Seyid Əzim Şirvani -Qəzəl- Yarımsan mənim

Поділитися
Вставка
  • Опубліковано 28 гру 2024
  • Neylirəm gülzarı kim,sən gülüzarımsan mənim
    Sünbülüm sərvim gülüm bağım baharımsan mənim
    Dolsa aləm xublərdən istəməm zira ki sən
    Xublərdən sevdiyim ziba nigarımsan mənim
    Gah alırsan canımı gahi verirsən can mənə
    Sən məgər kim ey büti-tənnaz tarımsan mənim
    Gəlmə nəşim üstə versəm həsrətindən can əgər
    Qeyrilər ta olmasın agəh ki yarımsan mənim
    Başımın tacı qübari-məqdəmindir ey sənəm
    Sən səriri -izzət üzrə tacdarımsan mənim
    Seyyidi-sərgəştə tək miskin gədayəm leyk sən
    Sərvərim şahım pənahım hər nə varımsan mənim.

КОМЕНТАРІ •