Keçibuynuzu ağacının müalicəvi xüsusiyyətləri çoxdur

Поділитися
Вставка
  • Опубліковано 17 жов 2017
  • Salyan rayonunda paxlalılar fəsiləsinə aid müxtəlif növ yetişdirilən ağaclar var ki, onlar şəhərin bəzəyinə çevrilib. Bunlardan biri də keçibuynuzu ağacıdır. Bu ağacın çox böyük müalicəvi əhəmiyyəti də var.
    Payız fəslində yetişən keçibuynuzu ağacı Salyanda daha çox küçələrin kənarında əkilib. Ötən əsrin əvvəllərində şəhərin mərkəzində qrunt suları çox olub. Elə qrunt sularının qarşısını almaq məqsədi ilə rayonda əkilən ağaclardan biri də keçibuynuzu ağacı olub. Müxtəlif növdə olan keçibuynuzundan biri isə ötən əsrin 20-ci illərin ortalarında Amerikadan Salyana gətirilib. Hündürlüyü 5 metrdən 15 metrə qədər olan ağac payız aylarında 50-100 kiloqram arasında bar gətirir. Paxlalılar fəsiləsinə aid olan keçibuynuzu ağacı el arasında “bal ağacı” adlanır. Bir vaxtlar yerli sakinlər bu bitkidən daha çox istifadə ediblər.
    Sakin Fəxrəddin Abdullayev: “Uşaq vaxtı kəsirdik onu. Onun içərisində bal var idi. Yeyirdik onu. İndi artıq yaşlaşmışam, çay kimi dəmliyib içirəm.”
    Kənd sakinləri deyir ki, II Dünya müharibəsi illərində Kür çayının balıqları ilə yanaşı, həm də bu ağacların meyvələri yerli sakinləri aclıqdan xilas edib.
    Sakin Nadir Zeynalov: “Bankalara yığırdıq onu. Bıçaqla çörəyin üstünə yaxırdıq ondan, qəşəng yeyirdik.”
    Mütəxəssislərin fikrincə, keçibuynuzunun çox böyük müalicəvi əhəmiyyəti var. Belə ki, keçibuynuzunun meyvələrindən astma, allergiya, xərçəng və digər xəstəliklərə qarşı istifadə olunur. Həmçinin qaraciyəri toksinlərdən təmizləyir, uşaq iflicinin qarşısını alır, ishal və qəbizliyi aradan qaldırır. Onun meyvəsindən müxtəlif dərman preparatları hazırlanır. Həmçinin süd artımı üçün keçibuynuzunun meyvələri iribuynuzlu heyvanlara da verilir. Keçibuynuzu əsasən Aralıq dənizi sahillərində, Misir, Türkiyə, Kipr, Yunanıstan, İspaniya, Portuqaliya, Siciliya adası və Maltada, eləcə də ABŞ-ın Kaliforniya ştatında bitir.

КОМЕНТАРІ • 92

  • @cmsidhmdov4047
    @cmsidhmdov4047 3 роки тому +15

    Salam hörmətli redaksiya, siz keçibuynuzu dediyiniz ağac bu aksiya ağacıdır Kəndə bizim həyətyanı torpaqlarda toxumlayıb kök atıb kökünü kəsə bilmirik.

  • @arifmusdafayev2165
    @arifmusdafayev2165 5 років тому +1

    Ela

  • @ulviyykrimova9149
    @ulviyykrimova9149 Рік тому

    Deyil

  • @user-wy1gv3lr9k

    Biz onun doşabını Türkiyədən gətizdiririk.Əgər Azərbaycanda varsa,niyə Türkiyədən zakaz veririk ki?! Qəribədir,indi eşitdim ki,Azərbaycanda da bu agac bitir.

  • @allahnqululilhillllah1860
    @allahnqululilhillllah1860 2 роки тому +3

    Buna biz tərəflərdə qladiça deyirlər..bəzən tikanlı akasiya deyirlər. .irəli çox dəb idi, hamı çəpərinə bu ağaçdan əkirdi..

  • @rasuldondorov5021

    Aa bu agaclarin gullerinino qeder yeyirdim.balsca vaxti

  • @smrzizli4271
    @smrzizli4271 5 років тому +11

    uşaq olanda çox yemişik,indi banan yeyirik😢

  • @alimovlamehmetcik811
    @alimovlamehmetcik811 4 роки тому +10

    Ay camaat bu keci buynuzu deyil akasya agacidi bizim camaatda eline ne kecdi goturub yeyirler kecibuynuzu bele asanligla qirilmir kecibuynuzu cox berk olur elle qirmag cetin olur biraz hem bu keci buynuzu olsaydi camaat ele milyoner olardiki cunki kecibuynuzunun kilosu 9 manatdi kecibuynuzu bir nov olur oda cox berk olur qiranda da ele bil agac budagi qirirsan elinle bele olur

  • @sevilisayeva9345

    Bu Azerbaycanda olan kecibuynuzundan biz istifade etmisikEle mektebin heyetinden yigmisdim.Hec kesde zeherlenmedi eksine cox boyuk bir sebeb dusdu

  • @user-wy1gv3lr9k

    Lənkəranda da akasiya agacı doludur,evkalipt də var.

  • @user-id1lx3lu3b

    Mən onu yuyub yeyirdim rahat sağ sag

  • @teraneehmedova

    Şəkidə görmüşəm

  • @Ahadovs_Box
    @Ahadovs_Box Рік тому +1

    Bakidada cox idi bu agaclardan indi yerinde navastroykalar ucaldilib😢

  • @nizamiorucov8385
    @nizamiorucov8385 2 роки тому +2

    Men uwag vaxdl bilmirdim bu nedir indi

  • @gsvsufbvdgsjg6201
    @gsvsufbvdgsjg6201 2 роки тому

    Biz buna dikani agac deyrik😄

  • @teraneehmedova

    Azəzbaycanda cox bölgələrdə bitir

  • @pervizmussdafayev7452
    @pervizmussdafayev7452 6 років тому +2

    Keci buynuzu agaci akasiyadir?

  • @elnur883eh
    @elnur883eh 6 років тому +3

    Salyan da ne yetşmirki MasAllah menim bagimda banan agacida var

  • @rsadrustmov5395

    Bu keçi buynuzu deyil.keçibuynuzu marketlərdə 10 15 manat arasıdır keçi buynuzudursa o deyən gedib yığsın üstü dolu olur.keçibuynuzu ol sa onu kökünnən çıxarıb apararlar.hər yer doludu bu ağscdan.sel kimi ğətirir.

  • @iqballetifov9025
    @iqballetifov9025 2 роки тому +1

    Кечи буйнузу агачына ленкаранда лейлей агачы дейилер тиканлы агачды узун оха охшар гара тикаглары вар сеф салмайын