Kərə Yağı Faydalıdır, yoxsa Zərərli? - Əsl kərə yağı budur

Поділитися
Вставка
  • Опубліковано 5 жов 2024
  • #BirBax #Azerbaycan #yağ
    Kərə yağı faydalıdır, yoxsa zərərlidir? İnsanların çoxu, hələ də, kərə yağına şübhə ilə yanaşır: “Görəsən, sağlamlığıma ziyandırmı?”, “Damar tıxanıqlığı yaratmaz ki?”, “Kökəltməz ki?” sualları kərə yağını ürəklə yeməyə imkan vermir.
    Əvvəllər, “zərərlidir!” deyə, rasiondan çıxarılması tövsiyə edilən, hazırda isə təbiiliyi səbəbiylə “əl-əl axtarılan” kərə yağı haqqında danışmaq istəyirəm bu gün. Əminəm ki bu videodan sonra kərə yağına olan fikriniz tamamilə dəyişəcək. Diqqətiniz məndə olsun.
    Kərə yağı süd məhsulları içərisində ən məşhurudur. Lakin bilməlisiniz ki, burada əsas olan inəyin nə ilə bəslənməsidir. Bəli! Sözü birbaşa deyəcəm. İnək nə yeyirsə, biz də orqanizmimizə onu qəbul edirik! Dolayısı ilə də, izah etməliyəm: kərə yağı inək südündən hazırlanır. O inəyin təbii-dağ otlarıyla, yamaclarda, hər cür faydalı bitkinin bitdiyi örüşlərdə otlaması o deməkdir ki, biz də sağlam və tər-təmiz kərə yağı qəbul edirik. Yəni kərə yağının keyfiyyəti inəyin qidasından asılıdır.
    Giririk marketə, rəfdə bizi müxtəlif keyfiyyətdə, dünyanın ayrı-ayrı iqlimlərində bəslənmiş inəklərin südündən hazırlanan kərə yağı çeşidləri qarşılayır. Bəs, bizim keyfiyyət ölçümüz nədir? “Tərkibində filan qədər təbii süd var” kimi absurd cümlələr sizi də düşündürüb? Olubsa, rəylərdə yaza bilərsiniz…
    Xülasə, demək istədiyim odur ki, keyfiyyətindən əmin olmadığınız kərə yağını alıb, yeyib, sonra da oturub sağlam olmağı ummaq düzgün deyil. Ən keyfiyyətli kərə yağı dağlarda otlayan inəklərin südündən hazırlanır. Fermada yalnız sənaye yemləri ilə bəslənən inəyin südündən hazırlanan kərə yağından təbiilik, sağlamlıq gözləmək doğru olmaz.
    “Kənd yumurtası” kriteriyasını xatırlayın. Bu videoda da biz “örüş inəyi” ifadəsini işlədə bilərik. Geniş yamaclarda otlayan, kilometrlərlə məsafədə yeriyən inəyin topladığı vitaminlər südünə qarışır, ordan da kərə yağı vasitəsilə bizim orqanizmimizə daxil olur. Bu yağ əlbəttə faydalı olar. Amma bu, o demək deyil ki, ferma inəklərinin südünün tamamilə keyfiyyətsizdir. Sadəcə, bilin ki, örüş inəyinin südündən aldığınız faydalı maddələrin, ən çoxu, 25-30%-ni ferma inəyinin südündən ala biləcəksiniz. Və sual yaranır: “Niyə 100% fayda qəbul etməyək?”
    Bir daha təkrar edirəm, kərə yağının dadından, qoxusundan, kəfinin çox olub-olmamasından daha əhəmiyyətli bir şey var: inəyin nə ilə bəslənməsi. Kərə yağının ən təbii alınma üsulu nehrə çalxalamaqdır. Bunun üçün sağılan süd bir neçə saat sərin yerdə dinləndirilir, sonra üzünün qaymağı, Aşıq Ələsgər demiş, “narın üz”ü yığılır. Sonra həmin qaymaq nehrədə çalxalanır və kərə yağı ayranın üzünə çıxır.
    Kərə yağının tərkibində yüksək miqdarda doymuş yağ var. Düzdür, orqanizmimiz bitki yağlarından da doymuş yağlar ala bilir, lakin kərə yağı bu baxımdan ən keyfiyyətlisi və ən zənginidir. Kərə yağdakı yağ turşuları içərisində butirik turşusu daha çox diqqət çəkir. Butirik turşusu klassik zəncirli doymuş yağ turşusudur və ürək üçün zərərli deyil.
    Kərə yağı ilə qidalanan bir insanın qanında butirik tuşusuna hər zaman rast gəlinməz. Çünki butirik turşusu sürətlə yandırılır, maddələr mübadiləsində, belə desək, “əridilir”. Bundan əlavə, butirik turşusu olduqca mükəmməl enerji mənbəyidir. Qaraciyərdə emala məruz qalır, orqanizmin hər bir guşəsinə çatdırılır, başlayır başqa yağların yandırılmasını sürətləndirməyə…
    Kərə yağının tərkibində bunlar var:
    -A vitamini;
    -D vitamini;
    -E vitamini;
    -K vitamini;
    Bəli, kərə yağı qəbul etməklə bu vitaminlərin hamısını birdən almış oluruq. Müntəzəm olaraq kərə yağı yeyən insanlarda bu vitaminlərin əksikliyinə nadirən rast gəlinir. Bu mənada kərə yağının ən yaxın “oxşar”ı yumurtadır. Təbi multivitamin qaynağı olan yumurta və kərə yağı-ikisi birlikdə göz sağlamlığını qoruyur. Örüşdə, açıq təbiətdə, günəş şüaları altında otlayan inəyin südündən alınan kərə yağını qəbul edənlər D vitamini çatışmazlığından da əziyyət çəkməzlər.
    Ürək-damar sisteminin müdafiəsini düşünəndə ilk üz tutduğumuz qida əlavələrindən biri balıq yağıdır. Çünki balıq yağı Omega-3 qaynağıdır. Bir sirr açım; təbii kərə yağı da Omega-3 yağ turşuları ilə zəngindir. Üstəlik, tərkibində olduqca cüzi miqdarda Omega-6 var. Omega-6 yağ turşularının orqanizmin “düşməni” olduğunu dəfələrlə vurğulamışam. Bu baxımdan, kərə yağının mütəmadi şəkildə qəbulu orqanizmdə Omega-3 və Omega-6 yağ turşularının balansını qorumaqda orqanizmin ən yaxın köməkçisi olacaq.
    Bəs, kərə yağının malik olduğu doymuş yağların orqanizmimizə bir zərəri varmı?
    Mütəxəssislər tövsiyə edir ki, hər biri 14-15 qr olmaqla, gündə 2 porsiya kərə yağı yeyilməsi yetərlidir. Elmi araşdırmalardan əldə edilən nəticələr də bu fikri təsdiqləyir. Yəni gündə 30 qr kərə yağı yemək faydalıdır. Bu zaman ürək-damar xəstəlikləri riskinin artacağından qorxmağa dəyməz. Əksinə, gündəlik qəbul edilən 30 qr kərə yağı ürəyi qoruyur.
    “Kərə yağı faydalıdır” dedim deyə, gedib-gəlib kərə yağı yeməyin ha! Normaya daim nəzarət etməlisiniz.

КОМЕНТАРІ • 107

  • @aga4074
    @aga4074 Рік тому +18

    Əsil kərə yağını almaq üçün yağlı südü qatıq qoyub sonra nehrəyə töküb üstünə soyuq su əlavə edib çalxalayırsan və nehrənin deşiyindən arada baxırsan ki,yağ yumru yumru olubsa onda nehrəni boşaldırsan.

    • @birbaxkanal
      @birbaxkanal  Рік тому +4

      Bəli, tam doğru

    • @Az.bloger
      @Az.bloger Рік тому +3

      Rehmetlik nenem ederdi😢

    • @elmarhacyev9021
      @elmarhacyev9021 Рік тому

      Indi nehre evezi mawındır kehne paltar mawını , esil skivoçnıy rus vaxtınfakı yaĝ.
      Dediyiniz rus demiwken fuglodiur. Kende yawayıram , heyvan saxlayıram , lezzetini gerurem
      Ezunuzu reklam etmeyin
      Savadsız bor kendçı bu barede her hansı bir myayine etmiw bir alimden onun xeyirli ve yaxud zererli terefini yaxwı bilir.
      Lenketanlı herbiçi , kendçi, 30 ilden çox kere yaĝı ile yararlanan 65 yawlı bir insan❤❤❤

    • @HuseynMirzeyev-jq9rr
      @HuseynMirzeyev-jq9rr Рік тому +1

      @@Az.bloger Allah rəhmət eləsin

  • @suqrakrimova3094
    @suqrakrimova3094 Рік тому +9

    maşallah, əhsən sizə, tam doğru deyirsiniz 😊

  • @Ezize-yy1fu
    @Ezize-yy1fu Рік тому +6

    Gözəl məlumatdır çox sağolun

  • @-teblig.
    @-teblig. Рік тому +6

    Məlumatlara görə çox sağolun 🙏🙏

    • @birbaxkanal
      @birbaxkanal  Рік тому +1

      Siz sağ olun izlədiyiniz üçün

  • @asifesgerov3284
    @asifesgerov3284 Рік тому +4

    Gözəl məsləhət ūcūn coxlu coxlu sag olun

  • @f.xanoglu.9999
    @f.xanoglu.9999 Рік тому +1

    Dəyərli məlumatlar verdiyin üçün çox təşəkkür edirəm

  • @zulfiyyekerimova4332
    @zulfiyyekerimova4332 Рік тому +1

    ne qeder keyfiyyetsiz olsada agacdan alinan yaglardan keyfiyyetli olar

  • @qadamkarimova8750
    @qadamkarimova8750 Рік тому +1

    Xəyalə balam salam hamisina əməl edirəm desəm yalan olar , anma diqqətlə izləyirəm,çox gözəl məsləhətlər verirsiz Allah sizdən razı olsun Amin

  • @eyubseyidov250
    @eyubseyidov250 Рік тому +3

    Əla❤

  • @allahadogru5333
    @allahadogru5333 Рік тому +6

    Mən heç vaxt mağazadan kərə yağı almıram özüm qonşudan süd alıb qatığ çalıram nehrə yağı edirəm ayranıda şor və dovğa edirəm super olur

    • @Vek44
      @Vek44 11 місяців тому

      Salam Aleykum.necə litr südə ,nece lr su tokursuz.bu su qaynalmiş olmalıdır?öncədən teşekkürler.

  • @EHummetov
    @EHummetov Рік тому +10

    Yağdan çox su olur aldıqın yarı yarıya qalır özümüz özümüzü məhv edə hara gedirik bilmirəm 🤷

  • @resmiyyeehmedova4145
    @resmiyyeehmedova4145 Рік тому

    Çox çox çox sağ olun.Təşəkkur etməyə başqa yaxşı söz tapmıram.əməyinizə sağlıq.

  • @Сэдагэт
    @Сэдагэт Рік тому +2

    Салам🙏
    Харичдэ хардан тапаг о козэл дадлы кэрэ йагларыны видойа бахдым агзымын суйу ахды Азэрбайчанын тэби дадлы кэрэ йагыны кордум йэгин дадлы олар👍😋❤️

    • @birbaxkanal
      @birbaxkanal  Рік тому

      Salam olsun. Burda belə tapmaq çox çətindir. İnanmaq olmur, təbii deyib qatqılar əlavə edənlər var

  • @qaratelsirinova9334
    @qaratelsirinova9334 Рік тому +1

    Çox sağ olun

  • @entiqeallahverdiyeva3239
    @entiqeallahverdiyeva3239 Рік тому +1

    Cox sağ olun👍🤲❤️

  • @rhmanrhim9272
    @rhmanrhim9272 Рік тому +5

    Əlbətdəki nehrə yaqına hec 1 yaq catamaz👌👌

    • @elchinaliyev774
      @elchinaliyev774 Рік тому +1

      1:39 nehrə yağı var ki? 15man aldım geydirmə çıxdı

    • @birbaxkanal
      @birbaxkanal  Рік тому +1

      Bəli tapmaq olmur

    • @birbaxkanal
      @birbaxkanal  Рік тому +1

      Bəli, amma var?

    • @rhmanrhim9272
      @rhmanrhim9272 Рік тому

      @@elchinaliyev774 tanış adamnan almaq lazım.bəzi insafsızlar pul qazanmaqdan yana sana qataraq cəksin artırır keyfiyəti sıfırlayır.nə veclərnə lijbi əyri yolla haramzadalıq etsinlər.puldan ötrü nəyə desən hər frıldaqlıqa əl atırlar.

    • @elchinaliyev774
      @elchinaliyev774 Рік тому +1

      @@birbaxkanal Salam axşamınız xeyir olsun.yaxın bir insan ,hətta rayondan tanış birisindən alıb gətirdi, yenədə saxta çıxdı))

  • @NemetIbadov-rq1of
    @NemetIbadov-rq1of Рік тому +2

    Cox sag olun sizde olmasaz melumat ala bilmerik😊

  • @ДенизРасулова
    @ДенизРасулова Рік тому +1

    Dəyərli məsləhətlər. Rəfail Çoşqun demiş bəs o yagı nəyin üstünə sürtüb yeyək😊hərcənd mən necə ildir səhərlər yag yemirəm. Cox sag olun. ❤❤❤❤

  • @fatimeseyideli6890
    @fatimeseyideli6890 Рік тому +5

    Xanım marketlərdə təmiz kərə yağı yoxdur.Nehrə yağınada krestyanskoye yağı qatırlar. O yağdada palma yağı var. Heç təmiz yağ var ki, yeyək

    • @birbaxkanal
      @birbaxkanal  Рік тому +2

      Kənd yerində tapmaq olur

    • @yeganehacyeva
      @yeganehacyeva Рік тому

      Heç kənd yerindədə təmiz nehrə yağı tapmaq olmur.Təmiz nehrə yağını ancaq özlərinə hazırlıyırlar.Heç əvvəlki dadıda yoxdu.

  • @HuseynBayramov-p6c
    @HuseynBayramov-p6c 11 місяців тому

    Çox sağolun

  • @HuseynBayramov-p6c
    @HuseynBayramov-p6c 11 місяців тому

    Super

  • @lezzetaxtarsnda7896
    @lezzetaxtarsnda7896 Рік тому +3

    👍👍👍🌼

  • @samamammmdova8737
    @samamammmdova8737 Рік тому +2

    Əslində kərə yagını südün qaymagından yox, süd bişirilir, qatıq çalınır. Həmin qatıq nehrəyə tökülüb çalxalanır.Əsl kərə yagı belə hazırlanır.

  • @telmanwabanov9792
    @telmanwabanov9792 Рік тому +3

    Mence faydalidi

    • @birbaxkanal
      @birbaxkanal  Рік тому

      Təbii kərə yağı qədərində çox faydalıdır

  • @teranehacizade9580
    @teranehacizade9580 Рік тому +1

    Bəs zərərini niyə demədiniz ? Hansı xəstələrə , məs . üçün Böyrək xəstələrinə yemək olar mı ?❤❤❤🎉🎉🎉

    • @birbaxkanal
      @birbaxkanal  Рік тому

      Zərərləri barədə kanalımızda video var

  • @HuseynBayramov-p6c
    @HuseynBayramov-p6c 11 місяців тому

    Marketlerde satılırmı təbii inək südündən hazırlanan yağ gürcüstanda ? 🤔🤔

  • @gulareorucova7911
    @gulareorucova7911 Рік тому

    Allah sizi qorusun qlzlm düzdü xarici ölkədən təmiz yaq gəlir ancaq bizim biznesmenlər yaq nələr qatllar

    • @birbaxkanal
      @birbaxkanal  Рік тому

      Dəyərli sözlərdir, təşəkkür edirəm

  • @elnurkisiyev4642
    @elnurkisiyev4642 Рік тому +1

    Yemeli cox qida var amma biz de yoxdu saxta getiricilet zeherleyib bizi pul a gore

  • @Uzeyirsoy
    @Uzeyirsoy Рік тому

    Salam, mən hələdə tam arxayın olduğum bir yağ tapıb ala bilmirəm, müxtəlif adlarda yağlar var satışda amma, lap ən bahalı olanıda alıram amma yenədə mən onda tam kərə yağı tamı görmürəm.

  • @sebirecaniyeva2421
    @sebirecaniyeva2421 Рік тому

    Kecmiwde harda gidalanirdi indidde orda market dde kere yagi yixdi esil buzim ineek yagi

  • @elchinaliyev774
    @elchinaliyev774 Рік тому +2

    Mən kərə yağını 30il öncə yemişəm.

    • @sirinminnosqzm8471
      @sirinminnosqzm8471 Рік тому

      Mende😂

    • @elchinaliyev774
      @elchinaliyev774 Рік тому

      @@sirinminnosqzm8471 heç adının belə tutmaq lazım deyil.kərə yağı getdi 30il öncə tarixə 😁

  • @pervanesuleymanova745
    @pervanesuleymanova745 Рік тому

    Təmiz yağ yemək üçün gərək dağlarda evin olar yaxşıda inəyin ola özün baxıb özün edəsən.Getdi o vaxtlar indi təmiz heçnə yoxdu.Yediklərimiz hamsı qatqılı yağlardı .Məcburuk

  • @mhparpiriyeva3303
    @mhparpiriyeva3303 Рік тому +7

    Kimə inanaq? Palma yağı yedizdirirlər

  • @sastelekom3921
    @sastelekom3921 Рік тому

    Sag oı minnətdaram .yerli yag işlədirik yəni bunu təmiz yag bilirik
    Qiyməti 18 di . Adın cəkmirəm bəlkə də olmaz sizcə təmiz yagdımı xahiş edirəm .mən xəstəyəm evdə də körpələr var bizə məsləhət verin qızım öncədən təşəkkurlər

    • @yeganehacyeva
      @yeganehacyeva Рік тому

      Qızın nə bilsin sən hansı yağı deyirsən.

  • @xavererebova2230
    @xavererebova2230 Рік тому +2

    Cox yeme seyir qoy yağ bol.ucuz olsun az yemek ol

  • @gulsnnsibova5265
    @gulsnnsibova5265 Рік тому +1

    Xanım kərə yağı inəyin qidasından yox işbazların kərə yağına qatdığı maddələrdən asılıdır. Miqdarı cox olsun keyfiyyəti neçə olur olsun

    • @birbaxkanal
      @birbaxkanal  Рік тому +1

      İşbazların düzəltdiyi yağ kərə yağı deyil. Biz əsl kərə yağından danışmışıq

  • @teranearzupasayigit4316
    @teranearzupasayigit4316 Рік тому

    Menim 55 yaşım var evvelden kere yağıyla yemek bişirib yemişik, kere yağıyla böyümüşük

    • @birbaxkanal
      @birbaxkanal  Рік тому

      Təbii kərə yağı çox faydalıdır.

  • @mlkhsni3525
    @mlkhsni3525 11 місяців тому +1

    Mən özüm nehrə çalxayıram alınma yağdan iyrənirəm

  • @ilhamagayev7434
    @ilhamagayev7434 Рік тому

    Pul varki kere yaqida yeyek yediyimiz ucuz yaqlardi oda belkede marqarin yaxud palma yaqidi

  • @golge5010
    @golge5010 Рік тому

    Ha baş üste yemerik.😅😅😅😅😅

  • @mubarizibrahimov7211
    @mubarizibrahimov7211 Рік тому +1

    Palma yağı qədər ziyanlı deyil.

  • @СагибаАсланова-е7щ

    En yaxşisi TURCINKADI alin yeyin 😂 Bezilerine diyende yemeyin o yagi yaxşi deyil, aciglarina gelir

  • @GANE743
    @GANE743 Рік тому

    Əsl Kərə yağının kilosu 25 30 manatdır. Bunu da bilmək lazımdı .😅

    • @vusalairsadova
      @vusalairsadova Рік тому

      Hardadı elə 25 _30 manata deyin bizdə sataqda,vallah əziyyətlə inək saxlayırıq yağını,pendirini,süzməsini dəyər dəyməzə veririk gedir

  • @Qesem_Huseynov
    @Qesem_Huseynov Рік тому +3

    Ən ideal yağ palma yağıdı alın yeyin min bir dərdin dərmanıdır

  • @РеянаГасанова
    @РеянаГасанова Рік тому

    Siz lap duz dediniz😂😂😂😂😂😂😂😂

  • @Qesem_Huseynov
    @Qesem_Huseynov Рік тому

    Mən başa düşmədim dağ oldu aran oldu əsas odur heyvan çöldə otlasın

  • @samirshekerov9625
    @samirshekerov9625 Рік тому

    Nə "yeyin" deyirsiz, nə də ki, "yeməyin" demirsiniz. 🙄

  • @RedmiRedmi-d4y7n
    @RedmiRedmi-d4y7n Рік тому

    Qatqisiz temiz nehre yaqinin heç bir ziyanı yoxdur

  • @zulfiyyekerimova4332
    @zulfiyyekerimova4332 Рік тому

    elbetde kere yagi nenen 100 yas yasadi yediyi.kere yagi olub millet qirilir suni yag yenekden bunu.qesden edib milleti xercenge aparirlar vallah inanin mene

  • @calalsuleynanov2790
    @calalsuleynanov2790 Рік тому

    Есил кере йагы йесен коп верер она коре йемирик. 400 манат маышынан есил кере йагы йемек олар Хейалесен билмирем кимсен дилин исти йерден чыхыр