Yapon əzgili nədir? | Yeni dünya meyvəsi / Muşmula və onun faydaları
Вставка
- Опубліковано 8 лют 2025
- Yapon əzgili nədir? | Yeni dünya meyvəsi / Muşmula və onun faydaları
Gördüyünüz bu ekzotik ağacın bir neçə adı var. Bizim dildə ən geniş yayılmış adı yapon əzgilidir. Eyni zamanda Muşmula da adlandırılır. İnternetdə isə bunun adına Malta əriyi adı ilə də rast gələ bilərsiniz. Həmçinin bu meyvə yeni dünya meyvəsi də adlandırılır.
Botanik adı isə latınca “Eriobotrya japonica”dır. Çünki eriobotriya cinsinə aid bitki növüdür.
Hesab edilir ki, bu meyvənin ana vətəni Çin və Şimali Hindistandır. Amma Yaponiyada yetişdirilib. Daha sonra isə Aralıq dənizi ölkələri başda olmaqla Avropaya yayılıb. Əsasən şəhər parklarında və küçələrdə dekorativ bitki kimi əkilib-becərilir. Qeyd edim ki, yapon əzgilinin şəhərdə çoxalmasının əsas səbəblərindən biri odur ki, bu ağac ətrafı o qədər də zibilləmir. Belə ki, onun yarpaqları adətən isti aylarda saralıb yerə tökülür və yarpaqları iri olduğundan onu yerdən yığışdırmaq da çox asandır.
On ildən artıqdır ki, Azərbaycanda, xüsusilə də paytaxtımız olan Bakıda yapon əzgili ağacından çox sayda əkilib. Xüsusilə Bakı Şəhər İcra Hakimiyyətinin binası qarşısındakı ağacların çoxu yapon əzgilidir.
Yapon əzgili toxumları ilə, mədəni sortları isə calaq etməklə artırılır. Bu ağacın əsas xüsusiyyətlərindən biri onun həmişəyaşıl olmasıdır. Qışda yarpaqlarını tökmür. Ortalama boyları 10 metrə qədər uzana bilir. Dekorativ baxımdan da çox gözəl bir görünüşü var. Qeyd edim ki, xüsusən ştillə əkilənləri çox şaxtalı havaya qarşı dözümsüzdür. Amma toxumdan artan və hasara alınanları sərt qışa dözə bilir.
Onun meyvəsi yeməlidir və deyərdim ki, çox dadlıdır. Meyvələri şirəli, turşa-şirin, açıq narıncı və ya sarı rəngdə, diametri 3 sm-ə qədər, bəzi mədəni sortlarda meyvəsinin ölçüsü 10 sm-dir. Meyvəsi ilk qoparılan zaman fərqli bir dada malik olur. Bir az keçdikdən sonra yumuşalır və ləzzətli olur. Meyvəsindən müxtəlif cür də istifadə oluna bilər. Hətta qan təzyiqinin aşağı salınmasında da ondan istifadə edilir. Meyvəsindən kompot, mürəbbə, marmelad, pastila, povidlo hazırlanır. Meyvəsinin tərkibi karotin və C vitamini zəngindir, eləcə də minerallardan dəmir, fosfor, kalsium və s mövcuddur. susuzluğu azaldır, qan dövranını nizamlayır, ishalı kəsir, qaraciyərin funksiyasını normallaşdırır və mədə iltihabını aradan götürür. Antioksidant təsiri ilə toksiki maddələrin uzaqlaşmasına şərait yaradır. Muşmula meyvəsinin sərinləşdirici effekti və dadı nə qədər gözəl olmasıyla yanaşı dəri xərçənginin qarşısının alınması istiqamətində də tədqiqatlar aparılır. Hamiləlik dövründə mütləq yeyilməsi lazım olan meyvədir. Çünki düşüklərin qarşısını alır və minerallarla zəngindir. Yanaşı olaraq bel ağrılarını azaldır. Artıq mayeni qovur və arıqlamaq istəyənlər üçün əlverişlidir.
Qeyd edim ki, bu yeni dünya meyvəsinin tumu da, yarpağı da, çayı da faydalıdır. Meyvəsinin daxilində bir neçə iri toxumları - tumları var. Tumları ilk baxışda daha çox şabalıda bənzəyirlər. İndiyə kimi mən azı 1, maksimum 6 tumuna rast gəlmişəm. Tumundan bildiyimə görə qəhvə əvəzediciləri də hazırlanır.
Həmçinin tumu sidik qovucu xüsusiyyətə malikdir, yarpaqları isə dəmlənib içildikdə qandakı şəkərin miqdarını aşağı salır. Bunun üçün ağacın yarpağından 20 qram götürərək onu 0,5 litr suda 20 dəqiqə dəmləyib gündə 2 dəfə bal əlavə edilərək qəbul etmək tövsiyə olunur.
Musiqi: New Land 2:30 ALBIS Ambiyans | Mutlu
Cox dadli, lezzetli meyvedir. Video icin sag ol TarPas!
Salamlar, beh-beh -beh , en çox sevdiyim meyvelerden biridir ezgil. Faydalı meslehetlere görede ALLAH razı olsun sizden.
Diqqətiniz üçün təşəkkürlər!
Salam olsun her kese.Həmd olsun UCA YARADANA🙏🏻
Əleyküm salam!
Men bu meyveni 37 il bundan qabaq yemiwem ve heyetimizde var wekere xesedlericunde coxxx faydalidi
Thank you for your information about this tree.
Her yay 200kq satıram cox bereketli meyvedir.
Neçəyə satırsınız?
Məhsulunuz bol olsun, bərəkətli olsun!
Çox baha deyil,1 manata yaxın,ya da 50,60 qəpik
Duzdur,metni srn oxuma. Rehmetlik Piri baba yadima duwdu🌹
Lənkəranda da çoxdu .dadlı meyvədir ananas dadı verir.ama tumu çoxdu qoz boyda meyvənin içindən 3-4 dənə fındığ boyda tum çıxır
Бу мейведен hейетимизде вар гышда Кул ачыр чичейин ийи етрафы буруйур мейвеси супер лимона ехтияч олмур
Bizim həyətmizdə də var.Amma tumlari cox olur.Bu qədər faydasi oldugunu bilmirdim.Təşəkkür edirəm.
Diqqətiniz üçün mən də Sizə təşəkkür edirəm!
Tumların qurudub qəhvə əzəndə əzin.Qəhvə əvəzi için.Çox faydalıdır,yəni qəhvəni əvəz edir.
Bu meyveni yuyub goyursan soyuducuya(v xolodilnik)...O soyug yeyende cox lezzetli olur
*Heyetimizde var qardaşım ekib yetişdirib heqiqeten çox çox dadlı meyvesi var. Tezyiqli olduğum üçün faydasını görmüşem.👍*
Mən bağımda əkmişəm.çox gözəldi . meyvəsi dadlıdır
Hə muşmula superdi
Mende ekmiwem heyetimize ikinci ilinde bar verdi cox lezzetli meyvedir
yagmur pirenses salam tumdan ekdiz?
Azərbaycanca bu cür maarifləndirici videoların az olmasınə nəzərə alaraq bu işdə əməyi olan şəxsə böyük bir sağ ol deyirəm. Ancaq mənə qəribə gələn bu qədər insanın bəyənməməsi oldu. Nəyi bəyənmirsiniz, maariflənməyi? Bu öz işinizdir, ancaq heç olmasa insanın zəhmətinə hörmət edin, sizi maraqlandırmır heç olmasa özünüzə əziyyət verib unlike etməyin
Diqqətiniz üçün təşəkkürlər, Məmməd müəllim! Minnətdaram Sizə!
Memmed Melikov Hər kəsdən xahiş olunur bu linkə girib kanala abunə olasınız. Abunə qarşılıqlıdır. Link budur ua-cam.com/channels/TyH-g0DeLWNs--y4VwL-3w.html
Bu gun Lenkeran bazarindan aldim dadi mohtesemdi suludu
Xanım neçəyə aldız?
En cox sevdiyim meyve yegane lezzet aldigim meyve.. duzdu meyveler coxdu hamisi dadlidir amma bu menim daha cox xowuma gelir icini sovurub yeyin tam iki ferqli dadi var
Bizim bağda var bitib əla bir meyvədit dadıda əladır 👍👍
Hee çox əla sulu dadli😍👍👍🍈
En sevdiyim meyvdide tonnan yeyirem
Məndə sevirəm bu meyvəni...
Cicekleri cox gozel,etirli olur . Butun bagimizi burumusdu. O qeder Ari yigilmisdiki,sire cekirdiler. , Gorununsu de ,meyveleri de gozeldir.
Çox maraqlı video hazırlamısınız. Təşəkkür edirəm!
Bu meyveni cox sevirem bizim mektebdede var qirib yeyerik
Hamiya salamlar.Iş yerimin heyetinde var bu aqacdan.Dünen ne qeder yiqib yuyub yedim.Super dadli olur.Içinde yaqli findiqa benzer çiyidi olur.Helem dekabr ayinda bu aqacin yanindan keçmek olmur bir gözel qoxu saçir etrafa.😍😍😍❤❤❤💖💖💖💞💞💞
Musmula cok sevdiyim meyve💋👍
Musiqiyə qulaq asaq ya səsə??? Belə keyfiyyətsiz video olar!!
Şərhiniz üçün təşəkkürlər! Bu videonu 6 il əvvəl hazırlamışdım. O vaxt yutubda elə də təcrübəm yox idi. Mümkünsə, son videomu da izləyib, fikrinizi bildirərdiniz? ua-cam.com/video/RFOf7BfwoD0/v-deo.html Sizcə yaxşılığa doğru bir irəliləyiş varmı?
Biz tərəfdə ASTARADA 30 ildən artıqdır ki bu meyvə var.Heqiqeten çox dadlı meyvadir
bu meyvenin teziqli insanlara cox xeyri var.dadida eladi.kimin heyet evi varsa eksin hem dadi gozel olur hemde agacin gorunuwu
Bəli, çox səmərəli və faydalı ağacdır. Dekorativ baxımdan da gözəl görünüşü var. Təmizkar və ziyansız ağacdır.
Çox qəşəng mürəbbəsi olur.
Mürəbbəsinin reseptini bilirsinizsə, zəhmət olmazsa, paylaşardınız.
@@TarPas Tumu çıxardılır, kiloya kilo pesoq, bir kiloya bir stəkan su, orta odda bişirilir. Mən təxmini bişirdim, çox qəşəng çıxdı.
Bu AQACI 1986 cı ildən MƏN 8 KM SONRALAR NƏRMANOVDA böyüdüb artırıram xəbərlərdən artırmaq COX rahat olur ,KÖZƏL ağacdır, qış aylarında KÖZƏL çiçək açır, HƏMİŞƏ yaşıldır,yataqlarında yaxşı xeyirli çay dəmlənir.
Salam. Məndə bu ağacdan var təxminən 5-6illikdir. Yerini dəyişmək istəyirəm hansı ayda dəyişməliyəm. Bilmirsiz?
Salam bizim heyetde de yeterince var biz onu tum ekib becerib artirmisig.demek olarki hazirda butun heyetlerde en azi 3 4 agaca rast gelinir amma biz terefde uzagi uzunlugu 3 metr olar.super dadi olur her il bizde bunun kompotunu qoyurlar.
Salam atam 2ildi ekib boyuyub meyvesi yoxdu hele.Nece ile meyve verir ? Yazardiniz zehmet olmasa
Çox super meyvədi . Qeyri adi dadı var hələm hələm yetişmir bağda bir ədəd əkmişik 10 il sonra bar verdi.
bu agacı cüt əkmək lazımdı tək əkəndə bar vermir həmdə iki il yerini dəyişmək lazımdı onda meyvəsi böyük olur
Birincisi sizə maraqlı məlumat verir bu insan niyə hərəniz bir söz atırsız.çox maraqlı idi.danışıqda əla
Diqqətiniz üçün təşəkkürlər! Hərənin bir zövqü var :)
@@TarPas Bu dövrdə belə cavab verən insanlar varsa sizin kimi böyük uğurdu)))
Men de yapon ezgilinden 1 eded ekmiwem heyetimde. Evin cenub istiqametinde, kulek tutmayan ve gunduwen yer olanda, daha yaxwi inkiwaf edir. Bu il meyveleri yetiwdi. Cox dadli idiler. Oktyabrda ise agacin altina yeyib atdigimiz toxumlardan kicik witiller cixdigini gordum. Yapon ezgilinin 1 gozel xususiyyeti var ki, onu muellif qeyd etmedi. Yapon ezgilinin ciceklerinin o qeder gozel etri olurki... Hamiya meslehetdir bu agacdan eksinler. 🌳🌳🌳🌳
Həmdə çiçəyi qarlı qışda açır və qarın soyuğunda davamlidir
Z. H. Salam.Bu agac tumdan cixanda meyve getirir ya calaq elemek lazimdi?
@@cavadtanriverdiyev3916 Mən çox əkmişəm.6 ildən sonra bar verir.Su sevər bitkidir.
Ramale Əsədova cox sagolun
Salam. 3 ildir həyətdə əkmişəm boyu 2 metr bəlkə biraz artıqdır. Ağac yaxşı inkişaf edib, sağlamdır böyük sağlam yarpaqları var amma 1 ədəd də olsun çiçək açıb meyvə vermir. Nədən olar? Nə məsləhət verə bilərsiz. Bəlkə nəsə xüsusi qulluq lazımdır. Normal gün düşən yerdədir, mütəmadi su verirəm, torpağı yaxşıdır.
Araq çəkdim.
Zəktun oldu.
Gərək çiyidini çıxardardım.
Hə, yəqin araq çəkmək üçün onun da xüsusi qaydası var imiş.
Çox faydalı meyvədi
Cox gözəl dadlı meyvədi həmişə yaşıl agacdir
Mən kompotunu çox xoşlayıram.Çox xoş ətirli olur.
Bəli, kompotu da çox ətirli və ləzzətli olur.
MUŞMALAD❤.
Yaxsi meyvedi dadida gozeldi turş fasondu cox yetişende şirinleşir
Bəli, elədir. Əsas xüsusiyyəti dadının müxtəlif formalarda olmasındadır
Yapon əzgilinin dadı bir çox sitrus meyvələrinin dadını verir mən ondan yemişəm çox dadlıdır ancaq tumu çox olur
Super
Bizim məhlədə əkiblər bunan. Məhlə uşaqları dərib yeyirlər.Dadı şirindi ancaq çox dadlıdı
Muwmulaaa 🖒
Japon muşmulası
Mən öz qış əzğilini cox sevirəm. Bizim əzğildən bizdən başqa hec yanda görməmişəm.
Qış əzgilinin də yetişmişi əla olur
Meyvesi dadlidir😋
Bəli, çox dadlı meyvəsi olur.
Çox dadli meyvedir, kompotu lezzetli olur
Kampotu necə edirsiz?zəhmət olmasa reçepti deyerdiz.sizə yazan bir ev xanımıdı
@@meherremsefterov7729 tumunu cıxarın,tumu kompotda buruq dadı verir.Cox gözəl kompot olur.Kompot butulkasına(1litr) 3/1hissə yığın,üstünə 1armudu stəkan şəkər tozu əlavə edin.Su qaynadın .qaynar qaynar suyu tökün üstünə.Tez qapağını sıxıb bağlayın, qalın yorğanca,süfrə altında soyuyanacan,təxminən 1 gün saxlayın.Sonra üstünü açıb götürün,sərin, gün düşməyən yerdə qışa saxlaya bilərsiz.Cooox dadlıdır. nuş olsun.Sağ canla,ağız dadıyla icin
Kecən il də yazibmişam burda şərh.Indi gördüm😊Kecən il agacimiz o qədər bar gətirmişdi ki, inanin meyvəsi yarpagindan cox idi.Böyük agacdi.Qonşuya filan da verdik.Agac o qədər meyvənin coxlugundan özünə gəlib yarpaq da artira bilmədi bir müddət.Lap cirkinləşib qirt düşmüş toyuga bənzəyirdi.😕 Nə isə.Bu il gözlədik ki indi əzgil yeyəcəyik.Evimuz boyda olan agac ikicə dənə gətirdi😢Agaca deyərlər ki niyə özünü bu qədər zora salirdin ki bizi də bu il meyvəsuz qoydun.Sənə dedik ki, bir agiz agla, demədik ki..
Bəli, bu ağacın belə qəribəlikləri var.
Həmişə yaşıl olan yapon əzgilinin faydalRı çoxdur. Dekarativ baxımdan çox gözəldir.Meyvələrindən qan təzginin aşağı salınmasında istifadə edilir.Arıqlamaq istəyənlər üçün çox faydalıdır.Əzgilin ən faydası odur ki onu dəmliyib içmək lazımdır.Şəkəri aşağı salır.Sərinləşdirici xarakterə malikdir..çox dadlı bir meyvədir.QABAQLAR O AĞACI GÖRƏNDƏ ELƏ BİLİRDİK Kİ GÜLDÜR. TƏBİƏTƏ ÇOX YARAŞIQ VERİR. PONA QULLUQ ELƏMƏK DƏ LAZIM DEYİL. ÖZÜ HARDA İSTƏSƏ BİTƏ BİLİR. DAVAMLI MEYVƏ AĞACIDIR.,❤🎉❤🎉❤🎉
Ətraflı məlumat üçün təşəkkürlər!
Çox gözəl ağacdır yaxşı dekoratif ağacdır meyvəsidə super dadır çoxda asan yetişir.
Bizim heyetdede var dadida gozeldi 😋
Cox dadli meyvedr
Böyük mübadiləsi. Sağlamlığınız üçün sağlamlıq.#like 498
Təşəkkür!
Ela meyvedi muşmula
Bu meyvə qəbzlıyə cox köməy olur
Salam qəbizlik üçun necə istifadə edək...t...ş
Çox gözəl kanaldı. Uğrular sizə
Diqqətiniz üçün təşəkkürlər, Elman müəllim! Minnətdaram Sizə!
Azərbaycan dilində Belə videolar yaranır, çox sevindim, amma, qardaşım, mətni oxuya oxuya, lap yuxuladız elə bil
:)))))) Çünki mətni oxumaq üçün lazımi avadanlıqların, uyğun şəraitim yox idi. Onu elə bir yerdə səsləndirmişəm ki, mövcud vəziyyət ən yaxşısı oldu. ;)
Allah köməyiniz olsun. Çox təəssüf. Gördüyünüz iş çox lazımlıdır
Xuraman Bashirova men yuxuladime
Konul Haciyeva elə mən də
Xuraman Bashirova düşüb indi yeyecem..heyet doludu.tembellik edirem dermeye..bu melikmemmed ele danishdi naqili psixoloqiceskiy yemek istedim...tebliqat budura
Cooooox sevdiyim meyvə,
Super meyvədi. Toxumlarl ilə rahatca çoxalır. Mən bağda toxumunu hara əkmişəm hamısı bitib
Nəzakət xanım, toxumlarını əsasən nə zaman əkmişdiniz?
TarPas meyvə tam yetişdi , toxumlarını kölgədə qurutdum. Sonra fevralın sonu olardi naumud əkdim. Hamısı bitib.
Əla! Allah bərəkət versin!
Gozel melumatlardi cox sag olun. Qardas men bunu agac formasinda aldim ilk meyvesi boyuk meyveler idi cox gozel idi. Indi ise cirlaşib . Nece edim meyvelerin boyuk olmasi ucun?
Çox sağ olun
Diqqətiniz üçün minnətdaram!
Birdə unutdum 2 ildən bir bar verir bizim həyətdəki. Bəlkə ona görə meyvələri iri və ləzzətlidi
Ama bizde her il meyve verir belke teze meyve verdiyine göredi axır deqiq bilmirem keçen il az getirmişdi 5 -6 dene olardı ama bu il biraz çox getirib çox dadlı meyvedi çox xoşum gelir 😊
Türkiye, de halk dilindeki adı MUŞMULA.
Cox dadli meyvedi
Bəli, dadlı və ləzzətli meyvələrdən biridir.
Heyetimizde var )
kalinqiraddan salamlar
Əleyküm salam! Rusiyanın qələbəsi münasibətilə təbriklər! :)
Ən sevdiyim meyvələrdən biri bizim məhəllədə doludu bu ağacdı
Biz Yanvar ayinda ekmisdik. Ve vaxtinda sulayiriq. Amma teessufki indi yarpaqlari tamam quruyub ve tokulub. Sizce neden ola biler?
Bunu nece ekmek olar ? Nece ullug etmek olar bilen var ?
Tumundan əkirsen bitir ele biz tumdan əkmişdik indi yeke ağac olub ama gec böyüyür
Revan Huseynov dediyi kimi tumunu əkirsən bitir. Həmçinin satışda qələmləri də var.
Azərbaycanın öz əzgili lap yaxşıdı öz meyvələrimiz lap yaxşıdı
Bunun dadına baxın, bu həqiqətən də möcüzəvi bir meyvədir.
zəhmət olmasa deyin ağac nə vaxt çiçək açmalıdı...mənim ağacım cicək açır tezdimi 8oktyabr
Elə ağac var oktyabrda ,elədisə var noyabrda çiçək açır..Mayın axırından başlayır yetişməyə.
Hətimizdə var gözəl ağacdır. QIŞDA CİÇƏK AÇIR ..7 İLDİ BAR VERMİR.SƏBƏBİNİ BİLMİRİK .ZAKATALA RAYONUDUR .Qonşulardan var bar verir .bizdəki təkdi səbəb budurmu??
Bu ezgil tezyiqide asagi salr amma xeyrleri coxdu
Bəli, təzyiqi aşağı salır. Faydalarını saymaqla bitməz...
Biz tereflerde Semkir zonasinda doludur,nenemgilde uje 20 ilden coxdu bu agac var. Bezi Azerbaycanin rayonlarinda bu agaci tanimirlar. Biz Muşmalat deyirik.
Məsələn, elə biri mən. İlk dəfə bu meyvə haqqında ötən il eşitmişəm, bu il isə dadına baxmışam :)
"Muşmula" rus dilində əzgil deməkdi.
Bizdede var ama bunun murebbesini nece etmek olar?
Hansi fesilde bitir
Ele indi mayın axırı iyun
Bu meyveni men 25il bundan qabaq bilgehde yemisem.coxdan azerbaycanda ekilir
Amma kütləvi şəkildə əsasən son 10-15 ildə əkilməyə başlayıb
Çox xahiş edirəm tərkibini və saglamlıga faydasını hardan öyrənmisiniz ?
İnternetdən
salamlar AZERBAYCANA LENKARANA TALİŞLARA birde TARPAS size☺
Əleyküm salam!
Çox xaiş əkilmə qaydasını göstərin
Hələ özüm əkməmişəm. Ona görə də qaydalarını bilmirəm
Tumunnan necə əkib becərillər məsləhət verin zəhmət olmasa
Salam. Əkilməsi barədə nə məsləhət verə bilərsiz deyirlər dibinə şüşə tökülür ?
Bizim rayonda Agistagada 15manatdi sitili deyirler guya gerek onu.iki dene ekesen dogrudurmu
Bəli, çünki bir-birini tozlandırmalıdırlar.
Çox dadlıdır
Bəli. Xüsusi bir dadı var.
Salamun Aleykum. Qardaşım, Videonun 4:36 hissəsində bu ağacın yarpaqlarından -şəkər xəstələri- üçün belə bir *resept* təklif olunur:
_Ağacın 20 qr yarpaqları götürülərək, 0,5 litr suda 20 dəqiqə dəmlənir və gün ərzində 2 dəfə __-bal-__ əlavə olunaraq qəbul olunur_
*Bəs balın miqdarı nə qədər olmalıdır?*
Təəssüf ki, balın miqdarını bilmirəm. İstifadə etdiyim mənbələrdə yalnız o qədər məlumat var idi.
TarPas, Diqqətiniz üçün təşəkkür edirəm. Allah razı olsun.
Amin! Allah Sizdən də razı olsun!
Cavabladığınız üçün məşəkkürlər ağac ilk dəfə necə ildən bar verir
Təəssüf ki, videoda səsləndirdiyim məlumatlardan başqa heç bir məlumata malik deyiləm.
Çox sağolun...məşəkürlər canıvız sağ olsun
Bu videonun Sizə faydası oldusa, çox məmnunam :)
Fedya Qandaxov mən əkdim beş ildən sonra bar verdi.
Fidanı ilə, yoxsa tumu ilə əkmişdiniz?
Salam xanimlar bu meyvenin cox gozel varenyasi olur men bisirirem sizde yaxlayin yapon ezgilinin
Yapon əzgilindən mürəbbənin bişirilmə qaydası necədir?
Hallabonq / Dekopon nədir? Bilirsinizmi? Bu haqda da video hazırlamışam. Buyurun, izləyin: ua-cam.com/video/E1ztUz7wPro/v-deo.html
Hallabonq son vaxtlar yoxa çıxıb
興味深い動画をありがとうございます。
日本の琵琶は流行っているんですか?
ご清聴ありがとうございました!
Men bunun stilinden aldım.Martin sonunda ekdim .soluxdu goresen emekle gelecek
40 яшым вар,30 илден цохду мушмалаты таныйырам,хардан тезе олду?
Siz tanısanız da, əksəriyyət tanımır.
Tumundan necə yetişdirmək olur onu göstərin
Yetişdirsəm, yəqin ki, o barədə video hazırlayacam
budaqin girib koklendirib ekmek olarmi?
❤❤❤
Saq olun.❤❤❤
Men bunu yigmisam bir kulokda 1.2 ay saxlamaq isteyrem.dondrucuda saxlaya bilerem?🙄
Saxlaya bilərsiniz. Amma dadı dəyişiləcək.
@@TarPas Yapon əzgilini hansı ağaclara calamaq olar? Yəni calaqaltı kimi hansı ağaclar seçilə bilər?
Salam toxumun ev şəraitində neçə əkmək olar?
Dibçeyin içinde basdirin çixacaq
Meyvəsini yeyən kumi tumunu tez əkmək lazım saxlamadan onda tez cücərir
Avropada bunun 4-5 dənəsi 3 € ya satılır
Men 1 ildir ki ishal olmuwam dava dermanln xeyri yoxdur bezmiwem bu yapon ezgilini yesem xeyri olar indi tapa bilerem .,
Jh
qardas sen gunde iki defe bie cay qasigi mixek ud suynan gör nece gesecek
@@selimekerimova2910 salam bacl mixegi ezim udum yoxsa butov
@@selimekerimova2910 mene aclq yazln caya atlrlq o mixeqden
Qəbizliyə görə bu çay xeyir edərmi
Bizim mehlede ekirik bitmir. Eşitmişemki bu ağacı tek deyil cüt ekmelisen . Ne derecede doğrudur bilmirem.
Mən də elə eşitmişəm.
Beli dogrudur Cunku tozlanmalidirlar bir birilerinden
Tək bitir mən əkmişəm
Meyvədə verir
Salam.Mən 2 il bundan öncə qələmlərini alıb əkmişəm,indi boyu 1.80 -2 metrə çatıb,yerini dəyişmək istəyirəm,3 ağacdan birində 1-2 budağda gül açmaq istəyir.Nə zaman ağacların yerini dəyişə bilərəm?
Noyabrın sonu deyisin ve boyug cala
qazın münbit torpaq olsun
Yapon ezgilii cekilir bal qatilir seher seher bir xorek qawiqi istifde olunur cox gozel olur
Neye xeyirdi?
@@siyahbeyaz7881 her weyucun dermandi urek damarlarinda xeyirlidi en cox
bu ağac indi oktyabrın axırı çiçək açıb doğrudumu açmalıdımı....mş..
dogrudu may ayinda meyvesi yetisir
@@asimquliyev8243 indi əsl vaxtıdır