Gündə 2 Mixək Yeyin - Bir Həftədən Sonra...

Поділитися
Вставка
  • Опубліковано 24 бер 2023
  • #BirBax #sağlamlıq #mixək
    Mixək yeməklərə və içkilərə qatılan ədviyyat kimi məşhurdur. O, bu məşhurluğunu qeyri-adi, özünəməxsus ətrinə borcludur. Mixəyin insan orqanizminə olan faydaları danılmazdır. Sadəcə, ondan istifadə edərkən müəyyən şərtlərə əməl etmək lazımdır. Tibbi məqsədlə istifadə edilən mixək bəzən orqanizmdə arzuolunmaz nəticələrə səbəb olur. Necə? Sualın cavabı videoda.
    Sərbəst radikallarla savaşmaqda, immuniteti möhkəmləndirməkdə orqanizmin köməkçisi olan mixək antioksidantlarla zəngindir. Metabolizmanın sürətlənməsi. orqanların böyüməsi və inkişafı üçün vacib olan manqan da daxil olmaqla, xeyli sayda minerala malikdir. 1 çay qaşığı mixəkdə, sadəcə, 6 kalori var. Həmçinin 1 çay qaşığı mixəkdə 1 qram lif olduğu da sübut edilib.
    Mixək sümüklərin sağlamlığı üçün də faydalıdır; osteoporozun meydana çıxmasına mane olur. Qadın orqanizmi osteoporoza qarşı daha həssasdır. Yaş artdıqca sümüklərinin qayğısına qalmaq hər bir insanın borcudur. Mixəkdəki manqan sümükləri gücləndirir. Təbii şəkildə qəbul edilən manqan sümüklərin böyüməsinə, sümük sıxlığının artmasına və illər boyunca sağlam qalmasına kömək edir.
    Hər nə qədər faydalarından danışsam da, qeyd etməliyəm ki, mixəkdən istifadənin təməlində onun tərkibi deyil, qoxusu durur. Ağız dadı üçün yeməklərə və içkilərə qatılan mixək Hindistan milli mətbəxinin ayrılmaz hissəsidir.
    Elmi araşdırmalar sübut edib ki, mixək şişlərin böyüməsini yavaşladır. Yeməklərinizə az miqdarda mixək əlavə etməklə, orqanizminizə xəstəliklərlə mübarizə aparmaqda dəstək ola bilərsiniz. Bununla belə, bəzi tədqiqatçılar mixəyin uşaqların rasionundan çıxarılmasını tövsiyə edirlər. Səbəb kimi də, mixəyin qaraciyəri gücə saldığını göstərirlər.
    Haqqında danışılan təzadlı fikirləri nəzərə alaraq, demək olar ki, mixək də, digər qidalar kimi, ölçülü, nizamlı şəkildə istifadə edilməlidir. Tibbi araşdırmalardan biri məhz bu fikri təsdiqləyib: həmin tədqiqat zamanı məlum olub ki, mixək qaraciyər sirrozunu aradan qaldırmaq qabiliyyətinə malikdir.
    Ağız boşluğunun sağlamlığının qeydinə qalan mixək, eyni zamanda, bağırsaq çöplərinin (escherichia coli) səbəb olduğu qida zəhərlənməsindən də qoruyur. O, buna bakteriyaöldürücü xüsusiyyəti sayəsində nail olur.
    Tərkibində mixək, yaxud mixək yağı olan pəhriz proqramı II tip diabet xəstəliyinə tutulma riskini azaldır. Mixək qəbulu qanda şəkərin səviyyəsini nizamlayır, insulin ifrazını artırır, insulinlə əlaqədar olan hüceyrə funksiyasını yaxşılaşdırır.
    Mixəyin insan xəstəliklərinin “ən qocası” sayılan mədə xorasının əmələ gəlməsinə mane olduğu da elmi araşdırmalar sayəsində aşkarlanıb. Mütəxəssislər bu qənaətdədirlər ki, mədə problemi olanlar mixəyi olduğu kimi deyil, mixək yağı qəbul etsələr, daha yaxşı olar.
    Ağrıyan dişə mixək əzib qoymaq ən qədim tibbi müdaxilələrdən sayılır. Bu üsulun diş ağrısına son qoymasını kimsə inkar edə bilməz. Ağızdakı səpkilərdən yaxa qurtarmaq üçün mixək çeynəmək, ağrıyan dişə bir-iki damcı mixək yağı damızdırmaq da ədviyyatın tibbi məqsədlə istifadə üsullarındandır.
    Mövsümündən asılı olaraq, bəzi ağacların tozu, çiçəkləri, hətta qabığı belə, insan dərisində allergik reaksiya yaradır. Qaşınan, qızaran, acışan nahiyəyə çəkilən mixək yağı problemin ən qısa və əlçatan həllidir.
    Uzun müddət yataqda yatan xəstələrin bədənlərində əmələ gələn “yataq yaraları”na da mixək yağı sürtmək olar. Yaraları tam sağaltmasa da, onların sürətlə genişlənməsinə, daha çox nahiyəyə yayılmasına mane olur.
    Mixək yağı orqanizmə daxil olan bakteriya və viruslara qarşı güclü antiseptik təsir göstərir və ondan bir sıra virus xəstəlikləri və soyuqdəymə zamanı istifadə edilir. Mixək yağı ağız boşluğunun selikli qişası və diş ətinin qidalanmasını yaxşılaşdırmaq, regenerasiyasını artırmaq, iltihab əleyhinə təsir göstərmək xüsusiyyətlərinə malik olduğuna görə stomatologiyada geniş tədbiq edilir. Açıq sinir uclarına keyidici təsir göstərdiyinə görə mixək yağı diş ağrıları zamanı olduqca müsbət nəticə verir. Bəzən ondan müvəqqəti diş dolğusu kimi istifadə edilir.
    Sarımsaq və soğan kimi qidaların istifadəsindən sonra ağızda xoşagəlməz iyin qarşısını almaq xüsusiyyəti var. Yeməkdən sonra mixək çeynəmək kariesdən qoruyan ən təsirli vasitələrdən biri hesab edilir.
    Mixək efir yağı daxilə qəbul zamanı patogen mikroorqanizmlərlə yanaşı bağırsaq qurdlarını və göbələkləri də məhv edir, həzmi yaxşılaşdırır, qazqovucu təsir göstərir, güclü hıçqırıq zamanı diafraqma əzələlərində olan qıcolmaları aradan qaldıraraq vəziyyəti yüngülləşdirir.
    Mədə-bağırsaq sisteminin selikli qişasına güclü qıcıqlandırıcı xüsusiyyətlərinə görə hiperasid qastrit, duodenit, mədə və onikibarmaq bağırsağın xora xəstəliyindən əziyyət çəkənlər rasionda mixəyi azaltmalı və ya tamamilə çıxarmalıdırlar. 2 yaşına qədər uşaqlarda istifadə etmək olmaz. Uşaqlıq əzələlərinin tonusunu artırdığına görə hamilə qadınlar istifadə etməməlidir. Hipertoniyadan əziyyət çəkənlərin də ondan istifadə etməsi də məsləhət deyil.
  • Наука та технологія

КОМЕНТАРІ • 118

  • @nergiznergiz4789
    @nergiznergiz4789 Рік тому +33

    Cox gözel danişiq qabiliyyetiniz var.Nehayet aqilli başli danişan eşitdik.

  • @nurlanhacyev8587
    @nurlanhacyev8587 Рік тому +8

    Çox sağolun dəyərli məsləhətləriz üçün var olun

  • @sevincmansurova5434
    @sevincmansurova5434 Рік тому +1

    çox sag olun dəyərli məsləhətləriniz üçün..

  • @elcinabidov3504
    @elcinabidov3504 Рік тому +2

    Çox sağ olun, Allah razı olsun sizdən

  • @dilbrcfrova6603
    @dilbrcfrova6603 Рік тому +1

    Çox sağ olun təşəkkür edirik

  • @sehzadehuseynzade3097
    @sehzadehuseynzade3097 Рік тому +1

    Diş ağrısını kəsir dəqiq istifadə etmişəm vaxtı bitməyi üçün verdiyiniz fikir üçün təşəkkür ən vacibidir

  • @hikmtlisozlr8409
    @hikmtlisozlr8409 Рік тому +2

    Təşəkkür edirəm.
    Xeyirli nəsihətlərin.
    Üçün xaiş ediəm.
    Musiqini ləğ edərdiz vidolarınzda.

  • @rehilbayramova-xh4iz
    @rehilbayramova-xh4iz Рік тому +3

    Təşəkkür edirəm sizə allah sizi qorusun

  • @xanxan3165
    @xanxan3165 Рік тому

    Sizin səsiniz bizə dərmandı sirir sistemimə yaxşı təsir edir

  • @aynur_nur5906
    @aynur_nur5906 Рік тому

    COX SAGOLUN FAYDALI MƏSLƏHƏTLƏRİNİZ ÜCÜN ,COX GÖZƏL SES TONUNUZ VƏ NİTQİNİZ VAR ❤

    • @birbaxkanal
      @birbaxkanal  Рік тому

      Minnətdaram gzöəl sözlərə görə

  • @nsibnsibli4267
    @nsibnsibli4267 Рік тому

    Çoox gözəl var olu😊Məlumatınıza görə

  • @xanumajalilova5003
    @xanumajalilova5003 Рік тому +4

    Cox saq olun belə faydali videolar ucun

  • @meherremallahverdiyev7891
    @meherremallahverdiyev7891 Рік тому +6

    cox minetdaram gözel faydalı meslehetcun.

  • @liyevfp6ey
    @liyevfp6ey Рік тому

    Çoxx sağolun

  • @ligozlov6773
    @ligozlov6773 Рік тому

    Coox sagolun cox faydasini gordum ❤

  • @sehzadehuseynzade3097
    @sehzadehuseynzade3097 Рік тому

    Çox sağolun artıq daha çox inandım

  • @rasimamammadova9904
    @rasimamammadova9904 Рік тому +6

    DƏYƏRLİ MƏSLƏHƏTLƏR ÜÇÜN ÇOX SAĞ OLUN.

    • @birbaxkanal
      @birbaxkanal  Рік тому

      Təşəkkür edirəm

    • @guneseliyeva163
      @guneseliyeva163 Рік тому

      ​@@birbaxkanal Mədə altı vəzdə piylənməyə qarşı olana kömək edir mixək ?

  • @zizseyidova8103
    @zizseyidova8103 Рік тому +6

    Çox sağ olun

  • @samirrehimov9687
    @samirrehimov9687 9 місяців тому

    Sağolun xanım

  • @SamilQurbacov
    @SamilQurbacov Місяць тому

    Çox gözeldi

  • @Ilqar-mk5kd
    @Ilqar-mk5kd Місяць тому +1

    Sagolun allah caniniza deymesin amin

  • @rusansgrova5968
    @rusansgrova5968 Рік тому +1

    Təşəkürlər

  • @narbaar6861
    @narbaar6861 Рік тому

    Çox sağolun xanım

  • @sirzadmiri4599
    @sirzadmiri4599 Рік тому +5

    Allah sizi var eləsin xanım yaxşı məsləhət verdiyin ucun

  • @tomillamuradova9842
    @tomillamuradova9842 8 місяців тому

    Sagolun gözəl dəyərli məsləhətlərə görə ❤

    • @birbaxkanal
      @birbaxkanal  8 місяців тому

      Təşəkkür edirik dəyərli izləyicimiz. Bizi haradan izləyirsiniz?

  • @alovluqulle1347
    @alovluqulle1347 6 місяців тому +1

    Paylaşim ucun teşekkur edirem

  • @qadamkarimova8750
    @qadamkarimova8750 Рік тому +2

    Allah razı təqdim etdiyiniz mövzu çox xoşuma gəldi manim mixəngdən çox xoşum gəlir Allah köməyin olsun ❤️ gözəl qızim

    • @birbaxkanal
      @birbaxkanal  Рік тому

      Çox sağ olun

    • @mirelialiyev5125
      @mirelialiyev5125 Рік тому +1

      Gözəl qızım çox gözəl,səlist nitqin var .ən çox xoşladığım səs

  • @user-xf1yt3pv9b
    @user-xf1yt3pv9b 3 місяці тому +1

    Allah sizden razi olsun qzm Amin

    • @birbaxkanal
      @birbaxkanal  3 місяці тому

      İzləyib şərh yazdığınız üçün siz sağ olun. Sevgilər

  • @xosrovferzeliyev6839
    @xosrovferzeliyev6839 Рік тому +1

    Teşekkürler

  • @f.xanoglu.9999
    @f.xanoglu.9999 Рік тому +3

    Çox maraqlıdır

  • @user-by4ku1ep1t
    @user-by4ku1ep1t 11 місяців тому

    Duzdu

  • @sastelekom3921
    @sastelekom3921 Рік тому +1

    Məsləhətınə görə təşəkkur
    Səsının şırınlıyınə nıtqının gözəllıyınə görə Allaha təşəkkurlər

  • @user-fm5hw5nu9j
    @user-fm5hw5nu9j 10 місяців тому +1

    Mən hərgün 3muxeng ceyneyirem insana enerji verir

  • @huseynzeynalov2155
    @huseynzeynalov2155 Рік тому +4

    salam bəli çoxsağolun xanım maraqlı və sağlamlıq haqqında məlumat verirsiz😊

  • @aslanaslanli6140
    @aslanaslanli6140 Рік тому +3

    Salamaleykum. Xanim zehmet olmasa deyim, 2 eded mixeyi ceyneyenden sonra udmaq lazimdi?cox saq olun

  • @womanspace2771
    @womanspace2771 Рік тому +1

    👍👍👍👍👍👍👍👍👍❤❤❤❤❤❤❤❤

  • @zizaxmadov979
    @zizaxmadov979 Рік тому +2

    РАССИЙАДАН ГУЧАГ ДОЛУСУ САЛАМЛАР СИЗЛАРА 👍👍👍🤘❤🙏

  • @telleragayeva7719
    @telleragayeva7719 Рік тому +4

    Mixəyi çay dəmləmələri də istifadə edirəm.Bir dəfə dəmləmədə 3-4 Mixək istifadə edirəm.Xeyrini də görürəm .Mədəmdəki problemlərdən,əsası da ağır qastritdən sağalmışam.
    Başqa özəlliklərin də sizdən öyrəndim,təşəkkürlər.

  • @user-bj3ru3zq2k
    @user-bj3ru3zq2k Рік тому +1

    Чох саг олун.

  • @gunayquliyeva5980
    @gunayquliyeva5980 Рік тому +1

    İn şə ALLAH EDECEM MENDE

  • @sevdaqdimova6008
    @sevdaqdimova6008 Рік тому +2

    Mədəyə ziyandı.istifadə edirəm,amma mədəmə ağrı verir.

  • @okdaymehdyev7044
    @okdaymehdyev7044 Рік тому +1

    Salamlar siz ❤❤❤❤❤❤❤siz

  • @user-cq7nz3bs6b
    @user-cq7nz3bs6b Рік тому +2

    👍👍👍👍👍 Çox doğru mən istifadə edirəm çeynəyib sonra isə tullayıram

  • @aidaxalilova4673
    @aidaxalilova4673 Рік тому +1

    👍👍👍

  • @gulzartagiyeva608
    @gulzartagiyeva608 Рік тому +1

    Tərs kimi mixəyin də qiyməti qalxıb.😁 Necə alaq, istifadə edək?🥺

  • @Iftixarmemmedli-zf2hs
    @Iftixarmemmedli-zf2hs Рік тому

    7:37

  • @efqanbaradov
    @efqanbaradov Рік тому +10

    İki ədəd muxeki çeynəyip udmağa olurmu

  • @mehmanshukurov8551
    @mehmanshukurov8551 Рік тому +1

    Bu mixek yagni gunde nece istifade edilir deyərdiz zəhmət olmasa

  • @samirdavudov145
    @samirdavudov145 Рік тому +1

    Onda men yemeyim cunku yuksek tesyig var mende boyrek tezigidi

  • @samirdavudov145
    @samirdavudov145 Рік тому

    Yuksek tezyigden insult kecirmiwem😭😭 bu barede ne deye bilersiz?

  • @alovluqulle1347
    @alovluqulle1347 6 місяців тому

    Eger 2 den çox qebul etsek (diri formada 2 dənədən çox yəni ) meslehetdirmi?

  • @mehmanshukurov8551
    @mehmanshukurov8551 Рік тому

    Salam aleykuma

  • @azade877
    @azade877 6 місяців тому

    Salam bilmirsiz cirəni 1 gündĕ neçə dəfə qəbul etmək lazımdır

  • @seymursemirov5623
    @seymursemirov5623 7 місяців тому

    Sac tokulmesinij qarsisini alir ?

  • @almazrizvanova9764
    @almazrizvanova9764 Рік тому +4

    Mixəkin ağızda çeynəməsinin öskürəyə faydası varmı ?

  • @elmira7035
    @elmira7035 Рік тому +2

    İllerdiki çaya (mixek 2 eded) qatlb içirik.

  • @sevdakerimova7049
    @sevdakerimova7049 Рік тому +1

    Ne olacaq gunde iki eded yedikde?! Urek tamami ile zeyifleyecek. Meslehet gorerdim oturub Nisi sistemini, Seltonu.....oxuyub sonra agilli bir meslehetler goresiniz. Eks halda susmaq lazimdir .

    • @Abc-yc5oo
      @Abc-yc5oo 7 місяців тому

      SALAM XANIM MİXƏKLƏ CAY İCƏNDƏN SONRA TƏZYİQİM QALXIR BU DÜZGÜNDÜRMÜ

  • @gulnarzakirqz4642
    @gulnarzakirqz4642 Рік тому

    İstifadə qaydası haqqında məlumat verseydiniz daha gözəl olardı

  • @ilqaraslanov7190
    @ilqaraslanov7190 9 місяців тому

    "Hekimler"dúz deyirler,uşaqlara mixey olmaz,kimyevi bahali firma dermanlari yaxṣidi..

    • @birbaxkanal
      @birbaxkanal  9 місяців тому

      mən verirəm hər gün çayda

  • @alimsalehov1043
    @alimsalehov1043 2 місяці тому

    Mənim 61 yaşım var , mixəyin ətrini çox sevirəm. Hər gün çaya 1 ədəd atıram bu ziyan ola bilərmi ? Mədə prablemim və oynaq təzhiqim var
    .

  • @hhdbdrdjdh2380
    @hhdbdrdjdh2380 Рік тому +1

    Hergun mixeyli cay icirem bunun ziyani varmi?

  • @user-nb4nn4mp9v
    @user-nb4nn4mp9v Рік тому +1

    Mexag yagi harda elde edek

  • @shafaismailovva6260
    @shafaismailovva6260 Рік тому +1

    Minnətdaram dəyərli məsləhətləriniz üçün, mıxək nələrə malikdir ....

  • @user-qh6jc8jr5n
    @user-qh6jc8jr5n 5 місяців тому

    Записи подписать отсутствует подписать не куда

  • @sevinchesenova3641
    @sevinchesenova3641 Рік тому +3

    Mixey yagl harda satllr?

  • @hilal8717
    @hilal8717 Рік тому +2

    Diş ağrısına heç bir xeyri yoxdur

  • @Ulviyya-uq3gb
    @Ulviyya-uq3gb 7 місяців тому

    Cümleleri quranda vutmrgulari düzgün qurmur. Ki den sonra. Da de. Düzgün danış!

    • @birbaxkanal
      @birbaxkanal  7 місяців тому +1

      Siz bardağın dolu tərəfinə baxsanız, fikrimcə daha pozitiv biri olarsınız. Nidalarınızı özünüzə saxlayın. Əgər səhv varsa, müəllimsəniz müəllim, böyüksəniz böyük kimi tövsiyələrinizi verə bilərsiniz. Bu halda bizim üçün dəyərli olarsınız.

    • @Ulviyya-uq3gb
      @Ulviyya-uq3gb 7 місяців тому

      Nida qoymaya bilerdim , siz de onun qurdugu cümlelere qiqqetle qulaq assaniz goersiz ki düz deyirem, bir vurguyla cümle değişir.

  • @officialmusicvideo7988
    @officialmusicvideo7988 Рік тому +5

    Salam, mən bir ildir ki istifadə edirəm😊