Əsəb dərmanı - Cökə ağacı

Поділитися
Вставка
  • Опубліковано 26 сер 2024
  • Cökə çiçəyi çayı dünyada ən çox içilən dərman bitki-lərindən biridir və olduqca maraqlı quruluşa malikdir. Cökə çiçəkləri formaca daha çox yarpağa bənzəsə də, əslində həqiqi yarpaqlarından görünüş və rəng cəhətdən fərqlidir. Çox ləzzətli bir dadı vardır, bal ətri verir, dünyada daha çox əsəb sakitləşdirici kimi içilir, amma tərlədici və bədəni yumşaltmaq xüsusiyyətləri də var. Axşam yatmazdan əvvəl 1 stəkan içilib yatanda yuxunu dərinləşdirir, həmçinin bədən, əl, ayaq soyuqluğundan əziyyət çəkənlər üçün əvəzolunmaz bir vasitədir.
    Azərbaycanda geniş yayılmış bir ağacdır, Balakən, Zaqatala, Astara, Daşkəsən kimi rayonlarımızda cökə ağacları daha çoxdur. Cökə ağacından hazırlanan buxar hamamlarında və saunalarda çox xoş bir ətir olur. Keçmişdə cökədən nehrə hazırlayardılar, bu nehrənin yağından azacıq cökə ətri gələrdi.
    Amerikada Çikaqo Universitetində çox maraqlı bir eksperiment keçirmişlər. Belə ki, soyuqdəyməli xəstələri 3 qrupa bölmüşlər: birinci qrupa antibiotik, ikinci qrupa həm antibiotik, həm cökə çiçəyi çayı, üçüncü qrupa isə təkcə cökə çayı verərək müalicə etmişlər. Nəticədə tək cökə çayı verilmiş üçüncü qrup xəstələr həm tez sağalmış, həm də xəstəliyin fəsadı qalmamışdır.
    Cökə çiçəyinin heç bir zərərli təsiri olmadığından soyuqdəymə zamanı ondan tərləyənə qədər bol-bol içmək olar. Zoğal və ya moruq mürəbbəsi ilə içdikdə daha tez tərlədir. Cökə, eyni zamanda qan təzyiqini aşağı salır, çox istifadə edənlər bunu nəzərə alaraq dəmləməyə bal əlavə etməlidirlər. Yüksəlmiş temperaturu aşağı salır, öskürək və ürək döyüntülərinin artması zaman çayın içilməsi faydalıdır.

КОМЕНТАРІ • 9

  • @kamilsadixov3345
    @kamilsadixov3345 Рік тому +1

    Xeyirli olsun qardas abseronda biter bak baglarinda ? .

    • @mrelxanyusifli
      @mrelxanyusifli  Рік тому +1

      Təşəkkür edirəm. Bakıda Dübəndi də əkiblər bitib.

  • @cefernovruzov4421
    @cefernovruzov4421 Рік тому +1

    Cökə ağacdan hardan əldə etmək olar

    • @mrelxanyusifli
      @mrelxanyusifli  Рік тому

      Ancaq tanış meşəbəyiləridın xahiş etmək olar ki, meşədən cixarib gətirsinlər. Ting yetişdirilən yer tanımıram.

  • @quranazarbaycan
    @quranazarbaycan Місяць тому +1

    Nə boydadı göresen indi?

    • @mrelxanyusifli
      @mrelxanyusifli  Місяць тому +1

      2 metr olub artıq 👍

    • @quranazarbaycan
      @quranazarbaycan Місяць тому +1

      Çox gözəl məndə əkmişəm həyətə. Hər gün suluyuram

  • @Qwerty-starman
    @Qwerty-starman 7 місяців тому

    Salam,cox şahiş edirəm mən də cökə ağacı istəyirəm,tapa bilərsinizmi