Sarıkökün bu Faydasını 90% İnsan Bilmir

Поділитися
Вставка
  • Опубліковано 28 січ 2023
  • #BirBax #Azerbaycan #sarıkök
    "Bir Bax" kanalı Rüfət və Xəyalə Xəlilovlara məxsusdur. Əməkdaşlıq üçün aşağıdakı nömrə ilə əlaqə saxlaya bilərsiniz:
    (+994) 55-554-58-83
    Bu gün sizə sarıkökün faydaları və zərərlərindən danışacağam. Sarıkök ən qədim və faydalı ədviyyatlardan biridir. Yazılı mənbələrə görə, hələ 2500 il bundan əvvəl Hindistanda sarıkök geniş istifadə edilirdi. Ədviyyat eyniadlı bitkinin kökündən əldə edilir. Daha çox üyüdülmüş halda rast gəlinir. Lakin onu kök halında da tapa bilərsiniz. Tərkibindəki ən faydalı maddə kurkumin`dir. Bitkiyə sarı rəngi verən də odur. Ədviyyatın tərkibində faydalı maddələr çoxdur.
    1. Onkoloji xəstəliklərin profilaktikasında istifadəsi. Həm tibb sahəsi üzrə mütəxəssislər, həm də elm adamları yekdil qənaətdədirlər ki, kurkumin maddəsi şiş hüceyrələrinin böyüməsinin qarşısını alır, onların inkişafına mane olur. Həmçinin, kurkumin damarları təmizləyir. Kurkumin xərçəng hüceyrələrinin öz-özlərini məhv etməsinə təkan verir. Tibbdə bu proses apoptoz adlanır. Orqanizmdəki sağlam hüceyrələrə isə heç bir mənfi təsiri yoxdur. Prostat vəzinin, süd vəzinin xərçəngi və dəri xərçəngi varsa, profilaktik tədbir kimi, sarıkök istifadəsinə üz tuta bilərsiniz. Kimyaterapiya ilə paralel olaraq, rasiona sarıkök daxil etmək nəticənin uğur dərəcəsini artırır.
    2. İmmuniteti yüksəltmək üçün. Ədviyyat hüceyrədaxili immuniteti möhkəmləndirir. B, T limfositlərini, həmçinin, mikrofaqları gücləndirir. Bu hüceyrələr orqanizmə yad olan infeksiya törədicilərini məhv edir. Sarıkökün tərkibindəki lipopolisaxaridlər orqanizmin müqavimətini artırır.
    3. Şəkərli diabetin kəskinləşməsi zamanı. Sözügedən patalogiyadan əziyyət çəkən insanlar sarıkökü rasionlarına daxil etsələr, yaxşı olar. Çünki sarıkök qanda qlükozanın səviyyəsini nizamlamaq qabiliyyətinə malikdir. Qəfildən yüksəlməsinin qarşısını alır. Həmçinin, sarıkök toxumaların insulin həssaslığını azaldır. Alimlər sübut edib ki, bu istiqamətdə sarıkök qlükozanı aşağı salan dərman preparatlarından heç də geri qalmır. Mütəmadi olaraq, sarıkök qəbul etmək damar problemlərinin və ya nevroloji problemlərin meydana gəlmə riskini aşağı salır.
    4. İltihab əleyhinə və mikrob əleyhinə vasitə kimi. Sarıkök təkcə immuniteti yüksəltməklə qalmır, yad elementləri də məhv edir. Siyahıda bakteriyalar, viruslar, parazitlər ola bilər. Amma o, təbii antibiotik kimi, bir yaxşı özəlliyə də sahibdir: bağırsağın faydalı mikroflorasına heç bir mənfi təsir göstərmir. İltihab əleyhinə olması sayəsində sarıkök dişlərin təmizliyi üçün də geniş istifadə edilir. Diş fırçasını sarıkök tozuna batırın və dişlərinizi 3 dəq müddətində fırçalayın. Prosedur diş emalını bərkidir.
    5. Orqanizmin təmizlənməsi üçün. Bağırsaq mikroflorasının bərpasına kömək edir. Bağırsaqların funksiyasını yaxşılaşdırır, qəbizlik və şişkinliyi aradan qaldırır. Sarıkök qaraciyərin toksinlərdən təmizlənməsinə xidmət edir. Həmçinin, onun hüceyrələrinin özünübərpasını dəstəkləyir. Öd suyunun ifrazını normallaşdırır, öd kisəsində daş əmələ gəlməsinə mane olur. Ədviyyat sidik yolları üçün də faydalıdır. Mikrob əleyhinə olması sayəsində böyrəkləri və sidik kisəsini infeksiyalardan qoruyur, iltihabı aradan qaldırır. Sarıkök, eyni zamanda, sidikqovucudur. Bədəndəki şişkinliklərdən yaxa qurtarmaq üçün sarıkökə üz tuta bilərsiniz. Zəncəfillə birlikdə sarıkök böyrəkdəki kiçik ölçülü daşları əritmək qabiliyyətinə malikdir. Ədviyyatın müntəzəm qəbulu zamanı qan da təmizlənir. Həmçinin, pis xolesterinin səviyyəsi aşağı düşür. Bu da o deməkdir ki, ateroskleroz riski azalır. İltihab əleyhinə vasitə kimi, sarıkök oynaqların sağlamlığının da qeydinə qalır. Dərinin təravətlənməsi və gec qocalması da sarıkökün hünərləri sırasındadır. Sarıkökün təmizlədiyi damarlar və qaraciyər sayəsində dəri də günbəgün özünü bərpa edir. Çünki dəridəki sızanaqların əksəriyyəti mədə-bağırsaq traktatındakı problemlərdən qaynaqlanır.
    6. Ürək-damar sisteminin sağlamlığı üçün. Ədviyyat damarların divarlarını bərkidir, onların elastikliyini artırır. Pis xolesterinin səviyyəsini aşağı salır, damarların divarlarında hər hansı yığıntının əmələ gəlməsinə mane olur. Sidikqovucu xüsusiyyəti və damarları elastikləşdirmək bacarığı sayəsində arterial təzyiqi normallaşdırır. Qanın təmizlənməsi ürəyin və digər orqanların da zərərli maddələrin təsirinə məruz qalmaması deməkdir.
    7. Sinir sistemi üçün faydaları. Sübut olunub ki, ədviyyat sevinc hormonlarının ifrazını dəstəkləyir. Bunlara serotonin, dopamin və noradrenalin daxildir. Əhval-ruhiyyənin yüksəlməsi də öz növbəsində iş qabiliyyətini artırır.
    8. Beyin üçün faydaları. Sarıkök təbii antioksidantdır. Beyin hüceyrələrini zərərli maddələrdən və sərbəst radikallardan qoruyur. Bu da o deməkdir ki, yaddaş pozulmur, yaşla əlaqəli hər hansı problemin meydana çıxması gecikir.
  • Наука та технологія

КОМЕНТАРІ • 108

  • @vusalsdova9546
    @vusalsdova9546 Рік тому +13

    Bilmədiyim məlumatları öyrəndiyim ücün sizə minətdaram.

  • @mtantrustmova9577
    @mtantrustmova9577 Рік тому +11

    Çox sag olun. Çox təşəkkür edirəm. Hər zamanki kimi çox mükəmməlsiz

  • @asifesgerov3284
    @asifesgerov3284 Рік тому +16

    Coxlu - coxlu sag olun .

    • @birbaxkanal
      @birbaxkanal  Рік тому +2

      Siz sağ olun

    • @Youtuber___1480
      @Youtuber___1480 Рік тому +1

      Maqazinlərdə satılan üyüdülmüş sarıkök təbidir ona etibar etmək olar?

  • @saadatmikayilova7006
    @saadatmikayilova7006 Рік тому +6

    Sarıkökü hər səhər yeməkdən 30-40 dəqiqə əvvəl 1/2 çay qaşıgı həcmində qaynar suya qatıb,soyudub ilıq vəziyyətdə içə bilərsiz

  • @xatiresuleymanov1990
    @xatiresuleymanov1990 Рік тому

    Allah razi olsun

  • @dasdemirzeynalov7541
    @dasdemirzeynalov7541 Рік тому +11

    Faydasını bildik, çox sağ olun. İstifadə qaydasını demədiz...?

  • @qadamkarimova8750
    @qadamkarimova8750 Рік тому +16

    Allah köməyin olsun ❤️

  • @zarazara9254
    @zarazara9254 Рік тому +17

    10 deqiqelik video çəkmisiz, amma nece istifadəsini doğru-düzgün dememisiz.

    • @zulfiyymmmdova9882
      @zulfiyymmmdova9882 3 місяці тому +6

      Sarıkökü bir çay qaşığı yarım istəkan qaynar suya töküb ağzını nəlbəkiynən bağlıyıb on beş dəqədən sora avc qarına içirsiz ödü qaraciyəri gül kimi təmizdiyir gündə iki dəfə 15ş gün bəs edər çox sağlam olacaqsız🧿🇦🇿🪬

    • @zarazara9254
      @zarazara9254 3 місяці тому

      @@zulfiyymmmdova9882 🔥🔥🥰

    • @zarazara9254
      @zarazara9254 3 місяці тому

      @@zulfiyymmmdova9882 🔥🥰

  • @kifayethuseynova5939
    @kifayethuseynova5939 Рік тому +8

    Çox sağol un faydalı məsləhətlər üçün.sizden xaiş edirəm böyrəkdə zülala qarşı resept deyərdiz 😘

  • @ulviybayramova9895
    @ulviybayramova9895 Рік тому +1

    TƏŞƏKKÜR edirəm

  • @RusifHesenov-zi4mk
    @RusifHesenov-zi4mk Рік тому +2

    Cox sağolun melumatlandirdiginiz ucun. Mende yemeklerde cox istifade edirem. Birdeki 3 yasli qizim oskurende sude bal sari kok qatib icirirem cox xeyiri olur ❤

  • @zizseyidova8103
    @zizseyidova8103 Рік тому +8

    Faydalı videodur ÇOX SAĞ OLUN

  • @arzuncfova2845
    @arzuncfova2845 Рік тому

    Təşəkkürlər

  • @kilicsusan
    @kilicsusan Рік тому

    Teşekkürler oldukça faydalı bilgiler.

  • @farizuzeirov3670
    @farizuzeirov3670 Рік тому +1

    Allah sizden razi olsun

  • @meherremallahverdiyev7891
    @meherremallahverdiyev7891 Рік тому +6

    cox teşekurler faydalı melumatcun🙇‍♂️

    • @birbaxkanal
      @birbaxkanal  Рік тому +1

      Siz sağ olun

    • @uehdhrdjjdhddd3662
      @uehdhrdjjdhddd3662 5 місяців тому

      Xeyirlerini sayirsiz ama istifade qaydasini demirsiz cox sagolun deyende sagol yazirsiz ama​@@birbaxkanal

  • @zerifemirzeyeva829
    @zerifemirzeyeva829 Рік тому +1

    Allah razı olsun cox faydalı olduğun bilmirdim 🥰

  • @orxandeniz2135
    @orxandeniz2135 Рік тому +1

    Allah balanl saxlasn xanm

  • @rzahuseyinov4176
    @rzahuseyinov4176 Рік тому +2

    Çox sağolun.

  • @Zara-go9vu
    @Zara-go9vu Рік тому +8

    Allah razı olsun 🙏🏼

  • @melekabbasova7270
    @melekabbasova7270 Рік тому +2

    COX SAGOL QIZIM ALLAH SƏNİN BÜTÜN ARZU NİYYƏTLƏRİNİ CİN ETSİN CANINI HƏMİSƏ SAGLAM ETSİN AMİN

  • @zulfiyyekerimova4332
    @zulfiyyekerimova4332 8 місяців тому

    tesekkurler size ❤

    • @birbaxkanal
      @birbaxkanal  8 місяців тому

      🙏🏻🙏🏻🙏🏻

  • @pervaneqasimova1437
    @pervaneqasimova1437 Рік тому +1

    Cox sag olun

  • @kamal6827
    @kamal6827 Рік тому +1

    Bu videoya xoşum gəldi,yoxsa ancaq xeyirinə deyirlər adamı çaşdırırlar

  • @saadateyvazova4385
    @saadateyvazova4385 Рік тому +3

    Salam. Mende hamiya meslehet ederdim. Xeyri var. Mende sùmùk aģrilarini kesib. Min šùkùrr. Neçe ay olarki aģrikesici qebul etmirem. Amma her gùn mutleqq

  • @mhmmdmrdanov5689
    @mhmmdmrdanov5689 Рік тому +2

    👏👏👏

  • @sdaqtvliyeva307
    @sdaqtvliyeva307 Рік тому +1

    Allah həmişə köməyiniz olsun

  • @mahirmehdiyev807
    @mahirmehdiyev807 Рік тому +1

    Saqolun

  • @guldstzeynetdinova4793
    @guldstzeynetdinova4793 Рік тому +1

    Sarıkök xeyir olduğunu bilirdim , amma şəkər xəstəliyinə xeyirli olduğunu bilmirdim . Zəhmət olmasa deyerdiz zəfəranı necə istifadə etmək olar

  • @narnar7816
    @narnar7816 Рік тому +4

    Bunun necə və nə qədər isdifadəsinidə deyərdiz zəhmət olmasa

  • @user-js5cu7jw6j
    @user-js5cu7jw6j Місяць тому

    Salam qan durultmaqçün 1kq bala nəqədər zəncəfil və sarıkök qatmalıyam zəhmət olmasa deyin xaiş

  • @elmddinlkbrov3127
    @elmddinlkbrov3127 Рік тому +1

    Əhsən

    • @birbaxkanal
      @birbaxkanal  Рік тому +1

      Sağ olun

    • @elmddinlkbrov3127
      @elmddinlkbrov3127 Рік тому +1

      @@birbaxkanal ud hindi bitkisi Barəsində video hazırlayırsınız demişdiniz ududmusunuz deyəsən Şəms xanım

  • @xeyaleagayeva228
    @xeyaleagayeva228 11 місяців тому +1

    Salam hamile qadinda sarikok suyu ice biler?

  • @abdullaquziyev4398
    @abdullaquziyev4398 Рік тому

    Salam xanim, bu sari koko nece istifade edilmelidi?

  • @user-jl8ph4cg6s
    @user-jl8ph4cg6s Рік тому +2

    Qizili sudun hazirlanmasi?

  • @azermemmed5892
    @azermemmed5892 Рік тому +1

    Bir az da tez tez danishin

  • @ismayilqasimov8575
    @ismayilqasimov8575 Рік тому +11

    Salam ay xanim yeməklərin hamisina sarikök vurulur niyə özumuzu yaxşi hiss etmirik bəs Nuriyyə

    • @slalb.4623
      @slalb.4623 Рік тому

      Çünki o yemekte bişir onu çiy halda suya qarışdırıb için

    • @islammemmedov1288
      @islammemmedov1288 9 місяців тому

      👍👍🙋‍♀️🤭

  • @azermemmed5892
    @azermemmed5892 Рік тому +3

    Nece gebul olunur?

  • @zahraabbasova9190
    @zahraabbasova9190 Рік тому +1

    Te şekkur edirəm lakin etmək etmək necə və nə qədər qəbul

  • @SamsungSamsung-ne1du
    @SamsungSamsung-ne1du 3 місяці тому

    5 əla Düzdür

    • @birbaxkanal
      @birbaxkanal  2 місяці тому

      İzləyib şərh yazdığınız üçün siz sağ olun. Sevgilər

  • @poladquluyev8017
    @poladquluyev8017 Рік тому +4

    Mən bütün yeməklərə sarıkök vururam.kartof qızartmasının yağına sarıkök vurun rəngidə gözəl olur görnüşüdə.bütün yeməklərə də vurun

    • @xatirex7437
      @xatirex7437 3 місяці тому

      Sarıkök türkcə ZƏRDƏCALDIR❓

  • @gulnareqehremanova3362
    @gulnareqehremanova3362 Рік тому +3

    Korona vaxti özumu sarikök ve zencefil garişimi iıe sagaltdim.bir dene sistem vurmadim.ancag tebii usulnan

  • @Chica_fnaf496
    @Chica_fnaf496 Рік тому +1

    Sari koku nece isdedey

  • @aftandilismayilov7280
    @aftandilismayilov7280 Рік тому

    Reklam etdiyiniz uşaq kimi aldatmaq istəyir?

  • @aidhsimova368
    @aidhsimova368 Рік тому +6

    🙏🙏🙏🙏👁

  • @meryetcebrayilova7210
    @meryetcebrayilova7210 Рік тому +1

    Heç demədin necə qəbul etmək olsr

  • @user-ti3mc4dk3x
    @user-ti3mc4dk3x Місяць тому

    Nece icmeli

  • @arzuzarbaliyeva5429
    @arzuzarbaliyeva5429 Рік тому +1

    Calam.Xahis olunur nece istifade etmek gajdasini jazasiniz.

    • @saadateyvazova4385
      @saadateyvazova4385 Рік тому +2

      Salam. Ìçin çox xeyri var. Hamiya deyirem. Mende sùmùk aģrilarini kesir min śùkùrr. Ac qarnina yemekden evve yarim saat. 1 çay qašiģi 1 st suya qstib ìçirem. 1 ay istifade etseniz ardicil xeyrini gòreceksiniz

  • @saraorucova5367
    @saraorucova5367 Рік тому

    Hər şey qədərində.

  • @slalb.4623
    @slalb.4623 Рік тому +1

    Bes deyilər istiotla yeyiləndə keyfiyyetli olur

    • @aciheyat6170
      @aciheyat6170 Рік тому

      Sarikoku aci biber ve zencefille demleyib icin faydalarini gorun

  • @trgulmehtiyeva4852
    @trgulmehtiyeva4852 Рік тому +2

    Mən insut xəstəsiyəm əlim ayağım paralic idi sarıkök ayaqlarımı açdı indi sərbəst yeriyirəm.sarıköku dərman kimi qəbul olunur, suyumuza,yağınızada diqqət yetirsin...

  • @babekyusubov9739
    @babekyusubov9739 Рік тому +1

    TAM ACIQLAMAYA ÜSDÜNLÜK VERMİRSİNİZ.NECƏ NƏ CÜR.İSDİFADƏ QAYDASINI TAM ACIQLAMASINI DEMİRSİZ.

  • @fuadnecefov2116
    @fuadnecefov2116 Рік тому

    FAYDALI MƏSLƏHƏTİNİZƏ GÖRƏ SİZƏ DƏRİN TƏŞƏKKÜR EDİRƏM

  • @user-di7oi3wv4p
    @user-di7oi3wv4p 3 місяці тому

    Men qizili sud hazirladim icdim medemde qarnimda cox aĝridi birde icmedim

  • @nazilemeherremova351
    @nazilemeherremova351 Рік тому

    Ən yaxşısı Sarıkökü çubuq formada alıb əzmək.

    • @birbaxkanal
      @birbaxkanal  Рік тому +1

      o bəli çox yaxşıdır

    • @vetensevr4546
      @vetensevr4546 2 місяці тому

      Sarıkök çubuq formasında olmur, kök formasında olur

  • @raziyehidayetqizi2519
    @raziyehidayetqizi2519 Рік тому

    Bəs qəbul qaydasını niye demədiz

  • @adszhesab9054
    @adszhesab9054 Рік тому +1

    Bele cixirki sarikokde yox yoxdur.

  • @Yashar707a
    @Yashar707a Рік тому +2

    Bəli, dahi Nizami Gəncəvi demişkən:
    "Bir inci saflığı varsada suda, artıq içiləndə dərd verir o da."
    Tak şto, sarıkökdən istifadə edəndə həddi aşmayın.

  • @user-gj5bk8zy8t
    @user-gj5bk8zy8t 9 місяців тому

    bu geder danışdıı amma nece gebul etmek lazımdı demedı etım tökuldu

  • @ElsadMemmedov-kc1sb
    @ElsadMemmedov-kc1sb 22 дні тому

    Sarikok men isdifade edrem kim tam saqlam qalmaq isdeyir isdifade etsin

  • @Astha-nc9fr
    @Astha-nc9fr 5 місяців тому

    Faydasını bildik istifadəsinidə desəniz pis olmaz

  • @hacidayi9531
    @hacidayi9531 Рік тому +2

    Sarı kök - yer kökü bunlar eyni tərəvəz deyil ???

  • @xatirex7437
    @xatirex7437 3 місяці тому

    Sarıkök ün başqa adı ZƏRDcaldımı❓

  • @azerbaycanbak3466
    @azerbaycanbak3466 Рік тому +4

    Dostumun qanında revmatizm var hər gün sarıkökü südə qatıb içir amma normasında. Deyir heç bir dərmana ehtiyac yoxdur.

    • @birbaxkanal
      @birbaxkanal  Рік тому +1

      Allah şəfa versin

    • @vusalehidayetova1160
      @vusalehidayetova1160 Рік тому

      Salam əleykum bağışlayın narahatçılığa görə üzr istəyirəm zəhmət olmasa dəyərsiz o qarışığı necə içir

  • @user-gj5bk8zy8t
    @user-gj5bk8zy8t 9 місяців тому

    lap etim tökuldu nece ıstıfade etmek lazımdı cox danışdın amma esas mesele galdı

  • @basti8788
    @basti8788 Рік тому

    Noldu sarıkök bəs edirki hər şeyi əvəz edirda başqa heç nə lazım deyilki təkcə sarıkök yesək əla olacaq

  • @ruhiyyorucova545
    @ruhiyyorucova545 Рік тому

    Bu qədər sayırsınız ama anası xəstəliyə necə nə cür istifadəsini deyirsiz. Bizdə bilirik xeyirlidir istifadə qaydalarınıkı deyirsiz. Bu qədər danışmağınız boşdur

    • @renabehramova2720
      @renabehramova2720 Рік тому

      Sarikoku istotla ve yagla birlikde tavada qaynar edirik,bisiririk.cunki istiot ve yag olmasa sarikok bagirsagda sovrulmur.istiot onun sovrulmasina komek edir