Arvadı ona başqa qadınla evlənməyi təklif etdi - Acından ürəyi gedən Fəxrəddin Manafov

Поділитися
Вставка
  • Опубліковано 6 вер 2022
  • #1000production #trend #birivar
    Videoda Elçin Bayramov yutub kanalındakı videomaterillardan ( • Video ) istifadə edilmişdir.
    Videoda Yazıçı Anar yutub kanalındakı videomateriallardan ( • "Təhminə" (film, 1993) ) istifadə edilmişdir.
    Videoda Unikal.Az yutub kanalındakı videomateriallardan ( • Fəxrəddin Manafov Rüst... ) istifadə edilmişdir.
    Azərbaycan kinosunun Zaurundan danışırıq...
    Biri var, filmimizin yaşayan ən böyük aktyorlarından olan Xalq artisti Fəxrəddin Manafov...
    Manafov Fəxrəddin Manaf oğlu 2 avqust, 1955-ci ildə Xankəndidə çoxuşaqlı ailədə anadan olub. Bir müddət sonra isə ailə Bakıya köçüb. Uşaqlıqdan futbola böyük marağı olub. Çox yaxşı futbol oynayırmış. Hətta yaxın adamlar, ailə üzvləri onun gələcəkdə futbolçu olacağını düşünürmüşlər.
    16 yaşında Aktyorlar evində kinomexanik kimi işə düzələn Fəxrəddin bir müddət keçəndən sonra Almaniyaya hərbi xidmətə yola düşür.
    “İlk dəfə aktyor evinin foyesində səhnəyə çıxanda o dövrün böyük sənətkarları Mehdi Məmmədov, Şəmsi Bədəlbəylini orda gördüm. Onların hamısı bilirdi ki, mən orda işləyirəm. Ancaq birdən-birə Vaqifin quruluşunda hazırlanan “Ac həriflər” tamaşasında səhnəyə çıxdım. Orda bir neçə sözü olan rol ifa edirdim. Yadımda deyil, ya Mehdi müəllim, ya da Şəmsi müəllim dedi ki, Fəxrəddinə deyin, səhnədən çıxsın, tamaşa gedir. Onda ətrafdakılar onlara dedilər ki, o da tamaşada iştirak edir. Vaqif məni səhnəyə belə gətirdi”.
    Bir müddət sonra Fəxrəddin Manafov Vaqif İbrahimoğlunun yaratdığı Yuğ teatrında aktyor kimi fəaliyyət göstərməyə başlayır. Ona ən çox uğur gətirən teatrda hazırlanan “Şəhriyar” tamaşasında ifa etdiyi Məhəmmədhüseyn Şəhriyar rolu olur. O vaxt İran səfiri həmin tamaşaya baxandan sonra deyir:
    “Fəxrəddin eyni ilə Şəhriyarın cavanlığıdır”.
    Ancaq həmin illərdə aktyor xeyli çətinlik yaşayır, kasıb həyat sürür. 68 manat, 40 qəpik maaş alan aktyorun məvacibi ona bəs etmir. Hər gün anasının verdiyi bir manata özünə dörd peraşki alır, gününü həmin peraşkilərlə yola verir. Tədris teatrında işlədiyi günlərin birində isə o, səhnədə huşunu itirib yıxılır. Həkim onu yoxlayanda, məlum olur ki, aktyorun aclıqdan ürəyi gedib.
    1998-ci ildə Slovakiyada yaşayanda atasının ölüm xəbəri gəlir. Qardaşı ilə Azərbaycana gələn aktyor atasını dəfn edəndən sonra anası ilə söhbətləşir. Anası ona deyir ki, atanın ilini verəndən sonra mən də gedəcəm. Aktyorun atasının ölümündən bir il, bir ay keçir və anasının ölüm xəbəri gəlir...
    Fəxrəddin Manafov gənclik illərində Tədris teatrında işləyən vaxt Vahidə adlı xanımla tanış olur. Vahidə xanım da həmin teatrda aktrisa kimi fəaliyyət göstərir. Sonradan məşhur diktora çevrilən Vahidə xanımla Fəxrəddin Manafov ailə həyatı qururlar. Onların heç bir zaman övladı olmur. Vahidə xanım dəfələrlə aktyora başqa qadınla evlənməyi təklif etsə də, Xalq artisti xanımının bu istəyini qətiyyətlə rədd edir. Bir-birlərinə böyük məhəbbəti olan cütlüyün bu sevgisi illərlə davam edir. Fəxrəddin Manafov xanımı haqqında müsahibələrinin birində deyir:
    “Hər bir insanın bir neçə örtülü qapısı olur. Mənim bircə qapım var ki, o qapı Vahidəyə açılır. O qapını açıb nə istədiyimi deyə bilərəm. Təsəvvür et ki, qaranlıq bir guşədir, mən sadəcə başımı o guşəyə salıb bütün ağrımı, sevincimi, sirrimi, arzularımı həmin qaranlığa deyə bilirəm. Hərçənd ki, Vahidə onların hamısını bilir. Mən insani tərəfdən çox peşmanlıq çəkmişəm. Yəni elə şeylər vardı ki, eləməməliydim. Etmişəm, amma mövqeyim düz idi. Düzdür, Vahidə mənə deyir ki, sən düz etmisən, hətta insan kimi də, dost kimi də doğru etmisən. Amma mənim elədiyim bu günə kimi məni ağrıdır. Vahidə mənim sirli ensiklopediyam, kitabımdı. Onun haqqında həyatım, sevdiyim insan sözlərini demirəm. Bunu demək artıqdı. Çünki bunlar onsuz da belədi. O, çox böyük qadındı. Mənə çox böyük köməyi dəyib”.
    3 mart, 2021-ci ildə aktyorun həyat yoldaşı Vahidə Manafova uzun sürən xəstəlikdən sonra dünyasını dəyişir. Bu itki Xalq artisti üçün ağır olur. O, müsahibələrinin birində deyir:
    “Mənim ən yaxınım, böyük ağrı ilə deyirəm ki, dünyasını dəyişdi. Bu, həyat yoldaşım Vahidə xanım idi. Mən hər gün səhər gözümü açanda da, gecə yuxuda da, yatmazdan qabaq da bu ağrını yaşayıram. Fikirləşirəm ki, artıq qəribə bir ömür başlayıb həyatımda... Mən hətta ən yaxınlarıma, anama və atama belə demədiklərimi Vahidəyə deyirdim. Amma artıq bu gün bunları deyə biləcək kimsəm yoxdur”.
    Fəxrəddin Manafov 1987-ci ildə Azərbaycan SSR-nin əməkdar artisti, 2000-ci ildə isə Azərbaycanın xalq artisti fəxri adlarına layiq görülüb. 2006-cı ildən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsüdür.
    Qocaman aktyora can sağlığı və yeni möhtəşəm obrazlar arzu edirik.

КОМЕНТАРІ • 159

  • @fexreddinbayramov751
    @fexreddinbayramov751 Рік тому +57

    Allah ömür vərsün xalqın Fəxrəddininə...

  • @madinarustamova1847
    @madinarustamova1847 Рік тому +27

    Fəxrəddin Manafov, ğozəl insan, möhtəşəm aktyor! Allah sağlam uzun ömur versin!

  • @nailqurbanova4462
    @nailqurbanova4462 Рік тому +31

    Dəyərli sənətkarımız Allah size can sağlığı versin.

  • @selenam6560
    @selenam6560 Рік тому +18

    Fuad Poladov,Fexreddin Manafov,:Insan ve dahi.

  • @Aya-hx6rz
    @Aya-hx6rz Рік тому +11

    Ölsəm Bağışla o mənə çox təsir etdi

  • @subhanesedli2976
    @subhanesedli2976 Рік тому +7

    Çox sevdiyim aktyor Fexreddin Manafov.Allah size sağlam ömür versin.

  • @zibeydaalakbarova1557
    @zibeydaalakbarova1557 Рік тому +47

    Sevdiyim aktyorlardan biri.Allah uzun ömür can sağlığı arzulayıram.

  • @iradealieva6776
    @iradealieva6776 Рік тому +21

    “Gecə qatarında qətl “filmindəki rolu olduqca Təsirlidir.Fəxrəddin müəllim,biz sizi çox Sevirik!!!!

  • @ilkinmustafa4796
    @ilkinmustafa4796 Рік тому +33

    Fəxrəddin müəllim böyük insandır. Can sağlığı arzu edirəm

  • @xalaxala8465
    @xalaxala8465 Рік тому +23

    Allah ömür versin dəyərli sənətkarimiza

  • @user-ll4zh9ei5w
    @user-ll4zh9ei5w Рік тому +21

    Uzun ömür can sağlığı diləyirəm

  • @user-ky9pi1yx7e
    @user-ky9pi1yx7e Рік тому +14

    Cox sevirem bu aktyoru.esasda sesini

  • @heqiqethuseynova9055
    @heqiqethuseynova9055 Рік тому +7

    XALQ ARTİSTİ FƏXRƏDDİN MANAFOVA CAN SAQLİQİ UZUN ÖMUR ARZULAYİRAM ALLAHDAN!! AMİN ....❤

  • @faridragimov8992
    @faridragimov8992 Рік тому +18

    Мой самый любимый актер,и как человек мужик ,уважаю !!!

  • @AZELİS-r3y
    @AZELİS-r3y Рік тому +18

    Aktyoru ve en çoxda ses tonunu çox sevdiyim Aktyor.Heyat Yoldaşi haqqda sòylediyi misilsiz sòzleri,verdiyi deyeri,sevgi ve hòrmeti ģòzùmde bire min ucaltdi.heç bele bilmezdim.Uzun saglam òmùr,senetiyle xalqimizi sevindirsin IN ŞA ALLAH

  • @saiqhesenov2455
    @saiqhesenov2455 Рік тому +25

    Allah Fəxrəddin Manafovu qorusun o Azərbaycan respublikasının korifey aktyorlarından biridir. Allah ona uzun ömür can sağlığı versin amin.

    • @user-dg2ki9gs8f
      @user-dg2ki9gs8f 6 місяців тому

      Очень талантливый и симпатичный актер !Долгих лет жизни Вам 🙏🙏🙏 👍👍👍

  • @NazliKayagill
    @NazliKayagill Рік тому +19

    Allah Fəxrəddin Müəllimə Can Sağlığı Versin 🤲

  • @konulkonul338
    @konulkonul338 Рік тому +14

    Allah can sagligi ,uzun omur versin deyerli senetkarimiza

  • @tebrizmusayev5837
    @tebrizmusayev5837 Рік тому +14

    Gözəl insan gözəl şəxsiyyət gözəl senetkar Allah sənə can sağlığı versin

  • @xzamanova589
    @xzamanova589 Рік тому +7

    Canlı əfsanə!!

  • @doktorbsir4072
    @doktorbsir4072 Рік тому +12

    Onu cox sevirəm Allah onu qorusun 🤲🤲🇦🇿

  • @nerminmemmedzade6719
    @nerminmemmedzade6719 Рік тому +13

    Uşaqliqdan bu aktyoru cox sevirik.Fexreddin Manafov yarasiqli ve gözel aktyordur.Ona can saqliqi uzun ömür arzulayiriq.Size de bu verilişi hazirlamaqda cox tessekkür edirik.Naxcivandan salamlar.

  • @samira2377
    @samira2377 Рік тому +6

    Uzun ömürler can sağlığı versin

  • @feliks.9458
    @feliks.9458 Рік тому +15

    Allah ömür versin Fəxrəddin Manafova. 1980 ci illərin sonlarında Rusiyanın Kaluqa şəhərində hərbi xidmətdə olan vaxtlarımda kinotetrların foyesini bəzəyən Sovet kino ulduzlarının portretlərinin sırasında Fəxrəddin Manafovun portreti olması mənə bir Azərbaycanlı olaraq qürur verirdi. Allah uzun ömür versin.

  • @aprelmmmdov4246
    @aprelmmmdov4246 Рік тому +16

    Allah ğörkəmli aktyorumuza uzun ömür, can sağlığı versin!

  • @xaliqhuseynov3374
    @xaliqhuseynov3374 Рік тому +8

    Gozel aktyorumuz Faxreddin Manafov xalq artisti azerbaycanln xalqlnln sevimli aktyoru size uzin ve menall òmur arzu edirem 100 yasayln

  • @muradmammadzade4525
    @muradmammadzade4525 Рік тому +12

    Ən çox sevdiyim,hörmət etdiyim aktyordur.Çox gözəl məftun edici səsi var.Təbii oynayır rolları.Bütün filmlərini əzbər bilirəm.Həyatda necə saf sevgisi olubsa,filmlərdə də elə saf sevgiylə oynayır.Allah uzun ömür can sağlığı versin!

  • @shahlababayeva6867
    @shahlababayeva6867 Рік тому +5

    Fexreddin beye uzun ömürler arzulayiram. Bundan sonraki hayatında mutluluklar dilerem .Almanyadan selamlar.

  • @YaYa-nb4fc
    @YaYa-nb4fc Рік тому +15

    Əsl KİŞİ!! ÇOX HORMƏT ETDİYİM AKTYORLARDANDIR 👍

  • @tuanababayeva9345
    @tuanababayeva9345 Рік тому +6

    Mənim həyatda ən coxx sevdiyim insan gözəl Aktyor Fəxrəddin Manafov

  • @nurcahan6353
    @nurcahan6353 Рік тому +5

    Allah sağlam və uzun ömür versin Amin

  • @zakirhsnov7842
    @zakirhsnov7842 Рік тому +17

    Bu aktyor rollarını bənzərsiz oynayır.Ciddi və qaraqabaq olması İlə Fəxrəddin Manafov mərhum Həsən Məmmədovu xatırladır.Sevimli aktyorumuza Allah sağlıqlı ömür versin.

  • @samayamustafaeva7564
    @samayamustafaeva7564 Рік тому +8

    En cox sevdiyim aktyorlardan biri olan Fexreddin Manafov Allah sene saqlam cansaqliqile bereketli Omur versin gozel insan ve gozel de aktyorumuz Allah sizi qorusun Amin

  • @vaqifhesenov7269
    @vaqifhesenov7269 Рік тому +19

    Sizə sağlam uzun ömür arzulayıram.

  • @zenfiragulueva6855
    @zenfiragulueva6855 Рік тому +4

    Спасибо❤

  • @Joker-er3fk
    @Joker-er3fk Рік тому +4

    Boyük sənətkata allah can saglıgı versin səsi cox gözəldir

  • @efqanhummetov2574
    @efqanhummetov2574 Рік тому +4

    Allah can sağlığı versin ustada

  • @abdullaisgenderov7718
    @abdullaisgenderov7718 Рік тому +15

    O cooooooox böyük sənətkardır 91 çi ildən sonra çəkilən filmlərdəkilər sənətkar yox adi sktyordurlar bəziləri isə təlxəkdirlər

  • @fatimhuseynova6717
    @fatimhuseynova6717 Рік тому +4

    Allah ömür versin gözəl insan,Fəxrəddin Manafov 💙

  • @sevdahaciyeva1476
    @sevdahaciyeva1476 Рік тому +9

    ALLAH uzun ömür və möhkəm can sağlığı versin İNŞALLAH AMİN

  • @valentinanik8573
    @valentinanik8573 Рік тому +5

    Мой любимый актёр.❤

  • @nehhuseynov2252
    @nehhuseynov2252 Рік тому +11

    MƏNİMDƏ ƏN ÇOX SEVDİYİM SƏNƏTÇİDİR ALLAH ÖMUR VERSİN

  • @boyukferide8994
    @boyukferide8994 Рік тому +4

    Allah canınızı sağ eləsin Fəxrəddin müəllim
    Vahidə xanıma da Allah rəhmət eləsin
    Siz çox gözəl bir cütlük idiniz
    Türkiyədə sizin Vahidə xanıma etdiyiniz zarafatı mən doğru hesab etmişdim və elə bilmişdim ki, o sizin ikinci xanımınızdır və rusdur.
    Çox pis olmuşdum və ağlamışdım.
    Allah canınızı sağ eləsin Amin
    100 il sonra sizi Cənnətdə qovuşdursun İnşallah

  • @user-bk7uz9vk9m
    @user-bk7uz9vk9m Рік тому +5

    Fəxrəddin Manafov sizi çox çox çox sevirəm😍

  • @nerimaneliyev7637
    @nerimaneliyev7637 Рік тому +6

    Kaş ki, sənətkarın istedadını daha çox dəyərləndirsinlər. Daha çox filmlər çəkilsin. Nə qədər ki zaman var. Bir gün heyf ki deməyək...Allah qorusun Fəxrəddin bəyi

  • @dggdghf1578
    @dggdghf1578 Рік тому +6

    Sevimli aktyorumuza uzun ömür,çan saqlıqı qismət olsun

  • @samilrzayev1231
    @samilrzayev1231 Рік тому +8

    Keçmiş Sovet məkanında bütün kino teatrlarda şəkli var idi.O zaman mən fəxrlə deyirdim.Baxın bu aktyor mənim həmyerlimdir.Ona can sağlığı arzulayıram

  • @user-fc6ek6gi8e
    @user-fc6ek6gi8e Рік тому +5

    Gecə qatarında qətl filmini qeyd etmədiz, ama çox qəşəng filmdir oda👍👍

  • @ibrahimabdullaev7013
    @ibrahimabdullaev7013 Рік тому +12

    Sayılıb seçilən AKTYORUMUZ. Allah Sizi var etsin!!! 💐

  • @rsadbagrzad9854
    @rsadbagrzad9854 Рік тому +2

    Dahi aktyor ve senetkar.

  • @minamemmedova4937
    @minamemmedova4937 Рік тому +4

    Cox istedadli senetkarimiz Fexreddin beye yaradiciliq ugurlari arzu edirem.

  • @minireeyyubova2343
    @minireeyyubova2343 Рік тому +4

    Çox sevdiyim, hörmet etdiyim senetkardı.

  • @sohretmohsumzade4601
    @sohretmohsumzade4601 Рік тому +15

    Çox bəyəndiyim aktyordur Allah can sağlığı uzun ömür versin

    • @user-of4fv5zd1s
      @user-of4fv5zd1s Рік тому

      Cox təsüflər qocalıqda yetim qalıb. Yenədə böyük sənatkarımıza can sağlığı, yeni yeni filimlərdə çəkilməyi arzulayırıq. Rolarda onun evladı olsun amin❤❤

    • @bakcellofical4134
      @bakcellofical4134 Рік тому

      Deyerli aktyorumuz Allah size can sagligi versin sizin polunuzla beraber see temprinizde gòzeldir

  • @user-mr3rl6jb4d
    @user-mr3rl6jb4d Рік тому +3

    En cox sevdiyim aktyordu oynadigi rollari canli oynyir bele insanlar cox azdirsizi cox sevirik Fexreddin muellim

  • @YaYa-nb4fc
    @YaYa-nb4fc Рік тому +3

    Pna can sağlığı və bol rollar arzulayıram 🙏🙏

  • @saiqhesenov2455
    @saiqhesenov2455 Рік тому +7

    Biz Fəxrəddin Manafovu cavan yaraşıqlı Zaur kimi tanıyırıq və qəlbimizdə onu elə yaşadırıq. Xahiş edirəm ona qocaman deməyin o həmişə cavandır və Təhminənin cavan yaraşıqlı Zaurudur. Allah Fəhrəddin Manafov sizi qorusun amin. Mən həmişə Təhminə və Zaur filminə baxdıqca ağlayıram Fəhrəddin Manafov o Zaur rolunu elə canlı oynayibki Təhminə rolunda türk aktrisasıda elə oynayıb.

  • @vefahuseynova8373
    @vefahuseynova8373 Рік тому +5

    Çox sevdiyim aktyor 🙏💜

  • @narqizmextiyeva1216
    @narqizmextiyeva1216 Рік тому +8

    Fexreddin beye Allahdan can sagligi arzulayiram Cox sevilen aktyorumuz nece cetin heyat kecirib Tamawacilarin sevimlisi size sagliqli omur arzilayiram

  • @elzaelekberova347
    @elzaelekberova347 Рік тому +7

    Dəyərli sənətkarımız allah salıqlı ömür versin sizə

  • @sevincxlilova9975
    @sevincxlilova9975 Рік тому +3

    Çox istedadlı aktyordu.Allah sağlam ömür versin.

  • @skola12223
    @skola12223 Рік тому +9

    Allah can saligi versin. Sevdiyim aktyor

  • @user-qm3hj8hk2r
    @user-qm3hj8hk2r Рік тому +3

    Ан. Чох севдийим актйурдур. Аллах чан. Саглыгы версин. Сиза фахраддин. Муаллим

  • @dolar00776
    @dolar00776 Рік тому +2

    Cox sevirem sizi Faxreddin muellim.sizi ekranda gorende ele biliremki dogma bir adamimi gorurem .men sizin butun filmlerinizi izdemiwem.bu menim fikrimdi,Azerbaycanda sizin kimi tebii,savadli aktyor men gormurem.Allah size can sagligi versin senetkar.yawayin,yaradin inwallah.Allah Vahide xanimada rehmet elesin....

  • @az-armykoreasaati4025
    @az-armykoreasaati4025 11 місяців тому +2

    Dəyərli sənətkar sevimli insan . Xoşbəxtik ki əvəzsiz səsə talanta sahib bir aktorumuz var. Səni çox sevirik. Allah uzun ömür can sağlığı versin. Amin

  • @elnarahasanova2056
    @elnarahasanova2056 Рік тому +10

    Fəxrəddin Manafova qocaman sözü yaraşmır..o əbədi "Zaur" obrazı yaşındai cavan qalacaq

  • @user-ok7pu5bt8t
    @user-ok7pu5bt8t Рік тому +2

    Фахраддин.муаллима.узун.омур.джан.саглыгы.онун.сас.тембири.аваз.олунмаздыр.чох.гозал.сас.тембири.вар.Саг.олсун.бу.джур.ел.огуллары.

  • @zeynebmemmedova1676
    @zeynebmemmedova1676 Рік тому +3

    mende cox cox sevirem Zaur rolunu .Allah can sagligi versin

  • @natiqaqafarova7264
    @natiqaqafarova7264 Рік тому +2

    Фахраддин эта легенда

  • @cerkezovaferide7243
    @cerkezovaferide7243 Рік тому +3

    Böyük aənətkar allah sənə uzun ömür versin🤲🤲🤲🤲😘😘🥰🥰

  • @samialiyev1713
    @samialiyev1713 Рік тому +2

    En sevdiyim aktyor Rasim Balayevden sonra Fexreddin Manafovdur. ALLAH can sagligi versin

  • @kemalemusayeva7379
    @kemalemusayeva7379 Рік тому +8

    aktyora qocaman demeyin Fəxrəddin Manafov cavan senetkardı söz yaraşmır ona😒😐

  • @rsadsdov2396
    @rsadsdov2396 Рік тому +2

    əsl kişi adam və kişi aktyor.dəyərli insan.

  • @Fake_TrooL
    @Fake_TrooL Рік тому +4

    Coxxx seviram unu ilk dəfa özbək filmnda görmusəm yadimdə deyil necənci sinfda oxuyurdum filmin adi Prassay zelen leta🥰🥰

  • @metanetqasimova3057
    @metanetqasimova3057 Рік тому +4

    Heyif bu aktyorları çəkən yoxdu

  • @ramingasanov1521
    @ramingasanov1521 Рік тому +4

    SOVET AZƏRBAYCANIN DENDİSİ,FƏXRƏDDİN MANAFOV 😎

  • @aybenizzeynalova6348
    @aybenizzeynalova6348 Рік тому +10

    O gun olsun Xankendini alag Fexretdin bey doguldugu sehere getsin

  • @sevgulyagubova7868
    @sevgulyagubova7868 Рік тому +2

    Allah qorusun🧿🧿🧿

  • @birliyantquluyeva4913
    @birliyantquluyeva4913 Рік тому +2

    Salam Sərdar bəy.Çoox sağ olun ki, bizə görkəmli ,məşhur sənətkarların həyatı haqqında məlumatlar verirsiniz.Doğrudanda Fəxrəddin Manafovun adı dahi aktyorlar sırasındadır.O həmişə "Cavan "aktyordur .Ona qocaman sözü yaraşmır .Allah ona uzun ömr ,can sağlığı versin .Mən onun rəhmətlik həyat yoldaşının TV - də danışığını eşıtdim ki,Fəxrəddin "Zaur və Təhminə " filmindən sonra Türk aktrisası Maral Konratın dalınca Türkiyəyə gedib 5 ildən sonra Azərbaycana qayıdıb öz səhvini başa düşüb .Səhfsiz insan olmaz. İş ondadır ki,sonda öz həyat yoldaşı rəhmətlik Vahidə xanıma dəyər verib Ölənlə heç kim ölmür.Allah Fəxrəddin müəllimi qorusun ,işləri avand olsun .Amin !Amin !

    • @sefevi.6219
      @sefevi.6219 Рік тому

      Yəni Maral Konratın toruna düşübmüş. Özü də 5 il. Sonra rəhmətlik Vahidə xanım onu bagışlayıb, eləmi? 😔

  • @gulyazeynalova4500
    @gulyazeynalova4500 Рік тому +3

    Gozel akterdi

  • @az-armykoreasaati4025
    @az-armykoreasaati4025 11 місяців тому

    Hər bir rolu möhtəşəmdi. Bir insan kimi də böyükdür. Onun haqqında ancaq xoş sözlər demək olar. Böyük dəsənətkardı. Allah qorusun ❤

  • @siyasetcabbarova5799
    @siyasetcabbarova5799 Рік тому +52

    XAHİŞ EDİRƏM FAXRƏDDİN MANAFOVA QOCAMAN DEMƏ,O HƏMİŞƏ CAVANDIR

    • @user-vc3mx8mz8b
      @user-vc3mx8mz8b Рік тому +1

      Gocaman yox bir.. 89 ya 99 yashi var ki, gocaman yazirsiniz.
      Yazanda bir bashinizla fikirleshin...

    • @silaartet6759
      @silaartet6759 Рік тому +2

      Düzdür

    • @taranahasanova6407
      @taranahasanova6407 Рік тому

      Bəli, doğru deyirsiniz.

    • @elmael2906
      @elmael2906 8 місяців тому

      30 йашлылара гере, 60 йашлылар гочаиан олур.О яшда хаиы эле дюшюнюр.

  • @Ictimailideraz-in9gg
    @Ictimailideraz-in9gg Рік тому +2

    Bu da sözdü?Fəxrəddin Manafov çox gözəl aktyordu.

  • @qarabagazrbaycandr8635
    @qarabagazrbaycandr8635 Рік тому +4

    Fəxrəddin müəllim qocalmır ki Maşallah Bir yerdən oxumuşdum onun iş adamı qardaşı itkin düşüb İtkin əzizi olmaq pis şeydi bilenler bilir təəsüf ki mən də o bilənlərdənəm Fəxrəddin Manafova uzun ömür cansağlığı diləyirəm

  • @Azerbaijan...
    @Azerbaijan... Рік тому +2

    Allah can sağlığı versin!

  • @user-fc1jh9yk9u
    @user-fc1jh9yk9u Рік тому +2

    Azərbaycanın Vandamıdı lakin yaxşı qiymət verə bilmədik təəssüf!!

  • @minmmmdova4456
    @minmmmdova4456 11 місяців тому +1

    Gozel inaan cox seviram Fexraddin bàyi Allah ona can sagllgl versin

  • @NargizShabanova
    @NargizShabanova 7 місяців тому

    Allah can sagligi versin sevimli senetkarimiza.Indide bu fragmentlere maragla baxirig.Allah uzun omr versin AMIN ALLAH 🤲🤲🤲🎉❤❤❤❤

  • @cigdemenes4691
    @cigdemenes4691 Рік тому +2

    Tekce yaratdığı obrazlarda deyil, heyatda da esl KİŞİ olan FƏXRƏDDİN MANAFOV! Fexr edirik!

  • @samayamustafaeva7564
    @samayamustafaeva7564 6 місяців тому

    Allah saqlam cansaqliqi versin Size hormetli gozel ve evezolunmaz senetkarimiz Fexreddin Manafov , Sizi coox isteyirik hemewe saqlam canla yawayib, gozel obrazlarin muellifi olasiniz Aminnnn Allah 👍👍❤❤👍👍🙌🙌💟💟👏👏👏

  • @user-qm3hj8hk2r
    @user-qm3hj8hk2r 7 місяців тому

    Аллах. Чан саглыгы. Версин сиза. Фахраддин. Муалим. Сизи. Чох. Истайирам❤❤❤

  • @OMEGA078
    @OMEGA078 11 місяців тому +1

    Cox yasa gozel aktiyor!!

  • @fakhriyarahil4817
    @fakhriyarahil4817 Рік тому +2

    Fəxrəddin Manafovun 1Ölsem bağışla filmi bəsdi, onun necə dahi aktyor olduğuna bəs edir

  • @sevincagayeva8207
    @sevincagayeva8207 Рік тому +7

    ...daha bir heyat hekayesini bizler ucun erseye getirdiyinize gore tewekkurler.Tek bir irad qocaman aktyor yox,gorkemli aktyor deseydiniz kaw..

  • @bxbdshhxxhdj3768
    @bxbdshhxxhdj3768 Рік тому +2

    En hormet elediyim aktyor sonra kimler gelir?

  • @Aya-hx6rz
    @Aya-hx6rz Рік тому +2

    Mən də çox istiyrəm o çox yaxşı şəxsiyyət di

  • @rozanuriyeva2509
    @rozanuriyeva2509 Рік тому +1

    MƏN SÖZ TAPMIRAM KI HACI ŞAHIN HAKKINDE YAZIM...ANCAG ANLAYIRAM BU ADAM AZƏRBAYCANA SU KIMI HAVA KIMI GƏRƏKLI ADAM EYDI..... ONSUZ GALDIG YETIM GALDIG..ALLAH RƏHMƏT ELƏSİN!!!!

  • @rasimmanafov6665
    @rasimmanafov6665 8 місяців тому

    АЛЛАХ узун омур верин бизде МАНАФОВЛАРДАНЫХ О бизим ФАХРИМИЗДИР

  • @taranahasanova6407
    @taranahasanova6407 Рік тому +2

    Yazılan şərhlərdən də görünür ki, həqiqətən də tamaşaçı rəğbətini qazanmış aktyordur. Allah ömür versin, yeni - yeni obrazlar yaratmaqla davam etsin.

  • @almazesgerova8161
    @almazesgerova8161 Рік тому +2

    Fəxrəddin. Müəllim. Hegigetende. Hər. Cəhətcə çox. Üstündür. Alicənab. Mədəni. Əsil. Kişi. Xusiyyetleri. Olan. Çox. Xarizmatik. Çox. Istedadlı. Əsil. Sənətkardır. Rollarlnda. Əsil. Rol. Yaradan. Heç. Suniliyi. Olmayan. Çox. Üstün. Olan. Sənətkardır. Allah. Ona. Uzun. Ömür. Can. Sagllgl. Versin. Nə. Həyatda. Nə. Rollarlnda. Sünilik. Olmayan. Əsil. Insan. Böyük. Sənətkar.

  • @nebidehuseynova2375
    @nebidehuseynova2375 Рік тому +1

    en cox sevdiyim aktyor mene gore onun rollarini ozunden basqa hec kim ele oynaya bilmez