Biləsuvarda yol qəzasında 5 lənkəranlı həyatını itirdi

Поділитися
Вставка
  • Опубліковано 19 вер 2017
  • Biləsuvarda 5 nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib. Hadisə səhər saatlarında Ələt-Astara magistralının Biləsuvar rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Lənkəran rayon sakini Samiq Qasımovun idarə etdiyi "Mersedes" markalı minik avtomobili mişar daşı ilə dolu "Kamaz" markalı yük maşınına çırpılıb. Qəzanın təsirindən hər iki avtomobil magistraldan çıxaraq yol kənarına düşüb. Nəticədə Lənkəranın Gərmətük kənd sakinləri - Samir Əzizulla oğlu Qasımov və Çingiz Xudaverdi oğlu Nağıyev, Kosalar kənd sakinləri - Əhmədov Mahir Bəşir oğlu, onun anası Pəri Əhmədova və qohumu İlhamə Kazımova dünyalarını dəyişiblər. İlkin ehtimala görə qəza minik maşınının ötmə əməliyyatını düzgün etməməsi səbəbindən baş verib. Faktla bağlı araşdırma aparılır.

КОМЕНТАРІ • 4