Faydasını biləndən sonra hər gün içəcəksiniz - Dərmanları unudun getsin

Поділитися
Вставка
  • Опубліковано 29 сер 2024
  • Hər gün sarıkök yeyin, 30 gün ərzində nə baş verdiyini görün.
    Bu sarı ədviyyatın sağlamlığımızın keşiyində necə dayandığını öyrəndikdən sonra, inanmıram ki, onu sevməyən adam tapılsın. Dəri problemləri, saç tökülməsi, artıq çəki kimi müxtəlif hallarda sarıkök sizin köməyinizə çatacaq.
    Sarıkökü qida rasionunuza daxil etdikdən 1 ay sonra orqanizmdə hansı dəyişikliklər baş verəcək? Birlikdə öyrənək...
    12. Dişləriniz bəyazlaşacaq. Hindistanın Pəncab Universitetinin oral patalogiya şöbəsinin əməkdaşları 2013-cü ildə bir araşdırma apardılar. Onlar sarıkökün dişləri bəyazlaşdırdığını sübut etdilər. Elmi mühitdə “kurkuma lonqa” (curcuma longa) olaraq adlandırılan sarıkökün faydalı xüsusiyyətləri bunlardır:
    -iltihab əleyhinə vasitədir;
    -antioksidantdır;
    -antimikrobialdır;
    -antiseptikdir;
    Əsrlərdir ki, sarıkök ənənəvi hind təbabətində istifadə edilir.
    Diş fırçanızı, əvvəlcə, duru yağa, sonra da üyüdülmüş sarıkökə batırın. Dişlərinizi 3 dəqiqə boyunca fırçalayın. Bu proseduru həftədə, ən azı, 3 dəfə təkrarlayın. 1 ay içində ilkin nəticələrin fərqinə varacaqsınız.
    11. Sızanaqlardan xilas olacaqsınız. Sarıkök hələ qədimdə dəri xəstəliklərinin müalicəsində istifadə edilib. Müasir elm də onun dəriyə faydalarını təsdiqləyib. Kaliforniya Universitetinin əməkdaşlarının 2016-cı ildə apardığı bir araşdırma nəticəsində sarıkökün dəriyə faydaları daha dərindən öyrənilib. Həmin araşdırmada dermatoloqlar dəri problemləri və onların aradan qaldırılması ilə bağlı 234 məqaləni tədqiq ediblər. Hər 18 sınağın 10-da sarıkökün sızanaqlara qarşı faydalı olduğu aşkar olunub.
    Sızanaqlar Propionibacteriaceae adlı bakteriyanın dəridə çoxalması nəticəsində yaranır. Bu bakteriyalar zamanla antibiotiklərə qarşı daha müqavimətli hala gəlir.
    1 xörək qaşığı aloe vera esktraktı ilə xörək qaşığının 1⁄3-i qədər sarıkökü qarışdırın. Bu qarışımı 10-15 dəqiqə boyunca sızanaqların olduğu nahiyəyə sürtməkdə davam edin. Sonra üzünüzü ilıq su ilə yuyun. 1 ay içində müsbət yöndəki dəyişiklikləri özünüz görəcəksiniz.
    10. Saçlarınız sürətlə uzanacaq və qalınlaşacaq. “Sürət əsri”nin bətnində keçən həyatımızda saçlarımıza mənfi təsir edən faktorlar müxtəlifdir. Bunlardan üçü siyahının başında gəlir:
    a) stress;
    b) düzgün qidalanmamaq;
    c) hormonal balansın pozulması;
    Koreyadakı Biospektrum Həyat Bilgisi İnstitutu tərəfindən aparılan bir araşdırmada sarıkökün saç köklərini möhkəmləndirməsi aşkar edilib. Sarıköklü saç maskasını özünüz də evdə hazırlaya bilərsiniz.
    1 xörək qaşığı sarıkök götürün. 3 xörək qaşığı bitki yağına qatın. Qarışımı 30 dəqiqə boyunca saç dibinə sürtün, sonra da ürək rahatlığı ilə başınızı yuyun. Proseduru ayda 2-3 dəfə təkrarlayın.
    9. İmmunitetiniz möhkəmlənəcək. Sarıkök T hüceyrələri, B hüceyrələri, makrofaqlar, neytrofillər kimi önəmli immun hüceyrələrini hərəkətə keçirir ki, beləcə, immunitetiniz güclənir. Ohayo Dövlət Universitetinin əməkdaşlarına görə, sarıkökü qida rasionuna daxil etmək lazımdır. Çünki sarıkökün orqanizmdə qalma müddəti uzundur. Yəni, orqanizm onun faydalarını uzun müddət görə bilir.
    İmmuniteti gücləndirmək üçün sarıköklü süd də içə bilərsiniz. Stəkanın 1⁄3-i qədər sarıkök götürün, üstünə stəkan dolanadək su tökün. Qarışdırın. Sonra stəkanı isti su tökülmüş qazanın içində 10 dəqiqə isidin. Ev temperaturunda soyudun. Sonra sterilizə edilmiş şüşə qaba tökün, ağzını bağlayın və soyuducuda saxlayın. 1, yaxud 2 qaşıq bu qarışımdan götürün, 1 fincan isti suya qatın və için. Zövqə görə, yarım çay qaşığı bal da qata bilərsiniz. Sarıköklü südü adi vaxtlarda gündə bir dəfə içə bilərsiniz. Soyuqdəymə və ya mövsümi xəstəliklər zamanı isə gündə 3-4 fincan sarıköklü süd tez sağalmağınıza kömək edəcək.
    8. Boğazınızda ağrı varsa, dərmanı sarıkök ola bilər. Hindistanın Pəncab Universitetinin oral patalogiya şöbəsinin əməkdaşları sarıkökün antibakterial xüsusiyyətləri barədə məqalə yayımlayıblar. Onlar qeyd ediblər ki, sarıkök bakteriya və parazitlərin böyüməsinin qarşısını alır və boğazda iltihabı azaldır.
    1 stəkan isti suyun içinə yarım çay qaşığı sarıkök, yarım çay qaşığı duz qatın. Sağalanadək gündə 3 dəfə bu qarışımla boğazınızı qarqara edin.
    7. Soyuqdəyməyə vida edəcəksiniz. Antibiotik və iltihab əleyhinə xüsusiyyətləri ilə sarıkök soyuqdəymə zamanı əsl dosta çevrilir.
    Yarım çay qaşığı sarıkökü 1 stəkan kətan toxumu yağına qarışdırın. Gündə iki dəfə qarışımı isidib burnunuzu buğa verin. Bu müalicə üsulu bakteriyaların yayılmasının qarşısını alır və tez sağalmağınıza səbəb olur.

КОМЕНТАРІ • 56

  • @ibrahimozkanfan333
    @ibrahimozkanfan333 2 роки тому +12

    2:19. Burdakı şəkil zəncəfil şəklidir

  • @zizseyidova8103
    @zizseyidova8103 2 роки тому +11

    Maraqlı məlumatdır çox sağ
    olun. Allah köməyniz olsun. 👍

  • @abdurahmanrustamli5821
    @abdurahmanrustamli5821 2 роки тому +7

    Tesekkurler deyerli melumat ucun!

  • @firahaciyeva7149
    @firahaciyeva7149 2 роки тому +13

    Super melumatlar verirsiz hem de ucuz. Allah kömeuiniz olsun.

    • @kifaytsadxov8028
      @kifaytsadxov8028 Рік тому +1

      Şerfeli məlumatlara görə çox teşekkure edirem❤

  • @turkankarimova5434
    @turkankarimova5434 2 роки тому +14

    👍👍👍

  • @ANRXX
    @ANRXX 2 роки тому +8

    Öncə sarıkök və zəncəfili özünüz ayırd edin. Sonra məsləhət verin. 5.20 dəqiqədə sarıkök deyib zəncəfil göstərirsiz. Düzdür sarıkök və zəncəfil çox xeyirlidir

  • @ramilaazratkuliyeva1199
    @ramilaazratkuliyeva1199 2 роки тому +3

    Deli kimi danishir hovselem catmadi sonuna qeder dinleyim,

  • @kamranqurbanov6826
    @kamranqurbanov6826 2 роки тому +5

    Çox sağ olun Allah köməyiniz olsun

  • @sultangundagan9311
    @sultangundagan9311 2 роки тому +3

    Cox sag olun Allah kömeyiniz olsun doxtur bey

  • @user-dt7lx5cc6n
    @user-dt7lx5cc6n 2 місяці тому

    Mwn avinetem.sizi cox sevirem gozel insan.Sen bizim hediyyemizsen❤

  • @s.huseynova5652
    @s.huseynova5652 2 роки тому +10

    Axı bu zəncəfildir.🤔

  • @susaahmedov2811
    @susaahmedov2811 Рік тому +3

    TƏŞƏKKÜRLƏR ALLAH RAZİ OLSUN

  • @samirdavudov145
    @samirdavudov145 2 роки тому +6

    Bahadur qardaw coxdannnn abune olmuwam istiqramdada😂😂 sizi izleyirem

  • @user-uz1wf9wt6c
    @user-uz1wf9wt6c 2 роки тому +3

    Cox gözəl.

  • @ganiramaharramova8541
    @ganiramaharramova8541 Рік тому +2

    Gunaydin allah razi olsun

  • @yeganemuradova7213
    @yeganemuradova7213 2 роки тому +2

    Maraqli keldi

  • @gullerqurbetova4232
    @gullerqurbetova4232 2 роки тому +3

    Coxx tewekkurler

  • @nurlanasafarova4594
    @nurlanasafarova4594 2 роки тому +5

    Sarikok deyib zencefil gosterirsiz....nece basa dusek?

  • @omermemmedov5626
    @omermemmedov5626 Рік тому +1

    Təşəkkür edirəm .çox sağ olun.Kaş ki,çoxdan biləydim .

  • @fsanseyidova7882
    @fsanseyidova7882 2 роки тому +3

    Çox sağ ol məlumata görə

  • @nesibeismayilova5393
    @nesibeismayilova5393 Рік тому +1

    Ay bala, sarikok de elez
    Zencefil kimidir . Bir-birine oxwayirlar ,onu ùyùdùrler

  • @fsanseyidova7882
    @fsanseyidova7882 2 роки тому +3

    Əla

  • @gulzarlutfi2147
    @gulzarlutfi2147 2 роки тому +3

    Salamçoxxxxx sağolun Allah sizdən razı olsun lazımlı məsləhətlər götürdüm sizin kamandaya dünyada ən əziz olan sağlam can arzulaylram Amin ya Rəbbim

  • @simasemedova5172
    @simasemedova5172 2 роки тому +1

    Çox gözəl məsləhət. Kalsi çatışmamazlığa nə yaxşıdı onada məsləhət edərsiz

  • @asyagurbani7858
    @asyagurbani7858 Рік тому

    Cox ssg olun.maraqli lazimli meslehetler ucun

  • @teyfurbabayev2324
    @teyfurbabayev2324 2 роки тому +2

    Sarikökdən danışıb verliş boyu zəncəfili göstərirsiniz

  • @tamellakhalilova
    @tamellakhalilova 2 роки тому +24

    Sarıkökdən danışırsız,amma videoda zəncəfil kökünü göstərirsiz.

    • @janeruby9434
      @janeruby9434 2 роки тому +1

      Sarıkök də zəncəfil kimi kök şəkıində olur sonra üyüdülür

    • @user-hr8ik9cx7p
      @user-hr8ik9cx7p Рік тому +1

      Бу сарыкокдур зенчефил коку башга формададыр.

    • @aqilmecidov7156
      @aqilmecidov7156 Рік тому +1

      O sarikokdu.kok formasinda olur oda

    • @elnarnovruzov3264
      @elnarnovruzov3264 Рік тому

      Hə duzdu mən yazmaq istiyirdim gordum siz yazmisiz. Duzdu oxsuyurlar amma zəncəfil kökü də saliblar videoya )

  • @MoonLight-fo5yn
    @MoonLight-fo5yn 2 роки тому +2

    Sulxayeva Surayyə.
    Mən sarıkökdən istifadə edirəm. Çox faydası var. Umuniteti qaldırır

  • @ulviyyeavbasova3051
    @ulviyyeavbasova3051 Рік тому +2

    SARİKÖKÜN İCİ DAHA XOX PORTAGAL RENGDEDİ....BU ZENCEFİLDİ....🍒🍒

  • @Cema-cu1nk
    @Cema-cu1nk 2 роки тому +2

    🙏🏼🤲

  • @Qebele_şirniyyat75
    @Qebele_şirniyyat75 2 роки тому +1

    Hersey ela lakin bal meselesini biraz mence sehv dediz bali qaynatmax olmaz onu sonradan elavə edilmelidr

  • @firahaciyeva7149
    @firahaciyeva7149 2 роки тому +5

    Sarıköknen zencefilin qarışımı da var nu reseprlerde ona göre de zencefil gösterirler.

    • @nrimaqeramov3831
      @nrimaqeramov3831 Рік тому

      Bu zengefil deyil ki,, ele sarl kökdür de bu, sadege zengefil de bele olur amma renginde ferq var, yeni zengefil sarl yox agteher olur..

  • @sebuhimecidov8807
    @sebuhimecidov8807 2 роки тому +3

    👍

  • @ahumlym4809
    @ahumlym4809 2 роки тому +1

    👍🌏

  • @elmiraehmedova9428
    @elmiraehmedova9428 2 роки тому +2

    Abu eyik coxdan

  • @arkbed07
    @arkbed07 2 роки тому +2

    Bu sarikokdur yoxsa zəncafildir(imbir)

  • @nihatabdullazad7969
    @nihatabdullazad7969 2 роки тому +7

    Üz yağlanmasına qarşı nə etmək lazımdır?

    • @emraagasiyeva2170
      @emraagasiyeva2170 2 роки тому +1

      Çay sodasi ilə uzunuzu yüngül ovun sonra yuyun

  • @leylapashayeva4551
    @leylapashayeva4551 2 роки тому +2

    Sarı kök deyir inbir göstərir 🤷🏻‍♀️

  • @user-md7lv5ex8z
    @user-md7lv5ex8z 2 роки тому +2

    Xayiş edirəm yazinda bunu necə içməy lazimdi soyuq südlə yoxsa isti

  • @abdurahmanrustamli5821
    @abdurahmanrustamli5821 2 роки тому +3

    Bahadur bey..insanlar like etmeye bele eriniller,qaldiki abune olmaq.😞

  • @user-uz1bp1ou1l
    @user-uz1bp1ou1l Рік тому +1

    👍👍👍🤲🏻🤲🏻

  • @lenabayramova197
    @lenabayramova197 Рік тому

    Sari kök deyib zencefil gösterirsiz🤔

  • @zaminliyev261
    @zaminliyev261 Рік тому +1

    Sarıkök ya zəncəfil?

  • @ademallahverdiyev4762
    @ademallahverdiyev4762 Рік тому +1

    Sevmeyine seviriy ama adamin ureyin bulandirir qaytarir adam haldan hala dusur adam

  • @elnargoranboy2247
    @elnargoranboy2247 2 роки тому +3

    Aloe vera esktraktı?🤔