Bu Şəxslərə MƏRCİ SUPU Yemək Olmaz!

Поділитися
Вставка
  • Опубліковано 22 лют 2022
  • #BirBax #Merci #Mərci
    "Bir Bax" kanalı Rüfət və Xəyalə Xəlilovlara məxsusdur. Əməkdaşlıq üçün aşağıdakı nömrə ilə əlaqə saxlaya bilərsiniz:
    (+994) 55-554-58-83
    Mərci şorbasını kim sevmir ki? İnsan orqanizminə faydalı qidalardan biri olan mərci sən demə çox istifadə zamanı zərər də verirmiş. Elədirsə, həftədə neçə dəfə mərci şorbası yeməliyik? Bu videomuzda biləcəksiniz.
    100 qr. mərcidə 100 qr. ətdə olan qədər protein var. Lakin ətlə müqayisə etdikdə mərci daha faydalıdır.Çünki tərkibində heyvan mənşəli yağlar yoxdur. Ona görə də mərci heyvan yağlarından qaçmaq üçün ən əlverişli qida növüdür.
    Mərci də yaşıl çay kimi anti-oksidantla zəngindir. Bu anti-oksidanların səviyyəsi mərcini isladıb bişirən zaman daha da çox olur. Tədqiqatların nəticəsi onu göstərir ki, anti-oksidanlar xolesterinlə mübarizə aparır. Mərci ürəyinizə də xidmət edir. Ürəyinizin sağlam olmasını istəyirsinizsə, mərci yeyin.
    Mərcinin tərkibində B vitamini ailəsinin hamısı var. Bu vitamini stress əleyhinədir, ona görə də əgər stressiniz çoxdursa, tez-tez əsəbiləşirsinizsə, bu dənli bitkidən çox istifadə edin.
    100qr. mərcidə 3 milliqr. dəmir var. Xüsusilə də qan azlığından əziyyət çəkən qadınlar üçün bu bitki çox faydalıdır. Lakin Mərcinin tərkibində olan dəmir bitki mənşəli olduğu üçün heyvan mənşəli olan dəmirdən daha az cəzb olunar. Ona görə də dəmirin cəzb olunması üçün C vitamin qəbul edin. Onu salatlarınızda, şorbalarda, plovlarda istifadə edə bilərsiniz.
    Mərci də başqa dənli bitkilər kimi mədədə gec həzm olunduğuna görə, insana uzun müddət toxluq hissi verir. Arıqlamaq istəyənlər üçün bu qida çox faydalıdır.
    Bəs Qırmızı və yaşıl mərci arasındakı fərq nədir? Hansın yeyək?
    Əsas fərqlər görünüşü və həzm dərəcəsidir. Məsələn qırmızı mərcidən püre və şorbalarda istifadə etmək daha yaxşıdır, yaşıl isə salat üçün daha uyğundur.
    Hansı daha faydalıdır
    Yaşıl mərci bağırsaq hərəkətliliyini yaxşılaşdırır, mədə-bağırsaq traktının işini sürətləndirir, eyni zamanda daha zəngin bir dadı var. Hepatit, revmatizm, mədə xorası, hipertansiyon, qadınların sağlamlıq problemləri üçün göstərilir.
    Qırmızı mərcidə isə digər növlərə nisbətən daha çox dəmir var. Bu qan damarlarının işinə kömək edir, həmçinin qan meydana gəlməsini yaxşılaşdırır.
    Lakin hər iki növ protein miqdarında, eləcə də insan sağlamlığı üçün lazım olan vitaminlər baxımından bir-birindən aşağı deyil. Buna görə seçimlərdən birini seçmək yalnız əks göstərişlərə, dad üstünlüklərinə və ya müəyyən bir çeşidin istifadə olunduğu xüsusi yeməyə əsaslanmalıdır.
    Lakin Videonun əvvəlində də dediyimiz ki, bu bitkidən çox istifadə etmək olmaz.
    Çünki bu dənli bitki suda həll olmadığı üçün, həzmi çətin olar. Bağırsaqlarınızı təhrik edə bilər. Podaqrası və sidik turşusu yüksək olanlar, sidikdə zülal yüksək olanlara mərci olmaz. Onun tərkibində olan purin bu xəstəlikləri daha da artırır.
    Ən ideal şorba olan mərci şorbasını isə həftədə 3 dəfədən artıq yemək məsləhət deyil.
  • Наука та технологія

КОМЕНТАРІ • 39

  • @zizseyidova8103
    @zizseyidova8103 2 роки тому +7

    Faydalı məlumata görə çox sağ olun 👍👍👍

  • @sevincismayilova9982
    @sevincismayilova9982 2 роки тому +1

    Tesekkurler

  • @user-ls3qo9bg2z
    @user-ls3qo9bg2z 2 роки тому +6

    Mərci gözə cox xeyidi mən horra kimi xoşlamiram mən bişirdiyim mərcini ət yeməyi ilə dəyişmərəm 1-2saat qirmizi mərcini isladiram sonra onu qaynamaqa qoyuram uşaqlarim soqan yemir deyə soqani bütöv atiram qaymayanda kartof xirda xirda doqrayiram kartofda bişəndən sonra duz pul bibər birdə yaqin əlavə edib söndürürəm vallahi yediycə yeməy istəyirsən

  • @lalememmedova6443
    @lalememmedova6443 2 роки тому +5

    Imamlardan hedislerde var cox xeyirlidi en cixda oruc vaxti

    • @mr.badraser4232
      @mr.badraser4232 2 роки тому

      Oruc vaxti merci cox ziyandi butun gunu ac qal gece mercimeyi yi yat mede agridan desilir

  • @soft__girls
    @soft__girls Рік тому

    Məlumatlara görəsağolun

  • @rashidaliyev2080
    @rashidaliyev2080 2 роки тому +1

    Cox maraqli melumat aldim menim nevemde podaqra var ancaq merci worbasini cox sevir cox sag olun

  • @elmirabayramova7321
    @elmirabayramova7321 2 місяці тому

    Salam böyrəkdə zülal olanda mərci yemək olar?

  • @samirdavudov145
    @samirdavudov145 2 роки тому

    Uuuuuuuuu

  • @elchinaliyev774
    @elchinaliyev774 2 роки тому +2

    Ən zəhləm getdiyi qırmızı mərci şorbasıdır.ac olsam belə yemirəm.Qara mərci üçün çox dadlı xoşum gəlir.

  • @khayalkarimli6400
    @khayalkarimli6400 2 роки тому +1

    Ilde ayda 1defe))

  • @bakubaku4118
    @bakubaku4118 2 роки тому +3

    Man har gun yeyiram çox xeyirlidi bunu gördim azaldaram

  • @ilkinabbasov4830
    @ilkinabbasov4830 Рік тому

    ildə bir dəfə yeyirik

  • @rasimbekirov6587
    @rasimbekirov6587 9 місяців тому

    Şəkər diyabetinə ziyanı var?

  • @izrailmemmedov7714
    @izrailmemmedov7714 Місяць тому

    Daha në yiyek

  • @kasbtbq.8596
    @kasbtbq.8596 2 роки тому +2

    Hemişe Bu Atam Yeyir

  • @bakubaku8576
    @bakubaku8576 2 роки тому

    Allah size komek olsun merci bahadir 3ilden bir merci yiyirem.

  • @sevincemirbeyova1243
    @sevincemirbeyova1243 2 роки тому +2

    Her sevmirəm mədəmi qıcqırdır

  • @konulqocayeva1812
    @konulqocayeva1812 2 роки тому +5

    Mərci yox, mərcimək.

  • @samir5145
    @samir5145 2 роки тому +1

    Men sevmirem🤤

    • @birbaxkanal
      @birbaxkanal  2 роки тому +1

      Mən də😁

    • @samir5145
      @samir5145 2 роки тому

      @@birbaxkanal😁😁 yenede melumat uçun teşekkür

  • @ilqarmlikov7807
    @ilqarmlikov7807 Рік тому

    Reklamı poxa qalsın.heçnəyə baxmaq olmureeeeeee,,ırt sox,ullar ortaya

    • @birbaxkanal
      @birbaxkanal  Рік тому

      Bizdən asılı deyil bu UA-cam özü yerləşdirir