Çin üsulu brokoli. Dadlı brokoli yeməyi. Brokoli Resepti

Поділитися
Вставка
  • Опубліковано 14 жов 2024
  • www.lovely-culinary.com
    Asiya ölkələrinin mətbəxində, xüsusilə Çin mətbəxində brokoli və ümumiyyətlə müxtəlif növ kələmlər vacib yer tutur. Videoda sizə təqdim etdiyim sarımsaqlı brokkoli qəlyanaltı kimi demək olar ki, bütün Çin restoranlarında təqdim olunur. Bu qəlyanaltı bizim evdə həftədə ən azı bir dəfə bişir :) Mətbəxdən Çin yeməkləri bişərkən gələn ətri çox sevirəm.
    Çinsayağı brokoli
    Lazım olan ərzaqlar:
    1 ədəd brokoli
    4-5 diş sarımsaq
    30 qr təzə zəncəfil
    2 xörək qaşığı soya sousu
    3-4 xörək qaşığı bitki yağı
    Duz, istiot
    Hazırlanması:
    Brokolini çiçəklərinə ayırıb qaynar suda 15-20 saniyə pörtlədib suyunu süzün.
    Ayrı bir tavada bitki yağını qızdırıb, xırda doğranmış sarımsaq və təzə zəncəfil əlavə edib bir az qovurun. Daha sonra üzərinə soya sousu əlavə edib qarışdırın. Pörtlənmiş brokolini də bura əlavə edin, duz və istiot vurub 2-3 dəqiqə yüksək odda bişirib ocaqdan götürün.
    Nuş olsun!

КОМЕНТАРІ •