Ədəbi
Ədəbi
  • 17
  • 61 644
Əliağa Vahid -Qəzəl-Sənsiz
Eşqin məni döndərdi gülüm bülbülə sənsiz
Könlüm tutulur baxsam əgər bir gülə sənsiz
Zülfün ucu göstərdi mənə eşq kəməndin
Düşdüm yenə Məcnun kimi dildən-dilə sənsiz
Gördüm üzünü fikri bir ay qaldı şərimdə
Gözlərdən iraq döndü keçən bir ilə sənsiz
Leylası üçün dözmədi bir möhnətə Məcnun
Haqq aşiqiyəm dözmüşəm hər müşkülə sənsiz
Hər aşiqin öz yarınadır meyli mənim də
Meylim gülə yoxdur həvəsim sünbülə sənsiz
Sən görsən əgər Vahidi rəhmin gələr ey gül
Biçarə edir ahü fəğan bir belə sənsiz!
Переглядів: 341

Відео

Seyid Əzim Şirvani-Qəzəl-Yuxuda
Переглядів 45921 день тому
Seyid Əzim Şirvani(9 iyul 1835-1 iyun 1888) Azərbaycan şairi və maarifçisi.
Seyid Əzim Şirvani -Qəzəl- Yarımsan mənim
Переглядів 54721 день тому
Neylirəm gülzarı kim,sən gülüzarımsan mənim Sünbülüm sərvim gülüm bağım baharımsan mənim Dolsa aləm xublərdən istəməm zira ki sən Xublərdən sevdiyim ziba nigarımsan mənim Gah alırsan canımı gahi verirsən can mənə Sən məgər kim ey büti-tənnaz tarımsan mənim Gəlmə nəşim üstə versəm həsrətindən can əgər Qeyrilər ta olmasın agəh ki yarımsan mənim Başımın tacı qübari-məqdəmindir ey sənəm Sən səriri ...
Əliağa Vahid-Qəzəl-Dəliyəm mən
Переглядів 728Місяць тому
Aşiq olalı zülfünə, ey gül, dəliyəm mən, Öldür məni, asudə elə, ölməliyəm mən. Zülfün kimi ardinca sürünnəm, hara getsən, Hər yerdə döşənnəm yerə, guya xəliyəm mən. Məqsudun əgər canımı almaq isə, zalım, Naz eyləmə bir kəc nigəhin mətəliyəm mən! Dünya o qədər işvəli dilbər yetiribdir, Cox hüsnünə fəxr etmə, demə, şivəliyəm mən. Görsəm ki, salır ləli-ləbi-yarıma meylin, Biganələrin qanını sorram...
Nizami Gəncəvi-Qəzəl-Qorxuram əfv edəsən bir də xəcalət verəsən
Переглядів 498Місяць тому
Öz yaman halımı açdım sənə diqqət verəsən O qara gözlərinə azca nəsihət verəsən Bəlkə məndən də betər sən vurularsan özünə Baxmağın şölə sala aynaya zinət verəsən Tutar ahım deyibən qorxudan ah çəkməmişəm Bəs rəvamı mənə sən bunca məşəqqət verəsən? Ey dağım,ey dayağım qıyma yada arxalanım Umuram könlümə qüdrət və mətanət verəsən Sən zənəxdan quyusundan çıxar öz Yusifini Bir vəfa dolçası göndər ...
Mirzə Ələkbər Sabir -Qəzəl -İstəsən könlüm kimi zülfün pərişan olmasın
Переглядів 3,6 тис.4 місяці тому
İstəsən könlüm kimi zülfün pərişan olmasın, Ol qədər cövr et mənə ah etmək imkan olmasın! Dərdi-eşqin qəsdi-can etdisə, mən həm şakirəm, İstərəm cismimdə dərd olsun, dəxi can olmasın! Qoyma əğyar eyləsin kuyində cövlan, ey pəri! Əhrimənlər maliki-mülki-Süleyman olmasın! Atəşin rayində əfitək yatıb geysulərin, Türfə cadudur ki, mar atəşdə suzan olmasın! Derlər, aşiqküş nigarım qətlimə amadədir, ...
Abbasqulu ağa Bakıxanov- Qəzəl Sevdası gözəldir
Переглядів 5965 місяців тому
Yol saldım onun zülfünə sevdası gözəldir, Hər şeydən onun gün kimi siması gözəldir. Geysusi gözəl, lalə üzari gülə bənzər, Məşşatə nə lazım ki, hər əzası gözəldir. Hər acı sözü yarın olar qəndə bərabər, Bəh-bəh, nə əcəb şivəsi, qovğası gözəldir. Zəncirə düşüb rahət olar bu dəli könlüm, Çünki, yarımın zülfi-çəlipası gözəldir, Bir sərv kimi cilvələnər qaməti gözdə, Çeşmə yanında onun qaməti-rənas...
Nizami Gəncəvi -Qəzəl -Sevdaya sığmaz
Переглядів 1,4 тис.6 місяців тому
Nizami Gəncəvi
Məhəmmədhüseyn Şəhriyar qəzəl cəfa etdin
Переглядів 7206 місяців тому
Nə oldu ki, yenə də yadi-aşina etdin? Yaxınlıq eyləməyin əhdini bina etdin Küsüb həmişə cəfa eyləmək şüarın idi Nə oldu mehrə gəlib sən bizə vəfa etdin? Mənə cəfa eləyəndə sənə vəfalı idim Görəndə mehri-vəfa sən yenə cəfa etdin Gəl ey gözəl mənə namehribanlıq etsən də Səfa gətirmək ilə məclisi səfa etdin O gözlərin ki baxır naz ilə gözəl canan Sənə deyən tapılarmı nə macəra etdin? O sərvi-qamət...
Əliağa Vahid -Qəzəl -Bəhanəsiz
Переглядів 4,3 тис.7 місяців тому
Könlüm açıldı zülfünü gördükdə şanəsiz Biganə batdı matəmə,qaldı nişanəsiz Göstərmə gül cəmalını,artırma naləmi Bülbül bahar olanda dayanmaz təranəsiz Daim gözün xəyalını könlümdə bəslərəm Bimarı kim görübdür,ola xəstəxanəsiz? Cəllad min bəhanə ilə qəsdi-can edər Sən öldürürsən aşiqi hər gün bəhanəsiz Zülfündən ayrı ruhum uçur,axtarır səni Sakit olarmi,bir quş ola aşiyanəsiz? Hər yerdə,Vahid,in...
Məhəmməd Füzuli qəzəl dünya nədir
Переглядів 5 тис.8 місяців тому
Öylə sərməstəm ki, idrak etməzəm dünya nədir, Mən kıməm, saqi olan kimdir, meyü səhba nədir. Gərçi canandan dili-şeydam üçün kam istərəm, Sorsa canan bilməzəm kami-dili-şeyda nədir. Vəsldən çün aşiqi müstəğni eylər bir vüsal, Aşiqə məşuqdən hərdəm bu istiğna nədir? Hıkməti-dünyavü mafihə bilən arif deyil, Arif oldur bilməyə dünyavü mafiha nədir. Ahü fəryadım, Füzuli, incidibdir aləmi, Gər bəlay...
Məhəmməd Füzuli -Qəzəl -Söz
Переглядів 1,8 тис.8 місяців тому
Xəlqə ağzın sirrini hərdəm qılır izhar söz, Bu nə sirdir kim, olur hər ləhzə yoxdan var söz. Artıran söz qədrini sidq ilə qədrin artırar, Kim nə miqdar olsa, əhlin eylər ol miqdar söz. Ver sözə ehya ki, tutduqca səni xabi-əcəl, Edə hər saət səni ol uyqudan bidar söz. Bir nigari-ənbərinxətdir könüllər almağa, Göstərər hərdəm niqabi-qeybdən rüxsar söz. Xazini-gəncineyi-əsrardır, hərdəm çəkər Rişt...
Mirzə Ələkbər Sabir qəzəl gərəkməz
Переглядів 9 тис.2 роки тому
Məftuni-səri-zülfünə qüllab gərəkməz Rəncuri-ləbi-ləlinə innab gərəkməz Mehrabə sücud etmərəm ey qibleyi-məqsud Qaşın görənə səcdeyi -mehrab gərəkməz Aç zülfünü divanələri bir yerə yığma Bu firqəyə cəmiyyəti -əsbab gərəkməz Yatma xəmi-zülfündə nigarın belə rahət Aşiqlərə ey xəstə könül xab gərəkməz Mən nəşəyi-ləli-ləbi-canan ilə məstəm Saqi mənə minbəd meyi-nab gərəkməz Hicrində rəvadır ciyərim...
Əliağa Vahid qəzəl xəyalım var mənim
Переглядів 8 тис.2 роки тому
Gəl gör ,ey bülbül bu gülşəndə nə halım var mənim Bir güli-rənayə bənd olmaq xəyalım var mənim Mən necə eşq aləmindən əl çəkim səbr eyləyim Naz ilə min can alan bir məhcəmalım var mənim Aşiqə naz eyləyir neyçin rəqibə yar olur? Yarıma yetsə əlim ondan sualim var mənim Ruzigarım qoy qaralsın o qara zülfün kimi Fəxr edib məndə deyəm cahü cəlalım var mənim Cox da Yusif öz Züleyxasın görüb fəxr etm...
Məhəmmədhüseyn Şəhriyar qəzəl eşq meşəsi
Переглядів 4,4 тис.2 роки тому
Məhəmmədhüseyn Şəhriyar qəzəl eşq meşəsi
Əliağa Vahid qəzəl meyxanələr içrə
Переглядів 7 тис.3 роки тому
Əliağa Vahid qəzəl meyxanələr içrə
Nizami Gəncəvi qəzəl gülüm
Переглядів 12 тис.3 роки тому
Nizami Gəncəvi qəzəl gülüm