Ramiz Rövşən - Əzizim

Поділитися
Вставка
  • Опубліковано 2 лис 2023
  • Şeir: Ramiz Rövşən - Əzizim
    Səsləndirmə: Ramiz Rövşən
    Biraddımla'ya UA-camda abunə olmaq: bit.ly/3gsJpm1
    Biraddımla'nın sosial şəbəkə ünvanları:
    Instagram: bit.ly/3gsKkms
    Facebook: bit.ly/3GoODKl
    TikTok: bit.ly/3r3sAHt
    Telegram: bit.ly/3unQMn8
    E-poçt: biraddimlayol@gmail.com
    RAMİZ RÖVŞƏN - ƏZİZİM
    Əzizim...
    Yaxşı ki, yağış da kəsib bir azca...
    Çiynimi söykəyib bu nəm ağaca...
    Sənə məktub yazmaq.. istəyirəm mən...
    Nə bilmək olar ki, sabah döyüşdü...
    Döyüşdə ölməksə lap asan işdir..
    Hələ bir gecəlik vaxtım var azı,
    Bu qara qələmim, bu ağ kağızım...
    Sənə məktub yazım..
    Yazım... Nə yazım?
    Yazım... Kimə yazım?
    Bilmirəm axı...
    Bilmirəm adını, ünvanını mən..
    Əgər belə yazsam çatarmı görən?
    Hər axşam yeddi də, şəhərdən gedən,
    Bakı - Suraxanı qatarındakı,
    Üçüncü vaqonun lap axırında,
    Ən küncdə oturan...
    Bəstəboy qıza...
    Altda da imza..
    O qızın dərdindən ölən bir əsgər..
    Eh... nə deyim vallah?
    Bəs birdən sabah,
    Döyüşdə doğurdan mən ölsəm əgər..
    Sonra dostlar səni axtarıb, tapıb...
    Mənim məktubumu sənə versələr..
    Elə vaqondaca... məktub əlində,
    Donub qalsan yerində...
    O məktuba baxa - baxa,
    Nə illah eləsən də
    Heç cürə yadına düşməsəm sənin...
    Pərt olub qalsan dostlar da, sən də....
    Bəs birdən, o vaqonda...
    Səni də, məni də tanıyan olsa...
    Mənə ürəyində ağlayıb onda,
    Səni ürəyində qınayan olsa...
    Sonra o söz-söhbət vaqondan çıxıb,
    Qohuma, qonşuya yayılsa əgər...
    Bizi tanıyanlar elə bilsələr...
    Yəqin nəsə olub aramızda da...
    Ölənlə ölməzlər axı.. desələr,
    Vallah günah yoxdur... yazıq qızda da...
    Sonra illər boyu
    Elə sənində üstündə..
    Adımın kölgəsi qalsa..
    Bir vaxt ərə getsən..
    Lap ərinin də qəlbində,
    Bir şübhə ləkəsi qalsa....
    Sən də ürəyində mənimlə hərdən,
    Acıqlı-acıqlı söhbət eləsən,
    Sənin zəhlən getsə axırda məndən...
    Axırda lap mənə nifrət eləsən..
    Yox... bu lap ölümdən betər olar ki...
    Odur ki, mən sənə heç nə yazmıram...
    Kefini pozmuram....
    Yaşa... Əzizim...!
    Səhər döyüşdə ölən əsgərin cibindən tapılan...
    Qana bulaşmış kağızda bircə kəlimə söz vardı:
    Əzizim...
    Ramiz Rövşən:
    “Müharibə ilə bağlı bir kitab hazırlayırdım. Baş vermiş 3 müharibə ilə bağlı. 1941-1945 ataların müharibəsi, 2020-ci il bizim 44 günlük müharibəmiz. Mən 90-cı illərdə müharibə ilə bağlı çox şeirlər yazdım, amma heç vaxt o şeirləri çap etməmişdim. İndi bu kitab üçün hazırlamağa başladım. Qərara gəldim ki, o şeirləri çap edəm. “Əzizim” şeiri də onlardan biridir. 90-cı illərin əvvəllərində onda hələ telefon yox idi, məktub yazmaq vardı”.
    #ramizrövşən #ramizrovsen #əzizim #şeir #şair #poeziya #ədəbiyyat #musiqi #sənətkar #sənət #kitab #yazar #yazıçı #məktub #sevgi #əsgər #biraddimla #biraddimlayol

КОМЕНТАРІ • 4

  • @huseyntagiyev_96
    @huseyntagiyev_96 9 місяців тому +2

    ❤❤❤❤❤

  • @user-yp1ym2zt9u
    @user-yp1ym2zt9u 9 місяців тому +1

    👏👏😢

  • @zibaagaeva2178
    @zibaagaeva2178 9 місяців тому +1

    👍🌹😔

  • @emiliyarasulova2776
    @emiliyarasulova2776 9 місяців тому +1

    Allah ŞƏHİDLƏRİMİZƏ rəhmət eləsin🤲🤲😢😢😢💔💔💔💔 Sabah 8 NOYABR ZƏFƏR GÜNÜMÜZDÜR !... BU QALİBİYYƏTİ, BU ƏZİZ DOGMA GÜNÜ BİZƏ BƏXŞ ETDİYİNİZ ÜCÜN QARŞINIZDA BAŞ ƏYİRİK ! UNUTMARIQ SİZİ HEC ZAMAN VƏTƏNİN DƏYƏRLİ OGULLARI ! HƏR BİRİNİZİN ADI ÜRƏYİMİZDƏ ƏBƏDİ QALACAQ!!!😢😢😢🤲🤲🤲🤲🥀🥀🥀