Biləsuvarda pambıq sahələrinin genişlənməsinə başlanılıb

Поділитися
Вставка
  • Опубліковано 3 лют 2016
  • Ölkəmizdə ağ qızılın əvvəlki şöhrəti özünə qaytarılır. Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı dövlət proqramının icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransda ölkə başçısı İlham Əliyevin qeyri-neft sektorunun inkişaf etdirilməsinin təmin edilməsini vəzifə kimi qarşıya qoyması son zamanlar diqqətdən kənar qalan pambıqçılığa marağı xeyli artırdı. Biləsuvar rayonunda fermerlər dövlət başçısının çıxışından ruhlanaraq təsərrüfatlarını genişləndirmək niyyətindədirlər. Ancaq onların bir sira problemləri də var.
    Mütəxəssislər bildirir ki, ağ qızıl böyük ixrac potensialına malikdir. Bu amil nəzərə alınaraq Biləsuvar rayonunda pambığın əvvəlki şöhrətini özünə qaytarmaq olar. Bu istiqamətdə əsas dəstək isə sahibkarlara güzəştli kreditlərin verilməsidir.
    Vaqif Dövlətov - fermer
    “Bizə subsidiya verilsin. Bankdan minimal faizlə pul götürə bilək. Güzəştli kreditlər götürək, yaxşı məhsul əldə etdik. Köməklik olsa biz daha da artıqməhsul götürə bilərik.”
    Mütəxəssislər hesab edir ki, pambıqçılıq Biləsuvar rayonu üçün ənənəvi sahədir. Sovetlər dövründə 14 min hektar ərazidə əkilən pambıq sahələrindən ora hesabla 30 min tondan artıq xam məhsul istehsal edilirdisə hazırda rayonda cəmi 4 min 500 hektar sahədə pambıq əkilir.
    Əlisahib Həmidov - fermer
    “35 - 37 min ton Biləsuvar rayonu pambıq təhvil verirdi. O dövrdə pambığın qiyməti bizə sərf edirdi . İndiki dövrdə isə pambığın qiyməti 42 qəpikdir. 42 qəpik də biz fermerlərə sərf etmir. Pambığın qiyməti ən azı 70 qəpik olsa yaxşı olar.”
    Fermerləri narahat edən digər məsələlərdən biri də çiyidin yüksək qiymətə təklif edilməsidir.
    Əlisahib Həmidov - fermer
    “Toxumluq çiyid xaricdən alınır. Xaricdən alınan çiyid də bizə baha başa gəlir. Dərman preparatları da xaricdən alınır. Azot gübrəsi xaricdən alınır. Bunların da hamısı dollar qalxdıqdan sonra bizə yüksək qiymətlə veriləcək.”
    Prezident İlham Əliyevin məlum qərarından sonra fermerlər daha da ruhlanıblar. Artıq rayonda əkin sahələrinin genişləndirilməsi istiqamətində düşünürlər.
    Vaqif Dövlətov - fermer
    “Cənab prezidentimizə minnətdaram ki, bizə dayaq oldu, bizi ruhlandırdı. Mən ildə 20-30 hektar pambıq əkirəm. Cənab prezidentin çıxışından sonra bu il öhdəlik götürmüşəm ki, 50 hektar əkim.”

КОМЕНТАРІ • 1

  • @user-qg2jd1pd6s
    @user-qg2jd1pd6s 8 років тому

    ЗОР ОЛАР ГОЙ ДЖАМАТ ИШЛАСИН! !!