Mirzə Ələkbər Sabir qəzəl gərəkməz

Поділитися
Вставка
  • Опубліковано 29 бер 2022
  • Məftuni-səri-zülfünə qüllab gərəkməz
    Rəncuri-ləbi-ləlinə innab gərəkməz
    Mehrabə sücud etmərəm ey qibleyi-məqsud
    Qaşın görənə səcdeyi -mehrab gərəkməz
    Aç zülfünü divanələri bir yerə yığma
    Bu firqəyə cəmiyyəti -əsbab gərəkməz
    Yatma xəmi-zülfündə nigarın belə rahət
    Aşiqlərə ey xəstə könül xab gərəkməz
    Mən nəşəyi-ləli-ləbi-canan ilə məstəm
    Saqi mənə minbəd meyi-nab gərəkməz
    Hicrində rəvadır ciyərim qanı tökülsün
    Çeşmindən axan qətreyi-xunab gərəkməz
    Sirab eləyib ləli-ləbin Sabiri ey şux
    Təbdari -qəmi-eşqinə qəndab gərəkməz.

КОМЕНТАРІ •