D Vitamini Çox İçilərsə ZƏRƏR VERİR? Diqqətli olun!

Поділитися
Вставка
  • Опубліковано 30 вер 2024
  • #BirBax #dvitamini #vitamind
    Saçın tökülürsə, D vitamini iç. Sümüklərin ağrıyırsa, D vitamini iç. Yuxudan doymur, bütün gün halsız olursunuzsa, D vitamini için. Yəqin ki bu tövsiyələri mənim kimi siz də çox eşidirsiniz. Düzdür, D vitamini azlığı bu problemlər zamanı bizə kömək edə bilir. Lakin bəzən bu vitaminin həddindən artıq qəbulu da ciddi fəsadlara gətirib çıxara bilir.
    Bu gün sizə D vitamininin zərərlərindən danışacam. Normadan artıq qəbul edildiyi zaman D vitamini bədənimizdə hansı fəsadlara səbəb olur, əslində norma nə qədərdir? Bu haqda videomuzda ətraflı məlumat alacaqsınız. Diqqətiniz məndə olsun.
    D vitamini orqanizm üçün vacibdir. Günəşin altında vaxt keçirtdiyinizdə orqanizm D vitamini ifraz edə bilir. Buna görə, D vitamininə “günəş işığı vitamini” deyilir. Orqanizm bu vitamini xolesteroldan emal edir. Amma D vitaminini qidalar vasitəsilə də qəbul edə bilərsiniz. Bəs tərkibində D vitamini olan qidalar hansılardır? Bir azdan bu barədə də danışacam.
    Orqanizmə böyük təsiri olan D vitamini kalsium və fosfor mənimsənilməsini nizamlayır, immuniteti gücləndirir. Orqanizmdə D vitamini çatışmazlığı varsa, bir çox problemlərə yol açılır. Lazımi miqdarda D vitamini qəbul etmək xərçəng, diabet, sümük xəstəlikləri kimi bir çox xəstəliyə qarşı müdafiə mexanizmi yaradır. Çatışmazlığı olanda isə sümük, əzələ zəifliyi, sümük deformasiyası kimi müxtəlif problemlər irəliləyir.
    Gün işığının köməyilə lazımi qədər D vitamini alınmırsa, qida əlavəsi olaraq qəbul etmək vacibdir. Lakin D vitamininin normadan artıq qəbulu zəhərlənmə yaradır. Buna görə də, qəbulu həkim tövsiyəsi və nəzarəti ilə olmalıdır.
    Normadan artıq D vitamini qəbulunun zərərləri nələrdir?
    Kalsium artıqlığı. D vitaminini qida əlavəsi kimi qəbul etmək kalsium artıqlığına yol açır. Elmi adı hiperkalsemiya olan vəziyyət zamanı bağırsaqlarda kalsium miqdarı artır, qan dövranına kalsium ötürülməsi sürətlənir. Qanda kalsiumun artması ishal, ürəkbulanma, keçməyən baş ağrısı, yüksək təzyiq, əzələ zəifliyi, oynaq ağrısı kimi bir çox problemə qapı açır;
    Böyrək xəsarəti. Qanda kalsiumun çoxalması yumşaq toxumalarda kristalların yığılmasına səbəb olur. Zaman keçdikcə, kristallar orqanlarda xəsarətə yol açır. Böyrəklər kalsium artıqlığına qarşı çox həssasdır. Həddən artıq kalsium böyrək toxumalarında yığıldığında böyrək daşı əmələ gətirir. Əgər problem irəliləyirsə, böyrək xəsarətinə, böyrək çatışmazlığına qədər gedib çıxır;
    Ürək ritminin pozulması. Həddən artıq kalsium ürək hüceyrələrinə mənfi təsir edir. Hüceyrələrin funksiyası azalır, yaxud hüceyrələr deformasiyaya uğrayır. Kalsium artıqlığı olan insanlarda ürək ritmi pozulur;
    Sümük ağrısı. D vitamini sayəsində qanda artan kalsium sümüklərlə bağlı problemlər də yaradır. Sümüklər kövrəkləşir, sümüklərdə ağrı və həssaslıq artır, əyilmələr baş verir, oynaq ağrıları çoxalır, qəfil yıxılmalar olur;
    Maye itirilməsi (dehidrasiya). Qanda çox olan D vitamini orqanizmin susuz qalmasına yol açır. Kalsium səviyyəsindəki artış böyrəklərdəki su tutumunu həyata keçirən antidiuretik hormonların funksiyalarını pozur. Hormonlar funksional olaraq işləmədiyində orqanizmin kalsiumu sidiklə atmaq cəhdi çoxalır. Nəticədə, orqanizmdə maye itirilməsi yaşanır. Dehidrasiya əsəbilik, narahatlıq, ağızda quruluq, sidiyin azalması kimi simptomlarla özünü biruzə verir. Vəziyyət ciddiləşəndə nəbz azalır, səbəbsiz halsızlıq, sidiyə gedə bilməmək, şüur dağınıqlığı müşahidə edilir;
    Pankreatit iltihabı. Orqanizmdə maye itirilməsi yaşanırsa, mənfi nəticələrdən biri pankreatit iltihabıdır. Proses gedən müddətdə nəbzdə artma, qızdırma, arıqlamaq, ürəkbulanma, qusma, mədə ağrısı kimi simptomlar meydana çıxır;
    Ağciyər xəsarəti. Qanda artan D vitamini yumşaq toxumalarda kristalların yığılmasına yol açır. Ağciyərlərdə yığılan kristallar orqanlarda xəsarətə səbəb olur. Nəticədə, nəfəs tıxanıqlığı, öskürmə və sinədə ağrılar yaranır;
    D vitamini çatışmazlığının əlamətləri nələrdir? Qeyd edim ki, D vitamini çatışmazlığı ilkin mərhələdə özünü biruzə vermir. Yəni, orqanizmə böyük zərər vurulandan sonra D vitamini çatışmazlığının fərqinə varmaq mümkündür. Lakin bütün problemlərdə olduğu kimi, D vitamini çatışmazlığında da orqanizm xəbərdarlıq etməkdə gecikmir. Həmin xəbərdarlıqlar bunlardır:
    -Sümük itirilməsi;
    -Yorğunluq;
    -Tez-tez xəstələnmək;
    -Saç tökülməsi;
    -Sümük və əzələ ağrısı;
    -Açıq yaraların gec sağalması;
    -Depressiya;
    -Ayaq, kürək, çanaq bölgələrində ağrı;
    -Sümüklərin tez-tez qırılması;
    Qida vasitəsiylə D vitaminini qəbul etmək istəyirsinizsə, indi sadalayacağım siyahını yadınızda saxlayın.
    Yağlı balıq: Somon, skumbriya, alabalıq və sardina kimi yağlı balıqlar D vitamininin zəngin qaynaqlarıdır.
    Yumurta sarısı: Yumurta sarısı az miqdarda D vitamini ehtiva edir.
    Gücləndirilmiş qidalar: Əksər qidalar süd, portağal suyu, dənli bitkilər və bəzi süd və bitki əsaslı süd alternativləri daxil olmaqla D vitamini ilə zənginləşdirilmişdir. Göbələk gündəlik D vitamini ehtiyacının 7 faizini qarşılayır.

КОМЕНТАРІ • 26

  • @TestCavablari777
    @TestCavablari777 4 місяці тому +8

    Marketlərdə satılan məhsulların yigisdirilmasini istəyirəm məsələn; Broyler toyuqlar/palma yağından hazırlanmış məhsullar /ağartı məhsulları.

  • @kovakadini88
    @kovakadini88 4 місяці тому +2

    Çox Sağolun Gözəl Qız 🥰🌹🍀✨✌️

  • @yaqutseyid9991
    @yaqutseyid9991 4 місяці тому +2

    Bəzi həkimlərdə 40 yaşdan yuxarı hamı d vitamini qəbul etməlidir - deyir. Bilmirəm kimə və nəyə inanmaq lazımdır

  • @kovakadini88
    @kovakadini88 4 місяці тому +2

    Təşəkkürlər ♥️ ! 🥰🌹🍀✌️

  • @KəmaləHüseynova-d7l
    @KəmaləHüseynova-d7l 7 днів тому

    Salam mən Şəkər xəsdəsiyəm qanımnnan analiz vermişdim çavab cıxdıkı d vitamini cox çuzi azdı ayax dırnaqlarımda curuyur yernə təzəssi gəlir tez tez ola bilərm d vitamini olmaxınnandı bu fəsad sualıma çavab versəniz cox sevinərəm

  • @ВугарНасиров-ч5ф
    @ВугарНасиров-ч5ф 4 місяці тому

    salam,bes düzgün güneşlenme ne vaxtdı?men Fizuli hekimden soruşmuşam saat seher 11:00 qeder ve saat 16:00-18:00 qeder demişdi,ama Türk hekimleri meselen Ümit Aktaş ve Canan Karatay ise saat 12:00-14:00 arası günorta namazı vaxtı güneşin en dil olduğu zaman ve insanın kölgesinin en az olduğu vaxtlar deyirler güneşlenmek lazımdı,men başa düşmürem bu güneşde göyük enerjidi niye her saatda D vitamin qebul elemirki bizim bedenimiz?

  • @mominetehmedova858
    @mominetehmedova858 4 місяці тому +1

    Kimə inanasan daha demədiyiniz xəsdəlik qalmadı neyniyək bəs məndə d vitaminir çatmır həkim yazıb

  • @mirzeyevasehla3011
    @mirzeyevasehla3011 4 місяці тому +1

    Salam axsaminiz xeyir belə gozel meslehetiniz uçun çox sag olu men d vitaminini qebul edenden oynaqlarim ağrimir beli bu vitaminin yaninda maqnezumda qebul edende sonuc gozel olur tesekurler ☝🙏🏿🙏🏿👍

    • @birbaxkanal
      @birbaxkanal  4 місяці тому

      çox sağolun, sağlam olun

  • @xyalrhimqz2463
    @xyalrhimqz2463 4 місяці тому +2

    Gözəl məsləhətlər verirsiz.

    • @birbaxkanal
      @birbaxkanal  4 місяці тому

      çox sağolun, sağlam olun

  • @gulnaraliverdiyeva916
    @gulnaraliverdiyeva916 4 дні тому

    Salam neçe flakon içilməlidi?

  • @SenanMeheremov
    @SenanMeheremov Місяць тому

    .

  • @nahideduran6
    @nahideduran6 4 місяці тому

    Bazı kelimelerinizi anlamıyor 😔 ancak anladığım kadarıyla teşekkür ederim yüreğine sağlık

    • @birbaxkanal
      @birbaxkanal  4 місяці тому +2

      Fikirləriniz bizim üçün dəyərlidir. Bütün videolarda şərhlərinizi gözləyirik.

  • @ElcinEhmedov-px7dj
    @ElcinEhmedov-px7dj 4 місяці тому

    Niye demediz ki D vitaminini qəbul edende qatıqla qarışdırın

    • @birbaxkanal
      @birbaxkanal  4 місяці тому

      Qatıq önəmli deyil. Çörəyij üzərinə də damladıb içə bilərsiniz. Əsas məsələ yağlı qidalardan sonra d vitamini içilməlidir. Məsələn səhər yeməyindən sonra daha çox tövsiyə edilir

    • @ElcinEhmedov-px7dj
      @ElcinEhmedov-px7dj 4 місяці тому

      @@birbaxkanal zəhərlənmənin qarşısını almaq üçün qatıq daha məsləhətlidir çünki ele adam ola bilerki onda D vitaminini çox olsun hər şeyin çoxu ziyandı onsuzda bu həyatda

  • @kamalaaliyeva489
    @kamalaaliyeva489 4 місяці тому

    Sağ ol var olasız bu cür marağlı faydalara göre 🙏🏻🙏🏻🥰❤️🤲🏻

    • @birbaxkanal
      @birbaxkanal  4 місяці тому

      İzləyib şərh yazdığınız üçün siz sağ olun. Sevgilər

  • @gulnarismayilova5916
    @gulnarismayilova5916 4 місяці тому

    düz deyirsiniz ela. fikirdir.

    • @birbaxkanal
      @birbaxkanal  4 місяці тому

      İzləyib şərh yazdığınız üçün siz sağ olun. Sevgilər

  • @sinanmemedoc
    @sinanmemedoc 4 місяці тому +1

    SubhanAllah | Don't Complain, Always say Alhamdulilah ☝️🥰 | #viral #islam #tiktok #shorts #allah / MYD Channel
    ua-cam.com/video/DKw_yKLOaqM/v-deo.html

    • @birbaxkanal
      @birbaxkanal  4 місяці тому

      çox sağolun, sağlam olun

  • @aslanhaciyev663
    @aslanhaciyev663 4 місяці тому

    Doxdur de vitamni tek iclmir eleni