Əliağa Vahid qəzəl xəyalım var mənim
Вставка
- Опубліковано 28 січ 2025
- Gəl gör ,ey bülbül bu gülşəndə nə halım var mənim
Bir güli-rənayə bənd olmaq xəyalım var mənim
Mən necə eşq aləmindən əl çəkim səbr eyləyim
Naz ilə min can alan bir məhcəmalım var mənim
Aşiqə naz eyləyir neyçin rəqibə yar olur?
Yarıma yetsə əlim ondan sualim var mənim
Ruzigarım qoy qaralsın o qara zülfün kimi
Fəxr edib məndə deyəm cahü cəlalım var mənim
Cox da Yusif öz Züleyxasın görüb fəxr etməsin
Qoy gəlib görsün necə qaşı hilalım var mənim
Vahida ,fəxrlə hər gün söylə öz yarına
Sevgili istəkli bir əhli-kamalım var mənim.