizguşəli ulduz isə mükəmməl düşünülüb.Mötəşəmsiniz❤

  • @muradmemmedli6421
    @muradmemmedli6421 Місяць тому +32

    İşədədə bu mahnıya qulaq asmaq gözəl hissdi