Aktrisalığı atıb masajistliyə başladı, Həyat yoldaşından boşandı, Azərbaycan çempionu oldu
Вставка
- Опубліковано 9 лют 2025
- Natəvan Məmmədova 7 mart 1966-cı ildə Bakıda anadan olub. Moda Evinin işçisi olan anası Flora Məmmədova tanınmış dərzi-dizayner kimi fəaliyyət göstərib. Natəvan xanımın qonşusu Arzu Ələsgərova aktrisa haqqında öz xatirələrində yazıb: “Yadımdadır, köhnə evimizdə biz kommunal şəraitdə yaşayırdıq. Mətbəx, ayaqyolu ümumi idi. Natəvan, anası Flora xanım və böyük bacısı bizimlə qonşu idi. Flora xanım tatar qızı idi, dərziliklə məşğul idi. Biz geniş birotaqlıda, onlar isə balaca ikiotaqlıda yaşayırdılar. Nata 15 saylı məktəbin şagirdi idi. O, heyvanları çox sevirdi. Mənzildə bir çox heyvan növündən saxlayırdılar. Sakit, mehriban qonşu olmuşdular bizə. Bizim otaqda divar qaz sobası var idi. Sobanın arxa tərəfi onların yataq otaqlarına düşürdü. Qışda sobanı yandıranda onların da evi isinirdi”.
Natəvan xanımın kinodakı ilk işi 17 yaşında olub. O, 1983-cü ildə rejissor Rasim Ocaqovun çəkdiyi “Park” filmində əsas rollardan birini ifa edib.
Aktrisanın sözlərinə görə, gənc yaşlarında anası Flora xanımın çalışdığı Bakı Moda Evində model kimi tikilən paltarları nümayiş etdirirmiş. Günlərin birində rejissor Rasim Ocaqovun assistenti onun şəkillərini jurnalda görüb. O ərəfədə də Ocaqov “Park” filminə çəkmək üçün gənc qız axtarırmış və rejissor öz assistentinin köməyi ilə Natəvanı çəkilişlərə dəvət edib. Aktrisa həmin günləri xatırlayarkən deyib: “Əslində, mən çəkilmək istəmirdim, çünki məqsədim ali məktəbə daxil olmaq idi. Bəlkə də bəzilərinə qəribə görünə bilər, çoxları, xüsusən də o yaşda olan insanlar filmlərdə rol almağı xəyal edir, amma həqiqətən mənim üçün maraqsız idi, aktrisa olmaq, ümumiyyətlə, planlarıma daxil belə deyildi. O zaman mən sevdiyim oğlanla qərara almışdıq ki, hər ikimiz ali məktəbə daxil olandan sonra evlənək. O da mənim kinoya çəkilməyimin qəti əleyhinə idi. Bilmirəm, rejissor assistenti sevdiyim oğlana nə dedi, nə demədi və o da başladı məni dilə tutmağa ki, təklif olunan roldan imtina etməyim. Sonra da məni “Azərbaycanfilm” kinostudiyasına - rejissor Rasim Ocaqovun yanına apardılar. Biz onunla xeyli söhbət etdik. Rasim müəllim çox mədəni insan idi və eyni zamanda öz işinin ustasıydı. O, söhbətimizin gedişində məni filmə çəkilməyə razı sala bildi... “Park” filminə çəkiləndən sonra digər rejissorlardan da dəvət almağa başladım”.
“Park”a çəkiləndən bir il sonra Natəvan Məmmədovanı “Tənha narın nağılı” filminə dəvət ediblər. Aktrisa isə "yox, bir filmə çəkildim bəsdir! Oxumaq, ali təhsil almaq istəyirəm!" - deyib. Amma yekunda yenə çəkilməyə razılaşıb. Bu filmdən sonra rejissorların diqqətini çəkib və ard-arda təkliflər gəlməyə başlayıb. O, “Tənha narın nağılı”nda Surət, “Bəyin oğurlanması”nda Yasəmən və “On yeddi yaşlı oğlan” filmində Məleykə obrazlarını yaradıb. Onu tamaşaçılara daha cox tanıdan obraz isə “Bəyin oğurlanması” filmindəki Yasəmən obrazı olub. Sənətçi filmdə baş verən maraqlı əhvalatlar barədə deyib; "Çəkilişlər Şamaxı rayonunda üzüm yığımı mövsümündə aparılırdı. Bizə demisdjlər ki, qaldığımız oteldən çıxmayaq, əks halda, “oblava”ya düşüb üzüm yığımına aparıla bilərik. Arif Quliyev bu məsləhətə qulaq asmayıb gəzməyə çıxanda polis onu yaxalayıb dərhal üzüm bağına aparmışdı. O, aktyor olduğunu və filmdə çəkilmək üçün Şamaxıya gəldiyini nə qədər izah etməyə çalışsa da, Arif müəllimə inanmamışdılar. Yalnız üç saatdan sonra polislərindən biri Arif Quliyevi tanımış və onu sərbəst buraxmışdılar.
Bir müddət sonra Natəvan xanım Bakı Memarlıq və İnşaat Universitetinin Memarlıq fakültəsinə daxil olaraq ali təhsil alıb və memarlıq üzrə magistr dərəcəsinə yiyələnib. Onu. həyatında idmanla da bağlı faktlar var. Memar olan Natəvan 90-cı illərin əvvəllərində Azərbaycanda populyar olan Şərq əlbəyaxa döyüş növləri ilə maraqlanıb. Bakı idman məktəblərinin birində kunq-fu ilə məşğul olan Natəvan bu yöndə olan yarışlara qatılaraq, parlaq nəticələr əldə edib. O, kunq-fu üzrə Azərbyacan çempionatında iki il ard-arda ölkə çempionu olub.
90-cı illərin ortalarında ailə həyatı quraraq həyat yoldaşı və azyaşlı oğlu ilə birgə Azərbaycanı tərk edərək İsrailə köçüb. Hal-hazırda İsrailin Netayna şəhərində yaşayır və birgə yola çıxdığı həyat yoldaşından orada ayrılıb. Əri başqası ilə evlənsə də, o, ikinci dəfə ailə həyatı qurmayıb. 55 yaşlı aktrisa İsraildə nə kino sahəsində, nə də ixtisası üzrə memar işləmir. Onun sözlərinə görə hələ Bakıda Kunq-fu Federasiyasında məşqçi olduğu müddətdə masaj etmənin sirlərini öyrənməyi İsraildə köməyinə çatıb. Belə ki, orada masaj kursu keçən azərbaycanlı xanım hazırda həm kineziologiya ilə, həm də kosmetologiya ilə məşğuldur.
Gözəl insanların həyatda çətinlikləri çox olur.....,xanıma can sağlığı və uzun ömür arzulayıram
Aparıcıya aydın nitqi üçün təşəkkür
Necə deyərlər, bütün xoşbəxt ailələr hamısı eyni cür xoşbəxtdir, bədbəxtlər isə hərəsi bir cür bədbəxt
😂😂😂😂😂😂 özün fikirləşdin? Yoxsa Talstoy??
@@DegəlsinBuyursən qarışma. Belə söhbətlər sənin başıva görə deyil
Heyat yaxsi yetisdirib bu xanimi.Hansi seraitde nece yasamagi bacarib .Ugurlar olsun
Çox gözel xanım olub. Allah saqlam ömürler versin. Amin. Er ise biynamusdurki, atıb.
😊@@bshshdhshdjdjd3674
Ugurlar arzulayiram
Elə gözəl xanım aktrisanı niyə əldən buraxıblar, çox heyif,nə qədər filmlərin qəhrəmanı olacaqdı, Allah qorusun xanımı
Təssüf ki,Real Həyat Kino deyil ...Hər şey Kinodakı kimi bizim istədiyimiz kimi olsaydı nə vardı ki.......hazırladığınız Gözəl verlişə görə Çooooox sağolun......
Wekerlmondal
Nə gözəl xanımdı
Allah gözəl aktrisaya sağlam ömür versin. Amin.
Kaş taleyi bəxdi də gözəl olaydı
Məlum üçün sizə təşəkkür edirik
İlahi ne gözeldi
Simasının gözəl olduğu qədər, bəxti də qara olub
Allah uzun ömür möhkəm can sağlığı versin. Amin.
Nümayiş etdirilən kadrlar məzmuna uyğun olmalıdır. Park" f-dən danişıb, "Bəyin oğurlanmasl"ndan kadr göstərirsiniz...
Təəssüflənirəm bu cür zərif və gözəl bir qızı necə həyatda tək qoymaq olar ? Mən bu filmə və o xanıma pərəstiş etmişəm həmişə
Məndə musiqiçi ailəsində böyümüşəm ancaq özüm hərbiçiyəm , zabitəm ama bu cür aktrisa , gözəl bir nəcib xanım xoşbəxtliyə layiqdir təəsüflər olsun ki çox izləyirdim bəlkə başqa filmlərdə sonralar görərəm ancaq olmadı mən bütün demək olar ki Azərbaycan filmlərini yaxşı bilirəm söz və obrazlarını uşaqlıqdan xoşuma gələn filmləri izləyib onların söz və mativ , və obrazlarını bilirəm
Gözəl xanımdır
Necə də gözəlsən.tatar balası !!!!
Rejissor - aktyor Ceyhun Məmmədov kimdir? 7: 51 də quş buraxdın, efirə gəlməmişdən qabaq bir mətni oxumaq lazımdır.
Siz deyirsiz 15 N - li mektebde, amma mence bu qiz tehsilini Bulbul adina orta ixtisas musiqi mektebinde bashlamishdi.. Rus bölməsində oxuyurdu.. Belke sonradan, ye'ni yuxari siniflerde 15 N - li mektebe kecib.. Ag derili, zil - qara sacli cox gozel bir qiz idi.. Men 63-cu ildenem, bu qiz menden kicikdi..Adini da bilmirdim.. Menim yaddashimda gözəlliyi ilə qalmishdi... Sonradan onu "Beyin oğurlanması" filminde gördüm, tanidim... Mence heyatda daha gozeldi (ushaqliq yaddashimda belə qalib...)
Yaramaz əri o gözəl aktrisanı necə tərk edə bilib?
gozelin bexti olmur
@@serxanmmdov5057düz deyirsiz,gözəlliyi onun başının bəlası olur.Ona görə deyirlər ki,qızıldan taxt istəyirsən,yoxsa quruca baxt.Təbii ki,quruca baxt
YARAMAZ OLDUGUNU HARANİZADAN CİXARDİNİZ..? ELƏ BİL "VANQA- SAYAGİ" GÖRMƏDƏN BİLMƏDƏN AİLƏ EKSPERTLİYİNƏ SYUNMUSUNUZ ?.....
Ne yaziqlar ki , Azerbaycan ictimayyeti hele bele,,sheyleri " ne hezm nede derk ede bilmir. Deli Kur filiminde bele 1 deyim var , - ,, O qush ucduqu yuvaya 1 gun donecekdi Cahandar".Indi sizde bashlamisiniz ki er burdan geldi qizil odan getdi ve. s. Atam - qardashim 1 siravi etnik Yehudu- Musevi qizidir. Onlara ovlad oqul ya qiz olandan sonra er O qeder vacib deyil esas odurki onlarin zehniyyetine hakim kesilmish ,, Allah terefinden Izrail oquluna veed edilmish O topraqlarin1 parcasi olan" IZRAIL olsun. Bir sozle harda olur- olsun teki xoshbext olsun , cunki O buna layiq qadindir.
AKTRİSANIN ƏRİ AİLƏSİ OLMAZ
TƏRƏF MÜQAVİLLƏRİ MÜVƏQQƏTİ ƏRİ
ROLLARDA YARATDIĞI OBRAZLARDA HƏYAT YOLDAŞI OLURLAR🎭🙄🥺
her wey ela ıdı .ısteyerdım ındıkı halını gorem
Əsil Azərbaycanın gözəl qızıdır.Kaş ki ,etiraz etməzdim bir çox filmlərdə şəkilərdi.
Kolbasa reklaminiz cox seviyyesizdir. Gelin qaynana munasibetlerini bi qeder cirkinlesdirmek olmaz. Bu reklamin senarisini yazan kimdirse, cox seviyyesiz adamdir.
Eynən, məndə elə düşündüm
Ugurlar bele geyretli xanlmlarlmlza
Zəmanə ilə ayaqlaşib neyləsin Allah can sağlığı versin 🙌🙏
Aydan Şener sandım. Çoox gözəl xanımdır
Aydan Senerdə tatar gizidi
@@ZemfiraMahmudova hə 2 si də.tatardər ona görə imiş. Məni də bənzəfirlər tatarlara. Amam deyiləm
@@sahilkerimov8504 sonunda tatarlarda türkdür.oxşarllğımız təbiidir
Bu verilis teze cekilibse aktrisanln 58 yasl olmalldl aparlcl ise 55 deyir 1966 2024
Aaacen cox maraglandigim aktirisalardan biri
Ceyhun Məmmədov yox.. Mirzəyev
Mexaniki səhvdi həm də Mirzəyev deyir😂
😊 Zir-zibil reklamlardan əl çəkin.
Ay oğul gah Cehun Məmmədov deyirsən gah Mirzəyev bunu düz desən nə olar o dövrdə yaşayanlar tanıyir ki Ceyhun Mirzəyevdi axı indikilər nə bilirlər
❤
Aparıcı gedə bilmərsən sözü dilimizə təzə gəlib?
Ay oğul ayıbdı vallah,adi vətəndaş bilir ki o Ceyhun Mirzəyevdir, bəlkə xəbəri olmayan biri bu verilişə baxacaq
Məyər Ceyhun Mirzəyevi pislədi?
@@nurcahan6353 yox , familiyasını səhv dedi,
Soyadını Memmedov dedı
Bilmərsən -yox-bilməzsən
Allah olenlerinize rehmet elesin ele bildim bunu da men yazmisam bezmisem Z herfini. R herfiyle qarisdirmiyin ne mod düşündü düz 5 ildi serialdan mod dusub
@@remziaydnoglu7248 Türk dilinin təsiridi. Uzun illər rus dilinin təsiri oldu dilimizə, indi də türk dilinin təsirini görürük. Ümumiyyətlə biz assimilyasiyaya çox meyilli xalqıq, təəssüf.
O VAXT POLİS YOX ..... MİLİS VAR İDİ ....
O vaxtlarda magistr tehsili varmiydi ki?
Afərin Natavan xanıma hər tərəfli istedaddır
Mənim işçim olub.Hardadı görəsən?Yadıma xoş xatirələri düşdü.
Qız? 😂😂😂😂
Salamlar.diqqetli tamawaçilara.69 danam .odòvrùn senetkarlarini sesinden taniyiram.incesenetin delisi olmuwam.heyif o illerden.
Arif quliyevi necə tanımaya bilərlər heç inandırıcı deyil
Гадынын гозеллийини онун намусунда ахтарын узунун гозеллийинде йох
Ceyhun Mirzeyev
Kaş bakıda qalaydı❤
Üz simasi gözəl olan qadınların əxlaqı gözəl olanda bəxtidə gözəl olur...
Oynaş olmasa heç bir prablem olmur məncə
Просто рассказывает актрису не показывает не интересно
Она в Израиле живёт поэтому.
Hansı özüne hörmet eyliyen kişi bele qadını arvadı kimi saxlayar kinolarda öpüşsün sonra desin ki kinoduda ne olub ki
Belə düşünmək üçün gərək olduqca köhnə düşüncəli olmalısan.Sanki Mirzə Cəlilin,Sabirin dövründə yaşayırsınız.
@@pnahsadxov5286 sen ne danışırsan qeyretti ve şerefli olmağın dövre ne dexli varki men heçneye pis baxan adam deyilem men saçımı uzadanda rayonda 3 4 adam uzadırdı camahatda ele zillenib baxırdıki amma ele şeyler var ki muasirlik deyil birinin arvadı getsin kişi qenikoloq hekimin yanına onda deyekki hekimdida neolubki bizim millet ne tez inkişaf eyledi bele öz aleminde bir oğlanın şortik geyinmeyine pis baxanlar indi muasirlikden danışırlar
Park filminə çəkilib amma başqa filmdən fraqment göstərilir
Qardaşlar xanım zahirən qəşəngdi amma onun daxili gözəlliyini yalnız onunla birlikdə yaşamış həyat yoldaşı bilər.Ona görə də bir tərəfli rəy verməyə tələsməyin.
Verene dönün filme çekilse daha yaxsi olar
N ə danışırsız siz allah.Ceyhun Mirzəyevə -Məmmədov,Arif Quliyevə -Babayev.Ayılın!
Hec yola verilmez sehvler eliyir.
Bilərəkdən edib. Yorum olsun deyə. Özü videonu dəfələrlə izləyib, şübhəsiz. 😊
Ceyhun Məmmədov yox Ceyhun Mirzeyev
1966 ci ilde anadan olubsa 58 yaş edir 55 yox
Yəqin israilə köçən vaxtı ərindən ayrılanda 55 yaşı olub
Ola biler@@trantagiyeva7339
Yaxwl edib atlb aktisalql
Aktrisaligi atib,masajistliye kecib..Indi guya yaxwi iw gorub..?
Unutmayın ki, o xarici ölkəyə köçüb və orada qalıb yaşamaq istəyirsənsə, istədiyin işlə yox, tələb olunan işlə məşğul olmalısan ki, özünü təmin edəsən.
, ,onu duz qeyd etdiz...Tebii ki,israil olsun,ya da amerika,onlara mugenni,artist lazim deyil..onlar dovletin maraqlarini esas,ustun tuturlar....yani her yerde oldugu kimi,bizim olkeden de, israile,amerikaya köcmek arzusu ile yawiyanlar movcuddur..amma bir weyi unudurlar ki,onlara iw axtaran,pul,qazanc,mawin ,ev almaq niyyetiyle ,werait daliycan gelen ecnebiler lazim deyil..Onlara beyinler lazimdir,zekali,savadli,elmli insanlar ki,meselen lutfizade ,istedadindan behrelensinler..yoxsa,amerikaya gelib,wadliq sarayi,ticaret merkezi acaraq pul qazanmaq niyetinde olanlar,yaxud aktrisa,manis,artist ve s..lazim deyil..
Yaxud da, ,sekkiz,on uwaqdan ibaret,suriyali,irakli qacqinlar,ya da, denizlerde,okeanlarin ortasinda ,yuzlerle dalĝalarin tufan,qasirĝalarin mehv etdiyi muhacirler,qacqinlar lazim deyil..
Bizde de,xususen de,
Kend yerlerimizde o qeder istedadli gencler var,hansi ki,elmlerine,yaxud elmi duwuncelerine ,destek cixsalar ,olkeye cox faydali olarlar..Amerika butun dunyada mehz bele gencleri axtarir,destek verir,werait yaradir,ona gore de,dunyanin en guclusudur..
Yoxsa bizde zaurcikler,xowqedemcikler,kend yerlerinde,rayonlarda ancaq yaxwi sesi olan,wikeste ,segah ,mugam,mahni oxumagi bacaranlari axtararlar,elmlileri arawdirib,uze cixarmazlar...
Ne ise,cox uzatdim,cinki bu bir milli problemdir,agrili yerimizdir..
Yani o aktrisa da,ele oz olkesinde qalib,zaten indi bizde kino,incesenet,musiqi sahesinde,esl senetkarlar az olsa da,amma ,kino dz cekilir,musiqi de inkiwafdadir,dunyanin hec bir yerinde,mugenni,bestekar,wair, istehsali bizdeki qeder analoqsuz suretle inkiwaf etmir...
Yani o qadin da,gedib israilde yehudileri masajlayinca ,ele burda qalseydi,minimum mugenni kimi,bestekar kimi, mewhurlawmaq wansi olacaq idi..
Gozel de xanimdir,yani elza qeder,hec olmasa ,wair,mugenni,bestekar ola bilmeyecek idi...?
Yeni yağıştan çıxıb yağmura düştü .
Sonrada deyirler hani o köhne kiśiler, burda birce postele girmeklerini cekmeyibler