Çıldağ müalicəsi nədir?

Поділитися
Вставка
  • Опубліковано 13 вер 2024
  • Kanalımızda sizlərə faydalı olacaq reseptlər, tibbdə baş verən yeniliklər, bir çox xəstəliklərin yaranma səbəbi və onların müalicə üsulları ilə gündəlik olaraq paylaşılan videolarda tanış ola bilərsiniz.
    Diqqət! Bu məlumat sizə informasiya məqsədi ilə verilir! Videoda göstərilən texnikaları, ənənəvi müalicəçilərin təcrübəsi, həmçinin qidaların toplanması və s. həkimlə məsləhətlətləşdikdən sonra tətbiq edin.
    Bu videoda göstərilən bütün təcrübələr, məsləhətlər, reseptləri, özünüzün şəxsi iradəsi altında öz üzərinizdə tətbiq olunur və məsuliyyəti tam sizə aiddir.
    Təklif və iradınızı, eləcə də reklam yerləşdirmək üçün bizə yazın.
    #baxbele #baxbelə
    ---
    Diksinərək bədənin oyanması. Çıldağın metodikası buna əsaslanır.
    Müasir psixoloqlar məsləhət görürlər ki, insan qorxularını yenmək üçün qorxusunun üstünə getməlidir. Çıldağ da qorxunu qorxu ilə aradan qaldırmağı hədəfləyib. İynəbatırma, həcəmət, qanalma, belə küpə qoyulması, zəli və bunun kimi bir çox qədim təbabət metodları indi ən müasir klinikalarda da tətbiq olunur.
    Çıldaq zamanı xoş gizilti ilə bərabər diksinirsən, qorxmasan belə orqanizmin oyandığını, enerjinin artdığını hiss edirsən. Bu adi yanma və ya qorxu duyğusundan çox fərqlidir. Məhz xüsusi nöqtələr hesabına bədən “oynayır”.
    Çıldağ şərq təbabəti üsuludur. İnsan bədənində 7 nöqtədən oynaqlara odla toxunmaqla, dağ basmaqla qorxunu götürmək metodudur. Həmin nöqtələr oynaqlarda, alında, boyun nahiyəsində, qollarda və dizlərdə olur. Qorxu zamanı ilk təsir ayaqlarda özünü göstərir. Bundan başqa dildə səpgi, göz qırpmaq, yuxuda qışqırmaq və səksənmək də xəstəliyin əlamətlərindən hesab olunur.
    Uzun illərdən bəri insanların qorxularını götürmək, bədnəzəri üzərlərindən uzaqlaşdırmaq üçün “Çıldağ müalicəsi”ndən istifadə edilir. Çıldağın qan dövranını yaxşılaşdıran xarakteri də var. Həkimlər təsdiqləyirlər ki, Çıldağ zamanı odla diksindirilmə orqanizmdə qan dövranını sürətləndirir. Amma Çıldağı naşılar edə bilməz. Onu etmək üçün xüsusi nöqtələrə toxunmaq lazımdır, əks halda mənfi nəticələr ortaya çıxar.
    Çıldağ edəndən sonra bəzən qurğuşun əridərək xəstənin başı üzərində bir neçə dəfə hərləyir, bəzən isə kürəkdəki nəzər damarını ovxalayırlar.
    Təbabətdə termoterapiya adlanan nöqtəvi dağlama yolu ilə aparılan müalicə forması mövcuddur. Kiçik pambıq parçalar siqaret kimi uc-uca calanaraq orqanizmin bioloji aktiv nöqtələrinə istilik verilir. Əslində söhbət həmin nöqtələri yandırmaqdan yox, oyatmaqdan gedir və onlar orqanizmdə çox böyük rol oynayır.
    İnsan təkcə fiziki deyil, həm də energetik varlıq kimi də mövcuddur və onun ətrafında energetika sahəsi var. Stress və depressiyalar nəticəsində onun ətrafındakı energetika sahəsi daralır. Stressi atmağın bir yolu da çıldaq etdirməkdir. Hətta Bakı kəndlərinin bəzilərində onu "damar əzələsini boşaltmaq" da adlandırırlar. Ona görə də qorxu zamanı və stress keçirəndə az qala hər həftə çıldaq etdirənlər olur və bu, bir növ vərdişə çevrilir.
    Oda sitayiş, odla qorxutmaq atəşpərəstlik dövrünün inanclarından hesab olunur. Ona görə də bəzən çıldağı həmin dövrdən indiyə gəlib çıxan bir müalicə forması kimi qəbul edirlər. Çıldağa üz tutanların şəfa tapması isə ona olan inamın güclü olması ilə əlaqələndirilir.

КОМЕНТАРІ • 1