Bir şirin bibər yüz dərmandan yaxşı imiş - TAM İSTƏDİYİNİZ ŞEY

Поділитися
Вставка
  • Опубліковано 30 вер 2024
  • Bu gün şirin bibərin faydalarından və zərərlərindən danışacağam. Bolqar bibəri də adlanan şirin bibər hər zaman əlçatandır. Tərəvəz çox faydalıdır; tərkibində bol miqdarda minerallar və vitaminlər var. Qırmızı, sarı və yaşıl rəngdə olur, hər biri də özünəməxsus xüsusiyyətlərə malikdir. Gündəlik qəbul edilən bibərin ürəyin və həzm sisteminin işini yaxşılaşdırdığı elmi cəhətdən sübut olunub. Qırmızı şirin bibər gözlərə xeyirdir. Həmçinin, anemiyanın və xərçəngin profilaktikasında da faydalıdır. Bolqar bibərinin yan təsirləri, demək olar ki, yoxdur. Hamilə qadınlar belə, onu ürəklə yeyə bilər; bibər döldə sinir sistemi xəstəliklərinin əmələ gəlməsinin qarşısını alır.
    Arxeoloqlar şirin bibərin toxumlarına Meksikada qədim yaşayış məskənlərində rast gəliblər. Kolumbun səyahətindən sonra Avropa bu tərəvəzlə tanış olub. İlk vaxtlarda o, cır idi. Sonra mədəni bitki statusu aldı.
    Gözə faydası. Yaş artdıqca ən çox rast gəlinən göz xəstəliklərindən biri kataraktadır. Alimlər müəyyən edib ki, qırmızı şirin bibərin tərkibində lutein və zeoksantin var. Hər iki maddə kataraktanın inkişafını ləngidir. Tərkibindəki antioksidantlar sayəsində bibər hüceyrələri qoruyur və sərbəst radikalların onlara xəsarət yetirməsinə mane olur. Göz qişasında istənilən deformasiyanın qarşısını alır, katarakta riskini iki dəfə azaldır.
    Yüksək təzyiq zamanı. Bolqar bibəri ürək-damar sistemi üçün faydalı olan mikroelementlərlə, məsələn; maqnium və kaliumla zəngindir. Onlar damarlardakı spazmları yox edir, nəticədə, arterial təzyiqin səviyyəsi azalır, qan dövranı yaxşılaşır. Bu da bütün orqanların lazımi şəkildə qidalanmasını təmin edir.
    Anemiyanın profilaktikasında. Anemiya qanda eritrositlərin səviyyəsinin azalmasıdır. Səbəbləri müxtəlif olsa da, ən geniş yayılmışı dəmir çatışmazlığıdır. Xroniki qanaxma, dəmirlə zəngin qidaların az qəbul edilməsi, hamiləlik, ağır iş dəmir çatışmazlığı yaradır. Qırmızı bibər anemiyanın profilaktikasında faydalıdır. Çünki qan yaranması üçün vacib olan 2 komponentə-dəmirə və C vitamininə malikdir. C vitamini dəmirin mənimsənilməsinə kömək edir. Fransalı alimlər tövsiyə edir ki, anemiyanın profilaktikasında və müalicəsində yaxşı nəticə əldə etmək üçün C vitamini ilə zəngin qidalar yeyilməlidir.
    Damarların möhkəmlənməsi. Tərkibindəki nikotin turşusu sayəsində qırmızı bibər damarların divarlarını möhkəmləndirir. Bu isə divarları dözümlü və elastik edir. Nəticədə, arterial təzyiqi optimal səviyyədə saxlamaq imkanı yaranır. Həmçinin, varikoz genişlənmənin və vegetativ damar distoniyasının qarşısı alınır.
    Həzm prosesinin yaxşılaşması. Argentinalı alimlər sübut edib ki, şirin bibər həzm sisteminin işinə kömək edir. Bu da o deməkdir ki, rasionunda bibər olan insanlar qaz, ishal və qəbizlik kimi narahatlıqlarla tez-tez üzləşmirlər. Tərəvəzdəki qida lifləri bağırsağın mikroflorasına müsbət təsir göstərir, disbaketriozun profilaktikasında effektivdir. Mütəmadi olaraq, yeyilən şirin bibər yoğun və düz bağırsaq xərçənginin irəliləməsinə mane olur.
    Xərçəngin profilaktikasında. Qırmızı bibərdəki likopen maddəsi güclü antioksidantdır. O, hüceyrələri sərbəst radikalların hücumundan və stressdən qoruyur. Həmçinin, hüceyrə DNT-sindəki mutasiya riskini aşağı salır ki, bu da xərçəng riskinin iki dəfə azalması deməkdir. Tərəvəzdə bol miqdarda C vitamini də var. O da antioksidantdır və likopenə funksiyasını yerinə yetirməkdə dəstək olur. Beləcə, C vitamini və likopenin birgə fəaliyyəti xərçəng riskini önəmli dərəcədə azaldır.
    Arıqlamaq üçün. Bibər metabolizmanı sürətləndirir və artıq yağları yandırır. O, bunlara tərkibindəki kapsaisin sayəsində nail olur.
    Ürək-damar xəstəliklərinin profilaktikasında. Bibərin ürək-damar sistemini qoruduğunu artıq bilirik. Çünki o, damarları möhkəmlədən C vitamini ilə və ürəyin “dostu” kaliumla zəngindir. Üçüncü faktor kapsaisindir ki, bu birləşmə damar tıxanıqlığı yaradan pis xolesterinin səviyyəsini aşağı salır.
    Qadın orqanizmi üçün faydaları. Bibər metabolizmanı sürətləndirir, bu isə arıqlamaq istəyən qaıdnların arzusudur. Bibərin malik olduğu qida lifləri həzmə kömək edir, orqanizmdə yağ depolanmasına mane olur. C vitamini sayəsində isə, dəri təravətlənir və daha hamar, təmiz olur, sağlam və gənc görünür. Möcüzəvi tərəvəzdən hazırlanan maska saçları möhkəmləndirir, onları daha sıx və parlaq edir. Bibər sinir sistemini normallaşdırır, stresslə mübarizə aparır, ürək rahatlığı qazandırır, klimaks və aybaşı vaxtı əhval-ruhiyyəni stabil saxlayır.
    Kişi orqanizmi üçün faydaları. Selen və sink kişi orqanizmi üçün vacibdir və hər ikisi bibərin tərkibində mövcuddur. Bu maddələr sonsuzluğun qarşısını alır. Tərəvəz tonuslaşdırıcı xüsusiyyətə malikdir. Gərgin fiziki əməklə məşğul olmadan öncə bibər yemək kişi orqanizmini gümrah saxlayır. Bibər qan dövranını yaxşılaşdırığı üçün onu cinsi zəiflik və sonsuzluq kimi xəstəliklərin kompleks müqalicəsinə daxil edirlər. Bibərdən hazırlanmış məhlul kişilərdə saç tökülməsinin qarşısını alır.

КОМЕНТАРІ • 101