Təzyiq Niyə Qalxır? - Təzyiqi Qaldıran 7 SƏBƏB
Вставка
- Опубліковано 5 лют 2025
- #BirBax #давление #təzyiq
Təzyiqimiz niyə yüksəlir? Bu barədə heç düşünmüsünüzmü? Bəzi insanlarda təzyiq hansısa orqanda baş verən problem nəticəsində qalxır. Məsələn, böyrək xəstələrində. Orqan müalicə olunduqdan sonra təzyiq problemi də aradan qalxır. Bəzi insanlarda isə təzyiqin qalxmasının heç bir səbəbi olmur. Yəni bütün orqanlarımız sağlam olsa belə təzyiq yüksələ bilir. Bəs siz dəyərli izləyicilərim, nədən sonra təzyiqiniz yüksəlir? Zəhmət olmasa şərh bölümünə yazın. Mən də araşdırdığım, təzyiqin yüksəlməsinə səbəb olan 7 vacib faktordan danışacam. Diqqətiniz məndə olsun.
#tansiyon #tezyiq #azerbaycan #xalqtəbabəti
Son zamanlar təzyiq xəstələrinin sayı arta-arta gedir. Uşaq, böyük, yaşlı demədən hamıda bu problem müşahidə oluna bilir. Səbəbsiz təzyiq yüksəlməsi tibdə Primer Hipertenziya adlanır. Bu, birbaşa təzyiq yüksəlməsidir. Səbəbi olan təzyiq yüksəlməsi isə Sekonder hipertenziya adlanır. Hazırda dünya üzrə təzyiq xəstələrinin 95 faizi sekonder hipertenziyadır. Yəni hansısa problem təzyiqin yüksəlməsinə səbəb olur. Videoda məhz bundan-təzyiqin qalxmasının 7 səbəbindən danışacağam.
Birinci səbəb Köklükdür. Çəki artdıqca kapillyarlarda təzyiq çoxalır. Orqanizmə yetmək üçün kapillyarlar yaranmağa davam edir. Kapillyar toru genişləndikcə ən uc damarlarda təzyiq artır, damarlar sərtləşməyə başlayır. Çoxalan kapillyarlara qan ötürmək üçün ürəyimiz daha çox işləyir, daha yüksək təzyiqlə qan pompalamağa cəhd edir. Bəli, köklük təzyiqin yüksəlməsinin səbəbidir. Buna görə də, təzyiqdən əziyyət çəkənlərə həkimlər arıqlamağı tövsiyə edir;
İnsulin müqaviməti. Bu problem, adətən, köklüklə bağlıdır. Əgər insanda artıq çəki problemi yoxdursa, amma insulin müqaviməti onu narahat edirsə, bu zaman səbəblər sırasında stress, oturaq həyat tərzi vardır. Oturaq həyat tərzi keçirənlərdə kortizol səviyyəsi yüksək olur. Karbohidrat əsaslı qidalanma vəziyyəti bir az da çətinləşdirir-qanda şəkərin səviyyəsi də çoxalır. Nəticədə, pankreas “ağ bayraq qaldırır”-başlayır normadan artıq insulin ifraz etməyə. İnsulinin miqdarının artması o deməkdir ki, insulin müqaviməti artıq bir problemdir. İnsulin müqavimətinə bağlı təzyiq varsa, həkimlər nikbin olurlar. Çünki bu vəziyyəti geriyə döndürməyin çarəsi var. İnsulin müqavimətini azaldınca təzyiq də stabilləşir. Əgər qan təzyiqi ilə insulin müqaviməti eyni anda yüksəlirsə, demək, ciddi pəhrizlə vəziyyəti normallaşdırmaq mümkündür. İnsulin müqavimətini yaradan qidalara karbohidratları, emala məruz qalmış qidaları, xəmir xörəklərini misal çəkmək olar. Rasionu nizamlayın, problemdən yaxa qurtarın. İnsulin müqaviməti varsa, orqanizmin maye tutmaq qabiliyyəti artır. Başlayır orqanizmin müxtəlif nahiyələrində şişkinliklər, ödəmlər yaranmağa. Ödəmlərin sayı çoxaldıqca təzyiq yüksəlir. Həmən rasionu nizamlamaq lazımdır. İnsulin müqaviməti olmasa, orqanizm rahatca artıq mayedən də, artıq duzlardan da təmizlənir. Təmizlənən orqanizmdə isə təzyiq yüksəlməz;
Hərəkətsizlik. Hipertenziyanın ən çox rast gəlinən səbəblərindəndir. Son dönəmlərdə evdən işləyənlərin sayı çoxalıb. Onların əksəriyyəti masa arxasında oturur, günü o halda başa vururlar. İnsanların iş şəraitinin rahat olması üçün yaxşıdır, amma hərəkətsizlik özü orqanizm üçün problemdir. İnsan orqanizmi açıq havaya bağlı struktura malikdir. Hərəkətsiz, içəridə qaldıqca metabolizmanın sürəti azalır. Halbuki insan metabolizması açıq havada sürətlənmək kimi bir xüsusiliyə sahibdir. Metabolizmanın sürəti azaldıqca yediklərimiz avtomatik olaraq yağa çevrilir. Nə yeyiriksə yeyək, insulin miqdarını çoxaltmağa xidmət edir. Hərəkətsizlik zamanı xoşbəxtlik hormonlarının ifrazı da azalır. Nəticədə, əndişəli, daim qaş-qabaq, kədərli, ümidsiz birinə çevrilirik. Hərəkətsiz qalanlarda yüksək təzyiq daha çox müşahidə edilir. Bəzən deyirlər: “Hərəkət edəndə təzyiqim yüksəlir”. Bəli, doğrudur! Hərəkətsiz oturduqdan sonra ayağa qalxanda qan dövranı yaxşılaşır. Bu zaman yüksələn təzyiq qorxulu deyil. Sadəcə, çalışmaq lazımdır ki, orqanizm daim hərəkətdə, aktiv olsun ki, qan dövranı yaxşılaşsın, hansısa nahiyəyə qan çatdırmaq üçün ürək qan pompaladığı təzyiqi artırmasın. Unutmayın: insan iki ayağı üstündə gəzən, daim əzələlərini, oynaqlarını hərəkət etdirən canlıdır. Əcdadlarımız uzun məsafələri ayaqla qət etdilər, iki küçə o yandakı işə nəqliyyatla getmədilər. Səhər yeməyi əldə etməkçün acqarına hərəkət etdilər, qaçdılar, qovdular, enerji sərf etdilər, pijamadaca soyuducudan atışdırmalıq götürüb divana yayxanaraq yemədilər. Bunlar qədim insanın orqanizminin kökəlməsinə mane oldu, onları stressdən, qayğıdan, ümidsizlikdən uzaq saxladı. Biz isə indi əcdadlarımızın həyat tərzinin tam əksini yaşayırıq. Yüksək təzyiq yanlış həyat tərzi problemlərindən biridir;
ÇOX SAĞ OL CANIM, DƏYƏRLİ MƏLUMATA GÖRƏ TƏŞƏKKÜR EDIRƏM, ALLAH RAZİ OLSUN SƏNDƏN,HƏMİŞƏ VAR OLASAN,İNŞƏALLAH 🤲❤
İzlədiyiniz üçün mən təşəkkür edirəm❤
Salam. Mende Ürek tezyiqi 60 ve altında olur. Bunun səbəbi nədri sizcə? Normal tezyiq 110 ürək təzyiqi 60 və altı? Halsizliq baş dönməsi Ürek bulanma bulanığ görme olur. @@birbaxkanal
Hər vaxtınız xeyir olsun, çox sağ olun,Allah sizdən razı olsun, Allah hamımızın yardımçısı olsun🙏⚘🌱
Siz sağ olun
Çox sağolun heqiqeten faydalı məlumatlar oldu
Siz sağ olun🌹
Çoxsağolun Xəyalə xanım dəyərli məlumatlarınıza görə. Allah sizdən razı olsun.❤❤❤
Siz sağ olun
Salam çox sağ olun mesleheteniz ucün Mende teziq xestesiyem 35 yaşım var en çox seher tezdən teziqim yüksəlir asaği teziqim daha çox yüksəlir
Salam nece olur tezyiqiniz.
2 şeyi yoxluyun.zob və rematizma.məndə də elə idi.analiz verdim revmatizma çıxdı
ALLAH köməyiniz olsun gözəl məsləhətə görə 🙏
🙏🙏🙏🙏🙏Bax bala 65-yaşım var mən hələ də təyziq nədir bilmirəm Olar olarkən iş düz gətirməyə də bir iki dəfə olar olmaz maşallah❤
Borcunuz olsaydi eger bele demezdiniz..
Cox sag olun gozel gizim, tam zamaninda verlishinize baxdim, cunki yarim saat once tezigim birden galxdi 200 e, tez dermanlarimi icib 160 a sala bildim. Meslehetiniz ucun sag olun
Siz sağ olun, allah şəfa versin🙏🏻
⁸ic❤😂🎉😢😮😅😊o3 heknğiogj1j ıhmu
Salam hemiwe tezyiqiniz qalxir
Cox sagolun gozəl məsləhətlər verdiz inanin ki bu məsləhətlərə ehtiyacim vardi coox təşəkkür edirəm çox sağ olun
Teşekkurler❤ Allah razi olsun
Coxlu -coxlu sag olun
Siz sağ olun🥰
Cox saq olun.melumat verdiyiniz ucun
ÇOX SAG OLUN XANIM .❤
SİZ BİZİ MAARFLƏNDİRİRSİZ ĞƏRƏK ÖZÜMÜZ ƏMƏL EDƏK.
Təşəkkür edirəm🥰
Əla izah.👍👍👍♥️♥️♥️
Təşəkkürlər
ÇOX. SAĞOLUN. XƏYALƏ. XANIM
Siz sağ olun Əzizə xanım❤️
Çox xaiş edirəm saçlarımızın hansı səbəbdən ağardığı barədə məlumat verməyini isdərdim
Əhsən sizə çox aydın şəffaf şəkildə izah etdiniz təşəkkürlər 🎉
Biz təşəkkür edirik
Bu gün bu video mənə çox təsir etdi, düşünürəm bir nəticəyə gələcəyəm
Salam. Axşamın xeyir gözəl insan.
Məndə təzyiq olmur. 70-110
Hətta aşağı düşür
Dəyərli məlumatlar verdiyin üçün təşəkkür edirəm
Şükür, daim sağlam olun
Hirsləndim,başımdan ağri qopur və təzyiqim qalxır
Millət otraq həyat tərzinə, tənbəlliyə alışıb, çətin hərəkətli işlədə işləməyə meyillənsin.Əvvəllər niyə bu qədər qan damar-ürək, şəkər xəstəlikləri çox az idi, çünki insanlar işləyirdi, evlərindən çıxıb işə gedirdi, fiziki aktivlik tələb edən iş yerləri çox idi.İndi hərəkətsiz yaşam, kimyəvi qatqılarla hazırlanan qidalar vəziyyəti daha da pisləşdirib
Tewekkurler .
Sağ olun çox gözəl izahlar və məsləhətlər verirsiniz xahiş edirəm oynayan təzyiq haqqında məlumat verəsiniz
İzlədiyiniz üçün mən təşəkkür edirəm❤
Allah hamiya sefa versin
Be deyirsinizse hamsi duzdu❤
Tewekkur edirem
İZLƏDİYİNİZ ÜÇÜN TƏŞƏKKÜR EDİRİK🌹
Salam Aılah sizdön razı olsun bəli mən çox hərəkətsiz oluram bəli dərmanlarda
Minnətdaram, var olun
Салам гозел ханым.меним 58 яшым вар. Хемише менде 110 70 недир. Последний время менде 128 . 80 олур. Ода мене баш агрысы верир Хекиме мурачиет етмишем Вальсакор дерман языб мене. Гунде ярым таблетка ичирем. Арада ичмирем. Истемирем озуми дермана ойретмейе. Ахы менде давлени чох юхары дейил. Сиз не меслехет горурсуз? Хаиш едирем чаваб вересиз. Еввелчеден сизе чох саг олун дейирем. Сизи Дербентден саламлайырыг❤💋
Coox saqolun
Təşəkkürlər
Salam həkim. Bacımin 70 yaşı var. Tez tez təzyiqi qalxir. 170 180 ə qalxir. Həmin vaxdi onda urək bulanma islah baş verir. Qarin aqrisi olur.
Ostroxondrozu olanlardada Teziq Qalxir*Ancaq idman ve Ariqlamaq Lazim, ve yağli yemekleri azlatmaq Lazimdi?
Salam duzlu , siqaret , sarimsağ , turşu yediyda.
Hamısı yalandır mənim 53 kilo çəkim var 70 yaşım var hər gün gəzirəm heç gəlməyən 83 yaşında adam tanıyıram yeyib yatır heç təzyiqi yoxdur amma gündəlik təzyiq dərmanı içirəm
Daýi siz zob və ya rematizmani yoxladın
Salam yumuta ve soyuq mede diyere ģedirem gelem teziqim qaxır teşekur
Cox sag olun.
Ela basa salır
Axşamnız xeyir xanım cox sağ olun gözəl məsləhət verirsiz mənim yoldaşmın ayağı həmişə soyuq olur buz kimi nədən olar
Sinirlərlə bağlı ola bilər. Endokrinoloji də. Araşdırılmalıdır
Qan azlığı, dəmir əksikliyindəndi
Mən yüksək dağ kəndində yaşayıram.
5 il qabıq təsadüfi olaraq bir qonağın təzyiqölçənilə pölçərkən təzyiqim 170-120 olduğunu öyrənmişəm.
Hazırda bəzən 200ə çıxır.
179 ən normal haldı artıq.
Amma rayona, başqa mərkəzə həkimə gedəndə, təzyiq 140 göstərir.
1.77 kiloyam.
2. Mioma var.
3 çox əsəbiyəm.
4. Oturaq həyat tərzim var.
.
Başqa kim nı məsləhət görər ( həkim sadəcə təzyiqi ölçüb cavab verir, başqa səbəb axtarmır.)
Allah kömek olsun. Mioma ölçüsünü bilmək lazim, səbəb o olmaz, əgər yüksəklikdən aşağı ərazidə təzyiq düşürsə aşağı, demali yüksəkdə oksigen azaldığı üçün təzyiq qalxır,
Köç qurtar məsəli. Amma başqa sebeb də ola bilər. Müşahidəniz məkana görə deqiqdirse, əsas səbəb odur.
Bakıda pulsuz müayinədən. Analizlərə keca bilərsiniz. Hər yer icbari sogirtadir.
Kart açadırın, terapevt yazsinlar,, deyin uziye göndərsin. Boyrekustu vəzi. Zob hamısını keçin. Həkim aydınlaşdırsin.
Bir c ix yerdə tibbi sığorta var, ən rahat, az adam. Gənclik, köhnə 18 indiki 2 nömrəli poliklinika.
Həkimlər də savadlı. Uzi də.
Tək günlər 2 dən sonraki növbə olanda getmişəm. Super xidmət. Amma analiz vermək lazım olsa, tezdən 11 ə qədər analiz vera bilərsiniz. Allah şəfa versin.
@@MəhbubəRzayeva çox sağ olun.
Salam məndədə təyziq var hec nədən qalxır səbəbi nə ola bilər amma artıq cəkim var
Çox sağolun
Siz sağ olun
@@birbaxkanalyaman hekimsen eee xestelerin sualarlna cavab yazmırsan , sag ol yazanara cavab yazırsan😅
Gece meneceri işleyenden sonra yarandı 😢
Tewekkurler
İzlədiyiniz üçün təşəkkür edirəm ❤
Teyziqi duz tünd çay teobramin kofe bunlar qaldirir qebul etdiyimiz qidalara diqqet etmeliyik
Məndə hər gün qalxmır ancaq ürəyə soyuq olanda üşüyəndə təziq qalxır özüdə ürək bulanma verir. 30 yaşımdan bu vəziyyətdəyəm indi 45 yaşım var
Salam xanìm bəndə gecələr daha çox olur
Salam men 3cu kesireden sora teziqim bawtiyib qalxmaga her seher qalxir mende evel arada awagi duwurdu indi ise qalxmaga bawtiyib
Təzyiq aşağı düşməsi nəyin əlamətidir. 105 4770 nirmal təzyiq sayılrmı
6) ...
Psixoloq dərman yaza bilməz çünki, həkim deyil. Psixiatr ancaq dərman yaza bilər.
Çox sağ olun
Siz sağ olun
@@birbaxkanalele siz size sag ol diyenere cavab verirsiz başkalarına niya cvab. Vermirsiz
Salam xanım mən şirniyat yeyende təzyiq düşür ne edə bilərəm?
Salam.məndə dəyişən təzyiqdir.həkimin dediyinə verdiyim analizlərdən xalastrinim çoxdur.çox vaxt aşağı təzyiq olur.
Mendede oynaq teziqdi neynen canimizi qurtaraq
Salam dokdur menim teziqim 1 hefdedi her gun qalxir bilmirem nedendi yasimd 3e du
Salam zehmet olmasa mene cavab yazin😢mənim 17 yaşim var universtet imtahanlarina hazirlasiram 5gundu teziqin olur ve mene baş ağrisi verir her axsam bu nedendir cox yüklənirəm ona görə ola biler? Birde esebi insanam her seye tez eseblesirem bunnanda olar biler?
Çox xaiş edirəm cavablandırın 17 yaşlı uşaq eseb keçirdi tezlik 200 olmuşdu neden olar?????
Salam mende teziq tapmışam aşagıda yuxarı qalxır seher seher
Eseblesende ,sirniyyat ,yagli yeyende qalxir tezyig
Su icmir insanlar palma yagi sonra marketdeki qidalara gore markedeki qidalar ziyandir!
Bəli, tam haqlısız
Безен суда тезйиги галдырыр.
Çox sağolun təziq ,çox adamlarda böyrekdən artır buda acılı yemeklerden olur heç dermanlarda iynədə kömək etmir ayı qulağı adlı bitki var o təziqi 2-3 dəfə içəndən sonra ən yüksək təziqi aşağı salır sınanılıb
Siz sağ olun🌹
İndi çox təziyi var neynəyə bilərik ????
Salam .Menim oqlum yuxusuz olur,daima stresli iwi var hekim hipirtonik diaqnozu qoyubdoqrudurmu?artiq 6 ile yaxindir
mənde tezik 120 200 olur adeten seher uzi saat 04 yada 05 iredelerdep yuskelir gecele yuxusuzluq boyun aqrisi
Salam.Böyrəklərim ağrıyanda.
Tünd çay içəndə təzyiqim tüğyan edir!
Teşekkür
İzlədiyiniz üçün siz sağ olun
Menim basim 1000 dereceli paltar qurudan masinkimi basim aniden firlanir 15 deqiqe davam edir teziqim qalxir xalistirinden olarmi kuloluyam
Salam hekim men gece yatarken qəfil teziqim qalxır 186 .100 e ama o bir iki deyqa çəkir meni çox pis edir sanki olecem o neden olar
Bes ne me edirsiz?
Nə gözəl nağıllardır 😒
Menim tezyiqim heyacannan qalxir
Mənim təzyiqim daha çox əsəb mənşəli olur.2-ci övladım doğulanda ağır əməliyyat keçirdim.30 yaşından təzyiq xəstəsiyəm.İndi 38 yaşım var.Xəstəlik məni çox narahat edir.
Salam indi necesiz
Salam.mənim təyziqim streslə əlaqədər qalxır.
Təzyiqdən əziyyət çəkirəm, yüksək 195/101 dir ne 6:41 kömək edə bilersiz
Hal hazırda mənim atamın təzyiqi qalxıb dərman verdim yenədə özünü çox pis hiss eləyir neyneyim bir atam var anam rəhmətə gedib bir qardaş bir bacıyiq nolar mənə kömək edin
💔 Məndə hər ikisi rəhmətə gedib. Ata, anaları çalışın qoruyun (ərəbcə qə, drini bilin)
Mende urek doyuntusu tezyiq qaxmasi var yeni dusmur asagi tezyiq ne vaxt yoxluyuram tezyiq 150 olur butun orqanlarimi yoxlatdim hecne cixmadi ureyimide narahat edir axirinci hekime gedende dediki burnunda ceper eyriliyi var emeliyyat olunmalidi sizce burnumdandi tezyiq
Salam qardas menede ele deyibler
Salam yawlm 39 teziqim 140 awaql 90olur urey doyuntum 88 di meni cox narahat edir
Òd teziq verirmi bilmey isderdim ?
58yaşım var.şəkər xəstəsiyəm darcın icirəm ola bilsin darcındandır.təziqim yüksəkdir
Men teziqim xemir yemeki yeyende sirniyyat yeyende qalxir basim agriyir o deyqe limon yeyende duzelirem
Ha fikirleşirem bilmirem tezyiqim niye qalxır
Anamda hava şəraiti dəyişdikcə dəyişir şəkər xəstəsidir
MƏNİM BABAM 98 YAŞINDA DÜNYASIN DƏYİŞDİ ANASI İSƏ 114 YAŞDA DƏYİŞMİŞDİR MƏNİM BABAM DİREKTOR OLMAQINA BAXMAYARAQ HEÇ BİR ZAMAN AFTOMABİLDƏN İSTİFADƏ ETMƏZDİR HƏR YERƏ PEŞKOM GEDƏRDİR VƏ ONDA HEÇ VAXT TƏZYİQ OLMAMOŞDIR DUZLU İSTİOTLU YEMƏZDİR XƏMİR YEMƏKLƏRİ YEMƏZDİR ANASINDA ELƏYDİ HƏR İKSİNƏDƏ ALLAH RƏHMƏT ELƏSİN
ALLAH RƏHMƏT ELƏSİN
2005 den tezik xesdesyem bakida dogru yalnis almadgm mualce qalmadi
Soyuq dəyərkən
Salam aybasl zamanl qan teziyim qalxlr neden ireli gelir
Xayls edrem cavabladaslz sualml
Men ṣirin şey yedikde teziqim qalxir.Gedib gelib limonlu su içirem .
Salam menim 50 yasin var teziqim keceler qalxir sala bilmirik
ALLAH köməyiviz olsun
❤ Təşəkkürlər
Mənim hec bir ağriyan yerim yoxdur ançag təziyigim galxir mən cox hərəkətli insanam nədən ila bilər təzyig
Salam hekim anamda urek doyuntusu birden qalxir 150 160. On deqiqeden sora enir.Tezyiqde resqi qalxir 180 oz ozunede dusur.Urek doyuntusu qalxan vaxdi deyir qarinnan yuxarida nese doyunur.neden olar bu
Salam ananiz indi necedir
Salam indi necesiz. Mənede sizin kimi oluram
Men ac qalande gec yemey yiende teyziyim qalxir eslinde kofe teyziye ziyandi ama.men kofe icende teyziyim yaxsi qalir cavablaya bilersiz niye eledi?
Salam doktir.mən də təziq xəsdəsiyə xüsusən məndə hava dəyişəndə ən çox təziqim yüksəlir hardasa 160ın 100 ə olur nə edməliyəm doktor
Salam. Məndə ani anda 140 - dan 250 - yə qalxır.Səbəbini tapa bilmirlər. Son anda çıxış yolunu qanalmada gördüm.Qan verəndən sonra biraz aşağı düşüb. Hərəkətliyəm, kök deyiləm,.az yeyirəm bəs nədən yaranır?
Salam. Indi necesiz
Məncə teziq qalxır yox təziq yüksəlir demək daha doğru olar
MƏNDƏ SİNİR MƏNŞƏLLİDİR BİR AZ ƏSƏBİ OLAN KİMİ TƏZYİQİM QALXIR 1 Cİ BAŞIM AGRAYIR SONRA TƏZYİQ QALXIR
Salam mendə yemeyimi vaxdinda yemeyende təzqim qalxir son zamanalarda bele oluram ürək döyüntüsü başlayır və sonram təzqim qalxir
Məndə qəfil qolum,qıçım keyləşir və boğuluram. A/t artır, sonra 15-20 dəq. keçir yavaş-yavaş düzəlir
Salam hemiwe bele olursuz
@turalquliyev4759 bəli ,tez tez.
Bu plagiatlığın yeni növü və üsuludur. Ay xanım sənin heç olmasa bir dənə belə də olsa öz sözün, təcrübədən misalın varmı? Bu yolla çətin ki, nəsə qazanasan. Sadəcə tupoy,oğruçu müsəlmançılıq.
Duzun bədəndən xaric edılməsı üçün nə məsləhət bilərsiz? Bu mövzuya da toxunsanız çox şad olarıq
Menim boyreyimde kisda var onnan qalxar teziqim? Hekim yoxlayib dedi çox balaca kisdadi
Mənim teziqim oynadı derman içirəm düşür avtomatik qalxır 120 keçiddə dilim tutulur
Təzyiqim notmalda yuxarsi 100 aşaqisi 60,70,80 olur 100dən qalxmaqina özumu pis hiss edirəm TƏZYİQİ ölçəndə gələn tappıldi səsi ürəyin səsidi yoxsa qanın???
Qanın təzyiqini göstərir o səs
@@birbaxkanal çox sağ olun