Ramiz Rövşən - Əzizim

Поділитися
Вставка
  • Опубліковано 6 кві 2023
  • Video Ramiz Rövşən gecəsində Bachzadeh səhifəsi tərəfindən lentə alınmışdır.
    Ramiz Rövşən...
    “Əzizim”
    Əzizim...
    Yaxşı ki, yağış da kəsib birazca...
    Çiynimi söykəyib bu nəm ağaca...
    Sənə məktub yazmaq.. istəyirəm mən...
    Nə bilmək olar ki..., sabah döyüşdü...
    Döyüşdə ölməksə lap asan işdir..
    Hələ bir gecəlik vaxtım var azı,
    Bu qara qələmim, bu ağ kağızım...
    Sən məktub yazım..
    Yazım... Nə yazım?
    Yazım.. Kimə yazım ?
    Bilmirəm axı...
    Bilmirəm adını.., ünvanını mən..
    Əgər belə yazsam çatarmı görən?
    Hər axşam yeddi də, şəhərdən gedən,
    Bakı - Suraxanı qatarındakı,
    Üçüncü vaqonun lap axırında,
    Ən küncdə oturan...
    Bəstəboy qıza...
    Altda da imza..
    O qızın dərdindən ölən bir əsgər..
    Eh... nə deyim ?
    Bəs birdən sabah,
    Döyüşdə doğurdan mən ölsəm əgər..
    Sonra dostlar Səni axtarıb, tapıb...
    Mənim məktubumu Sənə versələr..
    Elə vaqondaca... məktub əlində,
    Donub qalsan yerində...
    Bu məktuba baxa - baxa..,
    Nə illah eləsən də
    Heç də yadına düşməsəm Sənin...
    Pərt olub qalsan dostlarla Sən də....
    Bəs birdən., o vaqonda...
    Səni də, məni də tanıyan olsa...
    Mənə ürəyində ağlayıb onda,
    Səni ürəyində qınayan olsa...
    Sonra o söz söhbət vaqondan çıxıb,
    Qohuma qonşuya yayılsa əgər...
    Bizi tanıyanda elə bilsələr...
    Yəqin nəsə olub aramızda da...
    Ölənlə ölməzlər axı.. desələr...,
    Vallah günah yoxdur... yazıq qızda da...
    Sonra illər boyu
    Elə Sənində üstündə..
    Adımın kölgəsi qalsın ...
    Bir vaxt ərə getsən..
    Lap ərinin də qəlbində..,
    Bir şübhə ləkəsi qalsın....
    Sən də ürəyində mənimlə hərdən,
    Acıqlı - acıqlı söhbət edəsən,
    Sənin zəhlən getsə axırda məndən...
    Axırda lap mənə nifrət edəsən..
    Yox... bu lap ölümdən betər olar ki...
    Odur ki, mən Sənə heç nə yazmıram...
    Kefini pozmuram....
    Yaşa... Əzizim...!
    Səhər döyüşdə ölən əsgərin cibindən tapılan...
    Qana bulaşmış kağızda bircə kəlimə söz vardı...
    Əzizim...
    Ramiz Rövşən....

КОМЕНТАРІ •