Orkhan Zeynalli - Yadımda Deyilsən | 2014

Поділитися
Вставка
  • Опубліковано 8 вер 2024
  • Orkhan Zeynalli-nın “Yadımda Deyilsən” treki artıq onlayndır.
    Orkhan Zeynalli-ya UA-cam-da abunə ol: mikpro.az/ozey...
    Kover: Aliyar Mikayilov
    Orijinal mahnı: "If You Want Me"
    Remake: T Beatz
    Orkhan Zeynalli sosial şəbəkələrdə:
    Facebook: mikpro.az/ozey...
    Instagram: mikpro.az/ozey...
    Genius: mikpro.az/ozey...
    Orkhan Zeynalli rəqəmsal platformalarda:
    Keçid: mikpro.az/ozey...
    Sözlər:
    [Giriş]
    Are you really here or am I dreaming?
    I can't tell dreams from truth
    For it's been so long since I have seen you
    I can hardly remember your face anymore
    [Bənd 1]
    Üzün yadımda deyil artıq, yəqin illər keçdikcə
    Bu şəhər səni də alıb içinə, sən artıq adi sakin
    Bir unutmaqlıq sevgi, ya bir sevgilik həyat
    Nə qədər əbədi sevgidən yazdım, sonda unutdum lakin
    Bu xaraba yarımadanın tarix olmuş küçələrində
    Bir gün divarlar sökülür, bir gün arzular
    Üzünün birgə cizgisini yadıma salsalar
    Soyumuş qəlb üşüdər şəhəri, yarpaqlar solar
    Əlimizdən tutub bizi keçmişə aparsalar
    Deyərəm sən get, mən gəldim bəlkə keçmişdəki mənlə
    Xoşbəxt ol, mənsə olum gələcək səhv
    Deyərsən “zamanı aldatdıq”, birdən soruşsalar
    Səsin yadımda deyil artıq, bir gün zəng etsən
    Adını de, sonra sus, çoxluqda itə bilərsən
    Ya da ki fərq etməz birdən özünə dərd etsən
    Adın yadımda deyil artıq, adını deməyə də bilərsən
    [Nəqərat]
    If you want me satisfy me
    If you want me satisfy me
    If you want me satisfy me
    [Bənd 2]
    Unudulur ilk öpüş, unudulur etiraflar
    Unudulur ilk görüş, görüş yeri və məkanlar
    “Yaddan çıxmaz doğmalar” - deyirdik bir vaxtlar
    Unudulmuş gör nə qədər insan var ətrafda
    Unudulub titrəyən səs artıq o səs əsmir
    Üşütmür Bakı küləyi də, artıq o sərt əsmir
    Unudulur yaxşılıqlar, unudulur “çox sağ ol”lar
    İnanmazdım, nə vaxtsa yaddan çıxacaq sığallar
    Unudulur unutmaqçün atılan addımlar da
    Unutdurmaq üçün bir neçə saatlıq qadınlar da
    Yaddan çıxıb artıq yataqda səhv düşən adlar da
    İllərin yaddaşı indi ancaq rəfdəki şərablarda
    Unudulur verilən sözlər ilk gün kimi
    Sönür gedir hisslər solub gedən ilk gül kimi
    Və məndən heç nə gözləməyin, qələm də həminki deyil artıq
    Hansı mahnı kimə yazılıb yadımda deyil artıq (deyil artıq)
    [Nəqərat]
    If you want me satisfy me
    If you want me satisfy me
    If you want me satisfy me
    If you want me satisfy me
    If you want me satisfy me
    Orkhan Zeynalli tərəfindən ifa olunan “Yadımda Deyilsən” parçasının rəsmi audiosu. Bu videonun bütün hüquqları "mikpro” MMC tərəfindən qorunur. © 2020
    Etiketlər:
    #OrkhanZeynalli #YadımdaDeyilsən #mikpro

КОМЕНТАРІ • 1,2 тис.