Orkhan Zeynalli ft. Nargis Majidli - Günbatımları (Rəsmi Musiqi Videosu)

Поділитися
Вставка
  • Опубліковано 12 гру 2022
  • Orkhan Zeynalli-nın Nargis Majidli ilə birgə ifa etdiyi “Günbatımları” treki artıq onlayndır.
    Orkhan Zeynalli-ya UA-cam-da abunə ol: mikpro.az/ozeynalliyt
    Rəqəmsal platformalarda dinlə: bfan.link/gunbatimlari
    Lyrics and music: Orkhan Zeynalli
    Music producer: İslam Şirvani
    Mix and master: Adil Nəcəfov
    Sound recording: Camal Qurbanov
    Vocal: Nargis Majidli
    Producer: Sevinj Aliyeva
    Line producer: Anar Baxtiyaroğlu
    Director: Emin Muradov
    DOP: Murad Muradlee
    1st AD: Orxan Cahangir
    Gaffer: Rashad Bagirov
    Focus puller: Sübhan Quluzadə
    Color: Emin Muradov
    Make up: Adelya
    Dresser: Faxriyya Zeynalova
    Cover: Sada Aliyeva
    Backstage: ZK Karimov
    VFX: Marbior
    Cast: Sevinc Əliyeva
    Production: SFN Film
    Post Production: Emotion Group
    Orkhan Zeynalli sosial şəbəkələrdə:
    Facebook: mikpro.az/ozeynallifb
    Instagram: mikpro.az/ozeynalliig
    Genius: mikpro.az/ozeynallign
    Orkhan Zeynalli rəqəmsal platformalarda:
    Keçid: mikpro.az/ozeynallidinle
    Sözlər:
    [Nəqərat: Nargis Majidli]
    Gəl uçaq səninlə Marsa
    Orada günbatımları mavi
    Bizim nağılımız yalansa
    Yaşayarıq onu biz ani
    Gəl uçaq səninlə Marsa
    Orada günbatımları mavi
    Bizim nağılımız yalansa
    Yaşayarıq onu biz ani
    [Bənd 1: Orkhan Zeynalli]
    Üzərimə çox gəlmə
    Mən o adam deyiləm
    Kibritini at kənara
    Yaşdır odun, alovlanan deyiləm
    Bəs deyilmi əllərim?
    Bəs deyilmi gözlərim?
    Qoyduğum yerdə yoxsan artıq
    Bəs deyirdin gözlədim?!
    Mahnıdan çıxmasaqmı?!
    Mənim evimdir o
    Başqa evin içində sanki daha çətin
    Sevimli olmaq
    Buzlarımı əridəcəyim hardasa bir dünya varsa
    Orada yəqin həqiqətəm, burada sözlərim yalansa
    Mahnılarımı dinlə, bu sevgi burada bitsin
    Bu sevgi bitməyəndə nə baş verir, yaxşı bilir
    Ver əlini, yum gözünü, ürəyinin səsinə inanma
    Mahnılarda Orxan həyatdakından yaxşı biri
    [Nəqərat: Nargis Majidli]
    Gəl uçaq səninlə Marsa
    Orada günbatımları mavi
    Bizim nağılımız yalansa
    Yaşayarıq onu biz ani
    Gəl uçaq səninlə Marsa
    Orada günbatımları mavi
    Bizim nağılımız yalansa
    Yaşayarıq onu biz ani
    [Bənd 2: Orkhan Zeynalli]
    Gizlənirəm içində sonetlərin
    Özümə uyğun yer tapa bilməyəndə içində planetlərin
    Səma sənin, dəniz mənim, görüşək bu rep - gəmi
    Sevməyin şərt deyil, əzizim, mahnımı dinlə, arada yad et məni
    [Keçid: Orkhan Zeynalli, Nargis Majidli]
    Gəl uçaq Marsa
    (Orada günbatımları mavi)
    Gəl uçaq Marsa
    (Yaşayarıq onu biz ani)
    Gəl uçaq Marsa
    (Orada günbatımları mavi)
    Günbatımları mavi
    [Nəqərat: Nargis Majidli]
    Gəl uçaq səninlə Marsa
    Orada günbatımları mavi
    Bizim nağılımız yalansa
    Yaşayarıq onu biz ani
    Gəl uçaq səninlə Marsa
    Orada günbatımları mavi
    Bizim nağılımız yalansa
    Yaşayarıq onu biz ani
    Orkhan Zeynalli tərəfindən Nargis Majidli-nin iştirakı ilə ifa olunan “Günbatımları” parçasının rəsmi videosu. Bu videonun bütün hüquqları "mikpro” MMC tərəfindən qorunur. © 2022
    Etiketlər:
    #OrkhanZeynalli #Günbatımları #mikpro

КОМЕНТАРІ • 613

  • @orkhanzeynalli
    @orkhanzeynalli  3 місяці тому +20

    4 may Bakı İdman Sarayındakı solo konsertimdə bütün sevilən mahnılar böyük orkestr müşaiyəti ilə ifa olunacaq. Biletlər artıq satışda! Görüşərik❤️

  • @nargismajidli
    @nargismajidli Рік тому +629

    Necə gözəl hislərlə oxumuşdumsa, elə də dinləyirəm. Hər kəsə xoş dinləmələr🎉

  • @orxan13
    @orxan13 Рік тому +771

    Bu klip çəkiləndə ordan keçirdim adaş. Konsertə pul tapıb gələ bilməməyimə çox heyvslənmişdim, yolun kənarında durub uzun uzun seyr eyləyib çox sevindim səni görməyimə, məni uşaqlıq illərimə Hosta apardı xatirələr.

  • @azadabandalieva
    @azadabandalieva Рік тому +100

    “sevmək şərt deyil, əzizim
    mahnını dinlə arada yad et məni”
    🪐🤍

  • @dervish_
    @dervish_ Рік тому +40

    Marsda mahnısı səslənən ilk azərbaycanlı 💎

  • @yalquzaq_676
    @yalquzaq_676 Рік тому +92

    Xoş gördük hər birinizi 🙂.2007 dən Orxan Zeynallını (H.O.S.T.U) dinləyirəm.90 - nıncı illərin uşağları daha yaxşı anlıyar məni.Həmin vaxtlar cəmiyyətin necə formalaşması , gənclərin dahada dərin düşüncəli olduğu açıq aşkar görünürdü.Elə insanlar həm yaşıdlarım varidi ki saatlarla söhbətləşib marağlı və fərqli fikirlər bölüşüb xüsusi zövq alırdıq sanki bir ruh ekizləri kimi.Çox heyif vaxt keçdikcə həmin o insanlar bu lənətə gəlmiş amansız zaman boşluqlarında itdilər, yox oldular.Ama bizlər hisslərə hakim olmaq nədir bilirdik, Qarşıya hədəf qoyub ona çatmağ nədir çox gözəl anlayırdıq, Pulumuz olmadan belə xoşbəxt olmağı bacarırdıq, Dürüstlüyə dəyər verib Vicdanımızı üstün tuturduq.Hər günümüzün sonunda , vaxtımızı günümüzü nəyə sərf etdiymizi düşünüb sabahı günü təkamül edirdik.Ən azı insan olduğumuzu hiss edirdik , day indiki zamandakı robot ( İnsan'lardan ) fərqli.Bu həyata niyə gəlmişik , nə etməli və hara gedəcəyik ?! Bu həqiqət axtarışında olmuşuq.Bir söznən ətraf çox sıxıcı olub.Insanların çoxu bir birlərini anlamır, mənfəətpərəstlikləri , eqoları bir-birlərini məhv edir.Hətta doğmalarımız belə bizi başa düşməyə əziyyət çəkir.Güvən, İnam Etibar haqda isə hec danışmayaq adi şablom, içi boş söz olub.Və dövrümüzün trendi olan Sevgi 😏....... İnan mənə bu lənətə gəlmiş xəstəlik sanki hansısa mağazadan aldığın lotereya kimidir uda da bilərsən, uduzada bilərsən.Sevgi mənə görə bir dəlixanadır , hər kəsin öz palatası var.Xoşbəxt olmağın üçün isə özünə aid palatanı seçməlisən.Sevgidə dilnən deyilməyən qanunlar var.Məsələn səni sevən , milyardlarla insanların içindən sənin seçdiyin insan, səni bir yarımçıq kəlmə ilə, bir baxışla səni başa düşməli..Çox şey danışmaq olar bu mövzuda ama belə şeylər nağıllarda olur 😂..Oxuyan şəxs sənidə çox yormuyum çox sağol bu kiçik söhbətə qonağ olduğun üçün 🙂.Ama unutma bu kiçik aramızdakı söhbətə like atarsanki bilim ki, neçə nəfərlə həm söhbət olmuşam 🫂
    ✍️21 Dekabr gecə 03 : 22 də Qeyd etdim✍️

    • @Abbasov-pd2op
      @Abbasov-pd2op Рік тому +3

      Fikrinizlə razıyam. Çox doğru dediniz. H. O. S. T. Yarananda mən heç doğulmamışdım amma indi dinlədiyim musiqilər ancaq Qaraqana, AİD ə aiddir

    • @mmmdova1981
      @mmmdova1981 Рік тому

      .....

    • @az0009
      @az0009 9 місяців тому +2

      Cəmiyyət barədə,zövqlər və dəyərlər barəsindəki bütün fikirlərinizə qatılıram.Həqiqətəndə sözlərinə axıra qədər,mənfəətsiz olaraq qulaq asan insan övladı tapmaq olmur.Təəssüf,şəxsən 15 il əvvəl mən belə bir cəmiyyətdən uzaq çox xoşbəxt idim.İndi isə nə həmin saflıq və üz qızarmasına rəast gəlmək mümkündür,nə də ki həmin Tər-təmiz duyğulara.Heyf!

  • @abbasovfareed7148
    @abbasovfareed7148 Рік тому +112

    "Buzlarımı əridəcəyim haradasa bir dünya varsa,
    Orada, yəqin, həqiqətəm, burada sözlərim yalansa..."

  • @sdyarnuriyev5127
    @sdyarnuriyev5127 Рік тому +69

    “Gəl uçaq səninlə Marsa
    Orda Günbatımları mavi
    Bizim nağılımız yalansa
    Yaşıyarıq biz onu ani”

  • @tebrizbabayev5278
    @tebrizbabayev5278 Рік тому +3

    Bu ölkədə əməyə,bacarığa qiymət niyə yoxdur axi?hansısa səviyyəsiz tiktokerin hansısa səviyyəsiz paylaşımının baxışı milyonu keçir. Amma bu cür iş nəisə.möhtəşəmsiz Orxan

  • @nihadr06
    @nihadr06 Рік тому +180

    Tezliklə konsertdə dinləmək diləyi ilə. Təşəkkürlər bütün komandaya! Yüksək səviyyəli bir iş👌

  • @NazrynMusic
    @NazrynMusic Рік тому +35

    Əladır👏🏻💫

  • @ayyss00
    @ayyss00 Рік тому +17

    "Üzərimə çox gəlmə
    Mən o adam deyiləm
    Kibritini at kənara
    Yaşdır odun, alovlanan deyiləm"

  • @reyhanmemmedova2174
    @reyhanmemmedova2174 Рік тому +12

    Qoyduğum yerdə yoxsan artıq bəs deyirdin gözlədim...

  • @ferahimrehimov9874
    @ferahimrehimov9874 Рік тому +5

    2007: Gəl gedək, ulduzlar rəqs edər bizimçün orda
    2023: Gəl uçaq səninlə Marsa #since2007

  • @ismayilzada23
    @ismayilzada23 Рік тому +4

    Diana(Feedan) qulaq asacağına əminəm. Bil ki, sənsiz çox çətindi...

  • @criistianooduubrat
    @criistianooduubrat 7 місяців тому +6

    Gəl uçaq səninlə marsa❤

  • @reyhanmemmedova2174
    @reyhanmemmedova2174 Рік тому +12

    Gəl uçaq səninlə marsa orda günbatımları mavi💙

  • @fatehm6218
    @fatehm6218 Рік тому +4

    Bu dünya həssas qəlblər üçün bir cəhənnəmdir!

  • @Teymur13
    @Teymur13 6 місяців тому +3

    Tələbə olan illərimizdə səninlə Orxan dinləyirdik. Mükəmməl olan.

  • @ardistraveler
    @ardistraveler Рік тому +4

    Orxan , mahnıların niyə belədi axı , 10 il əvvəl qulaq asanda hansı hisslər keçirirdimsə yenə eyni duyğular , sanki qoxusu var , Nargisin səsi də 👌

  • @royadadasova7987
    @royadadasova7987 5 місяців тому +2

    Döndüm, dolaşdım , yenə burdayam🙋‍♀️
    Gəl uçaq səninlə marsa,
    Orada gûnbatımları mavi🩵🌅

  • @İslamŞirvani
    @İslamŞirvani Рік тому +12

    Marsda çəkilən ilk yerli klip )) 💙

  • @mehdiabbasov4997
    @mehdiabbasov4997 8 місяців тому +2

    Bu mahnını ilk dinlədiyim vaxt bir qıza aşiq oldum və həyatımda ən sevincli günlər oldu . Ayrıldıg və bitti .

  • @thegang3137
    @thegang3137 Рік тому +7

    İllərdi trackları vasitəsiylə bizimlə söhbət edən ADAM!

  • @cobanyastg3641
    @cobanyastg3641 Рік тому +7

    "Istərəm torpaqda bitsin mavi qızılgüllər" cümləsindəki torpaq "Gəl uçaq səninlə Marsa. Orda günbatımları mavi" cümlələrində həyat tapdı. 🤍

  • @gunnaaii
    @gunnaaii Рік тому +20

    "Səma sənin, dəniz mənim..
    Görüşək, bu rep gəmi.."🌊🌅

  • @senanalili7139
    @senanalili7139 Рік тому +13

    Orxan bəy gələcəkdə uşaqlarıma sizin atanız bu mahnılarla böyüyüb deyə bilməkçün yazıram bu rəyi. Konsertiniz yelləndiyim ən az, olduğum ən möhtəşəm konsertlərdən biri idi. Musiqimiz sizinlə dəyərlidir.

  • @pervinmemmedov7968
    @pervinmemmedov7968 Рік тому +2

    Men senin mahinlarini dinleye dinleye artiq 34 yasindayam.)). Hemişə var ol.

  • @elvinadgozlov2355
    @elvinadgozlov2355 Рік тому +3

    Qoyduğum yerdə yoxsan artıq
    Bəs deyirdin gözlədim? 🥀

  • @qirmiziadam
    @qirmiziadam Рік тому +2

    iş budu iş belə görülür.. buna deyirlər əmək zəhmət iş. əla

  • @artays
    @artays Рік тому +3

    Əziz özüm...gəl uçaq Marsa🍷

  • @nazrinsultanli777
    @nazrinsultanli777 Рік тому +74

    Qızın səsi çox gözəldir, mülayimdir, rahatladıcı mahnıdır✨

  • @gartley8354
    @gartley8354 Рік тому +11

    GünBatımları artık mavi olmadığında, uzay gemisiyle yeni bir eve uçabiliriz ♥.........🌿

  • @Leylatehmezova6869
    @Leylatehmezova6869 Рік тому +2

    Hər gun hostun kohnə mahnılarına və aid hekayəmə qulaq asırdım və çox pis olurdumki Host daha yoxdu.və indi bildimki Orxan Zeynallı yenədə repdədi..

  • @nesiminebizade9765
    @nesiminebizade9765 Рік тому +2

    Hərkəsin bir ELİFİ var...
    Adı ELif olmasada...

  • @tahirnadirov4052
    @tahirnadirov4052 Рік тому +2

    Super. Kaş 2.bənd daha uzun olaydı. Əladı amma.

  • @elnurhumbetli7086
    @elnurhumbetli7086 Рік тому +2

    16 il oldu Orxani tanıma yaşım.Her şey üçün teşekkürler AİD

  • @karabakh..4010
    @karabakh..4010 Рік тому +3

    Ümid edirem kitabın usdunde yazdigimi gormusen ve girib qulaq asmisan Mahni menim əvəzimə hər şeyi deyecek sene

  • @elchino_de_Yerazzi
    @elchino_de_Yerazzi Рік тому +2

    Xanimin səsi çox gözəldi, Aiddə həmişəki kimi

  • @farrukhabdullaev9243
    @farrukhabdullaev9243 Рік тому +67

    Yenə nəqarət 🚀
    Rəng çalarları, vizual effektlər, ümumiyyətlə klip çox rahatladır, üstünə bir də səslənmə və sözlərin verdiyi rahatlıq gəlir ki, bu da daha bir AiD klassikası yaradır. Əlasan, müəllim ❤️

  • @validcavid3805
    @validcavid3805 Рік тому +1

    Baxıs sayının yarsı qeder beyenme buna ugur deyırem

  • @I3.Turqay
    @I3.Turqay Рік тому +5

    Bəli,
    “ sevmək şərt deyil əzizim, mahnını dinlə arada yad et məni...”🖤🤙

  • @alizadeh5555
    @alizadeh5555 Рік тому +7

    Aid kimi taniyib Orxan kimi bu qeder ugurlara imza atmagin ilklerden bugune ugurun sevindirir kohne hostcular seni cox sevir

  • @Farid_Karimov
    @Farid_Karimov Рік тому +2

    Oz uslubunu illerdir qoruyub saxlayir. Ehsen.

  • @samirhesenli3188
    @samirhesenli3188 Рік тому +2

    Neçə vaxtdır yox idin ustad! Həri getdik. Xanim da rəng qatib repə

  • @user-ed6gg7kv9v
    @user-ed6gg7kv9v Рік тому +1

    Məndə deyirəm bu ifaçının səsi niyə belə mənə xoş gəlir.Sən demə Host qrupunda olub ordan tanıyıram bu səsi😢 mənim tələbəlik illərimə aparır səsi

  • @drmuradrasul
    @drmuradrasul Рік тому +11

    Bizi uşaqlığımızın H.O.S.T-lu günlərindən tam qoparmayıb, mahnılarından məhrum qoymadığın üçün çox sağol Orxan🤝🙏

  • @nermintalibxanli2935
    @nermintalibxanli2935 Рік тому +21

    Səma sənin, dəniz mənim..
    Orxan Zeynalli fərqində olmadan mahnılarında elə sözlər yazır ki, sadəcə təəccüblə və hiss edərək dinləyirəm. Başqa heç bir ifaçı bu qədər dərin yaza bilməzdi.

    • @UNIVERSALLAR
      @UNIVERSALLAR Рік тому +7

      Orxan təcrübəli bir reperdir, fərqindədir, hansı ki, sonrasında deyir görüşək bu rep gəmi, çünki gəmi həm səmaya, həm dənizə eyni zamanda toxunur

    • @nermintalibxanli2935
      @nermintalibxanli2935 Рік тому +4

      @@UNIVERSALLAR heç belə düşünməmişdim, məntiqlidir

    • @hitchhikersguidetothegalax
      @hitchhikersguidetothegalax 9 місяців тому +1

      ​@@UNIVERSALLAR👏

  • @gulgunmammadli4447
    @gulgunmammadli4447 Рік тому +27

    21 noyabr konsertdən sonra həyatımda yeni dönəm başladı, təsadüfən.Siz mənim həyatımda çox özəl insansınız, Orxan.Yaxşı ki, varsınız.Bu trek isə hazırki enerjimə, ruh halıma tam uyğundur.Çox sağ olun.Nərgiz xanımın səsi də çox gözəldir👌🏻

  • @user-mq3vd4if4q
    @user-mq3vd4if4q Рік тому +1

    Gəncliyimin xatirəsi,konsertinə gələ bilmədiyim üçün təəssüf edirəm

  • @user-gi3wo5kl9g
    @user-gi3wo5kl9g 5 місяців тому +3

    Musiqi möhtəşəm.Nəqarət super.Mahni dinləyən zaman şərh oxumaq əladı

  • @lemankerim9051
    @lemankerim9051 Рік тому +17

    Qızın səsi adamı sakitləşdirir, məlahətli səsi var.
    Yenə ugurlu mahnı 👍👍👍Orxan Zeynallının oxudugu tracklar tam başqadır.

  • @fizioterapevtfatimamammadli
    @fizioterapevtfatimamammadli Рік тому +2

    Bezmədən dinləyirəm🥹😻uğurlar👍🏻👍🏻👍🏻

  • @optimus9401
    @optimus9401 Рік тому +1

    usaqligi hostla kecen ferqli dusunceleri olan 90ci illerin usaqlari hamimiz buradayiq))

  • @nikoh-li9091
    @nikoh-li9091 Рік тому +1

    Qızın səsi adamı marsa aparır , Orxanın sesi paralel dünyaya. Ayılanda özünü 40-cı paralel də tapırsan.....

  • @nigarnigaranam
    @nigarnigaranam Рік тому +2

    Zövq aliram sizin mahnilariniza qulaq asmağdan ❤

  • @ilkinhuseynliii
    @ilkinhuseynliii 6 місяців тому +1

    Yadıma gəlir konsertin ardından gəlmişdi mahnı özdə klip ilə birlikdə idi deyə sevincdən uçurduq marsa :)))

  • @firudinfirudinli
    @firudinfirudinli Рік тому +2

    Oldlar üçün ən gözəl vibesən orxan

  • @kifaytqurbanova9117
    @kifaytqurbanova9117 Рік тому +16

    Qoyduğum yerdə deyilsən artıq
    Bəs deyirdin gözlədim? 🫂
    Sən mənim tanıdığım və ən çox sevdiyim tanımadığım doğmamsan Orxan ❤️

  • @elishxan-ov7371
    @elishxan-ov7371 Рік тому +2

    İLKLƏRDƏN HOST

  • @0dermamedoff780
    @0dermamedoff780 7 місяців тому +1

    Son zamanlarda dinləməyə həvəs göstərdiyim Azərbaycan mahnısı.

  • @MrRamin113
    @MrRamin113 Рік тому +3

    Orxan Zeynalıı çox müassir reperdir. Əməyi olanlara burdan öz adımla çox sağol deyirəm ki,nəhayət ki,normal və sadə bir klip gördük.

  • @jalequliyeva9564
    @jalequliyeva9564 Рік тому +3

    Orxanin klipi yasamasi😍

  • @8krml
    @8krml Рік тому +11

    Sevgilimizi götürüb marsa uçub mavi günəş batımın görmək isterdik.🙏

  • @namiqhacixan866
    @namiqhacixan866 Рік тому +30

    Sadəliyi və cəlbediciliyi ilə yenə gözləri qamaşdıran,insanın ruhunu dincəldəcək qədər qulaqları cingildədən bir proyekt👍 Uğurlar Orkhan🖤

  • @mehdicavadli7772
    @mehdicavadli7772 Рік тому +3

    bəs deyirdin gözlədim…❤️

  • @nailagayeva1323
    @nailagayeva1323 Рік тому +25

    Mahnı sözləri:
    Gəl uçaq səninlə Marsa
    Orada gün batımları mavi.
    Bizim nağılımız yalansa,
    Yaşayarıq onu biz ani. (2)
    Üzərimə çox gəlmə
    Mən o adam deyiləm.
    Kibritini at kənara
    Yaş oduna alovlanan deyiləm.
    Bəs deyilmi əllərim,
    Bəs deyilmi gözlərim?
    Qoyduğum yerdə deyilsən artıq
    Bəs deyirdin gözlədim?
    Mahnıdan çıxmasaqmı?
    Mənim evimdir o.
    Başqa evin içində sanki
    Daha çətin sevimli olmaq.
    Buzlarını əridəcəyim
    Hardasa bir dünya varsa
    Orda,yəqin, həqiqətən
    Burada sözlərim yalansa…
    Mahnılarımı dinlə,
    Bu sevgi burada bitsin.
    Bu sevgi bitməyəndə
    Nə baş verir yaxşı bilir
    Ver əlini, yum gözünü
    Ürəyinin səsinə inanma
    Mahnılarda Orxan
    Həyatdakından yaxşı biri.
    Gəl uçaq səninlə Marsa
    Orada gün batımları mavi.
    Bizim nağılımız yalansa,
    Yaşayarıq onu biz ani. (2)
    Gizlənirəm içində sonetlərin,
    Özümə uyğun yer tapa bilməyəndə
    içində planetlərin
    Səma sənin, dəniz mənim,
    Görüşək bu rep gəmi
    Sevmək şərt deyil, əzizim,
    Mahnını dinlə arada
    Yad et məni.
    Gəl uçaq Marsa
    (Orada gün batımları mavi)
    Gəl uçaq Marsa
    (Yaşayarıq onu biz ani) (2)
    (Gün batımları mavi)
    Gəl uçaq səninlə Marsa
    Orada gün batımları mavi.
    Bizim nağılımız yalansa,
    Yaşayarıq onu biz ani. (2)

  • @elvinabdullayev5817
    @elvinabdullayev5817 Рік тому +2

    Astronomik səviyyədə romantika olub e lap😀

  • @mmmdova1981
    @mmmdova1981 10 місяців тому +3

    ♡~✨🌙~GəL UçAq SƏNİNLƏ MaRsA
    OrDa GüNbAtImLaRı MaVi~💙🌠

  • @shemsserdarli5105
    @shemsserdarli5105 Рік тому

    Bir dostumun məsləhəti qulaq asmağa başladım yaxşı ki də qulaq asmışam.

  • @azadhostcular6064
    @azadhostcular6064 Рік тому +8

    Mahnılarda Orxan, həyatdakindən yaxşı biri...

  • @khanimdadashova6922
    @khanimdadashova6922 Рік тому +2

    Hər trekdə tanış nəfəs.

  • @yeganeismayilova8465
    @yeganeismayilova8465 8 місяців тому +1

    18 yaşimdan bəri favorimsiniz,...
    11 il❤

  • @yalquzaq_676
    @yalquzaq_676 Рік тому +8

    Nə qədər kütlə içində olsan belə, bu treck həqiqətən insanı gedə bilməyəcəyi yerlərə aparır...🌘🌌

  • @dolunayaltaykurtoglu3700
    @dolunayaltaykurtoglu3700 Рік тому +3

    Geldim eee geldim eee 😈

  • @fidanliyeva6200
    @fidanliyeva6200 Рік тому +2

    Orda günbatımları mavi!💙

  • @nezrinqurbanli
    @nezrinqurbanli Рік тому +12

    Herşeyden Uzaqlaşıb Sadece Mahnılara Sığındım, Heçkimin Mene Catmasını Gözlemeden 🕊(Her Zamankı Kimi Möhteşemdi❤ )

  • @ayssadqova6711
    @ayssadqova6711 Рік тому +9

    Məni yenə yada sal axı, yenə yada sal axı,
    Sənin üçün heç kim olsam da, sən mənim üçün hamısan axı / 2021
    Sevməyin şərt deyil əzizim,
    Mahnımı arada dinlə, yad et məni / 2022

  • @scalifbmiri7129
    @scalifbmiri7129 Рік тому +1

    Superdi, mohtesemdi, bu mahniya ingilis dilinde sozler yazdir ve dagit yutubun ingilis kontentini

  • @fidanmammadova6638
    @fidanmammadova6638 Рік тому +1

    Kaşki Qaraqan qayıtsa..💔🥺Bir çox Hostcu bir çox dinləyici Qaraqanı gözləyir hələdə .. bəlkə bir ümid geri qayıdar deyə ..

  • @nopicture2740
    @nopicture2740 Рік тому +2

    11 günə 78k? Heyif, bu cür keyfiyyətli mahnılara az adam qulaq asır.

  • @alizadeh5555
    @alizadeh5555 Рік тому +2

    Bildiris gelen kimi🥰

  • @Revane2007
    @Revane2007 Місяць тому +1

    Bu bir başlanğıc idi, Orxan nəbzi tutdu.

  • @elmar.qasimov
    @elmar.qasimov Рік тому +5

    MARSDA ÇƏKİLƏN ƏN BOMBA KLİP.

  • @gasimzada.m
    @gasimzada.m Рік тому +2

    Burdayıq♥️♾️

  • @bir2kelme
    @bir2kelme Рік тому +65

    Əslində hər dəfədə yeni treklərə qulağ asanda yadıma hostun ilk günləri o vaxt kapşonun geyinib o ad uğrunda məktəbdə məhlələrdə elədiyimiz davalar yadıma düşür. Hostla böyümüş olmağımız bəlkədə bizim fərqliliymiz oldu fərqliliymiz olduki sırf atam istədi deyə həkim yox neftçi oldum Nərmin polis oldu hər maniyəyə rəğmən və mən bu kimi öz ətrafımdan cox ad saya bilərəm. Bunları yazmağımım səbəbi odurki artığ host yoxdu və o bir dəfə oldu o şuur düşüncənin sahibləri olmağ o dövrdə bütün çətinliklərə baxmayarağ hostcu olmağımız o idealogiya arxasıyca getməyi bizə yaşatdığvuza görə tək sənə yox Orxan ortadan itən Elxan Camal digərləri arada bir üzünü gördüymüz Mete daxil təşəkkür edirəm. Biz yenədə hostcuyuğ və kansertində olduğ orda sənə baxmağ bir ayrı,zövq idi biz o səhnədə tək səni yox bütün host qrupunun üzvlərini gördük hiss etdik sanki. İndi baş başa qalmışığ bir sən və en qədər hostçular bizi buraxıb getmədiyinə görədə cox sağol yaz yaratki hostcular hec vaxt hostsuz qalmasın 🤝🏻

    • @jalequliyeva9564
      @jalequliyeva9564 Рік тому +4

      Hostun cantasini almisdim men sepi colka saxliyirdiq emo deyirdiler mektebde 😂emo stil qizlar geldi😂 yarim barmaq elcekler 😂allahim indi mene gulmeli gelir...

    • @bir2kelme
      @bir2kelme Рік тому +2

      @@jalequliyeva9564 biz ferqli yaşayanda qrağdan pis baxanlar bizim o vaxtkı fərqlilik dediyimizi indi yaşamağa başlayıblar 10il geridədilər ama ✌🏻
      Əlavə olarağda bizim yeniyetmə dövrümüz daha marağlı idi indikilər bilməz onu nədə innən belə olmayacağ belə bir dövr vaxt 🤝🏻

    • @aysa94
      @aysa94 Рік тому

      ​@@jalequliyeva9564 eynen😄 gozel gunler idi itirdik kas kas qayida bilerdik(((

  • @resadbabayev1685
    @resadbabayev1685 Рік тому +1

    Orxan öz həyatın yazır🚬🚬

  • @adalatbayramov7810
    @adalatbayramov7810 Рік тому +3

    Ənənəyə uyğun olaraq əvvəlcə like qoyub, sonra dinləmək.
    Möhtəşəmdir!

  • @nurlanzada7235
    @nurlanzada7235 Рік тому +5

    Həmişəki kimi möhtəşəm

  • @bayrammusayev8092
    @bayrammusayev8092 Рік тому +7

    Konsertdə zamanın nisbi olmasının bir daha şahidi olmaq

  • @arifgunsli2816
    @arifgunsli2816 Рік тому +3

    Orda gün batimlari Mavi

  • @shahsuvarhatamov1333
    @shahsuvarhatamov1333 Рік тому +4

    Dinlədikdə çox şeyler yadıma düşdü,
    Gel uçaq səninlə Marsa,
    Orda günbatımları mavi,
    Bizim nağılımız yalansa,
    Yaşayarıq onu, biz ani,
    14.12.2022, teşekkürler, Orkhan Zeynallı...

  • @turankarimli
    @turankarimli Рік тому +4

    Nərgizin səsi qəribə gözəldir. Uğurlar hər ikinizə. 🙏

  • @vugarchingizi
    @vugarchingizi 11 місяців тому +2

    Cox tesekkur edirem her ikinize, ruhum qidalandi, sizin kimi gencler dogma Azerbaycanimizi ireli aparacaq, klip gozel soz gozel musiqi gozel burada ancaq size aferin demek duser mene ve davami gelsin👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @tehmineismayilova3423
    @tehmineismayilova3423 Рік тому +3

    Sen her zaman en yarali yerlere toxunaraq IFA etdin bizde her zaman en deriden dinledik)

  • @ulkermemmedova6345
    @ulkermemmedova6345 Рік тому +5

    Konsertde canli ifa ile dinlemek dileyiile❤️

  • @fidanliyeva6200
    @fidanliyeva6200 Рік тому +13

    Proud of you!💙

  • @konzo_9342
    @konzo_9342 Рік тому

    realliqdan uzaqlasib heyatima basqa rengler qatdim 💙 o ise zeher oldu heyatimi sindirdi sensizliy mene onla hissrimi gizletmeye oyretdi

  • @zerinrustemli
    @zerinrustemli Рік тому +4

    Daha gözəl ola bilməzdi🖤

  • @By-ram
    @By-ram Рік тому +2

    Mükəmməl ❤️, təşəkkürlər
    Nəqarət və Nərgizin səsi çox gözəldi