Yaponlar Hər Axşam Bunu Edirlər - Ayaqlarını...

Поділитися
Вставка
  • Опубліковано 5 жов 2024
  • #sağlamlıq #demədidemə #yapon
    Müasir dünyamızda insan ömrünü qısaldan amilləri çox saymaq olar. Məsələn; ekoloji kirlilik, qlobal istiləşmə və s. Amma elə anlar var ki, bu amili insan özü yaradır. Düzgün qidalanmamaq və zərərli vərdişlər buna misaldır.
    Nə olur-olsun, mütəmadi olaraq, orqanizmi zərərli maddələrdən və toksinlərdən təmizləmək lazımdır. Çünki təmiz orqanizmdə orqanlar və toxumalar bütün gücləri ilə işləyə bilirlər. Təmizləmə prosesində metabolizmadakı toksinlər, orqanları gücə salan zərərli maddələr, toxumaları və hüceyrələri zədələmək qabiliyyətinə malik sərbəst radikallar orqanizmdən xaric olunur. Mütəxəssislər əmindir ki, toksinlə yüklənmiş orqanizm insanın özünü pis hiss etməsinə, onun iş qabiliyyətinin aşağı düşməsinə gətirib çıxarır. Təmizləmənin bir məqsədi isə həyatın dadını çıxarmaqdır.
    Zərərli maddələr insan orqanizmində toplanmağa meyillidir və onlar orqanizmi tez qocaldır, ömrü gödəldir. Haqqında danışdığım zərərli maddələr bunlardır:
     Duzlar;
     Ağır metallar;
     Radionuklidlər, nitratlar;
     Bəzi dərman preparatlarının komponentləri;
     Qidalara vurulan kimyəvi əlavələr;
     Geni dəyişdirilmiş qidalar;
    Orqanizmdə toksinlərin və zərərli maddələrin toplanmasının əlamətləri.
    İnsanların əksəriyyəti inanır ki, onun keçirdiyi həyat tərzi orqanizmdə toksinlərin və zərərli maddələrin toplanmasına şərait yaratmır. Amma onlar unudur ki, dövrümüzdə orqanizmin zəhərlənməsindən qaçmaq mümkün deyil. Çünki toksinlər hər yerdədir: havada, suda və yediyimiz qidalarda. Və bunlar sağlam həyat tərzi keçirməyə mane olur. Orqanizmin toksinlərlə yüklənməsini anlamaq o qədər də asan deyil. Amma bəzi əlamətlər var ki, onlar orqanizmdəki zəhərlənmədən xəbər verir.
     Səbəbsiz zəiflik: hansı ki, yaxşıca dincəldikdən sonra belə, aradan qalxmır;
     Yorğunluq hissi: istirahətdən və yuxudan sonra da keçmir;
     Əzələ və oynaqlarda ağrılar;
     Ağızdan gələn pis qoxular;
     Dilin rənginin dəyişməsi;
     Tez-tez tutan baş ağrıları;
     Dərinin rənginin dəyişməsi;
     Orqanların deformasiyası və ağrıları;
     Sinir sisteminin sürətlə irəliləyən xəstəlikləri;
     Toxumaların və daxili orqanların fəaliyyətindəki yetərsizlik;
     Artıq çəki;
    Orqanizmi toksinlərdən və zərərli maddələrdən təmizləmə metodları.
    Orqanizmi təmizləməklə, onun bütün istiqamətdəki balanslaşmasını yaxşılaşdırmaq, əhval-ruhiyyəni yüksəltmək mümkündür. Bir şeyi unutmaq olmaz ki, sağlamlığı qorumaq üçün düzgün metod seçilməlidir.
    1. Qədim yapon metodu. Yaponların ənənəvi tibbində zəncəfil çox populyardır. İltihab əleyhinə, sağaldıcı, qoruyucu xüsusiyyətlərə malik zəncəfil tənəffüs yolu xəstəliklərinin, mədə-bağırsaq traktatı xəstəliklərinin müalicəsində, açıq yaraların sağalmasında geniş istifadə edilir. Sadəcə, qəbul edilən ölçüyə nəzarət etmək mütləqdir. Yüksək miqdarda qəbul edilən zəncəfil tozu mədə yanmasına və köpə səbəb olur. Bəli, zəncəfil orqanizmin toksinlərdən və zərərli maddələrdən təmizlənməsi məqsədilə də istifadə edilir. Onun üstünlüyü ondadır ki, qarşısına qoyulan bu vəzifəni problemsiz yerinə yetirir. Terapevtik məqsədlə zəncəfil vannasından istifadə etmək qədim ənənədir. Vannaya hidrogen-peroksid də əlavə etmək olar ki, vannanın təsir dairəsini genişlətsin. Yəni, vanna orqanizmin hər bir guşəsinə sirayət edə bilsin. 35-360C temperatura malik su ilə vannanı doldurun. 1 xörək qaşığı zəncəfil tozunu 1 stəkan hidrogen-peroksidə qatın. Yaxşıca qarışdırın. Qarışımı vannadakı suya əlavə edin və ayaqlarınızı 30 dəq vanna edin. Hardasa, 7-8 gün proseduru gündə 1 dəfə təkrarlayın ki, istədiyiniz nəticəyə çata biləsiniz. İlk gündən gücünüzün artdığını, dərinizin təravətləndiyini hiss edəcəksiniz.
    2. Xüsusi pəhriz. Orqanizmin təmizlənməsi ərəfəsində yağlı, duzlu, qızardılmış yeməklərdən imtina etmək, rahat həzm olunan qidalara üstünlük vermək lazımdır. Yaxşı olar ki, bu müddətdə sıyıqlar, soyutma bişmiş toyuğun döş əti, təzə meyvə-tərəvəz, liflə zəngin qidalar yeyilsin. Rasiona paxlalıların və ləpələrin daxil edilməsi də məsləhətdir. Düzgün qidalanmaq mədə-bağırsaq traktatını gücə salmır, orqanizmi lazımi qədər karbohidratlar, yağlar və zülallarla təmin edir.
    3. Xalq təbabəti. Xalq təbabətində istifadə edilən bir çox bitki çayları da orqanizmdə detoks effekti yaradır.
    a. Qara qarağat yarpağı çayı. Yarım xörək qaşığı üyüdülmüş qara qarağat yarpağını yarım litr qaynar suya əlavə edin. Dəmlənməyini gözləyin. Vasitəni gündə 3 dəfə, hər dəfə yarım stəkan olmaqla qəbul edin.
    b. İtburnu çayı. Bir ovuc itburnunu yarım litr qaynar suya əlavə edin, vam odun üstündə qaynara düşənədək saxlayın. Oddan götürün və 1 sutka ağzı bağlı şəkildə saxlayın. Hazır olduqda gün ərzində 2 dəfə, hər dəfə yarım stəkan olmaqla yeməkdən sonra için.
    c. Mərcangilə yarpağı çayı. Yarpaqları qaraçay kimi dəmləyin və için.
    Xalq təbabətində kəpək, kətan toxumu, yulaf və düyü də orqanizmin təmizlənməsi məqsədilə istifadə edilir. Bunlar hamısı bağırsağın düzgün işləməsinin təminatıdır.

КОМЕНТАРІ • 83

  • @mubarek6908
    @mubarek6908 7 місяців тому +3

    Allah razı olsun

  • @ramilquliyev1251
    @ramilquliyev1251 Рік тому +1

    Çox sağ olun dediyiniz hamısı düzdü mən bunların hamısını da istifadə etmişəm

  • @anarcbrayllofficial4108
    @anarcbrayllofficial4108 10 місяців тому +1

    Maraqlı məlumatlara görə təşəkkürlər

  • @rehimmustafayev330
    @rehimmustafayev330 5 місяців тому

    ALLAH sizdən razı olsun.İnsanları marifləndirirsiniz.

  • @bshshdhshdjdjd3674
    @bshshdhshdjdjd3674 Рік тому +6

    Deyerli melumatlar üçün çox saq olun. Ancaq bu danışan qızı degişin. Bu diksiyye adamı çox yorur..

  • @ГаджарАбиева
    @ГаджарАбиева Рік тому +6

    Мен абунейем бахадур бей вароласыныз хемише суперррррр мелуматландырырсыныз 👏👏👏💞💞

    • @fud1860
      @fud1860 Рік тому

      Здравствуйте

  • @melahetceferova8885
    @melahetceferova8885 Рік тому +4

    Cox saq olun

  • @zizseyidova8103
    @zizseyidova8103 Рік тому +5

    Çox sağ olun

  • @iradeelizade1400
    @iradeelizade1400 Рік тому +14

    Çox sağ olun, mətni çox aydın, gözəl oxuduz, təşəkkürlər sizə. Çalışaq ki dediklərinizə əməl edək.

    • @fud1860
      @fud1860 Рік тому +1

      Allah salmi olsun size

  • @naimasuleymanova
    @naimasuleymanova Рік тому +6

    Teşekkür edirik.
    ALLAH razı olsun. AMİN.

    • @fud1860
      @fud1860 Рік тому

      Salam xanim Necesiz

  • @aybenizagalarova5668
    @aybenizagalarova5668 Рік тому +5

    Çox sagolun

  • @azadzulfuqarov1001
    @azadzulfuqarov1001 Рік тому +2

    Var olun

  • @leylaagayeva1206
    @leylaagayeva1206 Рік тому +9

    Yediyimiz qidalar cörekdə,yağda pendirdə,əətdə,kolbasada,cucə ətdə,suddə,pendirdə,qatiqda suddə,hər bir şeydə meyvə terevəzlərdə də var caydada var nə qeder yazim nə işlədirik onlarda toksiklər var.bes nə yeyak

  • @hikmtlisozlr8409
    @hikmtlisozlr8409 Рік тому +4

    Nəsihətinz üçün.
    Çox sağolun.
    Musiqi olmasa lap yaxşı
    Olardımm

  • @sirzadmiri4599
    @sirzadmiri4599 Рік тому +2

    Allah sizi var eləsin

  • @SvetlanaGozlova
    @SvetlanaGozlova Рік тому +4

    Çox sağ olun, gözəl izah edirsiniz

  • @fsanseyidova7882
    @fsanseyidova7882 Рік тому +3

    👍👍👍👍

  • @rsidovelmddin2995
    @rsidovelmddin2995 Рік тому +3

    👍

  • @Cema-cu1nk
    @Cema-cu1nk Рік тому +2

    🙌🙏

  • @sracsirac292
    @sracsirac292 Рік тому +3

    tesekkur edirik maraqi meslehetlere gore

  • @ehedhasilov438
    @ehedhasilov438 Рік тому

    Beyendim

  • @savziyevteymur7791
    @savziyevteymur7791 Рік тому +1

    🥰🥰🥰

  • @gulnarbabayeva8055
    @gulnarbabayeva8055 Рік тому +3

    Çox səlis təmiz danışıq qabiliyəti var.

  • @bozqurd6931
    @bozqurd6931 Рік тому +14

    MILLIYETIMIZ ASERBAYCAN TÜRKÜ,
    DILIMIZ ASERBAYCAN TÜRKÇESİ
    🇹🇷🕋🕋🇹🇷🇦🇿🕋🕋🇦🇿🐺🕋🕋🐺🤘🕋🕋🤘🇹🇷🕋🕋🇹🇷🇦🇿🕋🕋🇦🇿🐺🕋🕋🐺🤘

  • @sahilmustafayev.5269
    @sahilmustafayev.5269 Рік тому

    TESEKKUR EDIREM BACIM ELE GOZEL DANISIRSAN.. MASALLAH OLSUN TELEFFUZUN COX GOZELDIR🧿🧿🧿🧿👍👍👍👍👍❤️❤️❤️

  • @ilhamagayev7434
    @ilhamagayev7434 Рік тому +4

    Maraqlidi dunyada encox siqaret ceken yaponlardir en cox yawayanda yaponlardir nedir bunun sirri yoxsa onlarin siqaretleri ziyansizdir

  • @zulfiyyekerimova4332
    @zulfiyyekerimova4332 Рік тому +3

    deyin ki yaponlar itde yeyir ana berninden cixan körpeleri delekates kimi yeyirler xahis edirik öz tebbi usullarimuzdan yazin

  • @taranakurbanova3015
    @taranakurbanova3015 Рік тому +1

    Mədə , bağırsaq traktatı yox traktı ...

  • @Denizgulu-fc7pp
    @Denizgulu-fc7pp Рік тому +2

    SALAM. ABUNƏ OLDUM VƏ BƏYƏNDİM BU KANALI. AGZINIZA SAGLIG. TƏŞƏKKÜR EDİRƏM BU BİLİKLƏRİ PAYLAŞIRSINIZ

  • @eganedashdamirova9880
    @eganedashdamirova9880 Рік тому +2

    Mene ele gelir abune olmaq mecburiyyetinde deyilik,sadece baxiriq

    • @elmarmemmedov4097
      @elmarmemmedov4097 Рік тому

      Abune olanda nolur ki bes bawa duwmedim onda day tez melumat catir

  • @gulnarbabayeva8055
    @gulnarbabayeva8055 Рік тому

    Mənə elə gəlirki məgni oxuyan Təranə xanımdı

  • @ОдинокаяЛуна-т7ъ

    İndi budəqə butun ölkələr protiv bribrinə hami məsullarina ximya dermanlat qatir satir
    Nə dərmsn nədə yeyinti natiral yada bez ximya deyileee
    Allah bizleri hərkısi qorusun

    • @fud1860
      @fud1860 Рік тому +1

      Здравствуйте

    • @bulbulaliyev5292
      @bulbulaliyev5292 Рік тому

      AYKA, S'EN NE MILLETISEN?

    • @fud1860
      @fud1860 Рік тому

      @@bulbulaliyev5292 axwaminiz xeyir xanim Necesiz

    • @fud1860
      @fud1860 Рік тому

      Bakliyam eslen

    • @ОдинокаяЛуна-т7ъ
      @ОдинокаяЛуна-т7ъ Рік тому

      @@bulbulaliyev5292 adim dan belli deyilsə onda ay barasi musalman !!!!!!!!!
      Azərbaycan demey yanindaki ulduzda butun musalman ölkəsi demey☪️

  • @Reyyan305
    @Reyyan305 Рік тому

    Bəs yaponlar hər axşam nəyi edirlər.bunları bilirdik

  • @intizaryusifova5029
    @intizaryusifova5029 Рік тому +4

    Ayaqlardan danışmadınız

    • @telleragayeva7719
      @telleragayeva7719 Рік тому +1

      Su vannası deyəndə ayaqların zəncəfilli suya qoyulmasından danışır.Yəqin diqqətli olmamısız

  • @peymanabdullayev9375
    @peymanabdullayev9375 Рік тому

    7,8 gun zencefirde qalmagiyla sagalmir adam. 7,8 gune nenemde sagalir ozu ozune

  • @zenfiragulueva6855
    @zenfiragulueva6855 Рік тому

    Gizli 😅

  • @xeqaniallahverdiyev8386
    @xeqaniallahverdiyev8386 Рік тому

    Yaxşı məsləhət vrrdiniz ancaq yaponlar ayaqlarına nə edirlər demədiniz bu nəücün belə yazılıb başa düşmək olmur.

  • @СевильКеримова-ю9л

    Не едек?

  • @reyhanselimova4864
    @reyhanselimova4864 Рік тому

    Kristal qaya duzu ziyanlı deyil. Duzsuz həyat ziyanlıdır 0duz olmaz

  • @nizamifatullazade6879
    @nizamifatullazade6879 Рік тому

    hидроген пересдик əлавə етмек дейин горек о не олан шейдир

  • @xatiresadiqova3859
    @xatiresadiqova3859 Рік тому +1

    Cox uzadirsiniz.

  • @nazminabaku5810
    @nazminabaku5810 Рік тому

    BİLİRSİZ BULARA RİAYET ELEMEK LAZİMDİ AMA OZUNE BAXANDA VAXTİ CATANDA OLUR BAYİRDA YASİYANDA ECELİ CATANDA OLUR NECE OLUR BU BELE CİXİR Kİ NE ECE YASASANDA HER İNSANİN BİR OLUM VAXTİ VAR İSTER OZUNE BAX İSTER BAXMA MEN BUNUN SAHİDİ OLMUSAM

  • @azrquliyev8832
    @azrquliyev8832 Рік тому

    Səbrim çatmadı gulag asmağa,konkret bir şey demirsen

  • @sultanmusayev5212
    @sultanmusayev5212 Рік тому

    🕋🇦🇿🕋

  • @xezerbagirov3211
    @xezerbagirov3211 Рік тому

    Çan

  • @eleddineyvazov2968
    @eleddineyvazov2968 Рік тому +1

    Söhbət bezdirici oldu

  • @windowwindow2003
    @windowwindow2003 Рік тому

    1 qasiq zencefil ve 1 suse perekis.

  • @Johansson-d2j
    @Johansson-d2j Рік тому

    Слово организм режет слух.

  • @elnurmmmdov6068
    @elnurmmmdov6068 Рік тому

    0seksz

  • @btsjk4138
    @btsjk4138 Рік тому +1

    Napim

  • @Johansson-d2j
    @Johansson-d2j Рік тому

    На азербайджанском языке нет слова - организм! Найдите перевод этого слово на азербайджанском языке. А то ваша речь звучит не грамотно и советы ваши не убедительно!...

  • @СолмазФейзуллаева

    Чох данышырсан

  • @nebiagayev2068
    @nebiagayev2068 Рік тому

    Ay biy savad camatın başın aldatma təmiz,qaya duzu insan həyatı üçün çox faydalıdı.get başını müalicə elətdir 😡

  • @mensurquliyev2391
    @mensurquliyev2391 Рік тому +2

    Cox sağ olun