YÜKSƏK TƏZYİQİ DƏRMANSIZ aşağı salan üsul - Həkimlər niyə demir?

Поділитися
Вставка
  • Опубліковано 29 сер 2024
  • #demədidemə #təzyiq #tansiyon
    Yüksələn təzyiqi dərmansız şəkildə aşağı salmaq mümkündür. Bunu bilirdinizmi? Həkimlər təzyiq problemi olanlara vəziyyəti nəzarətdə saxlamaq üçün dərmanlar yazırlar, müalicə üçün yox. Lakin indi haqqında danışmaq istədiyim 10 addımı tətbiq edərək təzyiqə dərmansız şəkildə qalib gələ bilərsiniz. Ən azından, istifadə edilən dərmanların sayını azaldarsınız.
    Təzyiqdən qorxmaqdansa, həyatınızdakı müəyyən şeyləri dəyişin.
    1) Az karbohidratlı qidalanmaq. Təzyiqin əsas səbəbi orqanizmin maye-duz balansındakı pozulmalardır. Artıq maye, artıq duz miqdarı damarlarda şişkinlik yaradır. Şişən, gərginləşən damarlar təzyiqin qalxmasına vəsilə olur. Az karbohidratlı qidalanma təzyiqi salmaq naminə başlanan prosesin əsas mexanizmidir. Çünki orqanizmdə mayeni və duzu tutub saxlayan karbohidratlardır. Burada bilməli olduğunuz nüans odur ki, orqanizmdəki artıq maye və ya duz problemi mayenin və duzun qəbulunun deyil, xaric edilməməsinin nəticəsidir. Duzu xaric edən böyrəklərimizdir. Sadəcə, biz yüksək karbohidratlı rasionumuzla, gedib-gəlib atışdırdığımız fast-foodlarla, ədviyyatlı çərəzlərlə orqanizmi yükləyirik. Bunlar insulin səviyyəsinin yüksəlməsinə gətirib çıxarır. İnsulin səviyyəsi yüksəldikcə mayenin və duzun orqanizmdə saxlanmasına, damarların şişməsinə, sonda təzyiqin qalxmasına səbəb olur. Əgər təzyiqi məğlub etmək niyyətindəsinizsə, əvvəlcə, az karbohidratlı rasiona riayət edin. Çalışın ki, gündəlik qidanızın yalnızca 30%-indən kalori alın. Beləcə, orqanizmin insulinə qarşı həssaslığını təkrar qazanacaqsınız. Maye və duz orqanizmdən lazımi zamanda və lazımi miqdarda xaric olunacaq. Böyrəkdəki orqanizmi qoruyan mexanizmlər aktivləşəcək, təzyiq təbii şəkildə düşəcək. Gördüyünüz kimi, az karbohidratlı qidalanma arterial hipertenziyanın dərmansız həlli üçün ən asan çıxış yoludur.
    2) Toksik yağlardan qurtulmaq. Sizə qəribə gələ bilər, amma bir statistikanı nəzərinizə çatdırım. Müasir dövrümüzdə yaşı 30-u adlamış insanların 1/3-i, yaşı 40-dan yuxarı olanların 1/2-i təzyiq xəstəsidir. Səbəb isə Omega-6 yağ turşularının orqanizmdə depolanmasıdır. Biz Omega-6 yağ turşularını rafinə edilmiş yağlarla qəbul edirik. Məsələn; günəbaxan yağı, qarğıdalı yağı, soya yağı, raps (kanola) yağı kimi məhsullar rafinə edilmiş yağlardır. Orqanizmdə Omega-3 və Omega-6 balansı pozulduqda iltihablanma başlayır. Bu iltihablanmanın ən birinci xəsarət verdiyi orqan pankreasdır. Pankreasın hüceyrələrindəki gündən-günə genişlənən xarabalıqlar damarların divarlarına da sirayət edir. İnsulin səviyyəsi, ardınca da təzyiq yüksəlir. Mətbəximizdəki yağlara diqqət etməyə borcluyuq. Çünki həyat qarşısında sağlam yaşamaq öhdəliyimiz var. Əgər Omega-6 deposu bitki yağlarını almaqda, onları yeməklərimizə tökməkdə davam ediriksə, istədiyimiz qədər Omega-3 əlavəsi qəbul etsək belə, balans istədiyimiz kimi olmayacaq.
    3) Emal edilmiş qidaları rasiondan çıxarmaq. Burada termik emaldan keçirilmiş, qida əlavələri ilə zənginləşdirilmiş qidalar nəzərdə tutulur. Evdə bişirdiyi ətə heç kim nitrit, natrium qlutamat, nitrozamin əlavə etmir. Yaxud bu əti kalium, natrium ilə zənginləşdirmək kiminsə ağlına da gəlmir. Gedib marketdən, xüsusilə, hisə verilmiş sosiskalar, kolbasalar aldığımızda, palma yağı ilə hazırlanan krakerləri, çipsiləri, şirniyyatları qutu-qutu səbətimizə yığdığımızda bilməliyik ki, bunlar diabet və hipertenziya risklərini artırır. Emala məruz qalmış qidalar vasitəsilə orqanizmə yüksək miqdarda rafinə edilmiş yağlar, duzlar, rafinə edilmiş şəkər, natrium qlutamat daxil olur ki, hamısı da arterial hipertenziyaya səbəb olur. Gənclərin təzyiq xəstəsi olması elə onların bu cür atışdırmalıqlar və hazır şirniyyat sevdasından qaynaqlanır. Ümid edirəm ki, bu videoya baxdıqdan sonra uşaqlarınıza bu cür “çaka-çuka” məhsullar aldığınız zaman iki dəfə düşünəcəksiniz.
    4) Şəkərsiz həyatı seçmək. Karbohidratları azaltmağı dedim, amma şəkərləri azaltmaq deyil, birdəfəlik rasiondan çıxarmaq lazımdır. Şəkər, əslində, dəyərli qidadır. Çünki orqanizmin fruktozaya, qlikozaya ehtiyacı var. Orqanizm bunları emal edir, yandırır, enerjiyə çevirir. Bəs, problem nədədir? Hə, məsələ yenə qidalanma vərdişlərindədir. Rasionunuz haqqında düşününcə, gün ərzində həddən artıq şəkər qəbul etdiyinizin fərqinə varacaqsınız. Bu artıq şəkərlər insulin müavimətinə, qaraciyərin yağlanmasına, damarların zədələnməsinə, nəhayət, arterial hipertenziyaya səbəb olur.

КОМЕНТАРІ • 98

  • @Yashar707a
    @Yashar707a 7 місяців тому +10

    Hə, çox yaxşı dediniz "atışdırma"...
    Bizim insanlar bütün günü atışdırırlar, sonrada deyirlər : bu gün heç nə yeməmişəm.))
    Hörmətli Bahadır bəy, baxıram siz millətin sağlam olmasından ötrü ciddi mübarizəyə girişmisiniz. Onu da bilin ki, bizim insanlar hətta oz orqanizmlərinə qarşı laqeyiddirlər. Adi bir toy axşamını götürsək görərik ki, elə bil bu insanlar özlərini düşmən kəsiliblər. İnsan necə saat axşam 6 dan 12 qədər, 6 saat müddətində bu qədər koloritli yemək yeyər?
    Dəhşətdir. Bu mübarizədə sizə uğurlar arzulayıram.

  • @senanehmedov3278
    @senanehmedov3278 7 місяців тому +8

    Allah köməyiniz olsun cəmiyyətə faydalı məlumat verən insanlar 🤲

  • @peasantvideo
    @peasantvideo 7 місяців тому +11

    Çox sağ olun dəyərli məlumatdır

  • @EyubSeyidov
    @EyubSeyidov 7 місяців тому +13

    Faydalı məlumata görə çox sağolun

  • @Ezize-yy1fu
    @Ezize-yy1fu 7 місяців тому +18

    DƏYƏRLİ VİDEODIR ÇOX SAĞOLUN

  • @violetline1460
    @violetline1460 7 місяців тому +13

    Tewekkurler meslehetinize gore

  • @elvinhamletsoy1256
    @elvinhamletsoy1256 7 місяців тому +6

    ÇOX SAĞOLUN.DEDİKLƏRİNİZİN HAMISI MƏN YAŞAYIRAM.ONA GÖRƏDƏ SİZƏ VİDEOLARINIZA BAXIRAM.

  • @fsanseyidova7882
    @fsanseyidova7882 7 місяців тому +8

    Dəyərli məlumat üçün çox sağ ol

  • @nutellka6517
    @nutellka6517 7 місяців тому +5

    Allah razı olsun dogru meslehetiniz ucun

  • @eyubseyidov250
    @eyubseyidov250 7 місяців тому +18

    Allah köməyiniz olsun😊

    • @ehmedmustafayev834
      @ehmedmustafayev834 7 місяців тому +1

      Bu videoda çox şeyləri öyrəndim duzu rasiyondan çixartdim məndə təzyiq olandi

  • @orxanmustafayev5044
    @orxanmustafayev5044 7 місяців тому +7

    Hər zaman olduğu kimi gözel faydalı fikirlər var olun Bahadur müəllim 👆🤌🤝🙏🇦🇿

  • @gulnarresulova885
    @gulnarresulova885 7 місяців тому +8

    Təşəkkür edirik .🤲🤲🤲🤲

  • @gulnarseyidova5194
    @gulnarseyidova5194 7 місяців тому +5

    Çox sağolun

  • @user-no4qs7zw7v
    @user-no4qs7zw7v 7 місяців тому +52

    Salam teziqi en çox qaldıran stresdir şeker xestesiyem her gün esebi oluram ailede her kəsin seni başa düşmesi lazımdır çox tesüfki olmur

    • @violetline1460
      @violetline1460 7 місяців тому +7

      Dur deyirsiniz hirslenmek təzyiqi qaldirir

    • @udjfjjfifif7098
      @udjfjjfifif7098 7 місяців тому +2

      Salam mən inisulun vururam yenə cox yüksəlir şirin yemirəm təzyiqimdə yüksək olur neyniyim xaiş edirəm başa salın

    • @user-do7wb2tk4s
      @user-do7wb2tk4s 7 місяців тому +1

      🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @ferbiyyeeliyeva2665
      @ferbiyyeeliyeva2665 7 місяців тому +1

      000000

    • @EsbetSahpelengova
      @EsbetSahpelengova 6 місяців тому

      Bu konudaki 😅😅 bu,j​
      12:26 @@violetline1460

  • @maryamorucova6040
    @maryamorucova6040 4 місяці тому

    Mawallah ne gozel daniwiq terzi,dinlemekden bezmedim cox sagolun faydali meslehetiniz ucun🙏

  • @QubadovEli
    @QubadovEli 6 місяців тому +1

    Cox saĝ olun.ixtisaslì hekim yanìna ĝetdikde bu geder deyerli meslehetleri demirler.

  • @qarabag2601
    @qarabag2601 7 місяців тому +8

    Təziqdən qurtulmaq istəyirsənsə Duzu mütləq 0 edin yagı azaldın təziq 120. 80 olacaq mən 30 ildən sonra düzəldim Şükür mütləq yeməyi duzsuz yeməyi bacarmalısan o beş qramıda atmayın yeməyinizə qurtulacaqsız gündə 1 limonu da suya sıxın icin

    • @xedicemehyeddinova9452
      @xedicemehyeddinova9452 7 місяців тому

      Duz da orqa nəzmə azda olsa lazımdır ay ogul düz deyirsən şəkər xəstəsiyəm amma duzsuz yemək yeyə bilmirəm

    • @qarabag2601
      @qarabag2601 7 місяців тому

      @@xedicemehyeddinova9452 Ay bacım deməyim odurki bunun tək yolu budur qurtulmaq ücün ya duzsuzu secməlisən yada təziqə davam duzu təziqin başqa müalicəsi yoxdur qızartmanıda azaldın 3 gün icində görəcəksiz faydasını mən bilirəm insan 5.6 qıram duz yeməlidir onsuzda məhsulların tərkibində duz olur şəxsən məndə duzsuz cətin yeyirəm amma yaşamaq istədiyim ücün duz yemirəm nəfislə mübarizə lazımdır mən iki gündür şənliklərdəyəm yeyirəm nə var hələki qalxmır təziqim arada yemək yəqinki olur Vallahi istəyirəm hamı qurtulsun bu təhlükədən 140 ..90 təziq riskili təziq sayılır yəni həkim boş şeydir təziq sarıdan .!!Allah şəfa versin sizədə

  • @user-vb9sf4mk5b
    @user-vb9sf4mk5b 5 місяців тому +1

    Dəyərli sözlər üçün çox sağ olun

  • @user-nj4ej3pg8b
    @user-nj4ej3pg8b 3 місяці тому +1

    Allah sizi qorusun əməl etmək lazımdır dəyərli məsləhətlırdir

  • @videofayl
    @videofayl 7 місяців тому +5

    TSK ,həmişəki kimi dolqun məlumatcun.Həm abunəyəm,həm bəgəndim, həm də rəy yazdım.

  • @user-jm9cs5fh2k
    @user-jm9cs5fh2k 7 місяців тому +5

    Salam cox sağ olun təziqdən cox əziyyət cəkirəm fayydalı məslətinizə görə təşəkur edirəm

  • @user-gi1hu6ud1q
    @user-gi1hu6ud1q 6 місяців тому +1

    Allah razi olsun sizlerden faydali melumatlariniz ucun

  • @user-qz4mr2hc5w
    @user-qz4mr2hc5w 7 місяців тому +4

    Чох саголун.Аллах Сизлери горусун.

  • @user-vu6ko7wf7w
    @user-vu6ko7wf7w 7 місяців тому +6

    Çox sağ olun dəyərli məlumatlar üçün

  • @afetbaxsiyeva6080
    @afetbaxsiyeva6080 6 місяців тому +1

    Çoox doğru deyirdiniz.amma həkimə getmək çooox çətin .1kurs özələ 300.350man lazım😢 necə gedək ay doktor..kaşbizə də Allah qismət eləyəydi qərbdəkikimi əmək haqüımız yediyimizə müalicəmizə çatardı.geyim 2ədəd ya1ədəd geyim.

  • @user-vb9sf4mk5b
    @user-vb9sf4mk5b 7 місяців тому +7

    Təşəkkürlər

  • @konulyusibov
    @konulyusibov 7 місяців тому +2

    Çox sağ olun

  • @user-cm8uq2gj1r
    @user-cm8uq2gj1r 7 місяців тому +1

    Allah sizin uğurlarınızı bol etsin ne gözel izah edirsiniz

  • @safiyamehdiyeva6776
    @safiyamehdiyeva6776 6 місяців тому +1

    Cox sag olun minnətdaram

  • @mahiragayev6449
    @mahiragayev6449 3 місяці тому

    Çox sağ olun hər zaman bizə faydalı məlumatlar verdiyinizə görə.Sizə uğurlar arzulayıram.

  • @senuberqayibova7191
    @senuberqayibova7191 7 місяців тому +5

    Okey abune oldum.

  • @fsanseyidova7882
    @fsanseyidova7882 7 місяців тому +3

    Təşəkkür

  • @nerimanasgarov3223
    @nerimanasgarov3223 2 дні тому

    ALLAH KÖMƏYİNİZ OLSUN

  • @entiqeallahverdiyeva3239
    @entiqeallahverdiyeva3239 6 місяців тому

    Təşəkkur edirəm dəyərli məsləhətinizə🤲👍💯

  • @user-ec9ml8ut3f
    @user-ec9ml8ut3f 7 місяців тому +4

    Var.olaslnlz.Dolgun.məlumat.üçün.

  • @gunskarakoz7396
    @gunskarakoz7396 7 місяців тому

    Çox sağolun,diqqətlə sizi həmişə izləyirik

  • @punhanbabayev5184
    @punhanbabayev5184 4 місяці тому

    Allah sizden 1000qat razi olsun

  • @silnmishesab1035
    @silnmishesab1035 7 місяців тому +3

    Salam aleykum bəs təzyiq te-tez aşağı düşürşə bəs nə edək? Zəhmət olasa cv- dız.

  • @smarttecnolojies1637
    @smarttecnolojies1637 7 місяців тому +1

    ALLAH KÖMƏYİN OLSUN AMİN

  • @agabeymemmedov383
    @agabeymemmedov383 7 місяців тому +2

    Uğurlar abi

  • @aynursadiqova827
    @aynursadiqova827 7 місяців тому +6

    Palma yağini cixardin ..Seker nene babalar da yeyib amma 100 vurub.

  • @user-vo6fe1cz5q
    @user-vo6fe1cz5q 7 місяців тому +4

    Я уже ничему не верю. Всё это делаем, а давление держится. И не падает так, что брехня это.

  • @elnuraretro3886
    @elnuraretro3886 7 місяців тому +4

    DERMAN ÖIMASA DUŞMUR. NE ETSEKDE YAIANDI

  • @user-ms9zz7yh1e
    @user-ms9zz7yh1e 4 місяці тому

    @həkim Allah sizi saxlasın AMİ

  • @boraneliyev
    @boraneliyev 7 місяців тому +8

    Həm pulumuz gedir, həm də canımız təbii yağı haradan alaq

    • @user-pr2ey4uv8u
      @user-pr2ey4uv8u 7 місяців тому +2

      Rayondan😊

    • @multimobile3013
      @multimobile3013 7 місяців тому +3

      Rayonda yarısı sana yarısı təbii olur

    • @user-fm7mm7fu2i
      @user-fm7mm7fu2i 7 місяців тому

      ​@@user-pr2ey4uv8uрайона да. Йаг вар

  • @teybeafandiyeva7197
    @teybeafandiyeva7197 6 місяців тому

    Cox saqolun

  • @nnminlislri1001
    @nnminlislri1001 5 місяців тому

    Allah komryiniz olsun❤

  • @Beko63
    @Beko63 7 місяців тому +7

    👍

  • @agabeymemmedov383
    @agabeymemmedov383 7 місяців тому +2

    Salam

  • @rehimexanmabdurehimova8584
    @rehimexanmabdurehimova8584 7 місяців тому +3

    Rafinaolunmuş sözünü başa düşmürəm xahiş edirəm izah edin

    • @Coni-nu2xr
      @Coni-nu2xr 7 місяців тому +3

      Rafinə, Zavod-fabrikdə iysizləşdirilmiş, tərkibi təmizlənmiş. Və bəzi lazımlı-xeyirli maddələrdə yox olur həmin an. Alanda Mağazada yağların arxasına yazılıb, Rafinə olunmuş və Ya Rafinə OLUNMAMIŞ.

  • @user-po4pc9tm4t
    @user-po4pc9tm4t 7 місяців тому +1

    Salam! Menim qayinatam, qayinanam siz deyen kimi sude, meyveye duz tokub yeyirdiler, 96 yasinda hec bir xestelik bilmeyibler.

    • @feridqafarli
      @feridqafarli 5 місяців тому +1

      Ola bilsin ki sizin qaynataniz duzdan cox istifade etsede fiziki aktiv olub cox hereket eliyen insanlara duz tesir elemir

  • @elnuraretro3886
    @elnuraretro3886 5 місяців тому +2

    MƏN. PİYADA GƏZİRƏM GƏLİRƏM TƏZİQ 150. XEYRİ YOXDU 😢

    • @feridqafarli
      @feridqafarli 5 місяців тому +1

      en azi gun erzinde dord min adim atmalisiniz ve yaxud alti min adim

    • @user-jb8xj6jv6p
      @user-jb8xj6jv6p 3 місяці тому

      Mən on min addım gəzirəm gündə amma təzyiq180 la gəzirəm.. Sitresdən olar.

  • @samirshekerov9625
    @samirshekerov9625 7 місяців тому +5

    "Rafinə edilmiş" nə deməkdir??

    • @Coni-nu2xr
      @Coni-nu2xr 7 місяців тому +1

      Bu haqda Rəhimə xanıma yazmışam qaqa aşağıda.

    • @samirshekerov9625
      @samirshekerov9625 7 місяців тому +1

      @@Coni-nu2xr sağ ol

  • @user-zo5ie2uc5k
    @user-zo5ie2uc5k 7 днів тому

    TƏMİZ YAĞLAR HANSILARDIR? HEÇ BİRİ.

  • @maisqurbanov7943
    @maisqurbanov7943 7 місяців тому +1

    Abunə oldum və izləyirəm təşəkūr sizə qabaqcadan

  • @user-mf7zb8eb8c
    @user-mf7zb8eb8c 7 місяців тому

    Salam Anam teziqin yüksəy olur dermanarda atır düşmir srikə eskiyə qoyub eyağların damranlar 2 mil qan cekirem 5 deyqə düşir yendə qalxır dağ yerində qalir soyuğdan qalxır yada sinnirdən qalxır teziq😒

  • @elnuraretro3886
    @elnuraretro3886 5 місяців тому +1

    HANSI. YAGDAN İSTİFADƏ EDƏK ????????? TEZIQ QALXMASIN

  • @sedeqetmemmedova2673
    @sedeqetmemmedova2673 3 місяці тому

    Salam 30 yawindan oqlumun tezyoqi q 150-100 duwmur hec wirniyyat yemir

  • @user-ms9zz7yh1e
    @user-ms9zz7yh1e 4 місяці тому

    Həkim siz ❤❤❤❤❤

  • @user-wz1np4qf7u
    @user-wz1np4qf7u 7 місяців тому

    Ики айдыр тазйиг 160/100 пулс 67 душмур ашагы докторун йаздыгы дерманлар команды етмир,на етмали?

  • @reshidmemmedov2121
    @reshidmemmedov2121 6 місяців тому

    Karbohidratlı məhsul hansılàrdır.

  • @user-in3vb2nk3g
    @user-in3vb2nk3g 7 місяців тому

    Mən uje bəlkədə dəliyəm artıq ölmək isdəyirəm şirin canımda bezdirdilərr

  • @ÇingizƏşrəfov-z8n
    @ÇingizƏşrəfov-z8n 8 днів тому

    8

  • @sahinsahbazov8310
    @sahinsahbazov8310 4 місяці тому

    Təziqim olurdu ancaq oruc tutandan dahada şiddətlənib nə edim bilmirəm

  • @user-kj8sp9oj2r
    @user-kj8sp9oj2r 7 місяців тому

    ❤❤❤

  • @murad_7446
    @murad_7446 7 місяців тому

    məndə təziq qalxır hər gün sənəb tapmıram ama siz deyən çox şeylər məndə var 37 yaşım var təziqdən bezmişəm bədənim keyləşir qan işləmir elə bil

    • @sedeqetmemmedova2673
      @sedeqetmemmedova2673 3 місяці тому

      Oqlumunda 37 yawi var eynen sizi kimidir Allah komeyiniz olsun oqlum ana kimi gecelerde duwunurem rahatlawmiramki bu cavan yawda nedir axi?

  • @user-eg4qi2kf2h
    @user-eg4qi2kf2h 7 місяців тому

    Atamdan çox piyada gəzən işinə görə dayanmadan yürüyən yox idi bəs niyə təzyiqdən öldü 😢 yeməkdədə çox nəsə yemirdi

  • @balasmustafayev945
    @balasmustafayev945 5 місяців тому

    Piyada gezmek ziyandı; ona gõreki gezende insanların çoxunun iyrenc haraketlerini görüb nervilenirsan yada garak tek meşeda gezesen insan murdar hereketlerini gõrmeyesen

  • @aydnmustafayev8714
    @aydnmustafayev8714 6 місяців тому

    Adamlar var ki, yeməyi dadmamış ona duz səpirlər

  • @denizhesenli3689
    @denizhesenli3689 3 місяці тому

    Guya camat bilmirde bunu.ele hekimde deyirde bunu

  • @revanabbasov3101
    @revanabbasov3101 6 місяців тому

    Həkimlər paxıllıq edirlər dərmanı düzgün demirlər alıb içirik heçbir xeyiri olmur əziyyət çəkirik

  • @user-qh6jc8jr5n
    @user-qh6jc8jr5n 6 місяців тому

    Записи подписать отсутствует подписать не куда

  • @iradmmmdova7762
    @iradmmmdova7762 5 місяців тому

    240/160 😢düzəlmirəm😢

  • @laleyusubova5860
    @laleyusubova5860 7 місяців тому

    ☝️👏🏽❤

  • @zhrahsnova2578
    @zhrahsnova2578 7 місяців тому

    Halal olmasi ycyn Mytleq ABUNE OLUB BƏY ENMƏ LIYIK.

  • @user-cu1fb9uk5s
    @user-cu1fb9uk5s 7 місяців тому +9

    Təşəkkür

  • @RobloxGülşen1320
    @RobloxGülşen1320 7 місяців тому

    Çox sağ olun

  • @azerbaijan7602
    @azerbaijan7602 6 місяців тому

    Təşəkkürlər