Sarıkökü Qara İstiotla Yeyin - Görün Başınıza Nələr Gələcək...

Поділитися
Вставка
  • Опубліковано 19 жов 2024
  • #demədidemə #sarıkök #azerbaycan
    Sarıkökün həll edə bilmədiyi sağlamlıq problemi yoxdur. Bəli, çoxlarınıza absurd kimi görünsə də, bu həqiqətdir. Yəqin aranızda bu sözümə gülənlər də olacaq. Ona görə dediyim fikri faktlarla bir-bir izah edəcəm. Əminəm siz bunları eşitdikdən sonra çox təəccüblənəcəksiniz. Diqqətiniz məndə olsun.
    Bazarlarda, marketlərdə sarıkökü əksər halda biz toz şəklində görürük. Əksər adam onu iyləyib, sonra alıb-almamaq barədə qərar verir. Lakin bu qoxuya nə qədər etibar edək? Bəlkə dadlandırıcı qatılıb? Bu barədə yəqin ki çoxlarınız düşünüb. Bildirim ki, Qara istiot və ya adi yaşıl bibərlə bərabər qəbul edildiyində sarıkökün təsiri çoxalır. Əgər sarıkökü qidaların tərkibində deyil, qida əlavəsi kimi qəbul etmək niyyətindəsinizsə, marketdən bibərsiz və ya istiotsuz çıxmayın. İstiot-sarıkök qarışımına azacıq yağ da əlavə etsəniz, pis olmaz. Çünki sarıkökün tərkibindəki kurkumin maddəsi də daxil olmaqla, bitki mənşəli qida maddələrinin əksəriyyəti yağda həll olur. “Bəs hansı yağdan alım?” sualı ilə qarşı-qarşıyasınızsa, siyahıya diqqətlə qulaq asın:
    -kərə yağı;
    -zeytun yağı;
    -günəbaxan yağı;
    Bir şeyi də bilməlisiniz ki, bitki mənşəli qidaların çoxu istiyə qarşı həssasdırlar. Yəni onları isti yeməyə əlavə etsəniz, faydasını 100% görə bilməyəcəksiniz. Sarıkök məhlulu alarkən bu məqama da diqqət etməlisiniz. Məsələn; qablaşdırmada onun necə hazırlanması barədə məlumatı tapın və oxuyun. Ən ideal məhlul dondurulmuş sarıkökdən alınandır. Çünki dondurulan zaman, belə deyim, bitki yuxuya gedir. Oyanarkən bütün faydası ilə qarşımızda olur. Sarıkökün istiliyə məruz qalaraq istehsalatda sarıkök məhluluna çevrilməsi zamanı isə onun tərkibindəki faydalı maddələrin bir qismi yox olur.
    Əgər əlinizin altında sarıkök yoxdursa və onu müalicə vasitəsi kimi rahat qəbul etmək istəyirsinizsə, sizə Herba Flora şirkətinin Kurkum 10 təbii sarıkök kapsulunu tövsiyyə edirik. Kurkum 10 kapsulu tam olaraq sarıkökün özündən hazırladığı üçün xüsusilə onkoloji xəstəliklərin profilaktikası zamanı tövsiyyə edilir. O, orqanizmdə sərbəst radikalları neytrallaşdıraraq, xərçəng hüceyrələrinin əmələ gəlməsinin qarşısını alır.
    Həkimlər sarıkökdən qədərində istifadə etməyi tövsiyə edir. Çox miqdarda sarıkök qəbul eləmək böyrəklərdə daşların əmələ gəlməsinə səbəb olur, qanda şəkərin miqdarının aşağı düşməsini çətinləşdirir. Kurkum 10 təbii sarıkök kapsulu bu problemlərdən sizi qoruyur. Məhsul qaraciyərimizi təmizləyir, immuniteti gücləndirir, qanda xolesterol və qlükozanın səviy¬yəsini tənzimləyir. Həzmi və iştahanı yaxşılaşdırır. Mədəbağırsaqlarda xroniki xora və eroziva yaraların sağalmasını sürətləndirir. Həmçinin, dəridə qırışların yaranmasını ləngidir, yaşlanma əleyhinə effekt verir. Siqaret çəkənlərdə siqaretin zərərli təsirlərini aradan qaldırır. Kurkum 10 kapsulunu Aptek və Fito Clublardan soruşun.
    İndi də videonun əvvəlində dediyim Sarıkökün möcüzə faydalarından danışacam.
    Sarıköklə bağlı aparılan araşdırmaların, əsasən, 2 əsas mövzusu var. Bunlardan birincisi iltihablanmadır. İkincisi isə xərçənglə bağlıdır. Sarıkökün qeyri-adiliyi bir də ondadır ki, onun heç bir əks-təsiri yoxdur. Belə deyim, sarıkökün ayağında heç ölüm işi yoxdur.
    Həddindən artıq qəbul etsəniz belə, cüzi həzm problemləri olar, ya yox. Bəzi dərman preparatlarının orqanizmdəki fəaliyyəti araşdırıldı. Məlum oldu ki, həmin dərmanlarla yan-yana qəbul ediləndə belə, sarıkök orqanizmə ziyan vurmur. Çünki o, adaptasiya olmaq qabiliyyətinə malikdir.
    Ədviyyatın antioksidant xüsusiyyətindən danışaq… Əslində, sarıkök orqanizmdəki bütün antioksidantları hərəkətə keçirir, qlütation miqdarını artırır. Vücudumuzda antioksidantları “açan” və “bağlayan” genlər var. Sarıkök oksidləşmə və iltihablanma ilə bağlı sərbəst radikalların verdiyi xəsarətlə savaşmağa kömək etmək üçün antioksidantları “açır”.
    Sarıkökün beyin və sinir sisteminə faydası da böyükdür. Alzeymer, parkinson kimi xəstəliklər, digər nevroloji pozğunluqlar zamanı istifadəsi müsbət nəticələrə gətirib çıxarır. Bunu həyata keçirilən sınaqlar da təsdiqləyib. Beyin damarlarında tıxanıqlıq yaranmasına mane olan möcüzəvi ədviyyat kardiovaskulyar təsirlərə də malikdir. Qan təzyiqini aşağı salır, qanda lipidləri azaldır, ateroskleroz zamanı damarlardakı yığıntıların topalanmasını ləngidir. Eyni zamanda, arteriyaların daxilini təmizləyir, orada hər hansı iltihablanmanın əmələ gəlməsinə mane olur.
    Sarıkök güclü antimikrobdur. Virusları, bakteriyaları, mikrobları yox etməklə qalmır, hüceyrələrdəki problemləri də aradan qaldırır. Apoptoz prosesini nəzarətdə saxlayır, onun baş verməsinin qarşısını önəmli dərəcədə alır. Bu da o deməkdir ki, xərçəngin əmələ gəlməsinə mane olur. Xərçəngin müalicə metodlarından olan kimyaterapiyanın əks təsirlərini azaltmaq üçün xəstənin rasionuna sarıkök daxil edilməsi vacibdir.
    #sağlamlıq #zerdeçal #kurkuma #kurkum10

КОМЕНТАРІ • 35