Peyğəmbərin çörəyi sayılan FAYDALI BİTKİ

Поділитися
Вставка
  • Опубліковано 9 кві 2019
  • Min bir dərdin dərmanı sayılacaq keçibuynuzu bəhməzini Nərmian Nərimaov metrosu yaxınlığında yerləşən Dadlı Naxçıvan məhsulları mağazasından əldə edə bilərsiz. Mağazaya getmək imkanı olmayanlar xatırlatmaq istəyirik ki, Bakı şəhəri daxilində çatdırılma mümkünür. Ekranda gördüyünüz telefon nömrələri ilə əlaqə saxlayaraq Mağazanın yeri, məhsulun qiyməti və çatdırılma şərtləri ilə haqqında məlumat ala bilərsiniz
    "Demədi Demə" kanalı Bahadur Seyidova məxsusdur.
    Facebook - profili - / bahadurseyidov2
    İnstagram - / demedideme_official
    Video içi reklamları üçün əlaqə - 0553624969
    (Diqqət! bu nömrəyə yalnız reklam üçün müraciət edə bilərsiniz.)
    Keçibuynuzu bitki kimi insanlara çox qədimdən məlumdur. Meyvəsinin faydalarından bəhs edən yazılı mənbələrin tarixi, təqribən, 5000 il əvvələ uzanır. İngilis dilində “St.Johns Bread”, almanca “johannisbrot” deyilir. Anlamı “Yəhya peyğəmbərin çörəyi”dir. İnanclara görə, Yəhya keçibuynuzunun meyvəsindən səhrada çörək kimi istifadə edib.
    Keçibuynuzunun yetkin meyvələrinin toxumları uzun müddət daxilinə su keçirmir. Beləcə, onların ağırlığı dəyişmir. Bu özəlliyi toxumların çəki daşı və qiymətli daşların ölçü vahidi kimi istifadə edilməsinə səbəb olub. Karat, yəni, 0,189 qram 1 ədəd keçibuynuzu toxumunun ağırlığına bərabərdir. Keçibuynuzu ağacının qətranı əsrlərlə torpağın altında qaldıqda kəhrəba yaranır.
    Çox yox, 2-3 əsr geriyə getsək, insanların səhər yeməyində keçibuynuzu bəhməzinin vacib olduğunu görə bilərik. Ağ şəkər istehsalının başalamasıyla bu faydalı bəhməzdən daha az istifadə edildi.
    Bir keçibuynuzu ağacı ömrünün ilk 15 ilində meyvə vermir. Yetkin bir ağacdan isə bar mövsümündə 1 tona yaxın meyvə almaq mümkündür.
    Qədim tibbdə keçibuynuzu nəfəs darlığının, müasir dillə desək, astmanın dərmanı sayılırdı. Bronxial astmanın ilkin dövründə keçibuynuzu bəhməzi müvəffəqiyyətli nəticə əldə etməyə imkan verirdi. Bu faydalı qidanın unudulması astma və nəfəs darlığından əziyyət çəkən xəstələrin həyatını bir az da ağırlaşdırdı. Amma, nə yaxşı ki, insanlıq öz tarixi bilgilərinə geri dönməyə cəhd edir. Ona görə də bu gün keçibuynuzu bəhməzi yavaş-yavaş öz şöhrətini qaytarmaqdadır.
    Keçibuynuzunun tərkibində qallium turşusu var. Bu maddə insan orqanizmi üçün əsl “min bir dərdin dərmanı” sayılacaq qədər əhəmiyyətə malikdir. Allergiya, uzun sürən öskürək, ağciyər xərçəngi kimi xəstəliklərdə keçibuynuzunun təsir gücü 90%-dir. Əslində isə, keçibuynuzunun faydalarını saymaqla bitməz.
    -Keçibuynuzunun tərkibində xolesterol, kofein və teobromin yoxdur. Yüksək qan təzyiqindən əziyyət çəkən insanlar keçibuynuzu bəhməzindən rahatca istifadə edə bilər. Tərkibindəki fosfor və kalsiumun zənginliyi isə sümük əriməsinin qarşısını alır.
    -Bu möcüzəli meyvənin tərkibindəki OGG1 (8-Oxo Guanine DNA Glycosylase) fermenti ağciyər xərçənginə qarşı ən təbii silah olmaqla yanaşı, DNT-də baş verən zədələnmələri də bərpa edir.
    -Bağırsaqlarda patogen mikroorqanizmlərin miqdarını azaldır, bağırsaq florasını bərpa edir.
    -Orqanizmdən duzların və radioaktiv maddələrin xaric olmasını asanlaşdırır.
    -Antioksidantdır, bədənin sərbəst radikallardan təmizlənməsini sürətləndirir.
    -İltihab mediatorları olan sitokinlərin və histaminin sintezini ləngidir, beləcə, iltihabın qarşısını alır.
    -Yetkin meyvələr qəbzliyi aradan qaldırır. Kal meyvələri isə tanin maddəsi ilə zəngindir və ishalın qarşısını alır.
    -Kişilərdə cinsi aktivliyi artırır.Çiy keçibuynuzu meyvələrinin tərkibində palmitin və stearin turşuları var. Bunlar da prostat vəzin xoşxassəli böyüməsinə-adenomaya səbəb olan alfa-5-reduktaza fermentinin aktivliyini azaldır.
    -Keçibuynuzu E vitamini ilə zəngindir. Qrip və qan azlığında müalicəvi təsirə malikdir.
    - Tərkibindəki yüksək təbii şəkərlər, sink kimi zəngin minerallar, A, B, B2, B3, D vitaminlər keçibuynuzunun təbii güc və qida qaynağı olmasının sübutudur. Həmçinin, vitamin zənginliyi bu meyvənin diş və diş əti sağlamlığına müsbət təsirinə kömək edir.
    - İnfarkt riskinin qarşısını alır və ürək döyüntülərini normaya salır.
    Keçibuynuzu bəhməzinin faydasını görmək üçün 15-20 gün ərzində səhər və axşam yeməyindən əvvəl bir xörək qaşığı qəbul etmək lazımdır.
    Öskürək və nəfəs darlığı zamanı 1 çay qaşığı üyüdülən keçibuynuzu meyvələri, 1 çay qaşığı keçibuynuzu bəhməzi 1 stəkan isti südə qatılır. Gündə iki dəfə içilir.
    Ağciyər problemləri olan insanlar yarım litr suya 5-6 ədəd xırda doğranan keçibuynuzu meyvəsi əlavə etməli, ağzı bağlı şəkildə 5 dəqiqə vam odda qaynatmalıdır. Ocaqdan götürdükdən 15 dəqiqə sonra meyvələri çıxarmalı, suyu 3 yerə bölməli, səhər, günorta, axşam acqarına içməlidir.

КОМЕНТАРІ • 188

  • @ummetden.1-i
    @ummetden.1-i Рік тому +7

    Öskürəyim var idi, bir qurtum bəhməz içdim, dərhal bəlğəm gəldi. Əlhəmdulilləh

  • @serxanrehimov3428
    @serxanrehimov3428 5 років тому +9

    Allah razi olsun bele deyerli melumatlari insanlara bildirirsiniz

  • @emrahsuleymanli7845
    @emrahsuleymanli7845 5 років тому +13

    Minnətdarıq Demədi Demə maarifləndirici məsləhətlərə görə uğurlarınız bol olsun 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍🌸💐🌸

  • @gunahgar_bende
    @gunahgar_bende 5 років тому +11

    ESSALAMUN ALEYKUM FUNYADA NE BITGI VARSA ALLAH.C.C biz gunahgar bendelercun wefa tapmagmizcun yaradib bes QURANI kerimi tam wekilde bilseydiy hec birimiz xesdele mezdiy ALLAH her birmizi islah etsin IN WE ALLAH

  • @atesdadasov8854
    @atesdadasov8854 5 років тому +33

    ALLAH razi olsun !Çox gözel izah edildi!

  • @qoncacabrayilova6685
    @qoncacabrayilova6685 5 років тому +13

    Çox sağol uğurlar arzu edirəm düzgün məlumatdır

  • @gulnarebesirova6868
    @gulnarebesirova6868 2 роки тому +5

    Salam qardaş Allah tela seni qorsun çox gözel ve etraflı izah etdin Allah razı olsun kaş hamı sizin kimi belə paylaşımlar izah ede bilsin.☺👍👌👏👐✋

  • @nazeketrehimova3232
    @nazeketrehimova3232 5 років тому +1

    Gozel melumata gore cox saq olun

  • @gulaykara4604
    @gulaykara4604 5 років тому +2

    Allah razi olsun

  • @ibnhichamal-ansari8446
    @ibnhichamal-ansari8446 5 років тому +43

    Hedisde keçir insanlarin coxu bilmezler sihetinin qedrini.

  • @ulkrhaciyeva9029
    @ulkrhaciyeva9029 2 роки тому +1

    Salam Allah köməyiniz olsun

  • @fakhriyya4201
    @fakhriyya4201 5 років тому +4

    билирем бу бекмезин хейирли олдугуну ама бизимкилер хазырлайан йох башга олке хазырлайан йахшыды.

  • @orxanrzayev9653
    @orxanrzayev9653 5 років тому +8

    Kecibuynuzu behmezi doşabda deyirler qan azligi,allergiya,parazitlere qarşi,immun sisteminin güclenmesi,medeye v.s.cox faydalidir.Meyvesi ise sonsuzluq zamani meslehet görülür.Qaraciyere ve ösküreye de cox faydalidir

  • @user-cv4gr8pi4l
    @user-cv4gr8pi4l 5 років тому +11

    Salam qardasim bu behmez sajesinde men 9 il evllikden sora ata oldum uc aj qebul etdim iran rasija gucustan xejri olmadi turk hekimi meslehet bildi indi bir qiz balam var allah olmujanara qismet elesin bu reklam dejil semimi sexsi fikrim idi meslehetdi.allah amaninda

  • @user-rl2dv9fe6d
    @user-rl2dv9fe6d 5 років тому +4

    Beli ne deyir duz deyir

  • @cavidsalman1901
    @cavidsalman1901 5 років тому +1

    Gözəl behmezdi məsləhətlidir dogrdan

  • @ibnhichamal-ansari8446
    @ibnhichamal-ansari8446 5 років тому +7

    Ibni Abbasadan Allah ondan razi olsun dedi:

  • @jeylanigarli3749
    @jeylanigarli3749 5 років тому +8

    DOGRUDUR . BİZ TURKİYEDE TANİS OLDUG BU PEKMEZLE . EVEZ OLUNMAZ BİR DERMANDİR. OZUM İSTİFADE EDİREM. BU ALLAHİN BİR MOCUZEVİ HEDİUYESİDİR.

  • @ibnhichamal-ansari8446
    @ibnhichamal-ansari8446 5 років тому +25

    Allah Resulu buyurub:

  • @shabnamaziz3813
    @shabnamaziz3813 5 років тому +4

    bizde kentde yere tökulurdu.bilmirdim