QARA İSTİOT görün hansı Xəstəlikləri Sağaldır - HƏKİMLƏR ŞOKDA

Поділитися
Вставка
  • Опубліковано 24 сер 2024
  • #BirBax #xalqtəbabəti #istiot
    Qədim Misirdə ondan mumiyalama prosesində istifadə edirdilər. Yunanlar isə ondan daha çox təbabətdə dərmanları hazırlayan zaman istifadə ediblər. Bu gün hamımızın mətbəxində olan möcüzəvi bir ədviyyatdan - qara istiotdan danışacam. Onun tarixi və necə istifadə olunduğu haqda çox maraqlı bir araşdırmamız var. Diqqətiniz məndə olsun.
    Vətəni Cənub-Qərbi Hindistan sayılan qara istiot hər yeməyə yaraşır. Elmi adı “Piper nigrum” olan bu ədviyyat meşədə bitən sarmaşığın bəhrəsidir. Qədim insanlar onun yeməklərə qatdığı dadı, müalicəvi xüsusiyyətlərini kəşf edəndən sonra mədəni bitki kimi əkməyə başlayıblar. Bitkinin xırda, ağ ləçəkləri töküldükdən sonra çiçək kökündəki qara yumrular yığılır və istər olduğu kimi, istərsə də üyüdülərək mətbəxə doğru yola çıxır.
    Araşdırmamız zamanı bir sıra xalqların mifologiyasında qara istiotla bağlı maraqlı faktlara rast gəldik. Məsələn Qara istiotu ilk kəşf edənlər hindlilər olub. Onlar müxtəlif dini, mövsümi və məişət ayinlərində qara istiotdan geniş istifadə ediblər. Hindlər inanır ki, tanrılar qara istiotu çox sevir. Onlar qara istiotu dini mərasimlərdə daha çox istifadə edilər. Tanrı və tanrıçalara verilən nəzirlərin üstündən havaya qara istiot üfürürlər, beləcə, nəzirlərini təmizlədiyinə, onları isə bəd nəzərlərdən qoruduğuna inanırlar.
    Qədim Misirdə qara istiot mumiyalama prosesində istifadə edilirdi. Fironların qəbirlərində və mumiyalarında aparılan analizlər göstərmişdir ki, qara istiot Qədim Misir mədəniyyətində ölüm sonrası inanclarla dərindən bağlı imiş;
    Yunanlar qara istiotdan daha çox təbabətdə istifadə edirdilər. Müalicəvi təsirindən əlavə, yunanlar inanırdılar ki, qara istiot sağalma prosesində mistik güclərin sayəsində möcüzə yaradır. Amerikalı tibb tarixçisi Con Marion Riddli (John Marion Riddle) özünün “Dioskorid-farmakologiyada və tibbdə” (1985) adlı kitabında qeyd edib: “Qədim Yunan həkimləri Hippokrat və Dioskorid qara istiotu müxtəlif xəstəliklərin müalicəsində istifadə edirdi”;
    Qədim Romada qara istiot yalnız zadəganlar üçün əlçatan ədviyyat idi. O qədər qiymətli idi ki, zadəganlar onu gündəlik rasionlarına daxil etmirdilər: yalnız qonaqlıqlarda, hansısa xüsusi məqsədlə keçirilən şənliklərdə, mərasimlərdə qara istiot yeməklərə vurulurdu. Həm qida, həm də dərman kimi istifadə olunan qara istiotun bu populyarlığı yavaş-yavaş Roma ticarətində mühüm yer tutmasına gətirib çıxarmışdı;
    Bitki olsun, heyvan olsun, lap elə qiymətli daş olsun, hansısa bir nəsnə insanların inanc sisteminə o zaman daxil olur ki, insanın təməl missiyası olan “sağ qalmaq”da ona kömək etsin. Qara istiot sağlam və keyfiyyətli yaşamaq üçün insanın güvəndiyi ədviyyatdır.Gəlin indi də qara istiotun sağlamlığa faydasından danışım.
    Qara istiot maddələr mübadiləsini sürətləndirərək yağ yandırılmasını asanlaşdırmaqla yanaşı, müxtəlif sağlamlıq problemlərinə qarşı da qoruyucu rol oynayır. Qara istiot həzmi yaxşılaşdırır, mədə-bağırsağın işini sürətləndirir. O müxtəlif xəstəliklər zamanı iştahaçıcı kimi təsir göstərir.
    Qara istiot orqanizmi toksinlərdən təmizləmək qabiliyyətinə malikdir, tərlədici və sidikqovucu təsirə malikdir. Qara istiot soyuqdəymə zamanı bədənə istilik verir və xəstəliyin simptomlarının azalmasına yardım edir.
    Antiseptik və ağrıkəsici xüsusiyyətləri bir çox xəstəliklərin müalicəsində yüngülləşdirici təsir göstərir.
    Tədqiqatlar qara istiotun ürək fəaliyyətinə yaxşı təsir göstərdiyini sübut etmişdir. O ürək-damar sisteminin fəaliyyətini və qan dövranını və maddələr mübadiləsini yaxşılaşdırır.
    Onu normadan artıq qəbul etdikdə əsəb sistemində qıcıqlanmaların əmələ gəlməsinə səbəb olur, buna görə də əsəb xəstələrinə qara istiotdan çox istifadə etmək məsləhət görülmür
    Qara istiotu bütöv halda saxayıb, lazım olduqda əzmək lazımdır.
    Bundan əlavə qara istiotun köməkliyi ilə balkon və bağçalardakı bitki və ağacları ziyanverici həşəratlardan qorumaq mümkündür. Bunun üçün unla qara istiotu qarışdırıb bitkilərin ətrafına səpərək həşaratları uzaqlaşdırmaq olar
    Rəngli paltarların yuyularkən rəngləri solmasın deyə bir sıra kimyəvi maddələr mövcuddur. Ancaq yuyucu tozların əksəriyyəti sağlamlıq üçün təhlükəlidir. Yeni aldığınız rəngli bir köynəyi ilk yuduğunuzda suya bir qaşıq qara istiot əlavə edə bilərsiniz. Qara istiot parçanın rəngini itirməsinə mane olur, onu daha da canlandırır.

КОМЕНТАРІ • 31

  • @user-xf1yt3pv9b
    @user-xf1yt3pv9b Місяць тому +3

    Faydali məslehət cun cox saq olun

    • @birbaxkanal
      @birbaxkanal  Місяць тому

      İzlədiyiniz üçün əsas siz sağ olun🌹

  • @sevdaqdimova6008
    @sevdaqdimova6008 Місяць тому

    Super.Sağ olun!

  • @Ezize-yy1fu
    @Ezize-yy1fu Місяць тому +2

    ÇOX SAĞOLUN XƏYALƏ XANIM

    • @birbaxkanal
      @birbaxkanal  Місяць тому +1

      Siz sağ olun izlədiyiniz üçün🌹

  • @asifesgerov3284
    @asifesgerov3284 Місяць тому +2

    Coxlu - coxlu sag olun .gGözəl məsləhət ūcūn Maləsəf isdiota qarşı allergiam var.

    • @birbaxkanal
      @birbaxkanal  Місяць тому +1

      Siz sağ olun izlədiyiniz üçün🌹

  • @aygunabilova7097
    @aygunabilova7097 Місяць тому +1

    Çox sagolun düzgün məsləhət üçün 🙏🏻🌹

    • @birbaxkanal
      @birbaxkanal  Місяць тому +1

      İzlədiyiniz üçün siz sağ olun🌹

  • @elcinesedov4361
    @elcinesedov4361 Місяць тому +1

    Agçabədini qaynar nöqtəsindən😂👍👍

    • @birbaxkanal
      @birbaxkanal  Місяць тому

      çox sağolun, sağlam olun Luçiano bəy

  • @kamalaaliyeva489
    @kamalaaliyeva489 Місяць тому +1

    SALAM xeyale qızım yaxşı ki varsınız bizleri faydalı bilmediklerimiz bilgilerle melumatlandırırsınız çox sağ olun . Sizi Sumqayıt şeherinnen izleyirem .🙏🙏❤️❤️🥰🥰👍

    • @birbaxkanal
      @birbaxkanal  Місяць тому

      Salamlarımızı göndəririk 🌹 Siz də yaxşı ki varsınız

    • @yeganeqaniyeva8706
      @yeganeqaniyeva8706 Місяць тому

      ​@@birbaxkanalSalam Allah sizdən razı olsun bala amin Allah təkdi şəriksizdi

  • @nigarmustafayeva2996
    @nigarmustafayeva2996 Місяць тому +1

    Goycaydan izleyirem sizi,cox minnetdaram faydali melumatlarinizcun.allergiya xestesiyem ona gore istiotdan hec istifade eliye bilmirem teessufki

    • @birbaxkanal
      @birbaxkanal  Місяць тому

      Salamlarımızı göndəririk 🌹 Allergiyanız varsa, mütləq qaraciyərinizi təmizləyin. Fizuli həkimin bir videosu var, Alaqanqalla bağlı. Toxumlarını üyüdüb yemək ən yaxşı qaraciyər təmizliyidir.

  • @user-dm6yz6yq8u
    @user-dm6yz6yq8u Місяць тому +1

    Gəncədən izləyirik

    • @birbaxkanal
      @birbaxkanal  Місяць тому

      Salamlarımızı göndəririk doğma Gəncəyə🌹

  • @user-iw9ic9zw1s
    @user-iw9ic9zw1s Місяць тому +1

    Salamlar Allah koməyuz olsun

    • @birbaxkanal
      @birbaxkanal  Місяць тому

      İzlədiyiniz üçün əsas siz sağ olun🌹

  • @juliya3076
    @juliya3076 Місяць тому

    Teşekkürler 🙏

    • @birbaxkanal
      @birbaxkanal  Місяць тому

      Siz sağ olun izlədiyiniz üçün🌹

  • @sahinmemmedov6419
    @sahinmemmedov6419 Місяць тому +1

    Gərək kolunnan əkəm

  • @birbaxkanal
    @birbaxkanal  Місяць тому +3

    Bizi Haradan İzləyirsiz? Zəhmət olmasa şərhə yazın☺

  • @khanimmamedova3901
    @khanimmamedova3901 Місяць тому

    ❤❤❤❤❤❤❤

  • @salma-vq8yr
    @salma-vq8yr Місяць тому +1

    Salam Rostovdan, gözəl qızım, mən bilən adın Xəyalədir 😊

    • @birbaxkanal
      @birbaxkanal  Місяць тому

      Salamlarımızı göndəririk 🌹 Bəli.