🧜🏽‍♂️ Su sakinləri: Balıqlar, Su onurğasızları və qurbağa| Baliqlar, Su onurgasizları və qurbaga🐠🐟🐸

Поділитися
Вставка
  • Опубліковано 7 січ 2021
  • Videoları bəyənməyi unutmayın 👍🏻👍🏻👍🏻
    Su sakinləri: Balıqlar, Su onurğasızları və qurbağa| Su sakinleri: Baliqlar, Su onurgasizları ve qurbaga
    🐳🐋🐟🐠🐡🦈Balıqlara okeanlarda,dənizlərdə,çay və göllərdə bir də akvariumda rast gəlmək olar.
    Onlar həddən artıq çirklənmiş yerdə yaşamırlar. Balıqlar onurğalı canlılardır, yəni onların sümükləri vardır. Onların bədənləri pulcuqlarla örtülü olur. Balıqların bel,qarın və sinə hissəsində üzgəcləri var. Onlar bu üzgəclər vasitəsilə suda üzə bilirlər.
    Balıqlar qəlsəmələr vasitəsilə nəfəs alırlar.
    Balıqlarda hissiyat çox güclüdür. Onlarda yan tərəflərdə həssas reseptorlar var. Bu reseptorlar suyun dalğasına görə digər üzən balıqların hərəkətini müəyyən edir. Balıqlar yosunlarla, xırda balıq və xərçənglərlə qidalanırlar. Balıqlar kürü qoymaqla çoxalır, amma bunu bütün balıqlara aid etmək olmaz. Balıqları bəzi xüsusiyyətinə görə bir-birindən fərqləndirmək olar.
    Şirin su yəni çay balıqlarına durna balığı, xanı balığını misal göstərmək olar.
    Duzlu su yəni dəniz balıqlarına nərə,qızıl, köpək balığını, siyənək balıqlarını misal göstərmək olar.
    Köpək balığı ,xanı, gürzə, tilovlu balıq yırtıcı balıqlardır.
    Su onurğasızlarına xərçənglər, meduzalar və səkkizayaqlar daxildir.
    Xərçəng 🦀
    Xərçənglər yan-yan yeriyir, çünki ayaqları sadəcə bu istiqamətə doğru bükülür. Xərçənglər həm ot, həm ət həm də yosun ilə bəslənirlər.
    Dənizdən çıxarılan xərçənglərin qanı mavi rəngdədir.
    Meduzalar - gözəl, amma təhlükəli dəniz canlılarıdır. Onların bədənlərinin şəffaflığı insanı məftun edir. Amma meduzalara toxunmağa tələsmək lazım deyil. Aralıq dənizində yaşayan meduzalara toxunduqda onlar insan bədənini “yandırırlar”. Meduzaların orqanizmlərinin 98 faizi mayedən ibarətdir. Bu, ona yüksək təzyiqə davam gətirməyə kömək edir. Meduzalar sualtı axınlarda hərəkət edirlər. Lakin əzələlərini sürətlə yığıb-açmaqla özləri də suda hərəkət edə bilirlər.
    Səkkizayaqlı ilbiz qeyri-adi xarici görünüşə malikdir. Ona baxanda heç nə başa düşmək olmur: başı və ətrafları haradadır, ağzı və gözü harada yerləşir? Əslində isə hər şey çox sadədir. yuxarı hissədə iri gözləri yerləşir. Səkkizayaqlı ilbizin ağzı çox kiçikdir və dimdiklə əhatələnib.
    Dimdik onlara qidanı xırdalamaq üçün lazımdır, çünki onlar ovlarını bütöv şəkildə uda bilmirlər. Bu heyvanın 3 ürəyi var. Səkkizayaqlı ilbizin qanı... mavidir!
    Dəniz ulduzu
    Dəniz ulduzu dövrümüzə qədər gəlib çıxan ən qədim heyvanlardan biridir. Onun Ağzı bədəninin alt hissəsində yerləşir. Kənardan baxanda dəniz ulduzu hərəkətsiz görünə bilər. Əslində isə bu canlı olduqca yavaş hərəkət edir.
    🐸 Qurbağalar suda və quruda yaşayan canlılardır. Onlar suda qəlsəmələr vasitəsilə quruda isə ağ ciyərləri ilə nəfəs alırlar. Qurbağalar tullanaraq hərəkət edirlər. Onların tullanışı və sıçrayışı üzməsi kimidir. Qurbağanın dərisindən pis qoxu gəlir və o bu qoxu vasitəsilə öz düşmənlərindən qorunur. Onlar kürü qoymaqla çoxalır. Kürüdən əvvəlcə çömcəquyruq çıxır və onlar böyüdükcə ətrafları əmələ gəlir daha sonra onların quyruqları yoxa çıxır, nəticədə qurbağaya çevrilirlər. Quyruqlu qurbağalar salamandr adlanır. Qurbağaların uzun və yapışqan dilləri vardır, onlar həşəratlarla qidalanırlar.
    #baliq #balıq #susakinleri #suonuragsizlari #bakiavropaliseyi #azadlaoyren #azadlaöyrən

КОМЕНТАРІ •