💥Heyvanlar aləmi 2-ci hissə (həşəratlar, hörümçəklər)|Heseratlar, horumcekler

Поділитися
Вставка
  • Опубліковано 1 січ 2021
  • Quruluşuna görə heyvanlar 2 yerə bölünür.
    1. Onurğalı, yəni sümükləri var
    2. Onurğasız yəni sümükləri yoxdur
    Onurğasız heyvanlara həşəratlar,hörümçəklər, su onurğasızları daxildir.
    Dostlar, bu gün biz sizinlə həşəratlar və hörümçəklər haqqında danışacağıq.
    Həşəratlara misal olaraq,
    Kəpənək, arı, qarışqa,çəyirtkə,parabüzən və milçəkləri göstərmək olar.
    Həşəratlar 6 ayaqlı olur,
    qanadı olan da var olmayan da var,
    gəzir, tullanır ya da uçurlar.
    sümüksüz olurlar.
    Arı və qarışqalar böyük ailələrlə yaşayırlar.
    Bal arıları sizcə nəyə görə çiçəklərin ətrafında gəzir. Gəlin birlikdə öyrənək. Bal arıları çiçəkdən çiçəyə uçaraq çiçəyin içindəki nektarini çəkir. İçib qurtardıqdan sonra yuvalarında bal hazırlayırlar. Hər arı yuvasında ana arı və çoxlu işləyən arı yaşayır. İşləyən arılar bir biri ilə köməkləşib pətəklərdə bal hazırlayırlar. Arılar çox balaca olduqları üçün özlərini iynələri ilə qoruyurlar
    Kəpənəklər həyata yarpaq üzərində qoyulmuş yumurtadan başlayır. Yumurtadan xırda tırtıl çıxır və yarpağı yeyərək sürətlə böyüyür. Tırtılın dərisi bərkiyir və o, pupa çevrilir. Bir neçə gündən və ya həftədən sonra kəpənək pupu deşir və ordan çıxır. Qanadları quruyan kimi isə uçub gedir. Kəpənklər istilər düşəndə, yəni yaz aylarında əmələ gəlirlər. Yaz aylarında siz ətrafa fikir versəniz havada uçuşan çoxlu kəpənəklər görə bilərsiniz.
    Qarışqalar yuvada yaşayır. Qarışqa yuvalarında ən azı bir kraliça qarışqa olur. Kraliça qarışqanın qanadları olur. Qarışqalar çəkilərindən 10 dəfə, hətta 100 dəfə artıq yük götürmək bacarığına malikdirlər.
    Hörümçəklər yırtıcı heyvanlardır. Yadınızdadırmı yırtıcı heyvan hansı heyvanlara demişdik. Əgər yadınızdan çıxıbsa yuxarıdakı linkdən baxa bilərsiniz. Bəs görəsən hörümçəklər nəyə görə tor hörür? Hörümçəklər də digər canlılar kimi həyatda qalmaq üçün yemək yemələri lazımdır. Buna görə onlar bədənlərində olan xüsusi vəzilər ilə möhkəm ipək sap istehsal edir.
    Bu torlar o qədər yapışqandır ki, həşaratlar ona yapışıb qalırlar. Həm də bir o qədər elastikdir. Böcəklər tora çox sürətli dəysə də tordan qopmazlar. Beləcə hörümçək lazım olan yeməkləri özü üçün tutur. Hörümçəyin yanına sakitcə yaxınlaşıb necə tor hördüyünü siz də görə bilərsiniz. Hörümçəklər həm də özlərinə tordan yuva da düzəldirlər.
    Hörümçəklər həşərat sayılmır, axı onların 8 ayağı var. Həşəratların 6 ayağı olur.
    Bəzi həşəratların insanlara faydası var.
    Arılar insanlara bal verir.
    İpəkqurdu isə ipək sapları əldə etməyə imkan verir.
    🙋‍♂️ Heyvanlar aləmi haqqında aşağıdakı linklərdən keçid etməklə digər videolarıma baxa bilərsiniz 👇:
    ✅ Su sakinləri. Su onurğasızları və qurbağa 🐸🐬🐠🐟🦑🐙🦞🦀: • 🧜🏽‍♂️ Su sakinləri: Ba...
    ✅Sürünənlər 🐊🐢🐍🦎: • ❇️ Heyvanlar aləmi 3-c...
    ✅Ev və vəhşi heyanlar; ot yeyən,ət yeyən və hər şey yeyən heyvanlar 🐶🐱🐹🐷🦝🐵🦁🦘: • Heyvanlar aləmi 1-ci h...
    #bakiavroapaliseyi #azadlaoyren #azadlaöyrən
    #heyvanlar #hayvan #hayvanlar #heseratlar #Həşəratlar #horumcekler #hörümçəklər #kepenek #kəpənək #qarisqa #qarışqa #arı
    kepenek,qarisqa,ari,

КОМЕНТАРІ •