Nəzakət Teymurova - Çahargah muğamı

Поділитися
Вставка
  • Опубліковано 28 тра 2020
  • Əziz muğamsevərlər, səhifəmiz sizə Xalq artisti, gözəl, xanım-xatın sənətkarımız, səhnəmizin Leylisi Nəzakət Teymurovanın ifasında "Çahargah" muğamını təqdim edir.
    NƏZAKƏT TEYMUROVA HAQQINDA
    Nəzakət Xosrov qızı Teymurova - Azərbaycan müğənnisi, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Azərbaycanın xalq artisti, prezident mükafatçısı.
    Nəzakət Teymurova 4 iyul 1972-ci ildə Ağdam rayonunun Əlimədədli kəndində dünyaya gəlib. Orta məktəbin 8-ci sinfini bitirdikdən sonra Bakı Baza Energetika Texnikumuna daxil olub. Oradan müsabiqə yolu ilə Asəf Zeynallı adına Musiqi məktəbinə daxil olub və 1991-1995-ci illərdə Nəriman Əliyevin sinfində oxuyub.
    1995-ci ildə ali təhsil almaq üçün Azərbaycan Dövlət Konservatoriyasına daxil olub, xalq artisti professor Arif Babayevdən dərs alıb. Elə həmin ildən də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistidir. İlk rolu "Leyli və Məcnun"-da Leyli olub. "Aşıq Qərib"də Şahsənəm, "Gəlin Qayası"nda Gülbahar, "Natavan"da Xanəndə qız, "Vaqif"də Xanəndə qız, "Koroğlu"da Xanəndə qız rolları ilə çıxış edib.
    Opera solisti kimi fəaliyyət göstərməklə yanaşı, Nəzakət Teymurova həm də muğam, xalq və bəstəkar mahnılarını da yüksək professionallıqla ifa edir. Dövlət səviyyəli tədbirlərdə, yubileylərdə tez-tez çıxış edir. Sənətçi Almaniya, ABŞ, Koreya, Yaponiya, Macarıstan, Fransa, Türkiyə, İran, İsveçrədə konsert proqramları ilə çıxış edərək milli muğam sənətini ləyaqətlə təmsil etmişdir. Hazırda Opera və Balet Teatrının solistidir, Milli Konservatoriyada və Musiqi Kollecində muğam dərsi deyir.
    2000-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti, 2005-ci ildə Azərbaycan Respublikasının Xalq Artisti adlarına layiq görülüb. 2011-ci ilin avqust ayında Özbəkistanın Səmərqənd şəhərində keçirilən "Şərq təranələri" VIII Beynəlxalq musiqi festivalında YUNESKO-nun "Ən gözəl səs" xüsusi mükafatını alıb. 2012-ci ilin fevral ayinda Nəzakət Teymurovanın Azərbaycan musiqisi toplusundan ibarət yeni diski İtaliyada işıq üzü görüb. 9 may 2012-ci ildə, 30 aprel 2014-cü ildə, 6 may 2015-ci ildə, 6 may 2016-cı ildə və 1 may 2017-ci ildə Prezident Mükafatına layiq görülmüşdür.
    Müşayiət edirlər:
    Əməkdar artistlər
    tarda Əliağa Sədiyev
    kamançada Elşən Mansurov
    balabanda Nizami Allahverdiyev
    nağarada Kamran Kərimov
    Yeni muğamlar dinləmək üçün Abunə olun!
    FUAD RAMAZANOV

КОМЕНТАРІ • 33

  • @raufqelenderov2354
    @raufqelenderov2354 10 місяців тому +3

    Sağol ustad

  • @user-os7uw9yw8z
    @user-os7uw9yw8z 3 роки тому +6

    Чох Гузал ифа, сесиниза саглик, салам Узбекистандан

  • @gulzhanatmakhat2260
    @gulzhanatmakhat2260 Рік тому +2

    ❤Salam ! Geyimleriniz çok guzel, Dominique özel. 😢Hello from Almaty city.

  • @qaqasqaqas6630
    @qaqasqaqas6630 3 роки тому +4

    Bu sesi ewiden guller bulbulden imtina edar.

  • @rasul1964
    @rasul1964 3 роки тому +6

    Nəzakət xanımın ipək kimi səsi var...40 dəqiqəyə yaxın vaxtda hər şeyi unudub bu səsin sehrində qaldım...

  • @sgrliyev6161
    @sgrliyev6161 Рік тому +2

    GÖZƏL İFA GÖZƏL XANIMDAN ƏLA ❤❤❤

  • @rafikjonorziboev9324
    @rafikjonorziboev9324 5 місяців тому +1

    Офаин офарин офарин

  • @ibadetibragimov3063
    @ibadetibragimov3063 3 роки тому +3

    Allah səsini və özünü qorusun , gözəl mugam ustadı
    Qarabagın möcüzəli səsi

  • @nurlualm3028
    @nurlualm3028 4 роки тому +5

    superr

  • @nusirvanagayev9772
    @nusirvanagayev9772 3 роки тому +5

    ... Ən çox sevdiyim və sənətinə yüksək dəyər verdiyim Nəzakət xanım Teymurova !... Bu xanım həm də öz səhnə mədəniyyəti, əxlaqı, davranışı ilə əsl Azərbaycan xanımına məxsus olan keyfiyyətləri ilə başqalarına nümunə ola bilər ...

  • @user-yp4tk6ti6f
    @user-yp4tk6ti6f Рік тому +2

    👍👍👍👍👍👍👍

  • @nurlualm3028
    @nurlualm3028 4 роки тому +5

    əla

  • @nurlualm3028
    @nurlualm3028 4 роки тому +5

    ardı gəlsin😘

  • @anarhumbetov6733
    @anarhumbetov6733 3 роки тому +4

    Gözəl sənətkar Nəzakət xanım.
    Gənclər üçün bir məktəb.

  • @zeravendquliyev4497
    @zeravendquliyev4497 3 роки тому +4

    Çox istedadlı müğənnidir.İstər istəməz dinləyicisini ram edə bilir. Həmdə bir şəxsiyyət kimi əvəzsiz xanımdır.Nəzakət xanımı zaman çətinki birdə yetirər.Ansanblda gözəl müşahidə edir.

  • @user-ob2ei7nn3p
    @user-ob2ei7nn3p 3 роки тому +3

    Супер просто красавитца турецкая Азербайджана.Дай аллах счастя.

  • @sfiqhuseynova8733
    @sfiqhuseynova8733 3 роки тому +5

    Ela

  • @hokumafarzaliyeva749
    @hokumafarzaliyeva749 2 роки тому +2

    👍🇦🇿⚠️

  • @rafailkaufman7406
    @rafailkaufman7406 3 роки тому +7

    Nezaket xanim - настоящий талант, каких всегда рождает древняя и благородная Азербайджанская земля.
    И голос, и дыхание, и дух её души, и образ красивой и скромной женщины посвящены мастерскому исполнению непростого muģam ahəndi Çahargah и Mənsuriya.
    К сожалению, запись страдает несовпадением изображения и звука.

  • @sgrliyev6161
    @sgrliyev6161 29 днів тому

    😓😓😓😢😢😢😭😭😭❤❤❤👍👍👍

  • @eylazismaylov3417
    @eylazismaylov3417 2 роки тому +2

    UCA DAĞA BƏLƏDÇİGƏRƏK DEYİL. NƏZAKƏT XANIM SİZ MUSİQİ İFAÇILIĞININ UCA ZİRVƏSİSİNİZ.SİZİN SƏSİNİZ ELƏDİR Kİ,ONUN ÜÇÜN HƏMİŞƏ QƏRİBSƏYİRSƏN. SİZİNLƏ FƏXR EDİRƏM. ALLAH SİZƏ CANSAĞLIĞI VƏ UZUN ÖMÜR VERSİN.

    • @user-ts7ze3nt1g
      @user-ts7ze3nt1g 2 роки тому

      Əla yazmısınız," uca dağa bələdçi gərək deyil" sizə də respekt, Nəzakət xanıma da, həqiqətən də çox ustalıqla ifa edir.

  • @natiqmemmedov2844
    @natiqmemmedov2844 3 роки тому +3

    Çox sevirəm muğamlarımızı.Təəssüf edirəm ki,seyr etmək olmur.ekranın aşağısında gələn yazılar əsəbləşdirir adamı.Bu yazılar olmasa yaxşıdır,qəzəllərin məğzi İTMƏZ!!!

  • @mayisehuseynova2629
    @mayisehuseynova2629 3 роки тому +1

    Size allah bulbul sesi vermis busesi bu alemiñvurgunuyam

  • @qaqasqaqas6630
    @qaqasqaqas6630 3 роки тому +1

    4.40 bir az cox awaqidan goturub.

  • @qaqasqaqas6630
    @qaqasqaqas6630 3 роки тому +3

    Qadin oxuyanlardan nezaket teymurova ve aygun bayramova bawqa yalandir.

  • @user-ts5dt5nb9c
    @user-ts5dt5nb9c Рік тому +1

    Была красавицей, а сейчас противно смотреть.

    • @fuadramazanov300
      @fuadramazanov300  Рік тому

      Нельзя так сказать. Людям интересно её исполнение и голос, а не внешность. Человек сам выбирает как выглядить.

    • @sgrliyev6161
      @sgrliyev6161 Рік тому

      NİYƏ ELƏ DEYİRSİZ AXI HƏR YAŞIN ÖZ GÖZƏLİYİ VAR NƏZAKƏT XANIM İNDİDƏ GÖZƏLDİ ! GÖRNÜŞÜDƏ OXUMAĞIDA HƏMİŞƏKİ KİMİ GÖZƏLDİR NECƏ DEYƏLLƏR MÖHTƏŞƏMDİR !!!

    • @user-dh6vt6bx5m
      @user-dh6vt6bx5m 6 місяців тому

      Ни надо, это ошибка. Она мать своих детей.

    • @sgrliyev6161
      @sgrliyev6161 29 днів тому

      Mən bu muğamı necə kəsim bəstə nigarın xahiş edirəm onu tik tokun musiqi səhifəsinə yerləşdirin.