Fuad Ramazanov
Fuad Ramazanov
  • 70
  • 275 732
Zakir Əliyev - "Rast" muğamı - 2023
Əziz kanalınızın izləyiciləri! Sizə xalqımızın sevimli sənətkarı, gözəl xanəndə, Azərbaycan Respublikasının əməkdar artisti Zakir Əliyevin ifasında 7 əsas muğamdan biri olan "Rast" dəstgahını təqdim edirik. Muğam dəstgahı 24 iyun 2023-cü ildə "Muğam Aləmi" 6-cı Beynəlxalq Musiqi Festivalı çərçivəsində keçirilən "Muğam marafonu" layihəsi çərçivəsində lentə alınıb. Xanəndəni tarda əməkdar artist Ələkbər Ələkbərov, kamançada isə əməkdar artist Xəyyam Məmmədov müşayiət edir.
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
Muğamda ifa olunan qəzəllər Məhəmməd Füzuli, Seyid Əzim Şirvani, Əliağa Vahid, Mirzə Ələkbər Sabir, Ələmdar Mahir və Məmmədəli Məhzuna məxsusdur.
◾ BƏRDAŞT, MAYƏ (SEYİD ƏZİM ŞİRVANİ)
Gərçi hamıdan səfheyi-dünyada kəməm mən,
Hər vəqt ki, camım ola dəstimdə, cəməm mən.
Dünyanı tutub təntəneyi-fəzlü kəmalım,
Aləmləri təsxir qılan möhtəşəməm mən!
Sünbül nə güşayiş verəcək xatirə, ey gül,
Dilbəsteyi ol kakili-pürpiçü xəməm mən.
Əmvati-məani olur ehya nəfəsimdən,
Kim, aləm ara Seyyidi-ecazdəməm mən!
◾MAYƏ, HÜSEYNİ (MƏMMƏDƏLİ MƏHZUN)
Dili-bimarım üçün musiqi dərman kimidir,
Onsuz aləmdə bu aləm mənə zindan kimidir.
Unudar dərdü qəmi kim eşidər musiqini,
Sanki dünya o zaman bagü gülüstan kimidir.
Necə cananı sevər canı kimi aşiqlər,
Sevirəm musiqini, sevgili canan kimidir.
Bəxtəvər kimsədi o xəlq ki, var musiqisi.
Musiqi bilməyən ölkə, necə viran kimidir.
Dil yenə aşiqi olmuş bu gözəl musiqinin,
Deyəcəksən ki, bu Məhzun yenə Sənan kimidir.
◾ÜŞŞAQ (MƏHƏMMƏD FÜZULİ)
Ol pərivəş kim, məlahət mülkünün sultanıdır,
Hökm onun hökmüdürür, fərman onun fərmanıdır.
Sürdü Məcnun növbətin, indi mənəm rüsvayi-eşq,
Doğru derlər, hər zaman bir aşiqin dövranıdır.
◾VİLAYƏTİ (SEYİD ƏZİM ŞİRVANİ)
Ey məh, sənə ol ah dəmadəm nə üçündür,
Ayineyi-dildə kədərü qəm nə üçündür?
Batdın genə bəxtim kimi bilməm nə qərayə,
Qurban sənə buşiveyi-matəm nə üçündür?
Təcridi-lətafətlə sən İsayi-zəmansan,
İsayə, nigarım, qəmi-Məryəm nə üçündür?
Dünyayə gələn getmək üçündür, bu nə qəmdir,
Bir fikr elə bu xilqəti-aləm nə üçündür?
Seyyid, əgər ol şəmə sənin yanmadı könlün,
Bəs pərdeyi-çeşmində olan nəm nə üçündür?
◾ DİLKƏŞ (ƏLƏMDAR MAHİR)
Öz kimliyini dərk edə bilsəydi hər insan,
Qoymazdı gedə ömrünü bir dəm hədər insan.
Yox sübhə ki, aləmdə mələktək ucalardı,
Öz nəfsini ram eyləyə bilsəydi hər insan.
Nə rütbə, nə mənsəb səni xoşbəxt edə bilməz
İmanı olanlardı fəqət bəxtəvər insan.
Sidq ilə, məhəbbətlə yapış haqqın ipindən
Gəl qeyrətə, al haqqını, göstər hünər, insan
Keçmiş neçə mənzil bu fəna mülkünə gəlmiş,
Burdan bəqa mülkünə eylər səfər insan.
Mahir, dili-üşşaqə çalış zövq səfa ver,
Ta ki, sənə el söyləməsin bisəmər insan.
◾ KÜRDÜ (MƏHƏMMƏD FÜZULİ)
Degilsən çoxdan, ey gərdun, cahan seyrində yoldaşım,
Nola xəm olsa qəddin, səndən artıqdır mənim yaşım.
Tərazuyi-əyari-möhnətəm bazari-eşq içrə,
Gözüm hər dəm dolub, min daşə hər saət dəgər başım.
Mənə manənd bir divanə surət bağlamaz, guya,
Qələm sındırdı təsvirim çəkəndən sonra nəqqaşım.
Füzuli, xazini-gənci-vəfayəm, ol səbəbdəndir,
Gühərlər tökdü israf ilə bu çeşmi-gühərpaşım
◾ ŞİKƏSTEYİ-FARS, ƏRAQ (MİRZƏ ƏLƏKBƏR SABİR)
Xosrovi-hüsnün, əzizim, sən imişsən taci,
Xublər cümlə sənin dərgəhinin möhtaci.
Qabi-qövseyn qaşın, leylətül-isra zülfün,
Tapmısan mərtəbeyi-hüsndə sən meraci.
Tökülüb zülfi-siyəh arizi-alın üzrə,
Kəbəyə çöl ərəbi mane olur hüccaci.
Zairi-kuyinəm, ey məh, qoy öpüm xalindən,
Həcəri öpməyənə xəlq deməzlər haci.
Kəc nigah ilə dələr bağrımızı müjganın,
Bu ox atmağı kim öyrətdi sənə qıyğaci?
Gecə-gündüz səri-kuyində sızıldar Sabir,
Neyləsin, qovma qapından, kəsilib illaci.
◾ PƏNCGAH, RAK (ƏLİAĞA VAHİD)
Zülm qılma, gözəlim, rəhm elə, gəldim canə,
Ürəyim dərdi-fəraqinlə dönübdür qanə.
Gül əgər olmasa, bülbül niyə fəryada gəlir,
Eşqi var, özünü odlara çırpır pərvanə.
Şad olardım, o gülün vəslinə yetsəm, Vahid
Əgər etməzsə əcəl könlüm evin qəmxanə.
◾QƏRAİ (MƏHƏMMƏD FÜZULİ)
Deyildim mən sənə mail, sən etdin əqlimi zail,
Mənə tən eyləyən qafil səni görcək utanmazmı?
Füzuli rindü şeydadır, həmişə xəlqə rüsvadır,
Sorun kim, bu nə sevdadır, bu sevdadan usanmazmı?
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
R A S T
Dəraməd 00:06 - 00:55
Təsnif 00:55 - 02:41
Bərdaşt 02:41 - 04:26
Mayə 04:26 - 09:44
Üşşaq 09:44 - 10:32
Hüseyni 10:32 - 12:14
Təsnif 12:14 - 14:12
Vilayəti 14:12 - 19:30
Rəng 19:30 - 21:01
Dilkəş 21:01 - 28:03
Rəng 28:03 - 29:31
Kürdü 29:31 - 32:33
Şikəsteyi-fars 32:33 - 37:01
Rəng 37:01 - 37:47
Əraq 37:47 - 40:05
Rəng 40:05 - 40:42
Pəncgah 40:42 - 42:38
Rəng 42:38 - 43:16
Rak 43:16 - 44:50
Qərai 44:50 - 45:24
Rasta əyaq 45:24 - 45:57
F U A D R A M A Z A N O V
Yeni muğamlar dinləmək üçün kanalımıza abunə olmağı unutmayın!
Переглядів: 318

Відео

Vəfa Vəzirova - "Rahab" muğamı - 2023
Переглядів 3603 місяці тому
Əziz kanalınızın izləyiciləri! Sizə 2005-ci il "Muğam" Televiziya müsabiqəsinin diplomantı, istedadlı xanəndə Vəfa Vəzirovanın ifasında "Rahab" muğamını təqdim edirik. Muğam dəstgahı 24 iyun 2023-cü ildə "Muğam Aləmi" 6-cı Beynəlxalq Musiqi Festivalı çərçivəsində keçirilən "Muğam marafonu" layihəsi çərçivəsində lentə alınıb. Xanəndəni tarda Rüstəm Müslümov, kamançada Elnur Salahov, balabanda Pə...
Təyyar Bayramov - "Şur" muğamı (dəstgah) - 2023
Переглядів 3543 місяці тому
Əziz kanalınızın izləyiciləri! Sizə Respublikamızın əməkdar artisti, Beynəlxalq müsabiqəsinin Qran-pri mükafatçısı Təyyar Bayramovun ifasında "Şur" muğam dəstgahını təqdim edirik. Muğam dəstgahı 24 iyun 2023-cü ildə "Muğam Aləmi" 6-cı Beynəlxalq Musiqi Festivalı çərçivəsində keçirilən "Muğam marafonu" layihəsi çərçivəsində lentə alınıb. Xanəndəni tarda Rəşad İbrahimov, kamançada Təbriz Yusubov,...
Ağaxan Abdullayev - "Mahur Hindi" muğamı (dəstgah)
Переглядів 3884 місяці тому
Əziz kanalınızın izləyiciləri! Sizə Azərbaycan muğam sənətinin ustad sənətkarlarından olan mərhum xanəndə, Xalq artisti Ağaxan Abdullayevin (1950-2016) ifasında Rast muğam ailəsinə məxsus "Mahur Hindi" muğamını təqdim edirik. Xanəndəni tarda Xalq artisti Firuz Əliyev, kamançada əməkdar artist İsmayıl Həmidov müşaiyət edirlər. Qəzəllər Məhəmməd Füzulinindir. - - - - - - - - - - - - - - - - - - -...
Səlim Əliyev - "Neyçün gəlməz" (Şəfiqə Axundova)
Переглядів 2014 місяці тому
"Neyçün gəlməz" mus: Şəfiqə Axundova söz: xalq bayatıları İfa edir: Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi Samux rayon Sərkar kənd uşaq musiqi məktəbinin V sinif şagirdi Əliyev Səlim müşayiət edirlər: tarda Firdovsi Firdovsizadə kamançada Murad Abdullazadə
Səlim Əliyev - "Alma almaya bənzər" (xalq mahnısı)
Переглядів 3204 місяці тому
Xalq mahnısı "Alma almaya bənzər" ifa edir: Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi Samux rayon Sərkar kənd uşaq musiqi məktəbinin V sinif şagirdi Əliyev Səlim müşayiət edirlər: tarda Firdovsi Firdovsizadə kamançada Murad Abdullazadə
Azərbaycan muğamı haqqında video material - müəllif : Fuad Ramazanov - 2024
Переглядів 6425 місяців тому
Əziz kanalınızın izləyiciləri! Sizə Azərbaycan muğamı haqqında hazırlanmış maraqlı videosüjeti təqdim edirik. Videosüjetdə muğamlarımızın tarixindən, onların bəstəkarların yaradıcılığında istifadəsindən, son illərdə dövlətimizin muğamın inkişafına göstərdiyi müstəsna qayğıdan bəhs olunur. Videosüjet xüsusi olaraq 1 fevral 2024-cü ildə Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi Samux rayon Sərka...
Təyyar Bayramov və Bəyimxanım Vəliyeva - "Qətibə" (Dilkəş təsnifi) - 2023
Переглядів 1835 місяців тому
Əziz kanalınızın izləyiciləri! Sizə əməkdar artistlər Təyyar Bayramov və Bəyimxanım Vəliyevanın ifasında "Qətibə" adlı Dilkəş təsnifini təqdim edirik. Xanəndələri tarda Rəşad İbrahimovun rəhbərlik etdiyi muğam instrumental ansamblı müşayiət edir. Video yazı 20 fevral 2023-cü ildə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Mədəniyyət Nazirliyinin təşkilatçılığı...
Tariyel Məmmədovla son müsahibə - 2021
Переглядів 3076 місяців тому
Kanalımızın dəyərli izləyiciləri! 11 fevral 2024-cü il tarixində dəyərli ziyalı, sevimli şair və bəstəkar Tariyel Məmmədov ömrünün 85-ci ilində aramızdan ayrılmışdır. Bu xəbər onu sevənlər kimi bizi də dərin sarsıtmışdır. Fuad Ramazanov UA-cam kanalı adından dəyərli Tariyel müəllimə Allahdan rəhmət, xanımı Fazilə müəlliməyə, övladlarına və onu sevənlərə dərin hüznlə başsağlığı veririk. Sizə Tar...
Teyyub Aslanov - "Dəli ceyran" (xalq mahnısı) 2023
Переглядів 2278 місяців тому
Əziz kanalınızın izləyiciləri! Sizə gözəl sənətkar, Xalq artisti Teyyub Aslanovun ifasında "Dəli ceyran" xalq mahnısını təqdim edirik. Xanəndəni tarda Respublikanın əməkdar artisti Əliağa Sədiyev, kamançada Respublikanın Xalq artisti Elşən Mansurov, nağarada isə Respublikanın əməkdar artisti Kamran Kərimov müşayiət edirlər. Video yazı ustad sənətkar, Xalq artisti Tələt Qasımovun 5 oktyabr 2023-...
Məmmədbağır Bağırzadə - "Çahargah təsnifi"
Переглядів 404Рік тому
Əziz kanalınızın izləyiciləri! Sizə böyük sənətkar, Xalq artisti Məmmədbağır Bağırzadə (1950-2005) ifasında "Çahargah təsnifi"ni təqdim edirik. Təsnifin müəllifi görkəmli sənətkar, onlarla təsnif və mahnıların müəllifi, Xalq artisti Əlibaba Məmmədovdur (1930-2022) Təsnifin sözləri isə böyük mütəfəkkir, klassik şairlərimizdən olan Seyid Əzim Şirvaniyə (1835-1888) məxsusdur. Xanəndəni tarda Xalq ...
Vəfa Vəzirova - "Mahur Hindi" muğamı (dəstgah)
Переглядів 1,6 тис.Рік тому
Əziz kanalımızın izləyiciləri, Sizə istedadlı və sevilən xanəndə Vəfa Vəzirovanın ifasında "Mahur Hindi" muğam dəstgahını təqdim edirik. Muğam dəstgahı 2009-cu ilin mart ayında ilk dəfə Bakıda keçirilən "Muğam aləmi" Beynəlxalq Muğam Festivalı çərçivəsində lentə alınıb. Həmin vaxt gənc olan Vəfa Vəzirova Beynəlxalq muğam müsabiqəsinə iştirakçı qismində qatılmışdı. Xanəndəni tarda böyük sənətkar...
Məftun Səfərli - "Şirvan şikəstəsi" - 2023
Переглядів 946Рік тому
Əziz kanalımızın izləyiciləri, Sizə VIII "Muğam" Televiziya Müsabiqəsinin (2022-ci il) diplomatı, gənc xanəndə Məftun Səfərlinin ifasında "Şirvan şikəstəsi" ritmik muğamını təqdim edirik. Xanəndənin ifası Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin, Azərbaycan Milli Konservatoriyasının dəstəyi ilə 2023-cü ilin aprel ayında keçirilən "Milli Muğam Müs...
Mirəli Sarızadə - "Mahur Hindi" muğamı (2023)
Переглядів 749Рік тому
Əziz kanalımızın izləyiciləri, Sizə VII "Muğam" Televiziya Müsabiqəsinin (2017-ci il) diplomantı, gənc xanəndə Mirəli Sarızadənin ifasında "Mahur Hindi" muğamını təqdim edirik. Xanəndənin ifası Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin, Azərbaycan Milli Konservatoriyasının dəstəyi ilə 2023-cü ilin aprel ayında keçirilən "Milli Muğam Müsabiqəsi"nin...
Səlim Əliyev - "Yenilməz batalyon" k/f-dən Teymurun mahnısı
Переглядів 751Рік тому
Sosial media hesablarımız: Facebook : Fuad Ramazanov fuad.ramazanov.37?mibextid=ZbWKwL Instagram : ramazanovfuad ramazanovfuad?igshid=ZDdkNTZiNTM= WhatsApp ilə əlaqə 994 77 403 60 04 - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - F U A D R A M A Z A N O V Yeni muğamlar dinləmək üçün kanalımıza abunə olmağı unutmayın!
Ülkər Abdullayeva - Hisar təsnifi ("Gözlərin") 2023
Переглядів 425Рік тому
Ülkər Abdullayeva - Hisar təsnifi ("Gözlərin") 2023
Səbinə Ərəbli - "Vəfa" (2022)
Переглядів 348Рік тому
Səbinə Ərəbli - "Vəfa" (2022)
Elnur Əhmədov - Segah (2022) Habil Əliyevin 95 illik yubileyində
Переглядів 345Рік тому
Elnur Əhmədov - Segah (2022) Habil Əliyevin 95 illik yubileyində
Səbinə Ərəbli - "Tar çalan oğlan" (2022)
Переглядів 797Рік тому
Səbinə Ərəbli - "Tar çalan oğlan" (2022)
Zakir Əliyev - "Ana Kür" ("Dəli Kür" b/f-dən)
Переглядів 345Рік тому
Zakir Əliyev - "Ana Kür" ("Dəli Kür" b/f-dən)
Hacıbaba Hüseynov (1919-1993) haqqında video material - müəllif: Fuad Ramazanov
Переглядів 1,5 тис.Рік тому
Hacıbaba Hüseynov (1919-1993) haqqında video material - müəllif: Fuad Ramazanov
Vəfa Vəzirova - "Küçələrə su səpmişəm", "Aman ovçu" (2021)
Переглядів 277Рік тому
Vəfa Vəzirova - "Küçələrə su səpmişəm", "Aman ovçu" (2021)
Arzu Əliyeva - "Ana yurdum" (Cahangir Cahangirov)
Переглядів 436Рік тому
Arzu Əliyeva - "Ana yurdum" (Cahangir Cahangirov)
Mənsum İbrahimov - Dilkəş təsnifi (Naçar gedər)
Переглядів 497Рік тому
Mənsum İbrahimov - Dilkəş təsnifi (Naçar gedər)
Vəfa Vəzirova - "Pıçıldaşın, ləpələr", "Söylədi yox-yox"
Переглядів 4132 роки тому
Vəfa Vəzirova - "Pıçıldaşın, ləpələr", "Söylədi yox-yox"
Sərkar kənd ağsaqqalı Ələmdar Cəlilovla maraqlı söhbət - 29.07.2021
Переглядів 7642 роки тому
Sərkar kənd ağsaqqalı Ələmdar Cəlilovla maraqlı söhbət - 29.07.2021
Kənd ağsaqqalı Ələmdar Cəlilovla maraqlı söhbət - 29 iyul 20:00-da
Переглядів 2412 роки тому
Kənd ağsaqqalı Ələmdar Cəlilovla maraqlı söhbət - 29 iyul 20:00-da
Məşhur Sarvan bulağı necə yarandı?
Переглядів 6882 роки тому
Məşhur Sarvan bulağı necə yarandı?
Nizami Gəncəvi adına Sərkar kənd tam orta məktəbi neçənci ildə yaranıb?
Переглядів 1,3 тис.2 роки тому
Nizami Gəncəvi adına Sərkar kənd tam orta məktəbi neçənci ildə yaranıb?
Bəyimxanım Vəliyeva & İlkin Əhmədov - "ZABUL SEGAH" dəstgahı (2022)
Переглядів 4592 роки тому
Bəyimxanım Vəliyeva & İlkin Əhmədov - "ZABUL SEGAH" dəstgahı (2022)

КОМЕНТАРІ

  • @user-uw2fy7ob2g
    @user-uw2fy7ob2g 8 днів тому

    Super tesnifff

  • @MedineErbass
    @MedineErbass 12 днів тому

    Gönlüne saglik çok güzel ifade etmiş eserin hissiýatıni, varolasın eÝvallah

  • @user-uw2fy7ob2g
    @user-uw2fy7ob2g 13 днів тому

    Super gözəl müəllimim❤

  • @BakuElectronics-sm7tv
    @BakuElectronics-sm7tv 19 днів тому

    Allah rəhmət eləsin cəmi Şəhidlərə 🙏🙏🙏

  • @GsCimbom263
    @GsCimbom263 20 днів тому

    Ehsen😊

  • @sukurhesenov8348
    @sukurhesenov8348 24 дні тому

    Var ol Ehtiram müəllim əla

  • @elsadabdullayev1889
    @elsadabdullayev1889 Місяць тому

    Əsl xanım-xatun xanəndə.Güllü Muradovanın ifası da ,şəxsiyyəti də mükəmməldir.

  • @erestunsadiqov6699
    @erestunsadiqov6699 Місяць тому

    Allah avand eləsin, aşağı, yuxarı gəzirdə.Aladəşik şeirlərnən.

  • @nuradinkazimov6068
    @nuradinkazimov6068 Місяць тому

    Allah var elesin Sizi 🌅 🤲

  • @nuradinkazimov6068
    @nuradinkazimov6068 Місяць тому

    🌅 🕊 ♥️ 🤲

  • @sgrliyev6161
    @sgrliyev6161 Місяць тому

    😓😓😓😢😢😢😭😭😭❤❤❤👍👍👍

  • @user-ud3gp4uz2l
    @user-ud3gp4uz2l Місяць тому

    👏👏

  • @nazimgamarlinski3545
    @nazimgamarlinski3545 Місяць тому

    Razı Şükürov muğamın sirrlərini məşhur xanəndə olan atası Sahib Şükürovdan öyrənib.Halal olsun! Gözəl ifadır!👏

  • @user-cb8ds8ei7c
    @user-cb8ds8ei7c Місяць тому

    😍😍😍😍😍🌴🌴🌴🌴🌴⚘️⚘️⚘️⚘️🥀🥀🥀🥀🌺🌺🌺🌺🎀🎀🎀❤️❤️❤️❤️🪴🍎💛💛♻️♻️🌷🌷🌷🤎🤎🤎🤎🌺🌺🎀🎀🎀❤️❤️❤️🪴❤️

  • @zarifaqurbanova6879
    @zarifaqurbanova6879 Місяць тому

    Super ifa

  • @user-rs8nz4tu5m
    @user-rs8nz4tu5m Місяць тому

    ❤❤❤

  • @eyvazsoltanov4340
    @eyvazsoltanov4340 2 місяці тому

  • @nuradinkazimov6068
    @nuradinkazimov6068 2 місяці тому

    🌅🤲 Allah gorusun

  • @MhmmdAbdullayev-ky6gc
    @MhmmdAbdullayev-ky6gc 2 місяці тому

    Mallar qorusun Sizin üçünüzüdə Möhlet müəllimlə Fexreddin müəllimin bu cür müşayetine Arif müallimin felebesi başqa cür oxuya bilmez. Var olasınız ❤Başda böyük ustad Arif müallimin olmaqla Allah hamınızı qorusun

  • @zfrvliyev9997
    @zfrvliyev9997 2 місяці тому

    Allah rəhmət eləsin!

  • @logmanabbasli2604
    @logmanabbasli2604 2 місяці тому

    Maşallah. Əla ufadır.

  • @syyadmmmdov796
    @syyadmmmdov796 2 місяці тому

    Sağol

  • @nuradinkazimov6068
    @nuradinkazimov6068 2 місяці тому

    🌅♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️ 🤲 🙏 Ehsen Ustad

  • @User-vi5ct
    @User-vi5ct 2 місяці тому

    Uğurların bol olsunn😊😊

  • @Xeqani_Zeynalabdinov
    @Xeqani_Zeynalabdinov 3 місяці тому

    Gözəl ifadı əziz zakir məllim var olun 👏👏

  • @kamranalpha1543
    @kamranalpha1543 3 місяці тому

    Beh beh sesinize qüvvet ustad

  • @Eliyeva_77
    @Eliyeva_77 3 місяці тому

    🤌🤌👏👏

  • @shaiqaliyev5925
    @shaiqaliyev5925 3 місяці тому

    Atan boyuna qurban

  • @BakuElectronics-sm7tv
    @BakuElectronics-sm7tv 3 місяці тому

    👏

  • @Futurist51
    @Futurist51 4 місяці тому

    Çox möhtəşəm ifa, səsinə sağlıq Zakir bəy. Süleyman Ruqiyevi də, eşitmək istərdik, cox güclü səsi var.

  • @SeferMirzeyev
    @SeferMirzeyev 4 місяці тому

    Allah rəhmət eləsin gözəl insan idi

  • @SeferMirzeyev
    @SeferMirzeyev 4 місяці тому

    👏👏👏

  • @SeferMirzeyev
    @SeferMirzeyev 4 місяці тому

    👏👏👏

  • @SeferMirzeyev
    @SeferMirzeyev 4 місяці тому

    👏

  • @shaiqaliyev5925
    @shaiqaliyev5925 4 місяці тому

    Səsin ucalardan gəlsin,isdedad xəzinəsi!!!

  • @shaiqaliyev5925
    @shaiqaliyev5925 4 місяці тому

    Əhsən sizə.

  • @GunayEliyeva-tw4se
    @GunayEliyeva-tw4se 4 місяці тому

    Səsinə qurban olum

  • @GunayEliyeva-tw4se
    @GunayEliyeva-tw4se 4 місяці тому

    Səsinə qurban olum❤

  • @user-is3xw9pj1x
    @user-is3xw9pj1x 4 місяці тому

    ❤❤❤❤🎉

  • @hacicafarov3453
    @hacicafarov3453 4 місяці тому

    Çox gözəl. Muğamın bütün hissələrinin adı yazılır. Mənim kimilər öyrənirik

  • @gulyahasanova3110
    @gulyahasanova3110 4 місяці тому

    Uqurlar

  • @eynullaeliyev
    @eynullaeliyev 4 місяці тому

    Səsinə qurban əmin❤

  • @BakuElectronics-sm7tv
    @BakuElectronics-sm7tv 4 місяці тому

    Fuad Ramazanov👏♥️

  • @BakuElectronics-sm7tv
    @BakuElectronics-sm7tv 4 місяці тому

    👏

  • @jaberjafari5374
    @jaberjafari5374 5 місяців тому

    نزاکت.وسکینه.خانم.مقان

  • @qedimovarena7828
    @qedimovarena7828 5 місяців тому

    Allah Ağaxan m-mə qəni- qəni rəhmət eləsin. Gözəl insan, ustad sənətkar idi...😢

  • @Yusifovaserqiye
    @Yusifovaserqiye 5 місяців тому

    KƏNDIM ELIM OBAM BAYRAMİNİZ MÜBARƏK OLSUN

  • @user-nj6zk7mq9j
    @user-nj6zk7mq9j 5 місяців тому

    Чох саг ол гардаш

  • @bayramagasiyev9717
    @bayramagasiyev9717 5 місяців тому

    Bar ol Zakir müəllim,Möhlət müəllim....

  • @vidadinasibov5943
    @vidadinasibov5943 5 місяців тому

    Allah var eləsin.