Axşam Yatmazdan qabaq 2 MANDARİN YESƏNİZ...- Gecə bu BAŞ VERƏCƏK

Поділитися
Вставка
  • Опубліковано 5 жов 2024
  • #BirBax #Mandarin #Portağal
    "Bir Bax" kanalı Rüfət və Xəyalə Xəlilovlara məxsusdur. Əməkdaşlıq üçün aşağıdakı nömrə ilə əlaqə saxlaya bilərsiniz:
    (+994) 55-554-58-83
    Ləzzəti və faydalarıyla sitrus meyvələri arasında ən çox sevilən vitamin deposu mandarinin soyuqdəyməyə necə faydalı olduğunu hər birimiz bilirik. Amma mandarinin faydaları bununla bitmir. Özəlliklə hamilə qadın və uşaqlara bu meyvənin təsirləri möcüzə yaradacaq qədər çoxdur. Lakin bir məsələdə diqqətli olmalısınız.
    Videomuza keçməzdən əvvəl kiçik xatırlatma. Mandarin sitrus meyvəsi olduğu üçün çox yeyilən zaman insanlarda allergik təsirlər yarada bilir. Bu meyvəni qədərində yeməkdə fayda var. Bəs qədəri nə qədərdir? Buyrun, izləyin.
    Aşağıda yerləşən bəyən düyməsinə basıb, fikirlərinizi şərh bölməsində bizimlə bölüşməyi unutmayın.
    Mandarinin vətəni olan Çində yüksək rütbəli məmurlara o vaxt "mandarin" deyilirdi. Meyvə o zamanlar bahalı idi və onu yalnız məmurlar, yəni mandarinlər yeyə bilirdi. Elə ona görə meyvəyə də "mandarin" adı verilib.
    Mandarinin nəinki özü, hətta qoxusu insan sağlamlığına və əhvalına müsbət təsir edir - əhvalı yaxşılaşdırır, stressi və sinir gərginliyini azaldır, sakitləşdirir. Axşam yeməyindən sonra mandarin yemək yuxusuzluğu aradan qaldırır.
    C vitamin ilə zəngin olan mandarinin tərkibində B1 və B2, D vitamini, efir yağları, pektinlər, orqanik turşular, kalsium, maqnezium, kalium və s. faydalı maddələr var. Bu maddələr xüsusilə bədənin itirdiyi enerjini qazanması və yorğunluğun aradan qaldırılmasına kömək edir.
    Mandarinin tərkibindəki C vitamini immun sistemini möhkəmləndirir, qocalma proseslərini ləngidir, orqanizmi cavanlaşdırır. Dərinin sağlamlığına müsbət təsir göstərir və canlanmasına kömək edir.
    Mandarin ürək-damar sisteminə təsiri
    Bu meyvə ürək damarlarının sağlamlığını və elastikliyini qoruyur, ürəyi möhkəmləndirir. Xüsusilə də mandarinin ağ qabığında olan "qlikozid" adlı maddə damar və kapilyarların sağlamlığı üçün çox faydalıdır. Məhz bu səbəbdən mütəxəssislər mandarini ağ qabıqları ilə birlikdə yeməyi tövsiyə edirlər. Xolesterin və yüksək təzyiqin azaldılması üçün çox faydalıdır.
    Mandarinin tərkibində olan bəzi amin turşuları bronxları selikdən təmizləməyə kömək edir. Məhz bu xüsusiyyətə görə onun şirəsi bronxit və astma xəstələri üçün əsl təbii dərmandır.
    Mandarin qurd, göbələk və mikrob əleyhinə xüsusiyyətlərə malikdir, orqanizmi toksinlər və şlaklardan təmizləyir, ümumi möhkəmləndirici təsir edir, orqanizmin tonusunu qaldırır. Mədə və bağırsaq florasını təmizləyir. Dırnaqlardakı göbələk yaralarına qarşı bir şəfa təsiri var.
    Mandarin təbii antidepressantdır. Mütəxəssislər streslə mübarizə etmək üçün mandarin efir yağını qoxulamağı tövsiyə edirlər. Daha sadə üsul - mandarinin qabıqlarını əlinizdə əzin və qoxulayın.
    Mandarinin tərkibində olan fitonsidlər soyuqdəymə və qrip xəstəlikləri ilə mübarizə etməyə kömək edir.
    Bu meyvənin hamilələrə təsirinə gəlincə, bu meyvə hamilələr üçün əvəzedilməz qidadır. Mandarində bayaq da dediyimiz kimi, C vitamini çox olduğundan hamilələri həssas dönəmdə xəstələnməkdən qoruyur.
    Tərkibi dəmirlə zəngin olduğu üçün mandarin hamilələrdə qanazlığını əngəlləyir və qandakı hemoqlobini yüksəldir. Mandarinin tərkibində körpənin inkişafı və sağlam olması üçün əvəzolunmaz maddə sayılan fol turşusu var. Fol turşusu körpənin sinir sistemini, sümük inkişafını yaxşılaşdırma qabiliyyətinə malikdir. Həmçinin liflə zəngin olan mandarin hamilələrin ən çox şikayət etdikləri problem olan - qəbizliyin qarşısını almaq üçün ideal meyvədir.
    Lakin onu da nəzərinizə çatdıraq ki, mandarin müəyyən qrup insanlara üçün ziyanlı ola bilər. Bütün sitrus meyvələri kimi, mandarin da güclü allergik xüsusiyyətlərə malikdir. Bundan əlavə kolit, qastrit, mədə və 12-barmaq xorası xəstəliyi, xolesistit, bəzi böyrək xəstəllikləri olan insanlar bu meyvədən çox etməməlidir.
    Mandarin yağı kosmetologiyada geniş istifadə olunur. Bu yağ dərini daha yumşaq və elastik edir. Apteklərdə satılan mandarin yağını müxtəlif qidalandırıcı maskalara əlavə etmək olar.
    İmmunitet sistemini gücləndirən bu meyvəni eyni zamanda cem hazırlayarkən də istifadə edə bilərsiniz. Ayrıca qabıqlarından əldə edəcəyiniz qoxu sayəsində evinizi xoş ətirli edə bilərsiniz.

КОМЕНТАРІ • 251

  • @nailegenceliyeva5515
    @nailegenceliyeva5515 Рік тому +95

    Bu meyvəni o qədər çox sevirəm ki ,deməklə bitməz ! Əhval ruhiyəmə müsbət təsir edir ,Allahın bizə bəxs etdiyi bütün nemətlərə şükürlər olsun .

  • @sevdasevincli2268
    @sevdasevincli2268 Рік тому +9

    Mandarini yeyenden sonra elimde qabiģini ezmisem, bu bir xobbi olub mene. Demek xeyri varmis🥰

  • @МехманМамедов-х6в

    Rebbimin yaratdigi butun meyveleri sevirem ve yeyirem

  • @agdaml0247
    @agdaml0247 2 роки тому +18

    Çox düz söhbətdi. Bu cür meyvələri təbii dərman da demək olar

  • @snpro7671
    @snpro7671 Рік тому +5

    çox sağolun dəyərli məsləhətlər üçün təşəkkür edəriz

  • @FairytalePerimasalı
    @FairytalePerimasalı 9 місяців тому +2

    Heqiqeten cox pisiydim indi qaynadib icdim ela netice verdi 👍👍

  • @aserase3609
    @aserase3609 Рік тому +6

    Bir Bax kanalinin yardicisi var olun ki Allahin bizlere bexs etdiyi qidalar haqqinda etrafli melumat verirsiz

  • @elekberovsahin6283
    @elekberovsahin6283 2 роки тому +11

    Mandalin çox xeyirli meyvədi əla mən də yeyirəm çox dadlıdı xanım allah sizdən çoooooooox razı olsun

  • @kamilhuseynova6377
    @kamilhuseynova6377 Рік тому +102

    Mandarinin xeyirli olduğunu bilirik, amma hər gün mandarin yemək üçün pulu hardan alacağımızı bilmirik

    • @ferzullayevaxalide152
      @ferzullayevaxalide152 Рік тому +10

      Hər gün yemək üçün Astaraya köçməliyik

    • @xelikxelik3456
      @xelikxelik3456 Рік тому +2

      Obada kilosu 0.99qəpiyədir

    • @ferzullayevaxalide152
      @ferzullayevaxalide152 Рік тому +2

      @@xelikxelik3456 99 qəpiyə olan mandarin turş olur Astaranın özündən aldlm çox dadlıdlr

    • @kamilhuseynova6377
      @kamilhuseynova6377 Рік тому +3

      @@xelikxelik3456 mandarinin yerini mən də bilirəm meyvələrin də insan orqanizmində nə dərəcədə rolu olduğunu hamımız bilirik sadəcə aldığımız vəzifə maaşlarımız bizə o şəraiti yaratmır

    • @zahidhuseynov116
      @zahidhuseynov116 Рік тому +2

      He Vallah pul olaki gerek Mandarin alasan180 man pensiya ile mandarin yemek olar onu deputatlar yeye biler

  • @filyarhuseyinova4608
    @filyarhuseyinova4608 Рік тому +13

    Məsləhətinizə görə cox sağ olun

  • @mtant8368
    @mtant8368 Рік тому +8

    Salam faydali məlumatlariniza gorə cox saqolun təsəkur edirik

  • @gulzardeniz8842
    @gulzardeniz8842 Рік тому +6

    Super məsləhətlərə görə təşəkkür edirik.

  • @elchinaliyev2081
    @elchinaliyev2081 2 роки тому +63

    Allahın yaratdığı bütün nemətlərdə xeyir vardır.zərəri isə odur ki,həddən artıq istifadə etmək.

  • @sevdahaciyeva1476
    @sevdahaciyeva1476 2 роки тому +16

    ALLAH razı olsun

  • @МахниярАлиева-п3л

    Чох саголун чох ташшакур елирам мараглы маслахатлариниза кора 👍💐💐💐😘😘😘

  • @rovsnliyev2680
    @rovsnliyev2680 Рік тому +26

    Allah razı olsun.Rəbbimin varlığına sonsuz şükürlər olsun.

  • @arzubabayeva554
    @arzubabayeva554 Рік тому +3

    Yeyirdik.Amma bu qədər xeyieli olduğunu bilmirdik.Cox sağ olun.

  • @gulisultan942
    @gulisultan942 Рік тому +9

    Çox sağ olun.

  • @ayaznagyev4807
    @ayaznagyev4807 2 роки тому +16

    Əla

  • @sefiqebalaliyeva5955
    @sefiqebalaliyeva5955 Рік тому +11

    ÇOX SAĞ OLUN, DƏYƏRLİ MƏLUMATA GÖRƏ, TƏŞƏKKÜR EDİRƏM, ALLAH KÖMƏYIN OLSUN 🤲👏👍🌹

  • @НикитаБор-о4и
    @НикитаБор-о4и Рік тому +7

    Bilki niz uçun çox çox teşekkurler edirik sizlere 🙏🏼👍👍🙌🏻👌

  • @firdovsiorucov8107
    @firdovsiorucov8107 Рік тому +25

    Allah bu xanıma həmişə kömək olsun...!!!

    • @fatehesgerov1496
      @fatehesgerov1496 Рік тому

      Superr biz ailəlikcə mandarini çox sevirik. Mən onsuzda ətdən çox mandarln yeyirəm.

    • @birbaxkanal
      @birbaxkanal  Рік тому +2

      Çox sağ olun

  • @LetsGoodStreamsandRecording
    @LetsGoodStreamsandRecording Рік тому +8

    Çox sağ olun dəyərli meslehetnize göre

  • @zizseyidova8103
    @zizseyidova8103 2 роки тому +16

    Çox maraqlı mövzudur.

    • @birbaxkanal
      @birbaxkanal  2 роки тому +2

      Çox sağ olun🥰

    • @АНВЕРАГАЕВ-с2ъ
      @АНВЕРАГАЕВ-с2ъ Рік тому

      Mandarin xeyirli olsada əl catmazdi 190manat pensiya buna imkan vermir cunki mandarin 150....2manatdir indi al ye.ay aldin ha alcaq deputat Aqil Abbad isə 7000pul alsada deyir deputatin pulu qalxmalidi.indi bu alcaga nə deyək ki peysəri göturməsin.

    • @mehemmedmollazade2710
      @mehemmedmollazade2710 Рік тому

      Məlumatınız üçün sizə təşəkkür edirəm.Çox gözəl meyvədir.Məndə xoşlayıram.Yeməyə davam edəcəm təşəkür edirəm..

  • @islamferecov3460
    @islamferecov3460 Рік тому +12

    Gözəl məsləhətlərinizə görə çox sağolun 🥰

  • @sehlaramazanova8257
    @sehlaramazanova8257 Рік тому +3

    Çox sağ olun ki bizi maariflendirirsiz

  • @royalresulov3903
    @royalresulov3903 Рік тому +2

    Çox sağolun gözəl məlumat üçün Allah razı olsun

  • @ilahequliyeva1265
    @ilahequliyeva1265 Рік тому +4

    Bugün yedim çox dadlı meyvədi çox sağolun məlumata görə 👐😊

  • @user-ge5fo6hr2o
    @user-ge5fo6hr2o Рік тому +4

    Faydalı videolara göre çox sağ olun 😍

  • @agilahmadov76
    @agilahmadov76 Рік тому +10

    Uşaqlıq sevgim mandarin, heç bitməsin 😊👍

  • @sidoyabdulla5437
    @sidoyabdulla5437 2 роки тому +21

    Çooox təşəkkürlər bilmədiklərimizi sizdən eşitdik

  • @gulnarsuleymanova6860
    @gulnarsuleymanova6860 2 роки тому +9

    Ən çox sevdiyim meyvə

  • @esedrufullayev18
    @esedrufullayev18 2 роки тому +82

    Bizim bədbəxliyimiz ondadır ki, xeyirli olanı yox, xeyirsiz şeyləri sevirik

  • @rehilemehdiyeva2236
    @rehilemehdiyeva2236 Рік тому +10

    Cox yeyirdim .Sağ olunki sizdən belə bilgilər öyrənirik.

  • @ismayilismayilli2708
    @ismayilismayilli2708 Рік тому +2

    En sevdiyim meyvedi Amma bu qeder xeyirli oldugunu bilmirdim Cox sag olun melumat verdiyinize gore indi bildim ki cox xeyri var Onun etri de qedengdi

  • @tatsshab7933
    @tatsshab7933 Рік тому +8

    ALLAHIN YARATDIĞI BÜTÜN NEMƏTLƏRİN XEYRİ VAR

  • @asyaguliyeva937
    @asyaguliyeva937 Рік тому +2

    Usaq vaxti da cox sevirdim mandarini indi de onu cooox sevirem❤️

  • @samsiyyarizaeva2294
    @samsiyyarizaeva2294 2 роки тому +20

    Allah sizlərdən razı olsun amin

    • @sahilenovruzova591
      @sahilenovruzova591 2 роки тому

      Salam xanimlar sizləri onlayn işe devet edirem evden cixmadan hec bir sermaye qoymadan vereselik staj var maaş 500manatdan başlayan artan gelirdi 1000dollaradek premyasi var maaş kartla verilir etrafli melumat ucun mene yazin sifir elli bir altiyuz altimiş bir seksen dord doxsan sekkiz

    • @birbaxkanal
      @birbaxkanal  2 роки тому +1

      Çox sağ olun

  • @romaali8308
    @romaali8308 Рік тому +1

    Tewekkur bu bulgileri verdiyiniz ucun

  • @zekimuren2642
    @zekimuren2642 Рік тому +2

    Tşk ederim bana doktorum mandarina yeme söyledi gözlerimde problem var portakalıda menyumdan çıkartdı .

  • @seymuraliyev6140
    @seymuraliyev6140 Рік тому +5

    Çox gözəl👍

  • @sahinagayev2202
    @sahinagayev2202 Рік тому +3

    Tamamiilə doğrudur!

  • @fatushmuseibova4302
    @fatushmuseibova4302 Рік тому +2

    Yaxşi ki bu meyveni sevirem bu meyvə əladir

  • @yeganmecidova199
    @yeganmecidova199 Рік тому +4

    O qeder zehmet teleb edir onu yetşdirmək gəlki yaxşı qiymətə sata bilmirik.gözəl məlumatınız üçün təşəkür edirik

  • @royalgnc4266
    @royalgnc4266 Рік тому +2

    Super meyvələr var

  • @osmanovelman8203
    @osmanovelman8203 Рік тому +2

    Sağ olun👍🏻

  • @azercellekskl2720
    @azercellekskl2720 Рік тому +1

    COX SAG OLUN . TƏ.ŞƏKKÜR EDİRƏM.

  • @nailaxundova7502
    @nailaxundova7502 Рік тому +4

    Allah razı olsun Çox sağ olun

  • @gulerabbasova8802
    @gulerabbasova8802 5 місяців тому +1

    Çox sağ olun

    • @birbaxkanal
      @birbaxkanal  5 місяців тому

      İzlədiyiniz üçün siz sağ olun❤

  • @tomotomtomotom1755
    @tomotomtomotom1755 Рік тому +1

    Спасибо за все хорошо сказали,🌷🌹🥀

  • @tebrizabbaszade3627
    @tebrizabbaszade3627 Рік тому +3

    Çox sağolun mən mandarini bu qədər faydalığın bilmirdimm

  • @gulerabbasova8802
    @gulerabbasova8802 5 місяців тому +1

    ❤❤❤❤❤❤❤. Çox sağ olun

    • @birbaxkanal
      @birbaxkanal  5 місяців тому

      Çox sağ olun. Sağlam və gümrah olun.

  • @Ali.mamed009
    @Ali.mamed009 Рік тому +1

    Can Allah razı olsun yerim senin sesin

  • @okeanokean4071
    @okeanokean4071 Рік тому +3

    usagligdan xosladigim meyvedi iyi adami mest edir ...indi ise onun qabigini murebeye de tökurem....dadi superdi

  • @surahuseynova119
    @surahuseynova119 2 роки тому +6

    Oğlum xoşduyur mandarini 🥰

  • @ilhamrefiyev9935
    @ilhamrefiyev9935 10 місяців тому

    Əla çox yaxşı məsləhətlər

  • @aysunalyali3277
    @aysunalyali3277 Рік тому +3

    oğlumla menim ən çox sevdiyimiz meyve🍊

  • @Əlifova446
    @Əlifova446 Рік тому +2

    Ən sevdiyim meyvə
    Gündə 15 dənə yeyirəm

  • @natavanmohubi6629
    @natavanmohubi6629 Рік тому +4

    Shooox sag olun var olun ki başa salırsız bizləri məlahətli səsinizlə🙌🙌

  • @muganabdiyeva8810
    @muganabdiyeva8810 2 роки тому +4

    👌🏻👌🏻👌🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻🖕🏾🖕🏾🖕🏾🖕🏾🖕🏾🖕🏾💞💞💞💞eldi mükemmeldi

  • @mmetekayagil
    @mmetekayagil 9 місяців тому +2

    Vallah iki Ay bundan Qabaq yemişik mandarin ala bilmirik alanlara nuş olsun❤😊

  • @ilhamagayev7434
    @ilhamagayev7434 Рік тому +6

    Her meyveni qederinde yemek faydalidir artiq yemek ziyandir

  • @hsnrciyev4046
    @hsnrciyev4046 Рік тому +1

    Şükür cox yeyirəm

  • @arazmmmdov6322
    @arazmmmdov6322 Рік тому +1

    Cox isdifadə edirəm

  • @milamilamila5
    @milamilamila5 2 роки тому +6

    Bilirdik xeyirlidirebele etrafll yox cooox sag olun

    • @birbaxkanal
      @birbaxkanal  2 роки тому +1

      Siz sağ olun

    • @sabirqaraxancall8295
      @sabirqaraxancall8295 Рік тому

      Mandarinin bu qədər xeyirli olduğunu bilmirdim.Məlumat verdiyiniz üçün çox sağ olun.Allah sizdən razı olsun.Məndə yuxu problemi var.Hər axşam iki mandarin yeməyi qarşıma məqsəd qoymuşam.

  • @AlsuBagirova-r2l
    @AlsuBagirova-r2l 10 місяців тому

    Cox sevirə👍

  • @rahileclbiyeva1270
    @rahileclbiyeva1270 2 роки тому +4

    Təşəkkür edirik

  • @bismillah7734
    @bismillah7734 Рік тому +2

    DAVAMI KƏLSİN.

  • @SMajnunSarif
    @SMajnunSarif Рік тому +5

    Nəinki meyvələr tərəvəzlər. Kaş yediyimiz bütün qidalar dərmansız yetişdirilsə və qatqısız olsa. Və kaş bədənimiz ehtiyacı olan vitaminləri qəbul edə bilsə.

  • @vefahesenova3602
    @vefahesenova3602 Рік тому +1

    Nazik olanda men qabiginda yeyirem. Cox xoslayiram

  • @nazbilgic7966
    @nazbilgic7966 Рік тому

    TEŞEKKEKLER. ..🌿🌺🎈🌙

  • @sudabeagayeva2774
    @sudabeagayeva2774 10 місяців тому

    Cox saqolun

  • @nazeketrehimova3232
    @nazeketrehimova3232 Рік тому

    Xoşladığım meyvədir 1oturuma 5-6sini yeyib ləzzət aliram

  • @ibrahimferzullayev4717
    @ibrahimferzullayev4717 Рік тому +8

    HAMI İSTIYƏR Kİ,EVİNDƏ UŞAQLQRINA MANDARİN VERSİN, HASI PULNAN ALIB VERSİN.

    • @xedicebaliyeva6304
      @xedicebaliyeva6304 Рік тому

      İsliyene pul qazanmaq çox çətindir amma mümkündü

    • @xedicebaliyeva6304
      @xedicebaliyeva6304 Рік тому

      Çətin olmasa qədrini bilən olmazdı çünki

    • @xedicebaliyeva6304
      @xedicebaliyeva6304 Рік тому

      Həyatın mənası bundadi yazılmamış qanunlaridi

    • @YeganeIbrahimova-iz1li
      @YeganeIbrahimova-iz1li 9 місяців тому

      Allah min bərəkət, ruzi versin versin ala bilməyənlərdə alıb yesin 🤲
      Şükürlər olsun allaha biz ala bilirik amma yorumlarda ala bilmirik yazan qardaş vacılarımızada ruzi diləyirəm allahdan
      🤲🤲🥰😘

  • @namiqquliyev7604
    @namiqquliyev7604 Рік тому

    Təşəkkur edrəm gözəl məlumata görə amma iş olsun işləyk alada nilək iş yox praduq baha başımızı gucnən girəliyirik

  • @gulnareqehremanova3362
    @gulnareqehremanova3362 2 роки тому +7

    En cox sevdiyim meyve.gabigini caya atiram.

  • @ilyashsnov6302
    @ilyashsnov6302 Рік тому +1

    Sizin məsləhətlərinizdən çox faydalandığım üçün sizə minnətdaram lakin sizdən xahiş edirəm təbii qidalarla necə stres və depresiyadan qurtara bilərəm .Həmçinin başdakı küyü hansı qida ilə müalicə etmək olar .

    • @birbaxkanal
      @birbaxkanal  Рік тому

      Stress və əsəbə qarşı melissa çayı faydalıdır

  • @sexavetmurselov1776
    @sexavetmurselov1776 Рік тому +1

    Əlaidi

  • @ltifsultanov233
    @ltifsultanov233 Рік тому +1

    Faydalı

  • @minismris2058
    @minismris2058 Рік тому

    Bəli xanım düz deyirsiz mənim alergiyam qalğdırdı

  • @bhramgur3276
    @bhramgur3276 2 роки тому +6

    Mən özüm mandarin sevənəm demək olar ki hər gün yeyirəm

  • @sekineabbasova4304
    @sekineabbasova4304 Рік тому +1

    Bilmək istəyirəm xroniki qlomonifritə nə qədər ziyandı mandarin?

  • @Əli_09885
    @Əli_09885 Рік тому

    2 kilo aliram sehere qalmir maşallah oğluşum yeyir bize catmir hec.amma bele agir xestelik ondan uzaqdi ata ana xestelendik şukur onu tutmadi.,xeyirli oldugunu bildiyimcun cox yemesine icaze berirem.şukur alergiyasida yoxdu.

  • @Свобода-х7ы
    @Свобода-х7ы 2 роки тому +4

    Bəs niyə xərçəng xəstələrinə icazə vermirlər yimeye bunu biri izah eləsin mene

  • @ehmedmustafayev834
    @ehmedmustafayev834 Рік тому

    Məndə çox sevirəm hər cün yeyirəm bu il ucuzdu ona cörə yemək olar

  • @soletural7896
    @soletural7896 Рік тому

    Super super superr

  • @tebrizmustafayev
    @tebrizmustafayev Рік тому

    👍

  • @xeyalbuneformadiutanmirlar9312

    Mandarinen maska deri üçün nece hazirlanir

  • @sehlamustafayeva362
    @sehlamustafayeva362 Рік тому

    Salam

  • @yk3337
    @yk3337 Рік тому +1

    Men azi 1 kilo yerem.Sevdiyim meyvedi

  • @Huseyn_huseynoff
    @Huseyn_huseynoff Рік тому +1

    Mandarin mənim evimnən əskik olmayir heç vaxt.Çünki meyvələrin içində birinci meyvədir ki onu heç bir meyvə ilə əvəz edə bilmərəm birdə ki vallah yeyəndə də qorxmuram alergiya verər qurtarana kimi yeyirəm amma şirin mandarini sevirəm.Soklara cipsilərə şirniyyatlara elə zərərli qidaya verənə kimi insana nə xeyirdisə onu almalisan ki sağlam olasan.

  • @ElnurYaqubov-n1r
    @ElnurYaqubov-n1r 7 місяців тому +1

    Salam.mənim.oglm.cox.yeyir.ziyan.olmaz.bir.kiloya.qədər.yeyir

  • @ХарунАседмаде
    @ХарунАседмаде Рік тому

    Мэн мандарини чох севирэм мандарин хэркун 3-4 йейирэм.Сиз дедийниз хейирлэрэ расташмырам.Хэр гечэ ятанда 2-3 мандарин йейирэм гечэдэ 2-3дэфэ ойанырам,гэбизлик вар.Сайдыгнызын биридэ уйгун гэлмир

  • @katykaty8447
    @katykaty8447 Рік тому +1

    Sovet vaxtında deyirdilır ki, mandarinin heç bir faydası yoxdur, yeməyə etiyac yoxdur. Ancaq apelsini məsləhət görürdülər gərəlində.

  • @sekerbabayev6845
    @sekerbabayev6845 Рік тому

    Mən də mandarini çox sevirəm amma farengit olduğum üçün yeyə bilmirəm çünki oskürək yaradır

  • @avropa0197
    @avropa0197 Рік тому

    Savaxdan gündə 5,7 denə yeyəcəm

  • @gulzartagiyeva608
    @gulzartagiyeva608 Рік тому

    Mən qabığını da yeyirəm.

  • @mehdinematov2722
    @mehdinematov2722 Рік тому +1

    Mən gündə nəinki 2 5, 10 ədəd yeyirəm.Onun məskənində yaşayıram.İstəyən sifariş verə bilər

  • @mlahthsnova4334
    @mlahthsnova4334 Рік тому +1

    Ümumiyətlə heç bir meyvə yemiyən mən təzə yeyrəm mandalini 😂😂

  • @ishiqliheyat3634
    @ishiqliheyat3634 Рік тому +2

    INDIKI MANDARINLERIN EVELKI MANDARINLERIN QABIQINDA OLAN ETIR YOXDUR