Əliağa Vahid -Qəzəl-Sənsiz

Поділитися
Вставка
  • Опубліковано 28 січ 2025
  • Eşqin məni döndərdi gülüm bülbülə sənsiz
    Könlüm tutulur baxsam əgər bir gülə sənsiz
    Zülfün ucu göstərdi mənə eşq kəməndin
    Düşdüm yenə Məcnun kimi dildən-dilə sənsiz
    Gördüm üzünü fikri bir ay qaldı şərimdə
    Gözlərdən iraq döndü keçən bir ilə sənsiz
    Leylası üçün dözmədi bir möhnətə Məcnun
    Haqq aşiqiyəm dözmüşəm hər müşkülə sənsiz
    Hər aşiqin öz yarınadır meyli mənim də
    Meylim gülə yoxdur həvəsim sünbülə sənsiz
    Sən görsən əgər Vahidi rəhmin gələr ey gül
    Biçarə edir ahü fəğan bir belə sənsiz!

КОМЕНТАРІ •