Biləsuvarda avtoqəza baş verib

Поділитися
Вставка
  • Опубліковано 27 чер 2024
  • Biləsuvarda avtoqəza baş verib. Belə ki, təsərrüfat sahəsindən fəhlə daşıyan mikroavtobus Az-Samand markalı minik avtomobili ilə toqquşub. Hadisə Mübariz İbrahimov küçəsi, Arka deyilən ərazidəki dörd yolayrıcında qeydə alınıb. Mikroavtobusla qəzada minik avtomobilinin sürücüsü 1977-ci il təvəllüdlü Quliyev Arif Baxış oğlu ,eləcə də mikroavtobusda olan sərnişinlərdən 11 nəfərin müxtəlif bədən xəsarətləri aldığı bildirilir. Yaralılar təcili yardım maşınları ilə Biləsuvar Rayon Xəstəxanasına çatdırılıb.
    Baş vermiş hadisə ilə bağlı hüquqi araşdırmalar davam etdirilir.

КОМЕНТАРІ •