Çörək Yeməsək Nə Baş Verər? - Bunu Hər Gün Edin

Поділитися
Вставка
  • Опубліковано 29 сер 2024
  • #BirBax #sağlamlıq #çörək
    Endokrinoloq Ayşən Xəlilova
    Əlaqə nömrəsi: 070 665 22 15
    Instagram: endokrinoloq_ayshan_khalilova
    Facebook: Endokrinoloq Ayşən Xəlilova
    Çörəyin orqanizmə təsiri böyükdür. Təbii ki, hamısı da mənfi yöndədir. Məsələn; qanda şəkərin səviyyəsini yüksəldir. Bir çox çörək növlərinin tərkibində qlisofat var. Qlisofat orqanizmdə müxtəlif problemlər yaradan dərmandır. Bu maddə əkinçilikdə istifadə olunur və çörək vasitəsiylə bədənimizə daxil olur.
    Qluten, yəqin ki son illər bu termini hər kəs eşidib. İnsan orqanizminin həzm edə bilmədiyi yeganə protein məhz qlütendir. Qlüten buğda, arpa və çovdar daxil olmaqla müəyyən taxıllarda rast gəlinən zülal növüdür. Əslində qlüten sizin sağlamlığınız üçün çox təhlükəli maddə deyil, əgər Çölyak xəstəliyiniz yoxdursa!
    İncə bağırsağa zərər verən çölyak xəstəliyi son əlli ildə çölyak xəstəliyindən əziyyət çəkənlərin sayı 4 qat artıb. İlkin etapda özünü biruzə verməz, lakin bağırsaq qatları ard-arda zədələndikcə, simptomlar peyda olmağa başlayır. Adətən, 3 klassik simptom müşahidə edilir: qarında şişkinlik, qarında ağrılar və ishal.
    Çölyak xəstəliyi yediyiniz qidalarda olan qidalandırıcı maddələrin bədəniniz tərəfindən sorulma qabiliyyətini azaldan və qlüten tərkibli qidaların qəbul edilməsi zamanı yaranan xəstəlikdir. Hazırda autoimmun xəstəliklərinin müalicəsi mövcud deyil. Həzm sistemini daha çox zərərli təsirə məruz qoymamağın yeganə yolu özünü tamamilə qlütendən təcrid etməkdir.
    Bir müddət öncə maraqlı fakt aşkarlanıb. Çox sayda insan üzərində DNT testi aparılıb. Məlum olub ki, insanların əksəriyyətində qlüten həssaslığı ilə bağlı problemlər var. Bundan əlavə, qlüten həssaslığı müalicə olunmayan, ötüb keçməyən problemdir. Bunu da bilməlisiniz.
    DNT testləri zamanı o da aşkarlanıb ki, gizli qlüten həssaslığı olan insanlar çölyak xəstəliyinə tutulma riskini artıran genlərə malikdirlər. Bu genləri daşıyan insanlar arasında sorğu da keçirilib. Onların heç biri indiyədək mədə-bağırsaq problemləri yaşamadıqlarını xüsusi vurğuyla söyləyiblər. Əminlikləri isə bir şeyə əsaslanır: “Məndə 3 klassik simptom-şişkinlik, ağrı, ishal yoxdur.”
    Araşdırmala intensivləşib. Alimlər bu insanların niyə klassik simptomlarla üz-üzə qalmadıqlarının səbəbini də öyrəniblər. Sən demə, səbəb çox sadə imiş! Qlüten kompleksinin bir parçası olan “gliadin” adlı spesifik protein! Bu protein yəni ağrı reseptorlarını “tumarlamağa başlayır”. Beləcə, morfinəbənzər təsir göstərir ki, bununla da, qlütenin bağırsaqlarda və ya orqanizmin hər hansı nahiyəsində mədə-bağırsaqla bağlı yaratdığı simptomları gizləyir. Başqa sözlə, çörək yediyiniz zaman narahat olmazsınız, əksinə, daha çox yeyərsiniz. Hətta düşünürsünüz ki, çörək yeməklə bağlı probleminiz yoxdur və orqanizminiz bütün problemlərin öhdəsindən gəlməyə qadirdir.
    Halbuki, yediyiniz çörək sizə zərər vurmaqdadır. Sadəcə, siz bunun fərqində deyilsiniz. Çünki gliadin həzm problemləri üçün bir növ keyidici təsiri göstərir. Normal halda, qlüten bağırsaqlarınızdan keçən şeylərin keçmə müddətini qısaldaraq qəbizliyə səbəb olur. Amma insanlar morfin qəbul etdiyində qidaların bağırsaqlardan keçmə müddəti uzanır. Morfinin miqdarı çox olsa, ishala gətirib çıxarır.
    Qlüten keçmə müddətini qısaldarkən, keçmə müddətini uzadan morfinin təsiriylə vəziyyət başqa cür olur-həzm prosesi yavaşlayır. Beləcə, bir nizam, bir balans yaranır.
    Lakin unutmayın ki, qlüten səssiz qatildir. Onun səbəb olduğu və həzm sisteminə aidiyyatı olmayan başqa simptomlar da var:
    -qanda şəkərin səviyyəsini yüksəldir;
    -hipoqlikemiyaya yol açır;
    -diabetə səbəb olur;
    -Haşimoto xəstəliyinə, yəni ömür boyu davam edən qalxanvari vəzi iltihabına yol açır;
    -pullu dəmrova və dermatitə səbəb olur;
    -depressiyaya salır;
    -tez qocaldır;
    -autizm, diqqət əksikliyi yaradır;
    -beyin funksiyalarının dəyişməsinə təsir edir;
    Amma bu simptomların çoxu opioidlərin morfinəbənzər təsiri ilə hiss edilmir. Lakin reallıqda beyinin “boz maddə”sinin həcmi azalır. Bundan əlavə, prolaktin səviyyəsi yüksəlir ki, bu da qadınlarda aybaşı problemləri yaradır. Kişilərdə isə ereksiya pozulmaları müşahidə edilir.
    Bir sözlə, qlütenin mədə-bağırsaqla bağlı simptomlarının olmaması o demək deyil ki, sizə heç bir mənfi təsiri yoxdur. Buna görə də, 1 ay ərzində çörək və ya hər hansı un məmulatı qəbul etməməyin orqanizm üçün vacib olduğu qənaətindəyəm.
    Dostlar, dünya miqyasında bəzi insanlar bizi inandırmağa çalışırlar ki, rasionumuzun 65%-i taxıl əsaslı olmalıdır. Amma qlütenin orqanizmə vurduğu zərər nəzərə alındıqda, bunu heç də faydalı tövsiyə saymaq olmaz.

КОМЕНТАРІ • 132

  • @birbaxkanal
    @birbaxkanal  8 місяців тому +3

    Dr Ayşən Xəlilovanın digər videolarını UA-cam kanalında izləyə bilərsiniz: www.youtube.com/@drayshankhalilova

  • @yeganeqaniyeva8706
    @yeganeqaniyeva8706 8 місяців тому +17

    Salam Allah razı olsun Allah hər kəsin halal ruzisini versin bol eləsin hər kəs ən təmizindən alıb yeyə bilsin İlahi amin

  • @GANE743
    @GANE743 8 місяців тому +22

    Çox sağ olun ! Çox dəyərli məsləhət verirsiniz . Amma dövrü nəzərə alın ! Kasıbın yediyi çörək kartofdur .Bəli ! Allah heç kəsi çörəklə imtahan etməsin ! Aaaaaaamin !

    • @leylacbraylova8936
      @leylacbraylova8936 8 місяців тому

      Çox sağ olun,verdiyiniz məsləhətlərə görə,allah razı olsun

    • @birbaxkanal
      @birbaxkanal  8 місяців тому

      Təşəkkür edirik

  • @user-oc1ty4mb3p
    @user-oc1ty4mb3p 8 місяців тому +13

    Baxın,belə videoları çəkib göstərin tez-tez .Yoxsa ,insanlar məhv olub gedəcək.Belə söhbətləri çox xoşlayıram. O an istəyirəm hamı yuxudan ayılsın,reallığı görsün.
    Təşəkkürlər.!.....

    • @birbaxkanal
      @birbaxkanal  8 місяців тому +1

      Biz təşəkkür edirik

  • @DostxanimBedelova-eg3zr
    @DostxanimBedelova-eg3zr 8 місяців тому +11

    Təşəkkür edirəm sizə belə məsləhətləri gözləyirik sizdən

  • @asifesgerov3284
    @asifesgerov3284 8 місяців тому +8

    Coxlu -coxlu sag olun

  • @Play-mz7rw
    @Play-mz7rw 8 місяців тому +12

    AY KASİBLAR HAVA ILƏ DOLANUN NƏNDƏ KASİBAM HAVADA ZƏHƏRLIDIR😩😩

  • @user-um7gu8cs7p
    @user-um7gu8cs7p 8 місяців тому +9

    Salam herkese men hec corek yemirem yemeyi aylelikce coreksiz yeyirik Amma makaron bezen edirem birde ozum bulka pitza tort ve s... bu tip weyler bezen biwirirem cunki uwaqlarim korpedi ve isdiyirler 5ve 6yawli uwaga nece deyesen ki qeti olmaz gorurler canlari cekir hefdede bir defe mecbur biwirirem Amma yemekleri coreksiz yeyirler her yemeyi yeyirler supdan kawaya qeder Artiq qulitensiz un axdaracam Uwaqlar cerez ve meyve yeyirler amma bezen karbohidratli qidalar isdeyirler mecbur ozum edirem idman da edirik gun erzinde agir idmanlar edirler Eslinde cekileri yaxwidi kokelme meyilli deyiller eleki gorurem kokelmek isdeyirler yungul diyete saliram her axwam idman etmeden yatmiriq Qazli icki hecvax icmeyibler Ozum kampot edirem az wekerli onu icirler daha cox su icirik Mence her valideyin diqqet yetirmelidi uwagin yeyib icmesine cekisine saglamliq her weyin bawidi Valideyin gerek saglam qidalansin ki uwaq da ornek gotursun Valideyinler her gun idman etsinki uwaqlarda idmani sevsinler Fast fud ozum biwirirem burger waurma doner naget hamsini evde etmey olur men ozum edirem kafede az otururuq biz gezirik oynayiriq oz biwirdiyimi verirem yeyiller Doktor cox duz daniwir Erincek olmaq lazim deyil

    • @nemtnovruzlu2057
      @nemtnovruzlu2057 8 місяців тому +1

      VAllah sizə afərin.Lap həsəd apardım.

    • @user-um7gu8cs7p
      @user-um7gu8cs7p 8 місяців тому +1

      ​@@nemtnovruzlu2057cox sagolun saglam olun ALLAH qorusun sizi de Xow werhinize gore de tewekkurler💐

  • @Bakmayinoyle
    @Bakmayinoyle 8 місяців тому +1

    Nezerimi ceken doktorun cox gozel seliqeli terbiyeli geyinmesidi cox sagol dokdor

  • @saidebayramova2629
    @saidebayramova2629 8 місяців тому +4

    Her birinizi Allah qorusun. Cox sag olun. Tesekkurler💖💖💖💖👍👍👍👍👍👌👌👌👌👌

  • @yusufaziz8869
    @yusufaziz8869 8 місяців тому +2

    Çox gözəl məsləhətlərdir. Təşəkkürlər 👏

  • @gulka942
    @gulka942 8 місяців тому +2

    Çox dəyərli məlumatlardı.Belə gözəl verlişə görə təşəkkürlər.🌹🌹🌹

  • @user-sf7wl9zq1x
    @user-sf7wl9zq1x 4 місяці тому

    Çox sağ olun sizdəntam razıyam. Allah sizlərə can sağlığı versin

    • @birbaxkanal
      @birbaxkanal  4 місяці тому

      Çox sağ olun. Sağlam və gümrah olun.

  • @Ezize-yy1fu
    @Ezize-yy1fu 8 місяців тому +5

    ÇOX SAĞOLUN

  • @mirismayilmemmedov6890
    @mirismayilmemmedov6890 8 місяців тому +5

    Halal olsun doxtur cox gözəl izah etdi 👏👏

    • @birbaxkanal
      @birbaxkanal  8 місяців тому +1

      Çox sağ olun

    • @GddjeNddekdj
      @GddjeNddekdj 8 місяців тому

      K88 g5 vkĵhc 9Cg😢🎉😂❤😊​@@birbaxkanal¹111q1

  • @azadqurbanli360
    @azadqurbanli360 8 місяців тому +11

    Həkimə bir sual?
    Düzünü desin özü çörək yemir, heç olmasa deyərdi az yeyin.
    Şəkərli maddələr düzdü sağolun.
    Mədə bağirsağin perestaltikasi üçün çörək lazimdi əlbətdəki təbi çörək.Azərbaycanlilar çörəyi cox yeyirlər. Bagişlayin heyvanlarda qaba yem deyilən yem növü var onu ona görə heyvanlara verirlər ki. Mədə bağırsaq faliyyətini tənzimləsin quvəli yemi həzm etsin.
    Dədə babalarimiz market qidalari olmayanda tək çörəklə ətlə qidalanmiş sağlamlıqlarını xəbərimiz var. Peyğəmbərimiz demişkən doyandan sonsa yediyini itə atsan daha yaxşidir. Çörəyi yemə sonrada get kubik qaldir.
    Vay sənin halina.

    • @Nax.267
      @Nax.267 8 місяців тому +5

      Qədim adamlar deyirdi çörək çox yeyin dizinizdə qüvvə olsun...əsas çörəkdi xörəyi az qoyurdular 2 lavaşla yeyirdilər sağlam idilər

    • @nemtnovruzlu2057
      @nemtnovruzlu2057 8 місяців тому +1

      Bu məsələ ay qardaş kubik qaldıranlatcın deyileee bu evdə bekar oturub yeyib şişən arvadlarcundu😊

  • @ismaylmmmdhsnli6654
    @ismaylmmmdhsnli6654 8 місяців тому +3

    Tesekkurler❤

  • @gulmirabayramova2559
    @gulmirabayramova2559 8 місяців тому +1

    Təşəkkür edirik.

    • @birbaxkanal
      @birbaxkanal  8 місяців тому

      Buyrun, bizi haradan izləyirsiniz?

  • @MetehanMetehan18
    @MetehanMetehan18 8 місяців тому +4

    Var olun Xanımlar !

  • @lemanshahbazova2833
    @lemanshahbazova2833 8 місяців тому +3

    cox gozel bawa salorsiz❤

  • @nargiznasib8630
    @nargiznasib8630 8 місяців тому +2

    Qızım sizin məsləhər gördükləriniz imkanlılar üçündür

  • @gulmirabayramova2559
    @gulmirabayramova2559 8 місяців тому +2

    Devamı gəlsin.🙏

  • @SeriyyeHeyderova-ut6pr
    @SeriyyeHeyderova-ut6pr 8 місяців тому +3

    SALAM tewekkur 🇦🇿🇦🇿

  • @faridfarkhad
    @faridfarkhad 8 місяців тому +2

    Bes bu “saglam corek”, “tam taxil” terkibli corekleri nece mueyyen edek, ede bilerik?, ve satishda varmi?, hardan elde etmek olar??!,

  • @Shahriyar_Aliyev
    @Shahriyar_Aliyev 8 місяців тому

    Super 👍

  • @user-qf5sd3ct4z
    @user-qf5sd3ct4z 8 місяців тому +1

    Посыл понятен , но думаю прежде чем перестоить организм и исключить ту или иную еду обязательно обратиться к врачам так как при любом и резском изменений рациона , организом стресует .

  • @ArazMasimov
    @ArazMasimov 8 місяців тому +1

    Indi her wey zererlidi, saglam qida yoxdu eleye qalsa, neyi arawdirsaniz terkibinde ximikat atiwdiriblar!!

  • @ulyali.farajli6676
    @ulyali.farajli6676 8 місяців тому +2

    Biz temiz,qatqisiz unu hardan tapaqki özümüz çörey bişirey?!

  • @sevdakengerli6020
    @sevdakengerli6020 8 місяців тому +2

    İnsanlar nə qədər bal ala bilir ki, zərəri də olsun??
    Balı hər gün bir x.q. yemək olar.əsas odir ki təmiz bal olsun❤

    • @birbaxkanal
      @birbaxkanal  8 місяців тому

      Bal faydalıdır. Həkimimiz çox istifadəsindən danışır

  • @naciyecopur4747
    @naciyecopur4747 8 місяців тому +2

    Msallh çok değerli bilgiler verdiniz bizim de Canan klhocsmiz var

  • @mehemmedmemmedov1751
    @mehemmedmemmedov1751 8 місяців тому +2

    Bu zeherli erzaxlar bizi xeste edib. Ne gunde bu olke🙈

  • @ilkinmemmedov3924
    @ilkinmemmedov3924 8 місяців тому +1

    bir bax ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @gilagasimova5171
    @gilagasimova5171 8 місяців тому +2

    Burun tutulması üçün qaraçörəkotu və evkalipt yağı qarisdirib1 2damci tokmek

  • @asifaliyev8743
    @asifaliyev8743 8 місяців тому +1

    Sağlam çörekde çox baha olur

  • @EcanSeferov-vk1nc
    @EcanSeferov-vk1nc 8 місяців тому +1

    Men coreyi heyatimnan cixar iwa amma herwey yeyirem az cunki mede cox qebul etdiyce mede boyuyur az yemey senin rahat olmagina hemde ariqlamaga komek edir suyu cox icirem ki o mende toxluq hissi edirem birde cay acliq baw erende cay kofee icirem

    • @birbaxkanal
      @birbaxkanal  8 місяців тому

      Bəli, çox düzgün edirsiz

  • @sevdakengerli6020
    @sevdakengerli6020 8 місяців тому +2

    Ay insanlar 3 şeydən uzaq olun.çörək, duz, şəkər
    Canan Karatay dietiylə həm tox qalarsınız, həm də çəkiniz aşağı düşər😊

    • @birbaxkanal
      @birbaxkanal  8 місяців тому

      Bəli, tam haqlısınız

  • @musiqifiojbcx
    @musiqifiojbcx 8 місяців тому +1

    Bu qədər həkimlərə qulaq asıram biri konkret demirki nə ye hansı qidaları ye lifli qida deyirsiz nədi lifli qida

    • @gulka942
      @gulka942 8 місяців тому

      Butun tərəvəzlər liflidi.Göyərtilər də həmçinin.

    • @user-cx9gv9bp5q
      @user-cx9gv9bp5q 8 місяців тому +1

      Merci,.noxud,quru meyveler,kivi,mandarin

  • @SolmazBeshirova
    @SolmazBeshirova 8 місяців тому +1

    Min layk

  • @mehdiibrahimli6610
    @mehdiibrahimli6610 8 місяців тому

    Salam hekim necesiz gün erzinde 2 stəkan çay içirəm kişmişle şeker qəbul etmirem kişmiş olarmı

  • @samirdavudov145
    @samirdavudov145 8 місяців тому +5

    Yuksek tezyigden insult kecirmiwem😭😭

  • @republicofazerbaijan6671
    @republicofazerbaijan6671 8 місяців тому +1

    2 ildi çörek yemirem, şirniyat yemirem arada bir köfe tünd şakaladla enerjimi yükseldirem, tebi yarpaqlı yaşıl çay için, brokoli kök yumurta et toyuq balq ve bütün meyveler yemek olar,, qısacası çalışn KETO beslenin,, genç ve sağlıqlı yaşayın.

    • @birbaxkanal
      @birbaxkanal  8 місяців тому

      Keto pəhrizi haqda video hazırlayacağıq. Həkimlər də məsləhət görür. Daim sağlam olun.

    • @romannamazov9882
      @romannamazov9882 Місяць тому

      Ariqlamisizmi?

  • @alemamedov131
    @alemamedov131 8 місяців тому +1

    Indi kepekli corek yoxduki men 7 aydi yemerem mende deri xesdeligi varidi hemen yoxoldu hemde.zaifladim bugunku cörek.yeilmez men evde.ag gargadalinin coreini pişirerem.ne kilo artirmer nede okader yemetsen azbirşei doyduror

    • @birbaxkanal
      @birbaxkanal  8 місяців тому

      Möhtəşəm. Bizi haradan izləyirsiz?

  • @tez-xbrtv4182
    @tez-xbrtv4182 3 місяці тому

    1 aydi corək yemirem, yuxu tutur məni, ayaqlarım üşüyür...bu yaxsidi ya pis?

  • @Hicablı_qız2009
    @Hicablı_qız2009 29 днів тому

    Çörək yeməmək yaşa görə problem yarada bilər?

  • @gunelmahmudova4984
    @gunelmahmudova4984 8 місяців тому +1

    Salam mende hemişe köp ve qebizlik olur xaniş edirem mesleht vererdiz. Bir stekan çayla ya su ile de köp oluram😢

    • @azadqurbanli360
      @azadqurbanli360 8 місяців тому +1

      Suyu yeməkdən əvvəl ic.
      Birdə yeməkdən 2 saat sonra iç.
      İnşallah köp olmazsan.

  • @benovsemustafayeva8491
    @benovsemustafayeva8491 8 місяців тому

    Lifli yeməklər hansilardi

    • @birbaxkanal
      @birbaxkanal  8 місяців тому

      Meyvələr, tərəvəzlər.

  • @S90135
    @S90135 8 місяців тому +2

    Burun tutulmasına ne edim ? Deyərdiz zəhmət olmasa biraz soyuqlamisam deye limonlu cay ve mixeyli icirem

    • @birbaxkanal
      @birbaxkanal  8 місяців тому

      İnqalyasiya edin buxar vannası ilə. Qazana su tökün, çobanyastığı, melisa atın içinə. Qoyun qaynasın. Buxarını üzünüzə verin

    • @S90135
      @S90135 8 місяців тому

      Adi su ile etmək olmaz?​@@birbaxkanal

    • @fatyaramazanova2325
      @fatyaramazanova2325 8 місяців тому +1

      ​@@birbaxkanalingalyasya etdim 40 deyge bas agrisi tutdu meni day dozulesi deyil

    • @S90135
      @S90135 8 місяців тому

      Bəlkə suyu çox yaxın olmuzuz deyə baş ağrısı olub?​@@fatyaramazanova2325

  • @lemanshahbazova2833
    @lemanshahbazova2833 8 місяців тому +1

    ❤❤❤❤

  • @malikester6655
    @malikester6655 8 місяців тому +1

    Nəisə əl mühümm.yıxıl öl.başqa carə yoxdu.

  • @yeraz4324
    @yeraz4324 8 місяців тому +2

    AY HƏKİM YANINIZA GƏLƏN XƏSTƏLƏR SİZİN DANIŞIĞINIZI BAŞA DÜŞMÜYƏCƏK MƏNİM KİMİ SÖZ GEC ANLIYAN İNSANLARA

    • @birbaxkanal
      @birbaxkanal  8 місяців тому

      Həkimimiz tam sadə dillə izah edib

    • @melekilahi3306
      @melekilahi3306 8 місяців тому +1

      Mence cox tez tez danisir deye cumleler tam aydin olmur.sizin kimi duzgun teleffusle danişsa ela olardi.Sizin diksiyaniz tam aydindi.

  • @user-gk4wv7xm8c
    @user-gk4wv7xm8c 8 місяців тому +1

    Cörey yemey mutleqdir cinli bizim bunövremiz karbohidratlarladir.yemey lazimdir eski maya ile zakvaskali bizim dilde desek balati cörey le .men bisirirem hətta satiram.qreckali özüm buqda uyudurem cox rahat cöreydi

  • @gulnur9786
    @gulnur9786 8 місяців тому

    Çörək, şirniyyat, şaqalat, mürəbbələr yağlı ət bunlardan başqa hər şeyi qida rassiyonundan çıxarda bilərəm,şəkər xəstəsi olsam da şirniyyatlara mürəbbələrə yox deyə bilmərəm!,

    • @birbaxkanal
      @birbaxkanal  8 місяців тому

      Şəkər əvəzinə quru meyvələr yeyin. Daha sağlamdır.

  • @yuskapasa8360
    @yuskapasa8360 8 місяців тому

    həkimin dedikləri kasıb ücün deyil.Kasıb şor cörəklə uşaq böyüdür. Nağıl varlılara aiddir

  • @anarsexavetli8227
    @anarsexavetli8227 8 місяців тому +2

    👍

  • @elnararsidzad3549
    @elnararsidzad3549 3 місяці тому

    7 ildir çörək yemirəm.Mərci çörəyi bişirib,yeyirəm.

  • @pervanehubatova7133
    @pervanehubatova7133 8 місяців тому

    2 il ağ çörədən imtina etdim.Saçım tökülməyə başladı

    • @user-ek9wv8tx4f
      @user-ek9wv8tx4f 8 місяців тому +1

      Menimde 3 ay yimedim sacim tokuldu

  • @cfnRenox_v4
    @cfnRenox_v4 8 місяців тому +1

    🎉

  • @royaltaghiyev6160
    @royaltaghiyev6160 8 місяців тому +1

    Qluten nedirki

    • @xannaxalig6534
      @xannaxalig6534 8 місяців тому

      bugda unlu terkibli mehsullara deyilir

  • @sakivaliyeva2184
    @sakivaliyeva2184 8 місяців тому +1

    🙏🙏🙏

  • @elgunmammadova8064
    @elgunmammadova8064 8 місяців тому

    Salam sözüm xanımlaradi evdə heç bir yerə getmədən ayda bir dəfə 35 man aylıq dovruyə edib həqiqətən çox gözəl və faydalı məhsullar alib istifadə edib həmdə gəlirə cixmaq istəyən varsa buyurun xəyallarinizi gerçəkləşdirin

  • @asifaliyev8743
    @asifaliyev8743 8 місяців тому +2

    Çoreksiz heç curə mümkün deyil.

  • @DilareElekberova-dp5jl
    @DilareElekberova-dp5jl 8 місяців тому +2

    He ele ne gatrkar çoteye gatlar ona gore bu gundeyik de

  • @NaziBabayeva
    @NaziBabayeva 8 місяців тому

    Men umumen corek sevmirem ve yemirem.men yemeyin oz dadinda yemeyi sevirem .corek bow weydi sadece insalar verdiw edib.

  • @Nax.267
    @Nax.267 8 місяців тому

    Çörək yeməsək gərək başqa şeylər çox yeyək məs 3 yumurta zeytun hardan alaq 1kq 8 manatdı

    • @elvanzeynalova7201
      @elvanzeynalova7201 8 місяців тому

      Can inşalah olar birgün

    • @user-um7gu8cs7p
      @user-um7gu8cs7p 8 місяців тому +1

      behane axdarmiyin evde ne varsa ALLAH ne veribse ele onu coreksiz yeyin bu qrecka olar nebilim duyu olar kartof olar sup olar artiq elimizin altinda ne varsa uc yumurtani bir oturuma yemezler siz caliwin bir yumurtayla doyuzdurun oznuzu Birde idman edin her gun 10deq gece idmana vaxt ayirsaz az yesez bol su icsez hem saglam hem cavan qalacaqsiz derinizde hiss edessiz genclewme weffafliq

  • @untrueworlddreams1989
    @untrueworlddreams1989 8 місяців тому

    Ona buna ağıl verməyin kim necə istəyir qoy yesin! Onu deyin ku, yeyin amma hərəkət edin yeyib yatmayın! Bekar qalmısız

    • @birbaxkanal
      @birbaxkanal  8 місяців тому +3

      Ağıl insana verilmir, özündə gərək ola. Biz söhbət edirik, kim nə qədər pay istəsə götürə bilər

    • @user-oc1ty4mb3p
      @user-oc1ty4mb3p 8 місяців тому

      @@birbaxkanal 👍

    • @untrueworlddreams1989
      @untrueworlddreams1989 8 місяців тому

      Məsləhət gördüyünüz heç bir qida sağlam deyil! Heç bir şey orqanik deyil! Heç nəyin dadı yoxdur! Hamısınin geni dəyişib, ya da dərmanla becərilir!

    • @user-um7gu8cs7p
      @user-um7gu8cs7p 8 місяців тому +1

      ​@@untrueworlddreams1989Onda partdiyincan yeyin ne tapdiz yeyin gedin hereket edin Ne olar olar Elbetde her wey yememelidi insan nefsine sahib olmagi bacarmalidi Saglam yeyib İdman da etsek Xesdeliklerden uzaq olariq İnsan ozu ozunun duwmenidi

    • @untrueworlddreams1989
      @untrueworlddreams1989 8 місяців тому

      @@user-um7gu8cs7p xanım Allah insana heyvanlardan fərqli olaraq şüur verib ki özü özünü idarə etsin! Sən heyvan kimi yeyənlərə desən də yemə yeyəcəklər! Özün də bir az mədəni ol mədəniyyətli olma! Mənim səni kimi onun bunun yemək məsləhətinə ehtiyacım yoxdur nə yeyib içdiyimi özüm çox yaxşı bilirəm! Şükür Allaha ki, bir çoxu mənim fit quruluşuma həsəd aparır!!!