Yapon Həkim NİŞİNİN SİRRİ: 1 Dəqiqəyə Onurğa Ağrılarından Necə Qurtulmaq Olar?

Поділитися
Вставка
  • Опубліковано 28 лис 2024
  • #BirBax #xalqtəbabəti #nişi #ниши
    Katsuzo Nişi sisteminə görə, sağlamlığın 6 qaydası
    Nişinin sağlamlıq sistemi paralel olaraq həyata keçirilən bir neçə texnikanı nəzərdə tutur. Bunlara düzgün və balanslı qidalanma, düzgün nəfəs alma, düzgün hərəkət, həmçinin, təbiətlə əlaqə, orqanizmdə düzgün enerji mübadiləsi, sakitlik və harmoniya daxildir. Uyğun və ürəkaçan nəticəyə nail olmaq üçün Katsuzo Nişinin 6 qızıl qaydasını öyrənməlisiniz.
    1. Sərt çarpayıda yatın. Onurğa sağlamlığımızın əsasını təşkil edir. Həyatımızın, təxminən, 1/3-ni yataqda keçiririk. Çalışmalıyıq ki, yatağımız onurğa sütunumuz üçün fizioloji cəhətdən mümkün qədər rahat olsun. Onurğada ən kiçik əyrilik belə, sonradan müxtəlif orqanların fəaliyyətinin pozulmasına səbəb olur. Məsələn, əgər siz daim yumşaq çarpayıda yatırsınızsa, bu, onurğanın deformasiyasına, skolyoza və düzgün olmayan qamətə gətirib çıxaracaq. Düz və sərt səth bütün əzələlərin rahatlamasına, onurğa sinirlərinin dincəlməsinə imkan verəcək. Doktor Nişi vurğulayırdı ki, yatarkən yatağın bədəninizi isitməsi vacibdir. Buna görə də, yataq yerinizi düzgün təşkil etməlisiniz. Məsələn, döşəmə üzərində yatmamalısınız. Əgər siz sərt çarpayıda yatmağa başlasanız və daim qamətinizi düzgün saxlasanız, onda:
    -Onurğa yüklənməyəcək;
    -Həzm sistemi orqanlarının fəaliyyəti yaxşılaşacaq;
    -Bədəndə qalxanvari vəzin və qan dövranının işindəki problemlər aradan qalxacaq;
    -Daxili orqanlar öz yerinə qayıdacaq;
    -Onurğa sütunu düzləşəcək və siz bir neçə santimetr uzun olacaqsınız;
    Katsudzo Nişi özünü yaxşı hiss etmək üçün yatmazdan əvvəl təmiz havada gəzməyi, nəfəs məşqləri və ya meditasiya etməyi də tövsiyə edirdi.
    2. Sərt yastıqdan istifadə edin. Katsuzo Nişi yatarkən yumşaq yastıqlardan imtina etməyi, sərt yastıqdan və ya boyun yastığından istifadə etməyi məsləhət bilirdi. Onurğanın boyun hissəsində lordoz adlanan bioloji əyrilik var, boyun yastığını onun altına qoymaq lazımdır. Sərt yastığın və ya boyun yastığının əsas vəzifəsi yuxu zamanı boyun fəqərələrini təbii vəziyyətdə saxlamaqdır. Adi yumşaq yastıqda yatarkən boyun fəqərələri daim əyilir. Daxili orqanların vəziyyəti, bel və boyun sağlamlığı bu haldan pis təsirlənir. Nişi əmin idi ki, yumşaq və ya alçaq yastıqla yatmaq zamanla boyunda daimi ağrıya, qamət pozğunluğuna və əllərdə uyuşmalara gətirib çıxarır. Belə yatmaq burun çəpərinə də mənfi təsir göstərir-müxtəlif xəstəliklərin inkişafına, artan qıcıqlanmaya, xüsusi ağrıya və başgicəllənməyə səbəb olur. Yaponiyada məşhur bir deyim var: “Əyri boyun qısa ömür əlamətidir”. Buna görə də, sərt yastıqdan istifadə etməyə tələsin.
    3. “Qızıl balıq” məşqi. Katsuzo Nişi bu məşqi gündə 2 dəfə: səhər və axşam etməyi məsləhət görürdü. Bu məşqi müntəzəm olaraq etsəniz, daxili orqanların qidalanmasını və duruşunu əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilərsiniz. Texnika haqqında videonun sonunda ətraflı məlumat verəcəyəm.
    4. Kapillyarlar üçün məşq. Kapilyarlar bədənimizin hüceyrələrini qidalandıran kiçik damarlardır. Nişi texnikası qan dövranını yaxşılaşdırmağa kömək edir, bununla da, hüceyrə qidalanmasını yaxşılaşdırır. Məşq üçün başlanğıc mövqeyi: arxası üstə uzanın, boynunuzun altına bir yastıq qoyun. Pəncələriniz yerə paralel olacaq şəkildə ayaqlarınızı və əllərinizi yuxarı qaldırın. Bu vəziyyətdə bir neçə dəqiqə ərzində qollarınızı və ayaqlarınızı tez-tez silkələyin. Yapon alimin fikrincə, bu məşqi yataq xəstəsi olanlar da edə bilər, hətta hökmən etməlidirlər. Hərəkət ürək və damarlara yük salmadan qaçışla eyni effekti verir. Nəzərə alın ki, bir çoxlarına xəsətəlikləri ilə bağlı qaçmaq olmaz.
    5. Ovuc və pəncənin bağlanması məşqi. Bu texnika əsas tənəffüs əzələsi olan diafraqmanı aktivləşdirir və daxili orqanlarda qan dövranını əhəmiyyətli dərəcədə yaxşılaşdırır. Hamilə qadınların bu məşqi etməsi faydalıdır. İlk mərhələdə məşqin sadələşdirilmiş versiyasını edə bilərsiniz: sərt və düz səthdə uzanın. Boynunuzun altına rahat yastıq qoyun, ayaqlarınızı dizdən, qollarınızı dirsəkdən bükün, pəncələrinizi, əllərinizi və ovuclarınızı sinənizdə birləşdirin. Sonra gözlərinizi bağlayın və bu vəziyyətdə 5-10 dəqiqə uzanın. Gücləndirilmiş məşq: başlanğıc mövqeyinə keçin, sıra ilə əvvəlcə hər iki əlin barmaq uclarını, sonra isə ovuc içlərini bir-birinə sıxın. Ardınca, barmaqlarınızı bir-birinə keçirərək ovuclarını bağlayın, sıxın. Bağlı ovuclarınızı qarnınızdan başınıza qədər qaldırıb, sonra endirin. Qarın bölgəsində ovuclarınızı açmadan ovuc içlərini çölə çevirin və göbəkdən qasığa qədər hərəkət etməyə davam edin. Qollarınızı bağlayın, başınızın üstünə qaldırın, balta ilə odun doğramağı təqlid edin. Qollarınızı mümkün qədər yuxarı və aşağı uzadın. Əllərinizi sıxılmış ovuclarınızla orijinal vəziyyətinə qaytarın. Ayaqlarınızı isə pəncələriniz sıxılı halda qasığa doğru büküb-açın. Ovuclarınızı və ayaqlarınızı bədən boyunca eyni vaxtda hərəkət etdirin. Məşqi tamamladıqdan sonra başlanğıc mövqeyinə qayıdın, gözlərinizi yumun və 10-15 dəqiqə istirahət edin.

КОМЕНТАРІ • 74

  • @birbaxkanal
    @birbaxkanal  4 місяці тому +17

    Bizi haradan izləyirsiz? Zəhmət olmasa şərhə yazın

  • @GüllüƏhmədova
    @GüllüƏhmədova 4 місяці тому +13

    Bir gün,11 il bundan əvvəl Gəncədə kitab satana rast gəldim,mənə maraqlı gəldi aldım oxuyandan sonra yadıma düşdü ki bu hakda uzun illər qabaq televiziyada bir adam.bundan danışmışdı.Bu Ərşad Əzimzada idi👍😘

    • @birbaxkanal
      @birbaxkanal  4 місяці тому

      Çox gözəl sözlərdir. Çox sağ olun❤

    • @sabinaasker3650
      @sabinaasker3650 Місяць тому +2

      Nisi sistemini bizə çatdiran Ərşad əzimzadəyə Allah can sağliği versin

  • @asifesgerov3284
    @asifesgerov3284 4 місяці тому +10

    Coxlu coxlu sag olun .Insanların ən yaralı yeri bel onurga agrısı.

  • @IlhamSuleymanli-i1q
    @IlhamSuleymanli-i1q 22 дні тому

    Təşəkkür edirəm2 gündü məşq edirəm,yüngülləşmə hiss edirəm.Allah Kişiyə də rəhmət eləsin

  • @roblox.2629
    @roblox.2629 3 місяці тому +1

    Axıra qədər qulaq asdım.Minnətdaram.

  • @camalmmmdov4375
    @camalmmmdov4375 4 місяці тому +7

    Axıra qədər qulaq asdım,və çalışacam əməl edim.❤

  • @meryemrayiz3427
    @meryemrayiz3427 4 місяці тому +3

    Çox gözəl məsləhətdir 👏♥️ Allah razı olsun sizdən❤

  • @musiqivemugam
    @musiqivemugam 3 місяці тому +2

    Təşəkkürlər

    • @birbaxkanal
      @birbaxkanal  3 місяці тому

      İzlədiyiniz və şərh yazdığınız üçün təşəkkür edirəm

  • @ceyranisaeva9645
    @ceyranisaeva9645 4 місяці тому +24

    Bir gün də, Namazda etdiyimiz hərəkətlərin orqanizmə verdiyi faydalardan danışın.

    • @birbaxkanal
      @birbaxkanal  4 місяці тому +5

      Mütləq, bununla bağlı video hazırlayacam

    • @ceyranisaeva9645
      @ceyranisaeva9645 4 місяці тому +2

      @@birbaxkanal inşaAllah

    • @littleangel8554
      @littleangel8554 4 місяці тому +3

      Allah tərəfindən namaz bizim həm onurqamiza həmdə qiqiyenamiza saqlam həyat verən gözəllikdir.

  • @SeyyareMemmedova-j2k
    @SeyyareMemmedova-j2k 4 місяці тому +4

    Təşəkkür

  • @roblox.2629
    @roblox.2629 3 місяці тому +1

    Çox sağ olun.

  • @Ezize-yy1fu
    @Ezize-yy1fu 4 місяці тому +7

    DAVAMI GƏLSİN

    • @birbaxkanal
      @birbaxkanal  4 місяці тому +2

      Çox sağ olun Əzizə xanım

  • @BakuBaju-d2b
    @BakuBaju-d2b 4 місяці тому +2

    Tesekkur edirem.

  • @BoshesapBoshesap-j7j
    @BoshesapBoshesap-j7j Місяць тому

    ❤Cansiniz❤

  • @teraneqiyai1280
    @teraneqiyai1280 4 місяці тому

    Allah sizlerden razı olsun o qədər üısa və konkret bilgi verirsiz ki. Afərin sizə...... Her bir məlumatı yaddaşda saxlıyıram

  • @sweetgrandma
    @sweetgrandma 4 місяці тому +3

    Əla videodur. Təşəkkürlər

  • @Turalİsmayilov-n6k
    @Turalİsmayilov-n6k 4 місяці тому

    Cox sağ olun. ❤🎉🎉

    • @birbaxkanal
      @birbaxkanal  4 місяці тому

      Çox sağ olun. Sağlam və gümrah olun.

  • @kamalaaliyeva489
    @kamalaaliyeva489 4 місяці тому +4

    Tşk edirem bele meşqlere çox ehdiyacım var amma yadımda qalmadı çox sağ olun ki bu cür faydalı vidyolar paylaşırsız sağ olun 🥰❤️🙏👍

    • @birbaxkanal
      @birbaxkanal  4 місяці тому

      Siz sağ olun gözəl sözləriniz üçün

  • @nazilesalmanova1720
    @nazilesalmanova1720 4 місяці тому +2

    Sumqayitdan baxiram

  • @Махира-ъ8у
    @Махира-ъ8у 4 місяці тому +2

    Men bu vidioya 1ci defedir baxıram.amma 20 ci ilden bu güne kimi bunların hamısını ediren.60 yaşım var.amma 40 yaş verirler.

  • @ShshJsjsj-c9j
    @ShshJsjsj-c9j 3 місяці тому

    SALAM MENDE BEL AĞRILARI ÇOXDUR DERMAN İYNE ÇAY BİTKİ MAZ VARSA DEYERDİZ XAHİŞ🙏EDİREM OTURUB DURA BİLMİRƏM AĞRIDAN😔ALLAHA AND OLSUN😔MENE KÖMEK EDİN XAHİŞ🙏 EDİREM😔

  • @samamaliyeva9266
    @samamaliyeva9266 5 днів тому

    20 il bundan əvvəl almışdım o kitabı möcüzəsiz möcüzə Mən də Ərşad müəllim danışandan sonra aldım Demək olar o kitabı başdan başaəzbər bilirəm sağlamlığ haqqında o kitabdan çoox istifadə etdim

  • @roblox.2629
    @roblox.2629 3 місяці тому

    ❤❤❤❤

  • @ElminBuludov
    @ElminBuludov 4 місяці тому +1

    Biləsuvardan salam olsun sizlərə çox sag olun.

  • @iradeMehdiyeva-e1j
    @iradeMehdiyeva-e1j 4 місяці тому +1

  • @Ektort_10
    @Ektort_10 4 місяці тому +1

    Salam.Vaxtiniz xeyir.onurga eyriliyi eseb sistemine tesir edirmi?

  • @Ростислав-ю6г
    @Ростислав-ю6г 4 місяці тому

    🙏🙏👍👏🤲

  • @Azerbaijan-n6q
    @Azerbaijan-n6q 4 місяці тому +3

    Onurğamda əyrilik var. Video üçün təşəkkür edirəm

    • @birbaxkanal
      @birbaxkanal  4 місяці тому +3

      Allah şəfa versin. Təşəkkürlər

  • @Mehmanİmamquliyev-u5e
    @Mehmanİmamquliyev-u5e 4 місяці тому +1

    Onurğamda əyrilik,donqarlığ var,yırtıq var.Həkim manual terapiya məsləhət görür.Sizcə düzələrmi?

  • @ВусалаАлиева-в9я
    @ВусалаАлиева-в9я 4 місяці тому +2

    Русиядан😊

    • @birbaxkanal
      @birbaxkanal  4 місяці тому

      Çox gözəl sözlərdir. Çox sağ olun❤

  • @Uğur-q5y
    @Uğur-q5y 4 місяці тому +1

    Salam həkim aybaşı 3 aydır kəsilib 1ay olar çirikli su gelir ilk çirikli su qırmızı tərəh idi amma indi çirikli su sarımtıl rəngli olur 15 gündür eləcə yuxu olur yaş 42 nəyin əlamətidir yazardız zəhmət olmasa 🙏 təcili

    • @Kontaktmart-rz5ky
      @Kontaktmart-rz5ky 4 місяці тому +2

      @@Uğur-q5y həkimə getmək lazımdır

    • @AAA-wz9zr
      @AAA-wz9zr 4 місяці тому

      Qinekoloqa gedin mütləq, ilk növbədə UZİ yə düşün

  • @iradaaliyeva7635
    @iradaaliyeva7635 2 місяці тому

    Moskva

  • @YavarXalil
    @YavarXalil 4 місяці тому +1

    Ucar

  • @vugarisayev1126
    @vugarisayev1126 2 місяці тому

    Bakıdan

    • @birbaxkanal
      @birbaxkanal  2 місяці тому

      Çox sağ olun. Sağlam və gümrah olun.

  • @Yusifagamirzayev
    @Yusifagamirzayev 4 місяці тому +1

    Siz Qusar rayon

  • @azadzulfuqarov1001
    @azadzulfuqarov1001 4 місяці тому +1

    Azerbaycandan

  • @firdovsihuseynov5832
    @firdovsihuseynov5832 4 місяці тому +2

    Düz eləmir qimnastokanı

    • @firdovsihuseynov5832
      @firdovsihuseynov5832 4 місяці тому

      Aramla qimnasika etməli və nəfəs aramla saki vıziyyətdə almalıdır

  • @sevilaliverdiyeva5204
    @sevilaliverdiyeva5204 4 місяці тому +1

    Təşəkkür

  • @iradeMehdiyeva-e1j
    @iradeMehdiyeva-e1j 4 місяці тому +2