90% İnsan SODANIN İnsana Nələr Etdiyini Bilmir

Поділитися
Вставка
  • Опубліковано 9 вер 2024
  • #BirBax #Azerbaycan #Soda
    Bu gün hər kəsin evində olan, şirniyatlara, maskalara qatdığınız sodanın faydaları ilə yanaşı zərərlərinin də olduğunu bilirdiz? Bu gün sizə sodanın zərərləri haqda məlumat verəcəm. Diqqətiniz məndə olsun.
    “Soda” sözünü eşitdikdə, yəqin ki hamınızın gözünün önünə narıncı rəngdə bağlama gəlir. Bəli, elə həmin sodadan danışırıq bu gün. Soda tibbi baxımdan əhəmiyyətlidir. Xüsusilə, yaşlı nəsil arasında “sodalı su” müalicəvi vasitə sayılmaqdadır. Gənclər bu üsuldan ehtiyat edirlər, lakin bəziləri internetdəki məsləhətlərə qulaq asırlar. Unutmayın ki, həkimsiz müalicə ciddi nəticələrə səbəb ola bilər.
    Sodanın orqanizm üçün faydaları danılmazdır. Onlar haqda məlumat verəcəm:
    Boğaz ağrısı. Bu üsul qədim zamanlardan məlumdur. Yəqin ki, ən kiçik qıcıqlanmada ananızın və ya nənənizin sizi isti soda məhlulu ilə qarqara etməyə göndərdiyini xatırlayırsınız. Sodanın antibakterial xüsusiyyətlərinə görə, bu üsul, həqiqətən, ağrıları azaltmağa kömək edir. Ancaq bilməlisiniz ki, angina zamanı soda kömək etməyəcək.
    Öskürək. Soda ilə inqalyasiya bəlğəmin çıxarılmasına, boğazın yumşaldılmasına kömək edir. O da məlumdur ki, öskürək zamanı bir çimdik soda qatılmış ilıq süd içməyə dəyər.
    Mədədə yanma hissi. Xoşagəlməz yanma hissi baş verən anda əlinizin altında dərman yoxdursa, qida sodası kömək edəcəkdir. Qələvi turşunu tez neytrallaşdıracaq və rahatlıq gətirəcək. Bunun üçün: ½ çay qaşığı sodanı 1 stəkan ilıq suda həll edin və kiçik qurtumlarla için.
    Ağız boşluğunda problemlər. Soda ilə qarqara diş ətinin iltihabını azaldacaq, stomatiti və diş ağrılarını aradan qaldıracaq.
    Qusma və zəhərlənmə. Soda maye balansını və turşu-qələvi balansını normallaşdırmağa kömək edir, ürəkbulanmanı aradan qaldırır.
    Helmintozlar. Bəzi alimlər əmindirlər ki, qida sodası imalələri insan bağırsaqlarında yaşayan parazitləri öldürə bilər.
    Göbələk xəstəlikləri. Sodanın, xüsusilə, kandidozların öhdəsindən gələ bildiyinə inanılır.
    Faydaları və zərərləri elm aləmində tez-tez müzakirə edilən qida sodası dermatologiyada da üz tutulan vasitədir. O, kəpəyin yox edilməsində, dərinin qalınlaşmasının qarşısının alınmasında, səpkilər və dermatit zamanı geniş istifadə olunur. Soda məhlulu böcək dişləməsindən yaranan qaşınmanı, həmçinin, günəş yanığı ağrılarını azalda bilər. Soda kosmetologiyada müxtəlif pilinqlər üçün də istifadə olunur və üzü qaydaya salır. Sodalı maskalar isə məsamələri daraldır, üz rəngini balanslaşdırır, sızanaqların görünüşünü azaldır. Bəziləri inanır ki, soda vannalarının qəbulu arıqlamanı sürətləndirə bilir.
    Təbii dezodorant.
    Əgər hər hansı səbəbdən tər qoxusunu aradan qaldıran vasitələrdən istifadə edə bilmirsinizsə, ayrıca qabda suyu soda ilə qarışdırın və ya sadəcə, bir çimdik soda götürüb, qoltuqaltılarınıza çəkin. Ayaq qoxusu, həşərat dişləməsi və ya zəhərli bitkilərlə təmasdan sonra yaranan yanıq zamanı da sodalı sudan yararlanmaq mümkündür.
    Parlaq dəri üçün təbii skrab resepti:
    1 xörək qaşığı soda, 1 çay qaşığı limon suyu, 4-5 damcı çay ağacı yağı götürün. Bunları yaxşıca qarışdırın. Qarışığı üz dərisinə çəkin və xüsusi masaj fırçası ilə təxminən, 12-13 dəq masaj edin.
    Qara nöqtələr üçün resept:
    1 çay qaşığı soda ilə ½ çay qaşığı balı qarışdırın. Qarışıma bir az bitki yağı da əlavə edə bilərsiniz. Məlhəmi problemli bölgələrə çəkib, 5 dəqiqə gözləyin. Sonra masaj edin və yuyun.
    Qırışlar üçün resept:
    2 çay qaşığı soda ilə 1 çay qaşığı kokos yağını qarışdırın və qarışımı üzünüzə çəkin. 5-7 dəqiqə yaxşıca masaj edin. İsti su ilə yuyun. Proseduru həftədə 1-2 dəfə təkrarlayın.
    Saçların böyüməsi üçün resept
    9 xörək qaşığı su ilə 3 xörək qaşığı sodanı qarışdırın. Qarışımı saç köklərinə çəkin və masaj edin. Sonra suyla qarışdırılmış alma sirkəsi ilə masaj edin və yaxalayın. Bu üsul saçları parlaq və sağlam edir.
    Dəridəki qabarlara qarşı resept:
    3 xörək qaşığı sodanı yarım limonun suyu ilə qarışdırın. Bu vasitə ilə müntəzəm şəkildə masaj edilməsi toxumaların bərpasını sürətləndirir. Həftədə bir neçə dəfə edilən soda vannası ayaqlarda, qollarda qalınlaşan dəridən xilas olmağa kömək edəcəkdir.
    Sodanın qoxu əleyhdarı olması da qadınlara sirr deyil, yəqin ki. Mətbəxdəki kəsmə taxtasına əvvəl sodalı su çəkib, sonra üstündə soğan, sarımsaq doğrasanız, taxtada iy olmaz. Eləcə də, balıq, soğan və sair bu kimi, qoxularından xoşlanmadığınız şeylərdən yemək hazırlamamışdan öncə, əllərinizə soda sürtsəniz, yaxşı olar.
    Döşəmədəki göbələklər əleyhinə vasitə:
    Bir qabda bərabər miqdarda su ilə sirkəni qarışdırın. Digər qabda isə 3:1 nisbətində sodayla hidrogen peroksidi qarışdırın. Sirkəli qarışımı döşəmədəki, xüsusilə, hamam otaqlarındakı kifli yerlərə püskürdün. Ardınca sodalı qarışımla silin. Burda bir vacib qeyd etməliyəm: işə başlamazdan öncə, sirkəyə, yaxud sodaya allergiyanız olmadığını bilməlisiniz. Evin hansısa küncündə, sobada, soyuducuda xoşagəlməz qoxu varsa, ürəklə sodaya üz tuta bilərsiniz. 1 stəkan sodanı soyuducuya qoyun, 4-5 gün götürməyin. Qoxu tədricən yox olacaq...

КОМЕНТАРІ • 15

  • @Ezize-yy1fu
    @Ezize-yy1fu Місяць тому +2

    ÇOX SAĞOLUN XƏYALƏ XANIM

  • @nusrt3904
    @nusrt3904 Місяць тому +1

    Memnun oldum teşekkür ederim yaxşı məlumatır

  • @selimenikbin958
    @selimenikbin958 Місяць тому +1

    Çox teşekkürler!🌷

  • @kamalaaliyeva489
    @kamalaaliyeva489 Місяць тому +1

    Çox tşk editem maşallah 👍🏼🙏🏽🙏🏽❤️❤️🥰🥰

  • @TuralPawayev
    @TuralPawayev Місяць тому +1

    Çox sağ olun

  • @asifesgerov3284
    @asifesgerov3284 Місяць тому +1

    Coxlu -coxlu sag olun

  • @huseyinzadytfan4053
    @huseyinzadytfan4053 Місяць тому +3

    Mən 2 ildən çoxdur ki tər qoxusuna ayaq qoltuq altı presparant istifadə etmirəm bunun əvəzinə soda istifadə edirəm 100%təsirlidir həmdə zərərsisdir

    • @nurayisayeva766
      @nurayisayeva766 Місяць тому

      Salam nece istifadə edilir?

    • @huseyinzadytfan4053
      @huseyinzadytfan4053 Місяць тому

      @@nurayisayeva766 çox səmim deyirəm mən hər gün səhər bir az qol altını nəmləndirdikdən sonra 3 barmaqla quru sodaya batırıb sürtürəm axşama qədər daş belə atsan tər qoxusu gəlmir yuyunmayana qədər qoruyur qoxu əslində bakteriyadır soda və ya sirkə sürtsən o bakteriyaları öldürər soda daha yaxşıdır öz qoxusu yoxdur

    • @huseyinzadytfan4053
      @huseyinzadytfan4053 Місяць тому

      @@nurayisayeva766 sağlsmlığınızın qeydinə qalın həyata bir dəfə gəlirik antipresparantlardan istifadə etməyin onların 100/90 da aliminium var oda tər vəzilərin bloklayır qol altında şiş qadın sinələrində xərçəng yaradır bir şeyinki təbii və ucuz yolu varkən niyə reklam olunan zəhərlərdən istifadə edək?həyat sağlam olduqca gözəldir

  • @user-yz4jc4ne4j
    @user-yz4jc4ne4j Місяць тому

  • @sevdaqurbanova1007
    @sevdaqurbanova1007 29 днів тому

    Həkim təbii müalicəni qəbul etmir

  • @naileorucova9169
    @naileorucova9169 Місяць тому

    Hekimler hec sodani demirlerki

  • @RsadYev
    @RsadYev Місяць тому

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤

  • @novruzseferov1392
    @novruzseferov1392 Місяць тому

    İlıq suda soda həll olunmur.Qaynar suda həll olunmalıdır.Soda haqqında ən dəqiq məlumatı Akademik Neumıvaykinin videolarından ala bilərsiniz.