Şəkər xəstəliyinə bağlı göz problemləri

Поділитися
Вставка
  • Опубліковано 16 вер 2024
  • Şəkər xəstəliyi göz problemlərinə də səbəb olur. Gün ərzində qanda şəkər miqdarının kəskin artıb-azalması damar divarlarının zədələnməsinə gətirib çıxarır. Nəticədə göz damarları zədələnir, qan və maye sızmaları baş verir. Göz dibində oksigen çatışmazlığı yaranır. Damarların sıradan çıxması yeni damarların (neovaskulyar damarlar) yaranmasına təkan verir. Lakin bu damarlar problemi daha da artırır və nəticədə qüsurlu dövran yaranır.
    Bəzən xəstələr şəkər problemlərinin olduğunu bilmirlər. Bu da problemin dərinləşməsinə gətirib çıxarır. Mütləq şəkərə nəzarət olunmalıdır və mütəmadi olaraq oftalmoloqla birlikdə endokrinoloq müayinəsinə davam edilməlidir. Yoxsa problem dərinləşib görmənin itirilməsinə səbəb ola bilər.
    #BiovistaHospital #DrHumayƏlizadə #Oftalmoloq #DiabetikRetinopatiya

КОМЕНТАРІ •