Це відео не доступне.
Перепрошуємо.

Ramiz Rövşən - Vətənə tərif

Поділитися
Вставка
  • Опубліковано 17 сер 2022
  • Şeir: Ramiz Rövşən - Vətənə tərif
    Səsləndirmə: Ramiz Rövşən
    Biraddımla'ya UA-camda abunə olmaq: bit.ly/3gsJpm1
    Biraddımla'nın sosial şəbəkə ünvanları:
    Instagram: bit.ly/3gsKkms
    Facebook: bit.ly/3GoODKl
    TikTok: bit.ly/3r3sAHt
    Telegram: bit.ly/3unQMn8
    E-poçt: biraddimlayol@gmail.com
    RAMİZ RÖVŞƏN - VƏTƏNƏ TƏRİF
    "Yayın bəd nəzərdən, göz dəyər sənə". (Qurbani)
    Neçə hirsli şeir yazdım sənə mən,
    Qorxmadım, küsərsən, söz dəyər sənə.
    Səni tərifləmək keçir içimdən,
    Birdən təriflərəm, göz dəyər sənə.
    Günbəgün dirilən, durulan Vətən,
    Gör necə ayıqsan, sayıqsan indi.
    Yalan təriflərdən yorulan Vətən,
    Doğrudan, tərifə layiqsən indi.
    Daha dərdin-qəmin axırına çıx,
    Hər günün toy-bayram içində olsun.
    Bir əlin həmişə hamıya açıq,
    Bir əlin yumruqtək cibində olsun.
    Çoxdur sənə tərs-tərs baxanlar hələ,
    Adın çox gözlərə batır tikantək.
    Səni sevməyənlər, Vətən, var hələ,
    Səni Allah sevsin! Səni biz sevək!
    Bülbül cəh-cəh vursun hər gül kolunda,
    Daha qan sızmasın yaralarından.
    Ölüm uzaq dursun sənin yolunda
    Qurban gedənlərin balalarından.
    Daha dağlarından, dərələrindən
    Tütək səsi gəlsin tüfəng yerinə.
    Daha bayraqlara şəhidləri yox,
    Bükək körpələri bələk yerinə.
    ...Mən tərif yazmadım heç zaman sənə,
    Amma qınamadın, Vətən, sən məni.
    Birinci tərifdi, yazıram sənə,
    Bilirəm, peşiman etməzsən məni!..
    Ramiz Rövşən:
    “…Mən ömrümdə Vətənə tərif şeiri yazmamışam. Mənim Vətənə məhəbbətim hirsli məhəbbət olub. Mən nə xoşbəxtəm ki, Vətənə tərif şeiri yazmaq məqamı gəldi və mən onu yaza bildim. Yəni, belə şeiri qeyri-səmimi yaza bilməzdim. Bu şeirin epiqrafı Qurbanidəndir. Azərbaycanın aşıq şeiri gözəllərə tərifdə portretdir. Məsələn:
    Sallana-sallana gələn Salatın,
    Elə sallanma göz dəyər sənə.
    Al-yaşıl geyinib durma qarşımda,
    Yayın bəd-nəzərdən göz dəyər sənə.
    Yazdığım “Vətənə tərif” şeirinin epiqrafı budur:
    “Yayın bəd nəzərdən göz dəyər sənə”.
    #ramizrövşən #vətənətərif #ramizrovsen #şair #şeir #poeziya #ədəbiyyat #ədib #sənət #sənətkar #ramizrövşənşeirləri #kitab #musiqi #yazıçı #yazar #biraddimla #biraddimlayol

КОМЕНТАРІ • 1

  • @maisekazimova2539
    @maisekazimova2539 Рік тому

    Mənim balam, hamımız doğulanda ağlarıq,
    Anaların canından qovulanda ağlarıq.
    Bəlkə yaşamaq deyil dünyaya gəlməyimiz.
    Bəlkə doğulan kimi başlayır ölməyimiz.
    Ayağımız yer tutandan eləcə,
    Aldadıqca uldən - ilə , ölürük.
    Bu dünyada birdəfəlik ölüncə,
    Allah bilir neçə dəfə ölürük.