Heyvanlar aləmi 1-ci hissə (ev və vəhşi heyanlar; ot yeyən,ət yeyən və hər şey yeyən heyvanlar)

Поділитися
Вставка
  • Опубліковано 26 гру 2020
  • Siz hansı heyvanları tanıyırsınız . Rəylərdə yazmağı unutmayın.
    Yaşadıqları yerə görə heyvanlar
    Ev heyvanları və Vəhşi heyvanlara bölünür.
    Ev heyvanlarına insanlar qulluq edir və bu heyvanların insanlara faydası var
    Vəhşi heyvanlar isə çöldə, meşədə yaşayan heyvanlardır. İnsanlardan asılı deyillər.
    Bəzi vəhşi heyvanları insanlar əhilləşdirir. Biz onları sirklərdə görə bilirik. Hətta bəzilərini zooparklara da gətirirlər ki, onları gedib görə bilək. Əslində, heyvanları təbiətdən məhrum etmək olmaz
    Ev heyvanlarının bəziləri ilə gəlin tanış olaq.
    İnək, it,pişik,at
    insanlar inəyin ətindən, südündən istifadə edirlər, hətta qədim vaxtlarda texnikalar olmayan vaxtlar inəklər tarlaları şumlamaq üçün də istifadə olunurdu
    Dostlar, itlər isə insanların ən sadiq dostu hesab olunur. Çobanlar itlərdən qoyunları vəhşi heyvanlardan qorumaq üçün istifadə edir, polislər oğruların gizlətdiklərini tapmaq üçün istifadə edir, hətta itlərdən qarlı yerlərdə nəqliyyat vasitəsi kimi istifadə olunur) , pişik (pişiyi də insanlar çox sevirlər, həm də pişiklərdən siçanı da tutmaq üçün istifadə edirlər), at (atdan həm nəqliyyat vasitəsi kimi istifadə olunur, həm də bəzi ölkələrdə ətindən də istifadə edirlər)
    Vəhşi heyvanlarla da tanış olaq.
    Aslan,Kirpi, Sincab, tülkü, fil, zürafə,dovşan,ayı, meymun, zebra, tısbağa, dəvə, maral, canavar,kenquru,ceyran, pələng, bəbir
    Bu heyvanlar insanlardan asılı deyil. Yeməklərini özləri tapıb yeyirlər.
    Qidalanmasına görə heyvanlar:
    Ot yeyən heyvanlar
    yırtıcı, yəni ət yeyən heyvanlar
    Hər şey yeyən heyvanlara bölünürlər
    Ot yeyən heyvanlarla tanış olaq
    İnək, qoyun, maral, fil,kenquru,ceyran,dovşan,kirpi
    Yırtıcı, yəni Ət yeyən heyvanlarla tanış olaq
    İt , şir, pələng, canavar, tülkü, çaqqal, bəbir,
    Hər şey yeyən heyvanlarla tanış olaq
    Siçan(siçanlar xırda həşəratlar və bitki məhsulları ilə qidalanırlar), qonur Ayı (Qidası fəsillərdən asılı olaraq həm bitki, həm də heyvan mənşəlidir. Meyvə gilələrindən, baldan, həşaratlardan əlavə yazda qar uçğunlarında tələf olmuş heyvanların cəsədini yeyirlər) ,Meymun(yarpaqlar və meyvələr, kiçik heyvanlarla qidalanırlar), donuz (donuzlar da həm ət, həm də ot ilə qidalanırlar).
    #azadlaoyren #azadlaöyrən #bakiavropaliseyi #bakıavropaliseyi #heyvanlar #heyvanlar

КОМЕНТАРІ •