Orkhan Zeynalli ft. Gültəkin - Mavi Qızılgüllər | 2012

Поділитися
Вставка
  • Опубліковано 18 вер 2015
  • Orkhan Zeynalli-nın Gültəkin ilə birgə ifa etdiyi “Mavi Qızılgüllər” treki artıq onlayndır.
    Orkhan Zeynalli-ya UA-cam-da abunə ol: mikpro.az/ozeynalliyt
    Rejissor: Fuad İsmayilov
    Orkhan Zeynalli sosial şəbəkələrdə:
    Facebook: mikpro.az/ozeynallifb
    Instagram: mikpro.az/ozeynalliig
    Genius: mikpro.az/ozeynallign
    Orkhan Zeynalli rəqəmsal platformalarda:
    Keçid: mikpro.az/ozeynallidinle
    Orkhan Zeynalli tərəfindən Gültəkinin iştirakı ilə ifa olunan “Mavi Qızılgüllər” parçasının rəsmi videosu. Bu videonun bütün hüquqları "mikpro” MMC tərəfindən qorunur. © 2020
    Etiketlər:
    #OrkhanZeynalli #MaviQızılgüllər #mikpro

КОМЕНТАРІ • 925

  • @KonulOdinson
    @KonulOdinson Місяць тому +91

    2024 tayfa haradadır

  • @qenialiyev2688
    @qenialiyev2688 3 роки тому +832

    Bunu yazdım bura arada bəyənin bildirim gelsin yenə gəlim 🙂

  • @ruslanvahabov3217
    @ruslanvahabov3217 3 роки тому +583

    2021 və hələdə burdayıq
    10 il öncəsi:(

  • @milanamemmedova5008
    @milanamemmedova5008 17 днів тому +7

    2024 hələdə dinləyirəm ;) 15 yasımdan başlamışdım dinləməyə 25 yasım var hələdə bezmirəm gəncliyimdi ))

  • @solnishkosadikzade8968
    @solnishkosadikzade8968 2 роки тому +478

    2022.. Bu mahnını anama ithaf edirem.. O menim mavi qızılgülümdür.. İnshaAllah tezlikle shefa tapsin, bütün xesteler... 💙

    • @gussaiin
      @gussaiin Рік тому +6

      Allah shefa versin!

    • @Hakhiyeva
      @Hakhiyeva Рік тому +7

      Allah şəfa versin ❤️

    • @gunelheyderzade9390
      @gunelheyderzade9390 Рік тому +7

      Ananıza bol şəfalar❤️

    • @taleh4478
      @taleh4478 Рік тому +7

      İnşallah ki indi yaxşıdı

    • @cavidzamanxanov7417
      @cavidzamanxanov7417 Рік тому +3

      Allah daim şəfalar yetirsin və sağlam bir ömür yaşasın İNŞALLAH . AMİN

  • @Semaisazadeh
    @Semaisazadeh 5 років тому +306

    Kaş buna ilk defe qulag asdigim vaxtlara geri done bilerdim...

  • @lam1aa
    @lam1aa 4 роки тому +504

    Gəl Orxan, konsertini gözlüyənlər var bu şəhərdə
    Və Gəldi..

  • @kshikhaliyev
    @kshikhaliyev 23 дні тому +3

    7 May 2024-cü il. Yenidən bu musiqidəyəm. Mavi rəng bir ayrı önəmlidir mənim üçün. How I Met You Mother serialındakı Ted Mosby-də Şabatski üçün mavi korno oğurlamışdı. Amma hər şeydən də əlavə bu musiqi gəncliyimin ruhudur, hər yağışın mənə xatırlatdığı bir musiqidir. İlk dəfə dinləyəndə çox balaca bir daxmada yaşayırdım və 10 ya 11-ci sinifdə oxuyurdum səhv etmirəmsə. Bu illər ərzində nələr yaşadım ? Bir çox şey. Dünya nüfuzlu universtet oxudum, beynəlxalq səviyyədə tanınmış birinə çevrildim sahəm üzrə. Füzuli, Cəbrayıl, Xocavənd və Şuşa kimi yerlərdə döyüşdüm. O daxmanı indi bir villa etmişəm. Gəncliyimi işləyərək və qazanaraq yaşadım. Nə sevgilər itirdim. Nə sevgilər qazandım. Geriyə dönüb baxanda sadəcə yaxşı ki, hamısı oldu deyirəm. Bu gün niyəsə həmin 16 yaşlı Kamran olmaq istədim. O duyğuları yaşamaq üçün yenidən bu mahnıya gəldim. Yeri gəlmişkən 2022-ci il qışda verilən Konsertdə mavi qızılgülləri özüm düzəltdirib göndərmişdim Orxana səhnədə. Özüm VİP zalda idim. Amma saxlamışam o videonu. Bu rəyi niyə bura tökdüm bilmirəm. Görünür yorğunam hələ də öz mavi qızılgülümü görməmişəm deyə. Amma bu gün o yeniyetmə Kamran olmaq üçün gəldim.

  • @rya._21
    @rya._21 Місяць тому +4

    2024.04.20 fərqli insanlara özəldi, gözəl parçalar..

  • @lilyoruj3333
    @lilyoruj3333 2 роки тому +414

    Mavi Qızılgüllərin mənası sevginin və eşqin ilahiliyini göstərir... 💙

  • @bikacabrailsoy2874
    @bikacabrailsoy2874 6 років тому +686

    Verse:
    Bu gülü bağışladım ki, sən dərk edəsən
    Bu gülü bağışladım ki, sən tərk edəsən
    Bu günü yaşadım ki, anlayasan bəlkə də sən
    Bu ömrü yaşamadım ki, sən məhv edəsən
    Zamanı verməyiblər ki, biz onu qaytaraq
    Qədrini bilmədikcə ancaq xəyallarda
    Həyatı verməyiblər ki, biz onu aldadaq
    Xoşbəxt olduğumuzu deyək ancaq yalanlarda
    Sevgini vərməyiblər təkcə ondan mahnı yazaq
    Bilirəm sətirlərimdə sevgi müqəddəsdi
    Torpağı verməyiblər təkcə orda qəbir qazaq
    İstərəm torpaqda bitsin mavi qızılgüllər
    Bahar vaxtı açıq qalan pəncərələrdən
    Baxıb güc alanda küçədə sevgililərdən
    Gizlədəndə gözlərimdə sevgimi hərdən
    Bu həyatı istəmədiyimi anlamışdım lap öncələrdən
    Qələmi verməyiblər mənə, mən tək səndən yazım
    Səhərlər ayırır məni sevdiyim gecələrdən
    Ürəyi verməyiblər mənə orda tək səni daşıyım
    Bu qəlbi qırıq-qırıq toplamışam bir neçə yerdən mən
    Nəqarət:
    Bu günlər bizim ömrümüzdən keçər
    Mənim son ümidim açılan səhər
    Sənin əllərin mənim əlimdən ayrılaraq qovuşar əbədi göylərə
    Biz dünyamızı döndərəcəyik yenə
    Vurulaq yenə, sarılaq yenə
    Son dəfə rəqs etmədik yağışda, mənə mavi qızılgülü bağışla
    Verse:
    Uşaq vaxtı axtarırdım möcüzələri mən
    Tapmadıqca tez-tez deyirdim ki, düzələr mən
    Maraqsızlaşırdı həyat böyüdükcə mən
    Gətirmir böyük arzuya böyük büdcələr
    Sən də bir möcüzə deyildin, nə qədər oxşasan da
    Sən də yaşada bilmədin, qanıma qarışsan da
    Sən də qalmayacaqsan yadımda uzun illər
    İstərəm torpaqda bitsin mavi qızılgüllər
    İnsanlar əl uzadır hərdən yerdən qaldırmaqçün
    Bu əllər heç vaxt qaldırmayacaq qanadlartək
    İnsanlar əl uzadır çox vaxt aşağıya dartmaqçün
    Qanadlarsa heç vaxt incitməyəcək əllərtək
    Mən artıq istəmirəm adi insan, adi həyat tərzi
    Artıq istəmirəm əvvəlcədən bilim gələn fəsli
    İstəyirəm ki, mənim üzümə gülsün göylər
    İstərəm torpaqda bitsin mavi qızılgüllər
    Nəqarət:
    Bu günlər bizim ömrümüzdən keçər
    Mənim son ümidim açılan səhər
    Sənin əllərin mənim əlimdən ayrılaraq qovuşar əbədi göylərə
    Biz dünyamızı döndərəcəyik yenə
    Vurulaq yenə, sarılaq yenə
    Son dəfə rəqs etmədik yağışda, mənə mavi qızılgülü bağışla
    Verse:
    De ki, sən də gözləməmisən möcüzələr
    De ki, görməmisən yuxuda heç vaxt uçduğunu
    De ki, saymırsan özünü hamıdan fərqli
    De ki, istəmirsən bir gün qızıl balıq tutmaq
    Qorxma, uşaqlıq deyil bunları xəyal etmək
    Məncə, mümkünsüz deyil hər şeyi real etmək
    Mən dəli olmamışam, göz yaşını sil artıq
    Mən istəyirəm ki, insani dərdlər bitsin artıq
    Mənə göydən gəldi bu toxumlar hədiyyə
    Bu deyil bir işarə, bənzəmir dini vəhiyyə
    Dedilər bunu əksən torpaqda bitsə əgər
    Mavi qızılgüllər sən də olacan bizdən biri
    Mən özümlə aparmaq istədim səni uzaqlara
    Sənsə inanmırsan, dözürsən bu yalanlara
    Mən sonsuz yaşayacam de bütün insanlara
    Artıq tab gətirmədim dünyada üsyanlara
    Nəqarət:
    Bu günlər bizim ömrümüzdən keçər
    Mənim son ümidim açılan səhər
    Sənin əllərin mənim əlimdən ayrılaraq qovuşar əbədi göylərə
    Biz dünyamızı döndərəcəyik yenə
    Vurulaq yenə, sarılaq yenə
    Son dəfə rəqs etmədik yağışda, məni bağışla, məni bağışla…

  • @yunis2356
    @yunis2356 Місяць тому +8

    2024 dinləyirik müdür 😊

  • @shahinshukur1556
    @shahinshukur1556 4 роки тому +158

    Orxanın, Qaraqanın treklerine qulağ asana kitab gerəy deyl səsli kitablardi

  • @Gulilui77
    @Gulilui77 6 місяців тому +7

    Mən istəyirəm ki, insani dərtlər bitsin artıq.

  • @Zemws
    @Zemws 3 місяці тому +6

    ''Biz dünyamızı döndərəciyik yenə, vurulaq yenə sarılaq yenə.. "

  • @chinara001
    @chinara001 3 роки тому +132

    əvvəlki illər çox çox başqa idi, çox gözəl günlərim olmasa da darıxacaq qədər başqadı o illər :")
    22.02.2021, (00:52) buda burda qalsın :)

  • @Kamran...
    @Kamran... 3 роки тому +60

    2021 Hələdə dinləyirəm və bilirəm tək deyiləm.

  • @ilyasismayilzade2545
    @ilyasismayilzade2545 4 роки тому +54

    #2020 unudanların qəlbi qurusun

    • @nrgiz26agayeva55
      @nrgiz26agayeva55 3 роки тому +3

      Hələdi dinləyirəm

    • @Nazz_777
      @Nazz_777 3 роки тому +7

      Nəhayət mənim kimi hələ də dinləyən birini tapdım...

    • @aidadjavadova9713
      @aidadjavadova9713 3 роки тому +4

      2021 oldu helede dinləyirəm

  • @vilaytbybala4426
    @vilaytbybala4426 3 роки тому +26

    Çox az adam dinləyib, yəqin ona görəki ölkədə çox az fərqli insan var...

  • @konulsbziyeva8553
    @konulsbziyeva8553 4 роки тому +79

    Bəyənmiyən 21 nəfər heç vaxt "yağışda rəqs eləmiyənlərdi" "yuxuda uçmuyanlardı" "səhər iclası olmuyanlardı"... 30.12.2019

  • @aishaaa7657
    @aishaaa7657 Рік тому +28

    Sevgi çoox qarışıq bir hissdir. İndiki zamanımzda çoxlarımız bu dəyərli hissi çoox adiləşdirir,bir mənası qalmır sanki...Çoxlarımız sadiq olmağı,ruhən,qarşılıqsız,saf sevməyi unutmuşuq. Bəziləri sevgini pul,bəziləri oyuncaq,bəziləri isə bir heç olaraq görür. Sevgi bunlar deyil. Sevgi bir qızılgül kimidir. Bənzətməlisən bir gözəlliyyə,fərqliliyə. Çoox gül var,amma sevginin gülüdür-qızılgül. Daha fərqli qoxusu,gözəlliyi var,sırf özünə xas. Sevgiyi də belə baxmaq lazımdır. Sanki heç bənzəri olmayan,qoxusu və təravəti ilə səni məst edəcək bir qızılgül kimi. Sevginiz sizi hər zaman təravətli saxlasın,sadəcə uzaqdan baxılanda deyil,yaxından qoxlayanda da gözəl görünsün. Sevgini boş sanmayın,adiləşdirməyin.Sevgi müqəddəsdir. Hər zaman bənzərsiz bir duyğu və əlçatmaz bir xoşbəxtlik kimi görməyiniz diləyi iləə...Sevgiylə qalınn❣

  • @ayxanrizvanov8472
    @ayxanrizvanov8472 5 місяців тому +24

    bu mahnini onu taniyarken onu seve seve sevdim,dalasmisdiq oz sehvime gore nelerise duz etdiyimi dusunub her seyi daha berbad veziyyete salmisdim ,cox pis dalasdiq , pesmanciligim cox agir idi ,onu itirmekden qorxurdum ,cunki cox sevirdim, hemin onunla danisa bilmediyim gunlerde Orxanin bu mahnisini kesf etdim gun erzinde saysiz dinledim,sadece cox gozel tesir bagislayirdi,mahnidan ilhamlanib ona mavi qizilgul , sirniyyat) ve bir eded mektub yazdim seherin bir korunde 20 yanvar metrosundan cixacagini bilib soyuq havada gozledim ve geldi hediyyemi ona verdim goturmurdu icerisinde oxumali bir sey oldugunu dedm ve kitab oldugunu dusunub qebul etdi ve mende tez uzaqlasdim,gozlemirdi cox sevindiyini dedi mene kas yaninda qalib o sevinen gozlerini gorub bir daha vurulsa idim ona ,bu hadiseden sonra barisdiq cox daha semimi idik sanki her seyin alinmasi ucun bir qigilcim yetmirdi ve oda onun istememeyi idi. ""biz""" deye bir sey olmaginin cox calisdim vurusdum ama dunen 23.12 de onunla razilasdim ve bitirdik bundan sonra artiq ne bas vereceyini haqqinda fikrim yoxdur elbet belkede o oz yoluna men oz yoluma amma sevgini ne oldugunu yasamis adamlar bilerki her zaman gozleyerler qirilsalar incinseler bele ,elbet mende eleyem ki bunlari bura yaziram ,onun mahnidan xeberi yoxdur ve inanmiram ki kesf eder bunu amma tesaduf neticesinde bunu oxumus olsan bilki Əzizim qelbimde bir yerde her zaman seni yasatacam yolunu gozleyecem hec bir zaman gec oldugunu dusunmeden men helede umidimi yasatacam...

    • @nezrin8585
      @nezrin8585 4 місяці тому

      🫠🫠🫠🥲

    • @rapmaniya9596
      @rapmaniya9596 3 місяці тому +3

      Can ay qaqaş. İnşallah bu şəhər sizi hansısa tində,dalanda,metroda və yaxud da şəhərin hansısa bir yerində qarşilaşdirar.

    • @aytekineyvazova9610
      @aytekineyvazova9610 3 місяці тому

      😢😢

  • @gunnaaii
    @gunnaaii 10 місяців тому +20

    Mən artıq istəmirəm adi insan, adi həyat tərzi, artıq istəmirəm əvvəlcədən bilim gələn fəsli..
    İstəyirəm ki, mənim üzümə gülsün göylər..
    İstərəm torpaqda bitsin mavi qızılgüllər..💙

  • @mustafamustafayev6699
    @mustafamustafayev6699 5 років тому +554

    Orxan😁sən bu gəncləri bu mənalı mahnılarınla dəyişdirəmmədin..
    Onlar hardadı?rəsul,sabir epi və s kimi mənasız treklərilə məşguldular😁
    Bu mahnıya 48k gəldiyi halda gənclər mənasız mahnılara 8,5milyon baxış edillər..
    Heyif artıq treklərin çıxmır.

    • @chain5526
      @chain5526 5 років тому +17

      Mustafa Mustafayev 40 cı paralel treki çıxdı 🔥

    • @azeyap
      @azeyap 5 років тому +35

      Azərbaycanda hansı yaxşıya dəyər verilib ki, Orxanada dəyər verilsin...

    • @nicatveliev1984
      @nicatveliev1984 4 роки тому +20

      Epini onlara tay eleme

    • @oncvtn2151
      @oncvtn2151 4 роки тому +4

      Dogru deyirsen👍

    • @efsaneyasar2996
      @efsaneyasar2996 4 роки тому +8

      Epini digərlərinə tay etmiyin.

  • @gulayi8612
    @gulayi8612 3 роки тому +59

    2021 hələ də dinləmək ruha yaxşı gəlir

  • @muradzeynalli2164
    @muradzeynalli2164 3 роки тому +5

    29.11.2020 yazıram qismətsə gəlib baxacıyam 😔

  • @Karlos32434
    @Karlos32434 День тому +1

    2024 29 may qoy burdaa da olsa adimiz qalsin ebedi
    M.F

  • @adilsmv
    @adilsmv Місяць тому +1

    mən ilk dəfə bu musiqiyə qulaq asanda 7ci sinifdə oxuyurdum,bir qız sevirdim,eyni sinifdə idik sonra o başka yerə köçdü,bu il eyni unisverstetdə üzbə üz siniflərdə oxuyuruq bu günlər bizim ömrümüzdən keçdi həqiqətən

  • @sahinmammadov264
    @sahinmammadov264 3 роки тому +58

    2021 və hələdə solmayan o mavi qızılgüllər .. 💙

  • @sdiyevaroyasultann365
    @sdiyevaroyasultann365 3 роки тому +16

    Orxan ve Elxan Bakıya gəldiyi gün böyük izdiham olacaq buna əminəm bütün hostcular aeroportda onları necə böyük şəkildə qarşılayacaq.Ve bunu da deyim bu qədər az like gəlmə səbəbi odur ki dinləyərkən o qədər alıb götürürsen ki bizi Orxan like etməyi unuduruq səni sevirik qayıt gəl 🖤🍁

  • @Elihesenli620
    @Elihesenli620 Місяць тому +2

    Sevgi çox gözel bir hiss di heqiqeten insanın bu heyat a olan hevesini artiran insanı xoşbext eden evezolunmaz bir şeydi. Ama hamı sevilmeye layiq deyil. Çox menasiz insanlara cox deyerli hisslerimizi istifade ediriy ve sonra ozumuz pis oluruq. Ozumu çox deyersiz hiss edirem heqiqeten son zamanlar heç yaşamaq üçün hevesim yoxdu. Kaş ki bizde de alinsaydi seninle bağli gelecey planlarım var idi heyif artıq sene nifret edirem hem de sevirem bu veziyetden nece çıxa bilecem özümde bilmirem 🥲

  • @Elihesenli620
    @Elihesenli620 26 днів тому +1

    Dunen sizi konsertde canlı olaraq gormey ve dinlemey evezolunmaz bir hiss idi menim ucun 🤗

  • @yusifmustafayev9557
    @yusifmustafayev9557 4 роки тому +30

    2020 helede qulaq asan var?

  • @nesibibrahimli5764
    @nesibibrahimli5764 Рік тому +43

    İnsan Orxan Zeynallı dinləyən də azda olsa keçmişə yəni uşaqlığına qayıdır, biraz ilk məhəbbət, biraz keçmiş çətin günlər və çətinliklər, o nostalji hissləri yaşadır bizə. Bu gün, yəni 21.11.2022-ci il Elektra Hall-da konsert keçirdiyi gündür. UĞURLARI DAİM olsun. İnşallah növbəti konsertinə getmək arzusu ilə.

  • @fatimemuxtarova3410
    @fatimemuxtarova3410 7 місяців тому +1

    Mavi qızılgüllər xarakteri çetin qadınlara verilermiş💙
    2024

  • @ayseljalilova
    @ayseljalilova Рік тому +23

    Bu gün ilk kez mavi qızılgül aldım💙 burda qalsin.. iller sonra onunla birlikdə oxumaq dileyi ile❤

  • @nazrynhadjizade
    @nazrynhadjizade Рік тому +6

    Mənim son umidim acilan səhər

  • @feridceferov4698
    @feridceferov4698 3 роки тому +19

    Orxan zeynallin mahnilarina qulaq asanda usaqligim xatirliyiram nedense

  • @merthocanincigerininkosegeni
    @merthocanincigerininkosegeni 3 місяці тому +1

    ürəyi verməyiblər mənə, orada tək səni daşıyım.
    bu qəlbi qırıq-qırıq toplamışam bir neçə yerdən.

  • @aysucan2089
    @aysucan2089 4 роки тому +56

    40 il belə keçsə köhnəlməyən tracklər ❤

  • @bikacabrailsoy2874
    @bikacabrailsoy2874 6 років тому +76

    *Mən özümlə aparmaq istədim səni uzaqlara*
    *Sənsə inanmırsan, dözürsən bu yalanlara*
    *Mən sonsuz yaşayacam de bütün insanlara*
    *Artıq tab gətirmədim dünyada üsyanlara…*
    Bu track'da neçə-neçə xatirələrimiz var kim bilir.

  • @narmina6894
    @narmina6894 2 роки тому +22

    Mekteb illeri en cox dinlediyim mahni...🥀 2021 helede dinleyirem ... usaqligimin reperi💪

    • @taleh4478
      @taleh4478 Рік тому +1

      2022 və hələdə dinləyirəm)

  • @cesurfetelizade
    @cesurfetelizade 5 місяців тому +2

    Son dəfə reqs etmədik yağışda, mənə mavi qızılgülü bağışla 💙💙

  • @zikotrap9647
    @zikotrap9647 4 роки тому +24

    il 2019 = Oktyabr 😒😔 Sabahi bele bu musiqiyle achiram 😔

  • @ferideliyev352
    @ferideliyev352 8 років тому +38

    Səndə unudulmayacaqsan...İllər günləri dəyişsə belə. Nəfəsin dünyada olacaq.

  • @samanagi1542
    @samanagi1542 3 роки тому +11

    2021 guncellemesi.. Men usaq olanda cixibmis. Men indi kesf etdim..

  • @MysufYT
    @MysufYT 3 місяці тому +1

    2024 hələdə eyni zövqü verir❤

  • @ardistraveler
    @ardistraveler Рік тому +3

    Kecmisde host-a qulaq asanlar xasiyyet olaraq hamisi bir birine benzeyir , zerif dusunceli ve mentiqli , biraz vecsiz, bir o qeder de geleceyini fikirlesen

  • @ibrahimakberov9219
    @ibrahimakberov9219 4 роки тому +16

    il 2020 Olmeyib Bu Mahni Aid,Heyif Izlenme Cox Azdi,Deye? Bilmez Xalqimiz Va?

  • @platon_14
    @platon_14 Рік тому +11

    2023 və hələ də solmayan mavi qızılgüllər...💙

  • @RamilSxmmmdov
    @RamilSxmmmdov 2 місяці тому +1

    Bu musiqini dinləyib gedirəm başqa bir ölkəyə bəlkədə illər sonra qarşılaşacığ sənlə,üzümüz qırışmış qocalmış olacığ,amma çox istədimki səni son dəfə görüm olmadı,düşün sən hər zaman qəlbimdə olacan sən mənimçün 2020ci ildəki kimi olacann ilk gördüyüm gün kimi❤️

  • @finnyklrr
    @finnyklrr 10 днів тому +1

    underrated MASTERPİECE 🗣️🗣️

  • @vusalmisirov
    @vusalmisirov Рік тому +5

    Kimsəni Mavi Qızılgül alacag qədər sevməyin 🖤

  • @sevinc_8775
    @sevinc_8775 3 роки тому +10

    Kaş yenə geri qayıtsazzz...

  • @r005om
    @r005om Місяць тому +1

    2024 April 3 , все еще слушаем эту песню Респект

  • @arzu_ahm
    @arzu_ahm 2 місяці тому +1

    Bu ömrü yaşamadımki, sən məhv edəsən

  • @maftunabbassoy7830
    @maftunabbassoy7830 6 років тому +26

    Dinlediyce insanin xatireleri heyati gelir aglina.ve niye bele oldu?deyirsen ozune😐

  • @elko_-ql1je
    @elko_-ql1je 2 роки тому +30

    Ərgənliyimin musiqisi,unuda bilmədiyim yeganə mahnılardan bəlkə də birincisi🖤

  • @funnymoments5678
    @funnymoments5678 6 років тому +85

    İl 2018 ve men helede dinliyirremse demeli nese var :))

  • @GameSession2011
    @GameSession2011 6 років тому +40

    bu mahnini 3 nefer beyenmiyib fikirlesiremki yeqinki usaqdilar.......

  • @imameliyev5699
    @imameliyev5699 4 роки тому +29

    2020 ci il oldu yene dinlenilir❤️

  • @lale7785
    @lale7785 Рік тому +4

    Tanisim var yoldasi hemise mavi qizilgul alirdi ona.. indi yoldasi sehid olub ama evde qurumus mavi gizilgulleri qalir. Mencr bu mahni onlara hesr olunmalidir😑

  • @aynurliyeva4041
    @aynurliyeva4041 3 роки тому +2

    Və birdən ana səhifədə qarşıma çıxması

  • @nzrinsmd3827
    @nzrinsmd3827 2 роки тому +3

    Hilal..🥀🥺

  • @editman5056
    @editman5056 3 роки тому +10

    2020 də karantin vaxtı qulağ asan 3-5 köhnə hostçu var görəsən?

  • @e13cv92
    @e13cv92 3 роки тому +26

    Track online olanda,16 yaşım var idi.
    Lənətə gəlsin bu illər necə işıq sürətilə gəlib keçdi.O vaxtdan dinləyənlərdən kimsə varsa,təbrik edirəm qocalırıq dostum.😕

    • @omrova7408
      @omrova7408 3 роки тому +2

      🙆👏

    • @e13cv92
      @e13cv92 3 роки тому +1

      @@omrova7408 ✋😐

    • @nigar__999
      @nigar__999 Рік тому +1

      2016 da dinləmişdim ilk dəfə..

    • @e13cv92
      @e13cv92 Рік тому

      @@nigar__999 7 il böyük rəqəmdir.

    • @nigar__999
      @nigar__999 Рік тому +1

      @@e13cv92 bəli elədir😒

  • @nrminzamanova5234
    @nrminzamanova5234 4 роки тому +16

    2019 və hələ də burdayam ;)

  • @user-pz6ql8cf9f
    @user-pz6ql8cf9f Рік тому +11

    Bu mahnini konsertde ifa etmeyini sebirsizlikle gozleyecem😊❤

  • @lamanabdullazade4714
    @lamanabdullazade4714 5 років тому +15

    Bir vaxtlar asiq oldugum mahni indi esitdim tesirlendim)))

  • @minememmedova7817
    @minememmedova7817 Рік тому +4

    25.11.2022... saat 03:16......... Bu günlər bizim ömrümüzdən keçər.....mənim son ümidim açılan səhər......

  • @senanoruclu3443
    @senanoruclu3443 3 роки тому +2

    Onun ən sevdiyi gül idi qizil güllər

  • @isgenderova165
    @isgenderova165 3 роки тому +12

    3 il əvvəl burdakı şərhlərdən biri məni çox üzmüşdü. Həyat çox vaxt arzularımızdakı kimi olmur. Bu gün burda o şərhi axtardım , amma tapa bilmədim🥺💔

    • @ibrahimatilla3521
      @ibrahimatilla3521 Рік тому +1

      Heyat artq arzuladğım kimi gedir ve tam istediklerime nail olmama 1 addım qalıb.Heyatın ,yaşamın felesefesini anladğın zaman arzular elçatmaz değil.ama bir balıq olaraq ağaca dırnmamağı arzu etmeyceksen tebiiki.Ne qeder çox isteyirikse qerarlıyıqsa arzular bize o qeder daha yaxın...Sonda arzular şeirini yazdım

  • @efsanemehemmedli4580
    @efsanemehemmedli4580 Рік тому +3

    20 noyabr 2022 ci il 🥲 bizimlə görüşə gəlir Orxan ❤️

  • @abbashesen
    @abbashesen 5 років тому +8

    - Bu qəlbi toplamışam bir neçə yerdən 😐

  • @nazrynhadjizade
    @nazrynhadjizade Рік тому +2

    Gətirmir böyük arzuya böyük budcələr

  • @fayyazfarajov3077
    @fayyazfarajov3077 3 роки тому +2

    Yenə burdayam, ömürdən nə qədər gedib gör.

  • @sebineoff-a2527
    @sebineoff-a2527 8 років тому +28

    Bu omuru yasamadim ki sen mehv edesen.Sevgini vermiyiblerki tekce mahni yazaq.#Perfect

  • @orxannurmemmedov5644
    @orxannurmemmedov5644 10 місяців тому +5

    Ümid edirəm bir gün bura gələcən və bunu oxuyacan. Bu mahnını qucaqlaşaraq konsertdə oxumuşduq. Ümidim var bir gün geri dönəcən və yenidən oxuyacıyıq. Sənə inanıram. Bizə inanıram...

  • @KAZlMOVA
    @KAZlMOVA 3 місяці тому +1

    De ki gözləməmisən sən də möcüzələr💗

  • @OmarBedirov
    @OmarBedirov 7 місяців тому +1

    Bunu mən ölmüş dostumla tək qulaqcıqla dinləmişdik bu mahnını hər eşidəndə o yadıma düşür

  • @seynurmehemmedov1195
    @seynurmehemmedov1195 4 роки тому +42

    ümumilikdə H.O.S.T UN DƏYƏRİNİ BİLMƏDİNİZZ

  • @kamranmemmedli4384
    @kamranmemmedli4384 2 роки тому +3

    2022 hələdə burdayam)

  • @arzu_ahm
    @arzu_ahm 11 місяців тому

    İstəyərəmki, mənim üzümə gülsün göylər
    İstərəm torpaqda bitsin mavi qızılgüllər 💙🥹🙏🏻

  • @gunnaaii
    @gunnaaii 10 місяців тому +1

    Qanadlarsa, heç vaxt incitməyəcək əllərtək..

  • @anjepubg1614
    @anjepubg1614 3 роки тому +6

    Səndə bir möcüzə deyildin, nə qədər oxşasanda🥀💙

  • @orxanmusayev5259
    @orxanmusayev5259 5 років тому +15

    2019 gozumu yumub qulaq asram , usdad Adaş

  • @user-be8pc9rk4y
    @user-be8pc9rk4y 2 роки тому +1

    Bəlkə bir gun eyni qulag asarg💙🥲

  • @mhmmdisayev4579
    @mhmmdisayev4579 11 місяців тому +1

    Çox sevirəm açıla bilmirəm ama burdan görsən məni bilki sevirəm səni. Görməməzlikdən gəlmə məni. Çətinlikdən qaçmaqdansa əl ələ verib həll edək bütün çətinlikləri. Çox sevirəm🤍

  • @safarsafarov9932
    @safarsafarov9932 4 роки тому +9

    Bu mahniya ilk defe esgerlikde qulaq asmisam.NBM-de vaxt kecmirdi mahnisiz ))

  • @nerminveliyeva5142
    @nerminveliyeva5142 Рік тому +5

    Sadəcə nəqarətləri bilirmişəm yenədə sevindim ❤💙

  • @moyspasitel
    @moyspasitel 3 роки тому +1

    Aiiiiiiiid yeni işlər gözdüyürük sənnən, youtube seyrlərinin az olmasına fikir vermə, qulaq asanlar həqiqi sevənlərindir❤ sevirik səni❤ bizi sevindir musiqinlə

  • @NuriNuriyev-lk8xl
    @NuriNuriyev-lk8xl Місяць тому +3

    2024 qulaq asırsan

  • @shefavaliyeva4990
    @shefavaliyeva4990 Рік тому +4

    Bu ömrü yaşamadim ki, sen mehv edesen...

  • @aidadjavadova9713
    @aidadjavadova9713 3 роки тому +6

    Hələ də qulaq asıram😊

  • @rubabekerimzade6112
    @rubabekerimzade6112 Рік тому +2

    10 years ago🥀🥺

  • @sariya8522
    @sariya8522 2 роки тому +2

    yaxsiki 15 yasimda sene qulaq asmisam

  • @sebebsizcesine...1130
    @sebebsizcesine...1130 3 роки тому +3

    Evvelki iller ùçun cox darixiram...

  • @gizlidunya6445
    @gizlidunya6445 3 роки тому +5

    Bu günü yaşadım ki anlayasan bəlkə də sən 13.10..2019

  • @ilkinhuseynliii
    @ilkinhuseynliii 5 місяців тому +1

    Neçə illər keçib amma hələ də bu mahnını dinləyərkən keçmiş günlər üçün darıxmaq hissi gəlir mənə💙