Atası qaçaq olan, on manatla şəhərə gələn, ölümü ilə həkimini heyrətləndirən Xalq artisti
Вставка
- Опубліковано 5 січ 2025
- Mikayıl Şahvələd oğlu Mirzəyev 1947-ci il yanvarın 1-də Ağsu rayonunun Talış kəndində doğulub. 1969-cu ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib. İnstitutun Tədris Teatrında işləyib. 1976-cı ildən 2000-ci ilə qədər Akademik Milli Dram Teatrında aktyor kimi çalışıb.
Ailədə 4 qardaş, bir bacı olublar. Lakin, bundan başqa onun ata-anası kənddə kimsəsiz qalan bir qızı da övladlığa götürüb. Atası sadə kolxozçu olsa da, sinəsi nağıl, şeir, rəvayət dolu olub. Sovet hökuməti təzə qurulanda Şahvələd kişi bir müddət qaçaq olub düşüb dağlara, sovetlərlə mübarizə aparıb. Sonra “ram edib”, gətiriblər onu arana. Əkinlə-biçinlə məşğul olub.
Deyilənlərə görə, anası Susay Səfəvilərin şəcərəsindəndir. Ərdəbildən gəliblər Qubaya, sonra Şamaxıya və Ağsuya köçüblər. Qarabuğdayı, hündür qadın imiş. Mikayıl bəy üzdən ona bənzəyib.
Rasim Balayev, Səməndər Rzayev və Mikayıl Mirzə Ağsuda məktəbdə bir yerdə oxuyublar. Səməndər artıq İncəsənətdə təhsil alırmış, deyib Mikayıla ki, gəl bura, burda səni götürəcəklər. Mikayıl şəhərə gedib oxumaq istədiyini bildirəndə atası etiraz edib və ona şəhərə getməsi üçün pul da verməyəcəyini deyib. Cibində olan 10 manat pulla kənddən çıxıb. Sənədlərini verib Pedaqoji İnstitutun jurnalistika fakültəsinə. İmtahan götürənlərdən biri Xəlil Rza imiş, qrammatikadan kəsilib. Xəlil Rza deyib ki, onun yaxşı potensialı var, beyni doludur, xırda səhvə görə kəsməyin. Ancaq ona deyiblər ki, get, rayona dəy, gəl. Mikayıl “mən rayona yalnız səlahiyyət sahibi kimi qayıdacağıma söz vermişəm, gedib dəyə bilmərəm” - deyib. Nəhayət institutua qəbul olunub. Həm də bəxti müəllim sarıdan gətirib, sənət müəllimi Mehdi Məmmədov olub. Həmçinin Müxlis Cənizadədən və Ağaəli Dadaşovdan dərs alıb.
Geniş tamaşaçı kütləsi onu həm də müxtəlif ekran əsərlərindəki və televiziya tamaşalarındakı obrazlarında tanıyıb seviblər. Məsələn, "Babək"də Minbaşı, "Dədə Qorqud"da Gorqazan, "Qatır Məmməd"də Qasım, "Uzun ömrün akkordları"nda Hüseynqulu Sarabski, "Topal Teymur"da şair Girmani, "Günahsız Abdulla"da Abdulla və s.
Yaxın dostu Vilayət Quliyev müsahibələrinin birində nəql edir ki, qızım Humayı dərsə aparırdım. Sükan arxasında özüm idim. İnqilab küçəsində svetoforda dayananda maşının açıq pəncərəsindən şimşək kimi şaqqıldayan qeyri-adi və bənzərsiz səs salona doldu: "Dostum və qardaşım Vilayət Quliyevə eşq olsun! Axşam altıda gözləyirəm!" Mənim üçün burada qeyri-adi və gözlənilməz heç bir şey yox idi. Amma Mikayıl Mirzəni tanımayan heyrətlə mənə baxıb uşaq sadədilliyi və təmizliyi ilə "Ata, o kişi dəlidi?"- deyə soruşdu
Tələbəsi Nurəddin Mehdixanlı Mikayıl Mirzənin tələbələrinə qarşı çox diqqətli olduğunu müsahibələrinin birində qeyd edərək deyir: “Bir də görürdün ki, hansısa tələbəni saxlayıb ondan qalstukunu istəyirdi, həmin qalstukdan xoşu gəldiyini deyirdi. Səhərisi günü tələbədən aldığı qalstukun yerinə təzəsini alıb gətirib ona verərdi. O, görürdü ki, tələbə həmin qalstuku iki ildir ki, taxır və artıq yenilənməsinə ehtiyac var. Bunun üçün də məhz bu cür üsulla tələbəyə köməklik edirdi. Və yaxud da televiziyada Mikayıl müəllimə poemaları canlı demək üçün 100-150 manat pul verilirdi. O, məni, rəhmətlik İlham Əsgərovu çağırıb deyirdi ki, uşaqlar mən bunu tək deyə bilmərəm gəlin iki yerə, üç yerə bölək. Biz həmin hissələri əzbərləyib deyirdik. Və o, aldığı pulu bizim aramızda bölürdü”.
Mikayıl Mirzə uzun illər ailəsi ilə birgə birotaqlı mənzildə yaşayıb. Evinə gedənlər deyirlər ki, mənzildə hər yer dövrün şairlərinin avtoqraflı kitabları ilə dolu olurmuş.
Aktyor Rafiq Əzimov deyir ki, - axır vaxtlar səhhətindən çox şikayətlənirmiş. Dini mövzuda hazırlanmış bir tamaşada tərəf-müqabili idik. Birdən ürəyini tutdu. Dedim, nə edə bilərəm sənin üçün? Dedi ki, sağ ol, heç nə lazım deyil, sürücünü çağırmışam gəlib məni evə aparacaq”.
Milli Dram Teatrında hazırladığı “Aydın” tamaşasının premyerasından çox keçməmiş Mikayıl Mirzə xəstələnib. Həkimlər əməliyyat olunmasını bildiriblər. Eyni diaqnozu xarici ölkədəki həkimlər də qoyub. Oğlu Mətin Mirzə atasının xaricdə əməliyyat olunmasını istəyib. Təyyarəyə minmək üçün gedəndə Mikayıl Mirzə oğluna deyib: “Bəlkə, lazım deyil, getməyək, hara qədər çatar ömrüm, qoy, ona qədər yaşayım. Ürəyi yardırmaq asan məsələ deyil”... Oğlu razılaşmır. Əməliyyat çox uzun çəkib. Sonda həkim çıxıb və Mətinə deyib ki, mən ürəyi bir yerə yığıb tikə bilmirəm: “Təcrübəmdə belə şeylə rastlaşmamışam, ürək sapdan çıxıb, tökülür…”
Onu da qeyd edim ki, o İki dəfə Milli Məclisə deputat seçilib. 1992-95-ci illərdə Bakı Mədəni Maarif Texnikumunun direktoru olub. Mikayıl Mirzə 2006-cı il iyunun 3-də dünyasını dəyişib. İkinci Fəxri Xiyabanda dəfn olunub.
Mikayıl Mirzə, əvəzolunmaz,böyük sənətkar, xalqımızın sevimli, hər zaman ürəklərdə yaşayan, səhnəyə çıxanda hər kəsi sehirləyən , qeyri-adi,bənzərsiz səsə malik,bütün ruhu ilə ömrünü sənətə həsr edən onu sevən,dəyərləndirən xalqını ,özünə,səsinə, sənətinə həsrət qoyan xalq artisti,sənətinin fədaisi Allah sənə rəhmət eyləsin,cənnət məkanında nurlar içində yat, ruhun şad olsun! Amin 🤲Daim sevgi vədərin hörmətlə xatırlayıb yad edirik!Heyif sizə həmişə yaşar sənətkar ,böyük Mikayıl Mirzə!
Mikayıl Mirzə vətənini xalqını sevən böyük sənətkar belə dahilər dünyaya çox az gəlir Allah rəhmət eləsin məkanı cənnət olsun
Mikayıl Mirzə Azərbaycanın yeganə qiraətçisi olub.ALLAH rəhmət eləsin dəyərlu ustadımıza.Məkanı cənnət olsun.Unudulmaz sənətkarımız Mikayıl Mirzə!❤❤❤❤❤❤❤❤❤❤
Gözəl sənətkar, gözəl insan, eşq olsun. Ruhun şaddır insallah
BU SES !KOZLERDEN YAW ! QELBLERDE TAXT QURMUW XALQIN SENETKARI MIKAYIL MIRZEDIR!RUHUN WAD OLSUN KOZEL ATA ! XALQININ SEVILEN SENETKARI !!!!
Məkanı cənnət olsun. Dostluq haqqda dediyi şeir çox superdi
Agsunun deyerli senetkari. Azerbaycanin fexri.Allah rehmet elesin.Semender Rzayev, Rasim Balayev Mikayl Mirze kimi deyerli simalar bexs edib Agsu Azerbaycana
Allah rəhmət eləsin, BÖYÜK SƏNƏTKARI!!!
ALLAH rəhmət etsin Cənnət Məkanolsun Mənim ən cox sevdiyim əvəzsiz Sənətkarlardan biri idi
Hüseynqulu Sarabski rolunu elə ürəklə oynayıb ki, oyundan çox elə bil özünü oynayıb. Allah rəhmət eləsin ruhu şad olsun nur içində yatsın.
ALLAH Rehmet elesin! Mekani Cennet olsun! Ruhu shad olsun! Amin Ya Rebbim!!!!! 🤲🤲🤲🤲🤲🇦🇿🇹🇷🇵🇰🇦🇺
Allah rəhmət etsin dahi korfey sənatkarımıza səhnənin əvəz olunmaz aktyoru ruhun şad məkanın cənnət olsun
Geşeng akyor idi xoşum gelirdi onun roluna allah rehmet elesin🌷🌹🌷🌹🌷🌹🌷🌹🌷🌹🌷🌹🌷🌹🌷
Allah rəhmət eləsin dəyərli sənətkara.
Mikayıl Mirzə əvəzolunmaz, Allahın bir lütfü olan bənzərsiz səsi, ifası ilə hər kəsin qəlbində əbədi yaşayan, unudulmaz ,,xalqımızın çox sevdiyi , bütün ruhu ilə sənətinə bsğlı böyûk sənətkar idi! Sənətinin fədaisi ,sevənlərini möhtəşəm səsinə həsrət qoyan xalq artistimiz Mikayıl müəllimə Allah rəhmət eyləsin, ruhu şad olsun!Amin👐
Cox böyuk senetkar idi ,Allah rehmet elesin.
Onun səsi , hayqırtısı Xalqın səsi avazı idi o da ölməzdir .
Məkanı cənnət olsun. Xoş izləmələr
Микайыл бейин гардашыоглу рехметлик Махир Инчесенет институнда мен ишлейенде дейирли ки баьамыз Масаллыдан олуф Талыш кендине кечюблер 18 чи есрде мен неса Микайыл бейи ганы чекен сенеткар сайырдым даима Аллах рехмет еласин гезел актеромуз ейиф❤❤
Ruhu şad olsun gözəl aktyor idi Allah rəhmət eləsin
Çılğın təbiətli böyük aktyor,natiq.Şeir deməsini də çox sevirdim.Ruhunuz şad olsun,böyük SƏNƏTKAR!
ALLAH RƏHMƏT ETSİN RUHU ŞAD OLSUN NUR İÇİNDƏ YATSIN AMİN.
Allah rehmet elesin mekanı cennet olsun göözel oyunçuydu
Allah rəhmət eləsin😢
Leqendarniy aktyor 🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹
Əlbətdə ürək dözməzdi bütün varlığıyla çıxış edirdi O çıxışedəndə məni yaş boğurdu buna ürək neyləsin vaxdsız getdi ALLAH rəhmət eləsin MİKAYIL MÜƏLLİMƏ 💔💔💔💔💔💔💔😭😭😭😭😭😭😭😭
Allah rəhmət eləsin ruhu şad olsun
Tez getdi yaziq ruhu wad olsun
Allah sənə rəhmət eyləsin Mikayıl müəllim.Sənin televiziyada dediyin şerlər indi də.gözümün gabağından getmir.Məkanın cənnət olsun.Amin.
Allah rəhmət eləsin unudulmaz sənətkar sinin kimi aktyorların yeri görünür urəklə dediyin şe'rlər hələdə sevilir ruhun şad olsun böyük sənətkar
Mikayıl əla sənətkar idi Amma siyasətə qoşulduqdan sonra Mikayılın hörməti xalq arasında düşdü Amma yenə deyirəm əla sənətkar idi
Gözəl toy məclisi aparmasının şahidiyəm.Bu SƏNƏTKARI Sənətkar kimi sevməmək mümkünsüzdü.
Mikayıl Mirzə əvəzedilməz sənətkardı.
ALLAH RƏHMƏT ELƏSİN AMİN.
Allah rehmet elesin 🙌🥀🥀🥀🥀
Dahi insan, Nur içinde yat.
Allah sene rehmet eyləsin
Allah rəhmət eləsin dahi qiraətçi idi o qədər dahi ki söz çatmır tərifləməyə kaş deputat olmayaydı
Senetkarimiz,Ruhun daim azad olsun..senden yoxdu..ne yaxsi ki,sehnemizden senin kimi bir senetkar keçib❤
Hə ay bala dünyadan necə insanlar köçdülər.Yeri gəlmişkən Xəlil Rzanın şeyrlərinə öz ifasında qulaq as, xüsusən davam edir otuzyeddi
şeyri.Xəlil Rza və Mikayıl Mirzə
xalq hərəkatında yaxından iştirak ediblər.Tanridan hər ikisinə rəhmət diliyirəm.
Azərbaycan dəryadı-dərya.
Allah rəhmət etsin.Çox gözəl aktyor idi.Qiraəti isə tam başqa idi.
Nedense olumunden sonra yada salan az oldu cox sagolun evezolunmaz senetkari yada saldiniz
Allah rəhmət etsin🤲Böyük sənətkara.Amin
Böyük sənətkar
Allah rəhmət eləsin. Ay dost mən milli şamaxınının talış kəndi, sonradan Ağsu ra-na verilib.
Milletin vetenin seven bir insanin bu zamanade cox yawamagi mumkun deyil urek dozmur bu haqsizliga
Hər vaxtiniz xeyir olsun. Çox bəyəndim. və düyməyə toxundum. Afərin. Təşəkkürlər abunəçinizdən
BURADA DEYİBLƏREE. ADAM KİMİ ADAM
Səndən çətin bir də gələ ay Mikayıl
Allah rəhmət eləsin
❤❤❤
Menimcun oskar layiq aktyor onun soylediyi serler eserleri dinleydnde tuklerim urpenir o bawqadi enerji dolu inssn
Аллах Рехмет Елесин...Киши Кими Яшайыб , Киши Кими Олмек Лазымдыр...
Rəymətliyi körmüşəm 90 illərdə❤ allah qəni qəni rəhmət eləssin❤
Аллах рехмет етсн
Allah rəhmət eləsin
Cox Sevdiyim Evezolunmaz Aktyor Böyük Vetenperver Nurlar İcinde Uyu
Xahiş edirəm X RZANIN şerlərindən olan çıxşarını youtuba yerləşdirin mümkünsə sağ olun bizə xatırlatdığınız üçün təşəkkür edirəm
🎉Allah Mikayıl Mirzəyə rəhmət eyləsin.
Mikayıl mirzə ürəklərdəsən qardaşım❤
Allah rəhmət eləsin.❤🎉
Allah ruhunu bağışlasın,gözəl aktyoruydu bunlar bir daha doğulmayacaq
O çox böyük insan olub.Şəxsən mən onu heç zaman unuda bilmərəm.Çünki ürəklərdə öz yeri var.
Məni səbəbsiz kəsdi bütün istəklərim arzularım puc oldu .inamım itdi halbuki özümün yazılarm var idi.bütün tədbirlərdə cıxış edirdim. Müsabiqələrdə 1 ciliyi həmişə qazanırdım.lak7n heyflər olsun həyatım bütünlüklə söndü
Baxıram türk filimlərinə isdər köhnə olsun isdər yeni filimləri aktiyor və aktirisaları elə təsvir edib cəkirlər ki san ki bundan artıg gözəl yaraşıglısı yoxdu.Misalcun Şaban rolunu oynuyan aktiyor Kemal Sunal sevilirdi amma bütün rollar eyni cox adi senari bütün rollarda eyni gülüş eyni tərz hecnə Bizim Arif Quliyev iaə 5 dənə ard arda bir komik filimdə cəkilmədi hansakı qat qar artıgdı.Eləcədə bu cür gözəl sənətkar iadər duruşu səsi yaraşıgı.Heyif.
Allah sənə rəhmət eləsin Mıkâyil əsil Azərbayçan öglu
Kontentiniz gozeldir, amma, meni yanlish anlamayin, ekrana yarashmir o koynek, fondaki perde. Utulu olsaydilar chox daha gozel olardi. O cur shexsiyyet haqqinda videocharx hazirlamisiniz, bununchun eziyyet chekmisiniz. Seliqeli gorunmek yarashardi emeyinize. Minnetdaram. Ughurlar.
Çox doğru qalstuk sözünü də düzgün tələffüz etmir
Pulgir idi
Bòyùk senetkar evezsiz qiraetci benzersiz sese malik aktyorumuz veten fedaisi.mikail mirze .allah sene rehmet elesin.cox tez itirdik seni .heyif.
Bu nə reklamdı çəkmisiz? Başınıza dəysin.
Qaystuk nədir ay oğlum?
Oxumasan daha yaxşi ilardi
Allah rəhmət eləsin
ALLAH RƏHMƏT ELƏSİN🇦🇿
Allah rəhmət eləsin 😢
ALLAH rəhmət eləsin
Allah rəhmət eləsin
Allah rəhmət eləsin
Allah rəhmət eləsin