Şəkər Xəstələrinin 25%-i Bunu Bilmir - BU ƏLAMƏTİ HƏKİMLƏR GİZLƏDİR

Поділитися
Вставка
  • Опубліковано 31 гру 2023
  • #BirBax #şəkər #diabet
    #ДИАБЕТ
    Şəkər xəstələrinin 25 faizinin bu xəstəliyə yaxalandıqlarından xəbərsiz olduğunu bilirdiniz? Məhz buna görə bu gün diabetin, yəni şəkər xəstəliyinin ilkin əlamətləri haqqında danışmaq istəyirəm. Siz də videonu yaxınlarınıza göndərin ki, qeyd edəcəyim əlamətlər onlarda da varsa, xəstəlik vaxtında aşkarlansın. Diqqət ekrana.
    Diabet mədəaltı vəzinin kifayət qədər insulin istehsal etməməsi səbəbindən qanda şəkərin yüksəlməsilə özünü göstərən bir xəstəlikdir. İnsulin qanda şəkərin səviyyəsini normallaşdıran, mədəaltı vəzinin zülal hormonudur. Bədən kifayət qədər insulin istehsal etmirsə və ya orqanizmdə insulin müqaviməti baş verirsə, hüceyrələrin həyati vacib şəkər ilə təminatında problemlər yaranır. Qanda şəkər səviyyəsinin yüksəlməsi diabetin simptomlarının baş qaldırmasına, getdikcə də ağırlaşmasına səbəb olur. Lakin bunu xoşbəxtlikdən öncədən təyin etmək mümkündür. Bu gün elə ondan danışacam.
    Diabetin 2 növü var.
    “I tip diabet”. Daimi insulin qəbulu tələb edən xroniki xəstəlikdir. Bədənin özünü məhv etdiyi avtoimmun xəstəlikdir. Bu tip şəkərli diabetdə immun sistemi mədəaltı vəzinin insulin hormonu istehsal edən hüceyrələrini məhv edir. İnsulini həb kimi qəbul etmək mümkün deyil. Çünki mədə-bağırsaq sistemində bu ferment parçalanır. İnsulini yeməklə eyni vaxtda şprislə vurmaq lazımdır. Həmçinin, tez həzm olunan karbohidratlı, şəkərli yeməklər, şirniyyatlar daxil olmayan ciddi pəhrizə əməl etmək lazımdır.
    “II tip diabet.” II tip diabet tədricən inkişaf edir, çünki insulin, az da olsa, var. Ancaq bədənin ehtiyacları üçün kifayət deyil. Xəstəliyin inkişafı kökəlməklə paralel irəliləyir. Hüceyrələr qida maddələrilə həddindən artıq yüklənirlər. Nəticədə, insulinə qarşı həssaslıqlarını itirirlər. Simptomlar o qədər də aydın görünmür, xəstəlik hiss olunmadan davam edir. II tip diabet, əksərən, təsadüfi qan və ya sidik analizi zamanı aşkar edilir. Xəstəlik özünü infeksiyalar, xüsusilə, sidik yolları infeksiyaları və həddindən artıq susuzluq kimi simptomlarla da göstərir. Qəfil arıqlamaq da mümkündür, lakin kök insanlarda bu, nəzərə çarpmaya da bilər.
    Diabetin ilkin əlamətləri.
    Dünyada şəkərli diabet xəstələrinin sayı hər il artır. Buna görə də, xəstəliyin inkişafını göstərən ilk əlamətlərə vaxtında diqqət yetirmək vacibdir. Nəzarətsiz diabet sonradan hiperqlikemiyanın inkişafına və qan şəkərinin yüksəlməsinə səbəb olur. Bu, bədənin bir çox sistemlərində ciddi problemlərə yol açır. Xəstəlik sinir sistemi və qan damarları üçün ən böyük təhlükə yaradır.
    Əlamətlər bunlardır:
    1. Görmə qabiliyyətinin pozulması. Qanda şəkər səviyyələrində kəskin sıçrayışlar tez-tez gözdə dəyişikliklərə və gözün yuxarı qabığının torlu qişasının spesifik zədələnməsi səbəbindən görmə funksiyasının pozulmasına səbəb olur. Şəkərli diabetin inkişafı müvəqqəti miyopiyanın yaranmasına və artmasıma səbəb ola bilər. Vaxtında müalicəyə başlansa və qanda şəkərin səviyyəsi sabitləşsə, görmə funksiyaları da normallaşacaq. Adətən, görmə problemləri şəkərli diabetin orta və ağır formaları olan xəstələrdə daha çox müşahidə edilir. Bəzi hallarda bu, korluğa qədər gətirib çıxara bilər.
    2. İdarəolunmayan əhval dəyişikliyi və qəzəb tutmaları. Qan şəkəri səviyyəsindəki balanssızlıq insanın ruh halına da təsir edir. Xəstəliyin erkən mərhələlərində olan insanlar və ya xəstəliyin varlığından belə, xəbəri olmayanlar daimi əhval dəyişikliyi ilə qarşılaşa bilər. İzah olunmayan qəzəb və ya depressiya hücumları yaşayanlar endokrinoloq müayinəsindən keçsələr, yaxşı olar.
    3. Gec sağalan yaralar. Şəkərli diabetin inkişafı ilə zədələnmiş toxumanın bərpası prosesi yavaşlayır. Bunun əsas səbəbi lazımi maddələrin zədələnmiş nahiyəyə çatdırılmasının pozulmasıdır. Toksik və zərərli maddələrin bədəndən çıxarılması prosesi də yavaşlayır. Nəticədə, xəstənin zəifləmiş bədəni patogenlərin mənfi təsirlərinə effektiv müqavimət göstərə bilmir. Bu da infeksiya və yaraların irinləməsi ehtimalını artırır.
    4. Bədən çəkisinin kəskin azalması. Bədən çəkisi sağlamlığın əsas göstəricilərindən biridir. Çəkidə ani dəyişikliklər, hətta normal həddə olsa belə, müəyyən problemlərin mövcudluğunu göstərə bilər. I tip diabetdə bədən istifadə oluna bilməyən artıq qlükozanı effektiv şəkildə çıxarmaq üçün sidik ifrazını artırır. Bununla yanaşı, faydalı qida birləşmələri də bədəni tərk edir. Bundan əlavə, orqanizmin hüceyrələri aclıq çəkir. Xəstəlik inkişaf etdikdə qlükoza toxumalara daxil olmur; bu da xəstənin bədənini yağ və əzələ toxumasını enerji mənbəyi kimi istifadə etməyə məcbur edir. Müalicə dərhal başlamazsa, 1 ay ərzində bədən çəkisi 15 kiloqram azala bilər. Kilo itkisi tez-tez ümumi zəiflik, güclü aclıq hissi və başgicəllənmə ilə müşayiət olunur.
  • Наука та технологія

КОМЕНТАРІ • 115

  • @Elxan321
    @Elxan321 7 місяців тому +46

    Bu kanala baxıb ibrət götürsünlər!Belə gözəl kanalı bəyənin ki,millətimiz bəhrələnsin.Gözəl məsləhətlərə görə təşəkkür edirəm!

    • @birbaxkanal
      @birbaxkanal  7 місяців тому +6

      Var olun, sizin bu sözləriniz bizə motivasiya verir🙏🏻

    • @ibrahimmacidov8136
      @ibrahimmacidov8136 6 місяців тому

      😢​@@birbaxkanal

    • @user-sm1hi3ue3k
      @user-sm1hi3ue3k 6 місяців тому

      Salam zehmet olmasa deyersız sekere meylıkım var
      Emalyat ola bılermı ? ​@@birbaxkanal

    • @simamammadova4287
      @simamammadova4287 5 місяців тому

      😊​@@birbaxkanal

    • @Elxan321
      @Elxan321 4 місяці тому

      @@birbaxkanal Sizi də var olun ki,millətimizi maarifləndirici videolarla tanışb edib düzgün həyat tərzi keçirməyi öyrədirsiz!!!

  • @Saudadee_011
    @Saudadee_011 3 місяці тому +8

    Gözəl Allahım bütün xəstələrə şəfa versin olmuyanlarıda bu xəstəlikdən uzaq etsin insheAllah.

  • @Vefa-cc1ym
    @Vefa-cc1ym 6 місяців тому +40

    ,,,,.. Ya Rəhimlilərin Ən Rəhimlisi 124m.P.r, və Əhli-Beytə. bu 3 ••• AYA, Ən sevdiyin Dualara Xatir Butun Musalmanin Gunahin Baqişla hər 2 Dunyasin Ən Xeyrli et. Хəstələrinə Şəfa ver, Hacətin Tezləşdir, Mən, Boynumuzda Haqqi olanlar və Amin deyənlərdə onun icində AMIN

  • @TestKontakt-pb8vt
    @TestKontakt-pb8vt 6 місяців тому +15

    Allah hamıya şəfa versin

  • @Ezize-yy1fu
    @Ezize-yy1fu 7 місяців тому +10

    Ətraflı məlumata görə çoxsağ olun.

  • @cahangiryusif2161
    @cahangiryusif2161 7 місяців тому +21

    Qorxudan stresdende seker yaranir insan.

  • @user-sd6ub7fd6v
    @user-sd6ub7fd6v 4 місяці тому +2

    Cox saqol xanim

  • @rada4634
    @rada4634 7 місяців тому +2

    Sizlərə təşəkkür ederim ,məsləhətnizə görə , bu dedikləriniz məndə varıydı,zoba görə yoxladırdım, yoxlatdım məndə şəkər də çıxdı.

    • @birbaxkanal
      @birbaxkanal  7 місяців тому +1

      Allah şəfa versin. Tezliklə sağlamlığınıza qovuşun inşallah🙏🏻

  • @nurH47
    @nurH47 5 місяців тому +2

    GENIW MELUMAT UCUN COX YEWEKKUR EDIREM.🙏😊

    • @birbaxkanal
      @birbaxkanal  5 місяців тому +1

      Çox gözəl sözlərdir. Çox sağ olun❤

  • @Elxan321
    @Elxan321 7 місяців тому +17

    Xoş gördük gözəl xanım!Sizin yeni ilinizi təbrik edir,sizə can sağlığı və işinizdə uğurlar arzu edirəm!!!

    • @birbaxkanal
      @birbaxkanal  7 місяців тому +2

      Var olun, mən də sizin yeni ilinizi təbrik edirəm. Yaxşı ki varsınız

    • @Elxan321
      @Elxan321 7 місяців тому +1

      @@birbaxkanal Allah razı olsun!Təşəkkürlər!❤️

  • @user-wi7hc8es5t
    @user-wi7hc8es5t 6 місяців тому

    Cox.saxolun.məsləhətə.görə

  • @sexavetsahkeremov918
    @sexavetsahkeremov918 7 місяців тому +1

    Çox sağ olun.Amin.

  • @mehriabilova8032
    @mehriabilova8032 7 місяців тому +1

    Çoox gözəl vidodu əməyinizə sağlıq

    • @birbaxkanal
      @birbaxkanal  7 місяців тому +1

      Çox təşəkkür edirəm❤

  • @merziyeagayeva1362
    @merziyeagayeva1362 7 місяців тому +7

    Çox təşəkkür edirik❤

    • @birbaxkanal
      @birbaxkanal  7 місяців тому

      Mən təşəkkür edirəm

  • @asifesgerov3284
    @asifesgerov3284 7 місяців тому +2

    Cox sag olun.

  • @sabirecabbarova3906
    @sabirecabbarova3906 4 місяці тому

    Cox sagilun cox net soylediniz mene sizikimi bir hekim tavsiyee edersiniz cox sevinitem

    • @birbaxkanal
      @birbaxkanal  4 місяці тому

      İzlədiyiniz üçün təşəkkür edirik

  • @violetline1460
    @violetline1460 5 місяців тому

    Tewekkurler

  • @user-dc1ig6mx5j
    @user-dc1ig6mx5j 6 місяців тому +2

    Allah her kese kömey olsn icndede bize

  • @GundelikTeleqrafnews
    @GundelikTeleqrafnews 7 місяців тому

    Möhtəşəm video ❤

    • @birbaxkanal
      @birbaxkanal  7 місяців тому

      Siz sağ olun ki, izləyib fikirlərinizi bizimlə bölüşürsünüz🙏🏻

  • @metanethuseynova4773
    @metanethuseynova4773 7 місяців тому +1

    Təşəkkürlər ❤

  • @rade.nuraysukurov7658
    @rade.nuraysukurov7658 6 місяців тому +2

    ALLAH RAZI OLSUN

  • @bozkardinal.1581
    @bozkardinal.1581 7 місяців тому +5

    Qanda şəkərin miqdarı normal çıxa bilər.qanda qlûkozanı da yoxlamaq lazımdır.

  • @user-ds1bw1qq7v
    @user-ds1bw1qq7v 7 місяців тому +1

    Çox Saq olun❤❤❤

  • @user-hk1jk7rb9k
    @user-hk1jk7rb9k 7 місяців тому +2

    Çox sağolun

  • @zenfiragulueva6855
    @zenfiragulueva6855 7 місяців тому +5

    Çox sağolun ❤en selist qanışan xanım. Yeni illere yeni uğurlara❤

    • @birbaxkanal
      @birbaxkanal  7 місяців тому +1

      Var olun, motivasiya verirsiniz mənə🙏🏻

  • @nesreddinsahbazov9033
    @nesreddinsahbazov9033 6 місяців тому

    Salam aleykum çox Teşekkür edirəm

    • @birbaxkanal
      @birbaxkanal  6 місяців тому

      Daim sağlam olun🙏🏻

  • @kamrambayramov1492
    @kamrambayramov1492 7 місяців тому

    🙏🏻🙏🏻

  • @f.xanoglu.9999
    @f.xanoglu.9999 7 місяців тому +1

    Çox təşəkkür edirəm.
    Hərdən yoxlayıram 90-100 arası olur

    • @birbaxkanal
      @birbaxkanal  7 місяців тому +1

      Siz sağ olun ki, fikirlərinizi bizimlə bölüşürsünüz🙏🏻🌹

  • @minaseyfullazade682
    @minaseyfullazade682 4 місяці тому

    var olun

  • @aynursadiqova827
    @aynursadiqova827 7 місяців тому +11

    İller önce seker bu qeder yox idi hazirda usaqlar bele sekere titlir😢

    • @birbaxkanal
      @birbaxkanal  7 місяців тому +6

      O qədər çox şirniyyat çeşidləri var… hamısı xəstəlikdir

  • @TestKontakt-pb8vt
    @TestKontakt-pb8vt 6 місяців тому

    ❤❤❤

  • @user-li6hz9fs8l
    @user-li6hz9fs8l 5 місяців тому

    Salam xanım sadaladığınız bütün problemlər hamısı məndə var amma yoxlatanda çıxmayıb şəkər nə etməliyəm zəhmət olmasa bir çarə deyin 😊😢

  • @nagihasimov4246
    @nagihasimov4246 7 місяців тому +13

    Bu videoya baxandan sonra dəqiq bilirəm şəkər olacağam

    • @aytenmammadova1331
      @aytenmammadova1331 7 місяців тому

      Yəqin insulin dirənciniz var. Endokrinoloqa gedin. Müalicə alın.

    • @birbaxkanal
      @birbaxkanal  7 місяців тому

      Nədən?

    • @gulnarerustamova5117
      @gulnarerustamova5117 7 місяців тому

      ❤ooo❤ooöoooo​@@aytenmammadova1331

    • @SumbulVahidova-xk4ow
      @SumbulVahidova-xk4ow 7 місяців тому +1

      Can allah eləməsin mən də elə düşündümki məndə var yeqin

    • @cahangiryusif2161
      @cahangiryusif2161 7 місяців тому

      ​@@SumbulVahidova-xk4owbu deqiqe hamida sekere meyillik var. Ölkenin 40 faizi seker xesdesid

  • @bozqurd9024
    @bozqurd9024 7 місяців тому +7

    Pis adamlar , heyatmiza daha tez soq qoyur

    • @arzuarzu4067
      @arzuarzu4067 7 місяців тому +2

      Hem də.👌

    • @birbaxkanal
      @birbaxkanal  7 місяців тому +1

      İnsanlarln həyatınıza müdaxilə etməsinə imkan verməməyə çalışın

  • @-hl4or
    @-hl4or 7 місяців тому +2

    *demir demirliyle curuyur qaldı insan curumesin 27 yaşımdan şekerem 30 var şeker isteyisen xobext ol isdeysen esebi o kefi neter isdeyir qalxır periz edirem ama o.oz kefile oynayır*

    • @user-ww2kn1sm8o
      @user-ww2kn1sm8o 2 місяці тому

      birdə imbir və qvozdika çay kimi demlryin için çox gözəl kömək edir saxarı tarazlayır qoymur qalxmağa.

  • @user-jb3is6xj3f
    @user-jb3is6xj3f 5 місяців тому

    şekerin müalicəsi var? yeni insan bu xestelikden xilas ola bilir?

  • @vidadiverdiyev1263
    @vidadiverdiyev1263 6 місяців тому +1

    Niyə Gədəbəy, Göygöl, Daşkəsənin təmiz qidasını demədin? Şəmkir və Tovuzda parnikde yetişmiş dermanli qidalardır. Heç də yaxşı məsləhət vermədin.

  • @tezegulabbasova1387
    @tezegulabbasova1387 7 місяців тому +3

    Mən 50dərəcə istidədə su istəmədim

  • @UmidKamalli-ur8eg
    @UmidKamalli-ur8eg 7 місяців тому +6

    Məndə təsadüfən öyrəndim ,ancaq susamıram

  • @user-cq7nz3bs6b
    @user-cq7nz3bs6b 7 місяців тому +1

    👍👍👍🌙🌙🌙🙏❤️🎄🎄🎄🙌

  • @UmidMemmedli-q3o
    @UmidMemmedli-q3o 28 днів тому

    Mende weker qorxudan emele geldi

  • @gullusultanova8610
    @gullusultanova8610 6 місяців тому

    Men bu elametlerden eziyyet cekirem amma seker testi normada oldugunu gosterir

  • @amilhuseynov2842
    @amilhuseynov2842 7 місяців тому +1

    Yslan😂

    • @birbaxkanal
      @birbaxkanal  7 місяців тому

      Şəkər yemək üçün bəhanə olmasın)

  • @cnublu7052
    @cnublu7052 2 місяці тому +1

    YA ALLAH 🤲🏻

    • @birbaxkanal
      @birbaxkanal  2 місяці тому +1

      Fikirləriniz bizim üçün dəyərlidir. Bütün videolarda şərhlərinizi gözləyirik.

  • @user-vb7en8ok5u
    @user-vb7en8ok5u 5 місяців тому +1

    Bəs mən niyə arığlamıram?

  • @ElzaBabayeva-ow5bq
    @ElzaBabayeva-ow5bq 5 місяців тому

    ООО им по

  • @user-mf2vr7sg4v
    @user-mf2vr7sg4v 4 місяці тому

    Əgər müalicəsi yoxdursa bilməyin nə mənası varki?

  • @user-de6zy2gr8g
    @user-de6zy2gr8g 6 місяців тому

    Axşamınız xeyir Azərbaycan və düşüncəli Azərbaycan insanlari bu şəkərə qarşi verliş aparan həkimdi qadindi nədi bilmirəm amma gözünün içinə kimi 60% yalan danişir demək istəyirəm ki hərhansi insanda şəkər varsa çalişin təzə və balanmiş zoqal mürəbbəsi alinça alça deyək yeyin yəni aci meyvələrdən olsun ki şəkəri heçzaman qoymayacaq qalixa şəkərin üç növü var soyuqda qorxudan və nervidən əsəbləşmək olmaz qaldi obri söhbət şəkərin yaraya hər-bir daxili yoxdur sözümün axiri bundan əlamətdir ki aci meyvə tapmayanda yeməyə aci ayran için şəkəri dərhal azaldir hələlik çox sağolun

    • @talehqeribov7352
      @talehqeribov7352 6 місяців тому

      Salam acı meyvə acı ayran nədirrr zhm olmasa ətraflı başa salin

  • @alimusayev990
    @alimusayev990 7 місяців тому +1

    İnde tebii gide tapmag geyri münkünder!!! Hec kime inanmeyen ancag cözıereneze !!!

  • @user-ij1gb1yv6x
    @user-ij1gb1yv6x 7 місяців тому +2

    Elemateri deyene qeder gozdemeye sebrim catmadi ne menasiz ceklis olub olmaski qisa ve kankret butun eseblerim pozuldu bele vidyolar adami xesde eliyer

    • @birbaxkanal
      @birbaxkanal  7 місяців тому

      Fikrinizə hörmət edirəm

  • @geceninsessizliyi3763
    @geceninsessizliyi3763 6 місяців тому +2

    mende şeker oldum 😢

  • @suleymanqaziyev3411
    @suleymanqaziyev3411 6 місяців тому

    Fırıldaqçısınız! O firmanın məhsullarını reklam edirsiniz, halbuki onlar kənd məhsulları şirması altında qiyməti göyə qaldırıblar.

    • @birbaxkanal
      @birbaxkanal  6 місяців тому

      Hansı firma?? Nə yazdığınızın fərqindəsiz ümumyyətlə?

  • @SalamAleykumSalamAleykum-nm8cd
    @SalamAleykumSalamAleykum-nm8cd 7 місяців тому +1

    Vidyoda Lüt qadınlar
    əxlaqsız hərəkətlər nümayiş olunur
    Başınıza dəysin məlumatınız

    • @birbaxkanal
      @birbaxkanal  7 місяців тому +1

      Deyəsən siz yuxu görürsünüz)

    • @xedicemehyeddinova9452
      @xedicemehyeddinova9452 7 місяців тому +1

      Saglam adam vidioya qulaq alıb qorxudan şəkər olar mən sekerem yüz əlli indi qalxıb iki yūz olacaq